93
Yerdən səs: Elədir.
H.Ə.Əliyev: Bunu inkar edən yoxdur ki?
Yerdən səs: Yoxdur”.
Heydər Əliyev bizim əcdadlarımızın və mənşəyimizin
məlum olduğunu, dilimizin türkdilli olduğunu söyləmək-
lə yanaşı, milli mənsubluğumuzu da diqqət mərkəzində
saxlayırdı. Bəlkə də bir çoxları məsələnin müzakirəsində
dövlət dilinin adı və millətin adı dedikdə natamam mövqe
nümayiş etdirirdilər. Heydər Əliyev isə deyilən hər bir fik-
ri müzakirə etməklə əsl həqiqəti təqdim etmək istəyirdi.
Ona görə də o, bu istiqamətdə fikir yürüdənləri də, seyrçi
mövqedə olanları da düşündürürdü. Həqiqət olmayan nə
vardısa, onların hər birini məntiqli mühakiməsi ilə təkzib
edirdi. Onun məntiqi məcbur edirdi ki, hər bir kəs-ziyalılar,
dilçilər, ictimai xadimlər müzakirəyə qoşulsunlar. Məsələn,
dövlət dili
“Azərbaycan (türk) dili” olsun fikrindəki həqiqə-
ti üzə çıxartmaq üçün deyirdi:
“Dövlət dilinin adını yazaq:
“Azərbaycan (türk) dili”, millətimizin adını nə yazaq?
Yerdən səslər: Ona toxunmayaq.
H.Ə. Əliyev: Ona toxunmayaq? Bəs nə təhər ona toxunma-
yaq? Əgər toxunuruqsa, gərək hamısına toxunaq da”.
Bəli, əgər dövlət dilinin adı qeyd olunan variantda və
digər variantlarda olarsa, bəs millətimizin adı necə olma-
lıdır? Sadəcə olaraq təkliflərin və fikirlərin bir qismi siyasi
cəhətdən tam görünmürdü. Belə ki, siyasi terminologiya
ölçülü-biçili olmalıdır. Bu mənada Heydər Əliyev emo-
siyalara uyanlara, populist şüarlar irəli sürənlərə çox so-
yuqqanlı yanaşırdı və zaman, vaxt müqabilində onları siya-