BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

89
biri bizim milliliyimizi, müstəqilliyimizi müəyyən hədd daxilində 
də olsa təmin etmək üçün dövlət dilinin olması idi. O vaxt buna 
nail olduq və siz də çox sağ olun ki, kömək elədiniz”. Heydər 
Əliyev “ O vaxt buna nail olduq və siz də çox sağ olun ki, kömək 
elədiniz” deyəndə 1978-ci il konstitusiyasında dövlət dilinin 
“Azərbaycan dili” olması ifadəsinin yazılmasını nəzərdə tu-
turdu. Eyni zamanda onu da xatırladırdı ki, o vaxt konsti-
tusiyada dövlət dilinin “Azərbaycan dili” olması ifadəsinin 
yazılmasına mane olunurdu. Elə bu maneənin nəticəsi idi 
ki, 15 müttəfiq respublikadan ancaq 3 respublikanın (Azər-
baycan,  Gürcüstan,  Ermənistan)  konstitusiyasında  dövlət 
dili  yazılmışdı.  Baxmayaraq  ki,  Ukraynanın,  Belorusun, 
Qazaxıstanın, Özbəkistanın ərazisi, əhalisi, iqtisadi imkan-
ları bizimlə müqayisədə çox böyük olmuşdur. Həmin res-
publikalara rəhbərlik edən şəxslərin o vaxt nüfuzu da az 
olmamışdır. Ancaq onlar öz konstitusiyalarında dövlət dili-
nin adını yazmamışlar, ya da ki bunu yazmağa cürət etmə-
mişlər. Bu mənada Heydər Əliyev deyirdi: “Bəli, o vaxtlar, 
məsələn, rəhbərliyin qarşısında Şerbitskinin bir sözü iki olmurdu. 
Amma bunu yazmadı (dövlət dilini- B.X.) . Özü yazmaq istəmə-
di, ya yaza bilmədi. Yaxud da ki, Kunayevin bir sözü iki olmurdu. 
Birinci, Qazaxıstan böyük respublika idi, ikinci o, çoxdan işləyən 
bir adam idi, hörməti var idi, üçüncü də Brejnev ilə onun şəxsi 
dostluğu var idi. Qazaxıstanda bir yerdə işləmişdilər. Ona görə 
də Siyasi Büroda onun bir sözü iki olmurdu. Rəşidov da həmçi-
nin. Amma bunların heç biri cürət eləmədi götürsün yazsın ki, 
Qazaxıstanın dövlət dili qazax dilidir, yaxud Ukraynanın dövlət 
dili Ukrayna dilidir, yaxud da ki, Özbəkistanınkı özbək dilidir”.


90
Heydər Əliyev 1978-ci il konstitusiyasında “Azərbaycan 
dili” ifadəsinin yazılmasında şəxsən onun ziyalılara, xalqın 
özünə  o  vaxt  ehtiyacı  olduğunu  gizlətmirdi.  Bu,  Heydər 
Əliyev  şəxsiyyətindəki  səmimiyyətin  göstəricilərindən 
biri idi. 1978-ci il konstitusiyasında “Azərbaycan dili” ifadə-
sinin  yazılması  üçün  Heydər  Əliyev  istəyirdi  ki,  Moskva 
anlasın ki, bu istək təkcə rəhbərin (Heydər Əliyevin) istə-
yi deyil, bunu xalq istəyir. Ona görə də mərkəz (Moskva) 
buna mane olmasın deyə Azərbaycanın bütün rayonların-
dan Moskvaya teleqramlar göndərilmiş, Yazıçılar İttifaqın-
da  müzakirələr  aparılmışdır.  Məhz  konstitusiyada  dövlət 
dilinin  “Azərbaycan  dili”  yazılması  üçün  Heydər  Əliyevə 
kömək  məqsədilə  Moskvaya  teleqramların  göndərilməsi 
də, Yazıçılar İttifaqında müzakirələrin aparılması da lazım-
lı bir iş olmuşdur. Bu işə mane olanlara qarşı həqiqətin nə-
dən ibarət olduğunu göstərmək üçün Heydər Əliyevin  te-
leqramlara da, müzakirələrə də ehtiyacı olmuşdur. Heydər 
Əliyev həqiqətin bu məqamı ilə bağlı deyirdi: “Biz yazdıq. 
Onda, əlbəttə ki, mənim sizə ehtiyacım var idi, mən istəyirdim ki, 
bir tək mənim səsim olmasın, xalqın səsi olsun, ziyalıların səsi 
olsun. Çünki, mən çox böyük müqavimətlərə rast gəlirdim”.
 “Azərbaycan dili” ifadəsinin “türk dili” kimi yazılması 
bir məsələdə dolaşıqlıq yarada bilərdi ki, bunu da müza-
kirə zamanı səsləndirən ziyalılarımız olmuşdu. Belə ki, hər 
bir dilin arxasında o dilə aid olan, o dildə yazılan ədəbiyyat 
da vardır. Əgər dilimizin adı “Azərbaycan dili” deyil “türk 
dili” yazılardısa, onda ədəbiyyatımızın adı necə olmalı idi?! 
Türk dili ifadəsinin arxasında bu dildə yazılmış ədəbiyya-


91
tın adı gəlir. Onda həmin ədəbiyyat türk ədəbiyyatı olmalı 
idi. Beləliklə, böyük bir dolaşıqlıq yaranırdı. Məsələnin bu 
cəhətinə  Elçin  Əfəndiyev  həssaslıqla  yanaşırdı:  “...Fikirlə-
şirəm ki, əgər mən, tutalım, Azərbaycan dilini yalnız “türk dili” 
adlandırıramsa,  onda  Azərbaycan  ədəbiyyatına  nə  deməliyəm? 
Çünki, Azərbaycan ədəbiyyatı, aydın məsələdir ki, dillə bağlı bir 
şeydir, dilin üzərində qurulmuş bir şeydir. Əgər mən Azərbaycan 
dilinə yalnız  “türk dili” deyirəmsə, onda Azərbaycan ədəbiyya-
tına nə deməliyəm? Onda “türk ədəbiyyatı” deməliyəm. Və bu 
zaman çox böyük qarışıqlıq əmələ gəlir...”
Elçin  Əfəndiyevin  fikrincə,  təkcə  “türk  dili”,  təkcə 
“Azərbaycan dili” yazmaq düzgün deyildir. O, hər iki ifadəni 
“türk” və “Azərbaycan” sözlərinə haqq qazandıraraq belə bir 
təklif irəli sürürdü ki, “Azərbaycan Respublikasının dövlət dili 
Azərbaycan (türk) dilidir”. Burada o, “Azərbaycan” və “türk” 
sözlərinin mənəvi haqqını nəzərə alırdı. Məsələn, “Azərbay-
can dili” ifadəsi barədə deyirdi: “Azərbaycan dilindən nə qə-
dər əsər tərcümə olunub (o cümlədən Azərbaycan dilinə də dünya 
ədəbiyyatı tərcümə olunub – B.X.), çap olunub, bunların hamı-
sında yazılıb ki, Azərbaycan dilindən tərcümədir. Yenə də təkrar 
eləyirəm  dediyim  sözü  ki,  bu  “Azərbaycan  dili”  ifadəsi  son  60 
ildə Azərbaycan xalqının nəinki mənşəyinə daxil olub, bu, Azər-
baycan xalqının özünü ifadəsinə, bir hissəsinə çevrilib”. “Türk” 
sözünün yazılması isə Elçin Əfəndiyevə görə, onu göstərir 
ki, “bu, türk dilidir”. Yəni “Azərbaycan Respublikasının dövlət 
dili Azərbaycan (türk) dilidir”, deyəndə mötərizədəki, “türk” 
sözü Azərbaycan dilində nəyi nəzərdə tutduğumuzu aydın 
edir. “... Yəni mötərizədə deyirik ki, bu, türk dilidir”. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə