BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

62
ildə Cəlil Məmmədquluzadə öz felyetonunda yazmışdı: “Mənim 
milliyyətim nədir? – Azərbaycanlı. Dilim nədir? – Azərbaycan 
dili”. Sonra da özü də yazır ki, “Azərbaycan türkcəsi”Demək 
istəyirəm ki, bu çox deyilib. Hətta Cəlil Məmmədquluzadə “Molla 
Nəsrəddin” haqqında verdiyi ərizədə yazıb ki, tatar. Mötərizədə 
“Azerbaydjanskoye nareçie” – bunu da əlavə eləyir. Mən yenə də 
deyirəm, burada rəsmi sənədlərdən söhbət gedir”. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Heydər  Əliyev  rəsmi 
sənədlərə üstünlük verir, bir dövlət, siyasət adamı kimi hər 
bir  şeyin  hüquqi  tərəfinə  söykənirdi.  Dillə  yanaşı,  millət 
məsələsinə də aydınlıq gətirməyə çalışırdı. İkinci bir vacib 
məsələ  kimi  milliyyət  məsələsini  də  müzakirə  iştirakçıla-
rının  diqqətinə  çatdırırdı:  “İkinci  bir  şeyi  də  mən  istəyirəm 
müzakirə  üçün  nəzərinizə  çatdırım.  Dil  ilə  bərabər  milliyyət 
haqqında da yazılar var. Bu gün həmin o tarixi sənədləri mənə gə-
tirib göstərdilər. Bütün o sənədlərdə, anketlərdə milliyyət yazılır: 
türk”. Həqiqət də belə idi ki, 1936-cı ildə Sovetlər qurultayı-
nın nümayəndələrinin anketlərində onların milliyyəti türk 
rusca tyurok yazılıbdır. Həmin sənədlərlə şəxsən Heydər 
Əliyev tanış olmuş, onlara bir – bir baxmışdı. Ona görə də 
milliyyət  məsələsinin  də  müzakirədə  aydınlaşdırılmasını 
istəyirdi və deyirdi: “Orada Mircəfər Bağırovun da, Qəzənfər 
Musabəyovun da, Ayna Sultanovanın da, Həmid Sultanovun da, 
başqalarının da anketləri var. Anketlərdə onların milliyyəti ya-
zılıb:  türk.  Rusca  yazılıb:  tyurok.  Azərbaycanca  yazılmayıbdır, 
amma rusca yazılıb: tyurok. Oxumuşam mən. Demək, bu məsələ-
ni də əgər dil haqqında müzakirə aparırıqsa, aydınlaşdırmalıyıq. 
Biz türkük, ya azərbaycanlıyıq, ya tatarıq, kimik – bunu da ay-
dınlaşdırmalıyıq. Demək, o vaxta qədər (1936-cı ilə qədər – B.X.) 
milliyyət də yazılıbdır: tyurok”. 


63
Heydər  Əliyev  milliyyət  məsələsinin  dəqiqləşməsi 
ilə bağlı elə məntiqli fikirlər irəli sürürdü ki, bu fikirlərin 
obyektivliyi  və  reallığı  qarşısında  fikirləşməli  olurdun. 
Məsələn, “... 1918-ci ildən 1936-cı ilə qədər 18 il müddətində 
Azərbaycanda dövlət dili türk dili kimi qəbul olunub. Konstitu-
siyada yazılmasa da, türk dili kimi qəbul olunub. 1936-cı ildən 
sonra Azərbaycan dili yazılıb. Bu müddətdə də azərbaycanlılar 
öz  milliyyətini  “türk”  yazıblar  və  özlərini  türk  hesab  ediblər”. 
Bununla da, Heydər Əliyev həmin dövrdə milliyyətin türk 
yazılmasının  konstitusiyada  təsbit  olunmadığını  nəzərə 
çatdırırdı və belə bir məsələnin hüquqi əsasının olmadığını 
diqqət mərkəzində saxlayırdı. Açıq şəkildə qeyd edirdi ki, 
həmin dövrdə (1918-1936-cı illərdə) dövlət dilinin adı da, 
milliyyət adı da konstitusiyada öz əksini, təsbitini tapma-
mışdır. 
Heydər  Əliyev  tarixi  öyrənməyin  tərəfdarı  idi.  Ona 
görə  də  o,  tarixi  öyrənmək  işində  arxiv  materiallarına, 
mənbələrə üstünlük verirdi. Mənbələr və arxiv materialları 
o yerə aparıb çıxarırdı ki, tarixin müxtəlif mərhələlərində 
dilimiz  türk,  Azərbaycan,  tatar,  azəri,  Azərbaycan  türk-
cəsi  adlanıbdır. Ancaq  real  vəziyyətdən  çıxış  etmək,  türk 
dillərinə  məxsus  olan  dilimizin  öz  adını  dəqiq  çağırmaq 
vacibdən  vacib  idi.  Bu  məsələ  Milli  Məclisin  üzvü,  yeni 
konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü Yusif 
Səmədoğlunun fikirlərində də çox real səslənirdi: “Mənim 
fikrim nə qədər paradoksal görünsə də, onu demək istəyirəm ki, 
totalitarizm  adlandırdığımız,  sovet  imperiyası  adlandırdığımız 
dövrdə, 60-70-ci ildə Azərbaycan dili formalaşdı, Azərbaycan dili 
yetkinləşdi və Azərbaycan dili, sözün əsl mənasında, Azərbaycan 
dili oldu”. Heç kəs onu da inkar edə bilməz ki, Azərbaycan 


64
dilinin özünəməxsus xüsusiyyətləri yoxdur. Eyni genin da-
şıyıcısı olan qardaşlar bir – birindən necə fərqlənirsə, Azər-
baycan dili də digər qardaş türk dillərindən elə fərqlənir. 
Hələ onu da nəzərə alsaq ki, Azərbaycan sözünü məmləkət 
və dil adı kimi inkar etmək meyli tarix boyu olmuşdur. Gö-
rünür ki, bu meylin tərəfdarları məsələnin siyasi məqam-
larını da nəzərə almışlar. Burada böyük dövlətlərin marağı 
olmuşdur. Belə ki, Azərbaycan sözünü dövlət adı kimi, dil 
adı kimi inkar etmək, bununla da Azərbaycan adlı məm-
ləkətin,  dilin  adını  tarix  səhnəsindən  çıxarmaq.  Bu  siyasi 
məqamları müzakirə iştirakçılarından Milli Məclisin üzvü, 
yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü 
Yusif Səmədoğlu belə xarakterizə edirdi: “... Uzun illər Azər-
baycanı bir məmləkət kimi, bir dövlət kimi inkar meyli hökm sür-
müşdür. Və indi də o meyl hökm sürür. Yəni guya Azərbaycan 
adlı məmləkət olmamışdır. Azərbaycan dili yoxdur, var türk dili, 
bir də var “tyurkskiy yazık...”. Bu da bir daha onu sübut eləyir 
ki, uzun illər boyu, yenə təkrar eləyirəm, Azərbaycanı məmləkət 
kimi, dövlət kimi inkar meyli bu böyük dövlətlər tərəfindən həyata 
keçirilir və bu gün də bunu həyata keçirmək istəyirlər”. Deməli, 
burada belə bir məqam da var ki, Azərbaycan sözünü dil 
adı  kimi  inkar  etmək,  bu  milləti  yaşadığı  ərazidən  ayırıb 
başqalaşdırmaqdır. Bunun isə hüquqi, əxlaqi, mənəvi tərəf-
ləri  vardır.  Məhz  Heydər  Əliyev  bu  cəhətlərə  də  xüsusi 
önəm verirdi. 
Təsadüfi deyil ki, müzakirələrdə heç kim bizim dilimi-
zin türk dillərinə daxil olması və mənşəyimizin türk olma-
sını inkar etməmişdir. Bunu inkar etmək ağılsızlıq, tarixi və 
dəyərləri  bilməmək  kimi  qiymətləndirilməlidir. Azərbay-
can dilinin böyüklüyünü qəbul etmək bu dilin böyüklüyü-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə