BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

82
bu, eyni zamanda elmə də aiddir. Qədim Yunanıstanda bir 
elm var idi - fəlsəfə. Astronomiya ilə də məşğul olurdular, 
fizika ilə də,  təbabətlə də. Ondan sonra elm inkişaf etdik-
cə parçalandı, bunların hərəsi sərbəst bir sahəyə çevrildi. 
Sənətdə də belədir: “Ozan olub, aşıq olub - həm musiqisini ya-
zıb, həm çalıb, həm ifa eləyib. Cəmiyyət inkişaf etdikcə musiqini 
yazan bəstəkar yaranıb, sözlərini yazan şairlər yaranıb və belə-
liklə, sənətin sinkretizmi parçalanıb. Bu, cəmiyyətin inkişafıdır”.
“Azərbaycan” ifadəsi dünənimiz, bu günümüz və saba-
hımız üçün çox şey deyir. Bu mənada Hüseynağa Qəniyev 
“....Azərbaycan dilini qəbul etmək türk dili qrupunun tarix səh-
nəsində oynadığı böyük rolu, onun nəhəngliyini, onun inkişafı-
nı  göstərir.  Yalnız  böyük  xalqlar,  yalnız  böyük  dillər  şaxələnib 
qruplara və ayrı-ayrı dillərə çevirilir” deyirdi. O, “Azərbaycan” 
sözündə  həm  tarixilik,  həm  tarixi  inkişafın  nəticəsi  kimi 
yaranmış bir reallıq, həm də birlik olduğunu nəzərə alırdı: 
“Azərbaycan dili təkcə özünü türk hesab eləyən xalqın dili deyil. 
Azərbaycan dili Azərbaycanda yaşayan bütün xalqların dilidir. 
Onda bütün xalqların ruhu var, orada bütün xalqların dillərin-
dən sözlər var və bu, artıq   Azərbaycan dilinə daxil olub və o, bir 
dil kimi formalaşıb”. 
Xarici işlər nazirliyi, yeni konstitusiya layihəsini hazır-
layan komissiyanın üzvü Həsən Həsənov dövlət dilinin adı 
ilə  bağlı  nizamnamədə  dilin  hansı  statusdan  qəbul  olun-
masını  aydınlaşdırmağa  çalışırdı.  Ləhcə  statusu,  milli  dil 
statusu anlayışlarına öz mövqeyini bildirməklə türk dillər 
qrupuna və qrupun müstəqil üzvü olan müstəqil dillərin 
mövcudluğuna məntiqi cəhətdən düzgün yanaşırdı. O de-
yirdi: “Biz dilimizi hansı statusda qiymətləndiririk, türk dilinin 
azəri ləhcəsi kimi, yoxsa türk dillər amorf və formalaşmamış bir 
üzvü kimi, yoxsa müstəqil, milli düşüncəmizə məxsus, millətimi-
zin müstəqil, özünəməxsus milli dili kimi?” O, bundan başqa 


83
bütün türk dillərinin bir kökdən əmələ gəldiyini, sonradan 
türk dillərinin müxtəlif qruplara ayrıldığını, daha sonra bu 
qruplardan  müstəqil  dillərin  (türk  dillərinin)  yarandığını 
qeyd  edirdi  və  bununla  da  məsələnin  əsas  məğzini  düz-
gün bir məntiqlə izah edirdi: “Bütün türk dilləri sözsüz ki, 
bir andan əmələ gəliblər. Amma X və XI əsrlərdə ilk ciddi bölgü 
prosesi getdi və vahid türk dili oğuz, qıpçaq, bulqar, karluq, oyrot 
dillərinə bölündü. XIV-XV əsrlərdə bunlardan biri olan oğuz qo-
lundan Azərbaycan dili müstəqil dil kimi ayrılıb-Nəsiminin dili, 
Füzulinin  dili.  XIX  əsrin  əvvəllərində  ziyalılarımız  dilimizin 
müstəqilliyini  elmi  nöqteyi-nəzərdən  dərk  edərək  “Azərbaycan 
türkcəsi” adlandırıblar. Nəhayət, XX əsrin ortalarında həm dili-
mizin, həm millətimizin inkişafı tam formalaşmış və əsas vermiş-
di ki, millətimizin adı azərbaycanlı, dilimizin adı Azərbaycan dili 
kimi qanuniləşsin”. Həsən Həsənov dilimizə və millətimizə 
qoşalaşmış adın istər “türk” istərsə də “Azərbaycan türkcəsi” 
adının verilməsini bir neçə cəhətdən yanlış və səhv hesab 
edirdi. “Birinci, səhv ondan ibarətdir ki, biz türk dil qrupunun 
statusunu  dəyişib  onu  vahid  bir  dil,  yəni  X-XI  əsrlər  dövrünə 
qaytararıq.  İkincisi,  səhv  isə  ondan  ibarətdir  ki,  əgər  biz  artıq 
müstəqilləşmiş  dilimizi  ləhcə  statusuna  salırıqsa,  yenə  də  orta  
əsrlərə məxsus türk dilləri münasibətinə qaytarırıq”. 
Bir  məsələ  barədə  Həsən  Həsənovun  fikri  və  mövqe-
yi maraqlı olduğu qədər də, bəzi məqamlara tam aydınlıq 
gətirirdi. Belə ki, biz dilimizi Azərbaycan dili adlandırmaq-
la  türk  köklü  olmağımızdan  imtina  etmirik,  ümumiyyət-
lə  ,  bu  barədə  düşünmək  əhəmiyyətsiz  görünür.  Tarixən 
dilimizin adı “türk dili” adlanıbdır və dilimiz inkişaf edib 
müstəqilləşdikdən  sonra Azərbaycan  dili  adı  ilə  formala-
şıb və dünyada tanınıbdır. Bir sözlə, onun mövqeyi reallığa 
söykənirdi:  “Mən  heç  də  hesab  etmirəm  ki, biz milliyyətimizi 
və dilimizi “azərbaycanlı” adlandıraraq türk varisliyimizdən əl 


84
çəkirik. Xeyr və yenə də xeyr. Biz türk kökündə bitmiş və forma-
laşmış Azərbaycan millətiyik. Bizim dilimiz türk kökündə bitmiş 
və püxtələşmiş Azərbaycan dilidir. Bəli, keçən əsrlərdə dilimizə 
“türk dili” deyiblər, amma tarix inkişaf etdikcə, özümüzə məxsus 
mədəniyyətimiz inkişaf edib və tam müstəqilləşib, əyalət ləhcəsi 
statusundan  çıxıb,  müstəqil  dövlətin  müstəqil  Azərbaycan  dili 
statusuna qalxıb. Dilin və millətin adı kiminsə istəyi ilə yox, ta-
rixi proseslərə əsasən formalaşır. Bizim millətimizin və dilimizin 
adı Azərbaycan adı ilə artıq formalaşıb və dünya birliyi tərəfindən 
qəbul olunub”.
Dilimizin adının “Azərbaycan dili” olmasının türk kök-
lü  olmağımıza,  mənşəyimizə  xələl  gətirməməsi  Nəriman 
Həsənzadənin  mövqeyində  də  öz  izahını  tapırdı:  “Yəni 
“Azərbaycan dili” deməklə biz türkün əleyhinəyikmi? Yəni türk-
lər  qabağa  düşüb  (Türkiyə  türkləri  nəzərdə  tutulur-B.X.)  türk 
dili elan eləyib...Yəni biz Azərbaycan dilini elan eləməklə, Azər-
baycan dilini konstitusiyada qəbul eləməklə biz türklüyümüzü, 
türk mənşəliyimizi, heç birini danmırıq...” 
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan 
dili olması ilə bağlı baş nazirin müavini, yeni konstitusiya 
layihəsini  hazırlayan  komissiyanın  üzvü  İzzət  Rüstəmov 
Azərbaycan dilini türk dillərindən biri kimi səciyyələndirir 
və belə deyir: “Bütün türk dillərinin ən gözəl nə xüsusiyyət-
ləri varsa, Azərbaycan dili onu özündə birləşdirib”. O davam 
edərək deyirdi: “... ölkəmizin adı Azərbaycandır, Azərbaycan 
Respublikasıdır,  Azərbaycan  xalqıdır və  dilimiz də  Azərbaycan 
dilidir... Amma bu heç də o demək deyil ki, türk kökümüzü unu-
daq...”
Heydər  Əliyev  dilimizin  adı  ilə  bağlı  fikir  və  müla-
hizə söyləyən hər bir kəsə çox diqqətlə yanaşırdı, onların 
hər birinin nitqini axıra qədər dinləyirdi, çalışırdı hər kəs 
öz sözünü desin. Bununla da o, müzakirə olunan məsələ 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə