BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə35/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

124
yuntarizmə yol verilibdir. Mən bunu deyərkən əvvəlcədən 
xahiş və xəbərdarlıq edirəm ki, fikirlərim heç kəsə öz söz-
lərini demək üçün təsir etməsin. Mən sizə olmuş şeylərin 
xronologiyasını danışdım. İstəyirəm ki, burada sərbəst mü-
zakirələr getsin.
Dövlət  dili  haqqında  maddə  konstitusiya  qanunudur. 
Yəni bu, ya konstitusiyada olmalıdır, ya da, ona dəyişiklik 
edilərsə hüquqa görə, konstitusiya təcrübəsinə, qanunların 
qəbul  edilməsi  təcrübəsinə  görə  bu,  konstitusiya  qanunu 
kimi  qəbul  olunmalıdır.  Ancaq  bu  məsələnin  həllinə  çox 
məsuliyyətsiz,  səthi  yanaşılmışdır.  Qəbul  olunmuş  qərar 
haqqında mən hər hansı fikir söyləmək istəmirəm. Çünki 
əgər fikir desəm, siz belə başa düşərsiniz ki, mən hansısa 
tərəfi saxlayıram. Mən heç bir tərəf saxlamıram. Ona görə 
də bura, sizin görüşünüzə şəxsən özüm gəlmişəm ki, fikri-
mi bilavasitə özüm sizə çatdıram. Ancaq hər bir şey gərək 
özünə layiq qayda – qanunla edilsin.
Məsələn, mən sizə dedim ki, 1978-ci ildə bu maddəni 
konstitusiyaya yazmaq üçün üç – dörd ay müzakirə apar-
dıq. Bu o demək deyildi ki, bizim aramızda “dövlət dilimiz 
Azərbaycan  dili  olmalıdır”  fikrinə  şübhə  edənlər  olmuş-
dur.  Ancaq  o  zaman  biz  müstəqil  deyildik,  Sovetlər  İtti-
faqının tərkibində idik və Sovetlər İttifaqının, Kommunist 
Partiyasının rəhbərliyindən asılı idik. Ona görə də həm öz 
istəyimizi  həyata  keçirməli  idik,  həm  də  buna  razılıq  al-
malıydıq. Biz bundan ötrü müharibə etməyəcəkdik, üsyan 
qaldırmayacaqdıq. Əgər kimsə hesab edir ki, üsyan qaldır-
maq olardı– bu, ağılsız fikirdir.
Yəni mən onu demək istəyirəm ki, bu məsələlərin həlli 
zarafatyana, səthi ola bilməz. Bu, tarixi bir hadisədir. Biz 


125
müəyyən edirik ki, dövlət dilimiz hansı dildir. Bunun da 
səbəbi ondan ibarətdir ki, bizim dilimizə tarixdə müxtəlif 
cür münasibət olub və cürbəcür ad veriblər.
Ona  görə  də  mən  Milli  Məclisin  qərarının  nəticəsinə 
toxunmayaraq və o barədə öz münasibətimi bildirməyərək 
yalnız həmin qərarın qəbul olunması prosedurası haqqın-
da danışmaq istəyirəm. Belə bir mühüm qərar üç – dörd 
günün içərisində kiçik qrup adamın iradəsi, istəyi nəticə-
sində qəbul olunubdur. Bax, mən bunu heç bir vəchlə qa-
nun hesab etmirəm. Mən hesab edə bilmərəm ki, bu işə cid-
di münasibət göstərilibdir.
Məsələ  belə  olmuşdur.  Milli  Məclisdə  Azərbaycanın 
dövlət dili məsələsi müzakirə olunarkən məclis üzvlərin-
dən  biri  deyib  ki,  gəlin  yazaq  “Azərbaycanın  dövlət  dili 
Azərbaycan  türk  dilidir”,  başqa  birisi  deyib  ki,  niyə  belə 
yazırıq. Yazaq ki, “türk dilidir”. Mübahisə gedibdir – mən 
bütün  stenoqrama  baxmışam.  Kim  necə  çıxış  edibsə,  ha-
mısı məlumdur. Mən sadəcə olaraq demək istəmirəm, indi 
buna heç ehtiyac da yoxdur, bunun indi əhəmiyyəti yox-
dur.  Bəlkə  kimsə  bununla  maraqlanır,  amma  mən  hesab 
edirəm ki, o qədər də maraqlı deyil.
Bəli, mübahisə gedibdir. Bir qismi buna etiraz edibdir, 
bir qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki, 
yazaq “bizim dilimiz türk dilidir”.
Məsələ  Milli  Məclisdə  səsə  qoyularkən  həmin  iclasda 
Milli  Məclisin  50  üzvündən  39-u  iştirak  edibdir.  Onların 
26-sı dilimizin türk dili kimi qəbul olunmasına səs verib, 
7-si, ya 8-i əleyhinə səs verib, qalanları isə bitərəf olubdur. 
Beləliklə  də  dövlət  dilimizin  adı  dəyişilibdir.  Hər  bir  şey 
etmək olar, əgər doğrudan da o, həqiqətə və bizim məqsəd-


126
lərimizə  uyğundursa.  Ancaq  belə  məsuliyyətli  işləri  çox 
ağıllı, bacarıqlı, eyni zamanda xalqın iradəsinə əsaslanaraq 
görmək lazımdır.
1978-ci  ildə  qəbul  olunmuş  konstitusiya  ümumxalq 
müzakirəsindən keçibdir. Deyilə bilər ki, o vaxt sovet döv-
rü  idi,  müzakirələr  formal  keçirdi.  Bəli,  bu  sözü  demək 
olar. Ancaq müzakirələr olubdur. O konstitusiya dərc edi-
libdir, onun barəsində xalqın məlumatı olubdur. Nəhayət, 
Ali Sovetin sessiyasında həmin konstitusiya yekdilliklə qə-
bul edilibdir.
İndi bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqı-
nın  iradəsi  nəzərə  alınmadan  26  nəfər  tərəfindən  qəbul 
olunubdur. Burada da böyük bir səhv buraxılıbdır. Həmin 
səhv ondan ibarətdir ki, əgər Milli Məclis doğrudan da belə 
bir qərar qəbul etməli olsaydı, həmin qərar qanuna, kons-
titusiyaya görə məclis üzvlərinin üçdə ikisi tərəfindən səs 
verildiyi halda qəbul olunmalı idi. Yəni konstitusiya qanu-
nu sadə səs çoxluğu ilə yox, üçdə iki səs çoxluğu ilə qəbul 
olunmalıdır.  Milli  Məclisdə  bu  təklif  səslərin  üçdə  ikisini 
toplaya bilməyib. 50 deputatdan 26-sı, yəni sadə səs çoxlu-
ğu ilə, bir səs üstünlüyünə görə qəbul olunubdur. Burada 
da konstitusiya qanunu pozularaq, volyuntarizm, özbaşı-
nalıq edilərək belə bir qanunun qəbul olunduğu hesab edil-
mişdir.
Təəssüflər olsun ki, bu işi Milli Məclisin o vaxtkı sədri 
İsa Qəmbərov və o qrupa məxsus olan deputatlar ediblər. 
O dövrdə Azərbaycanın prezidenti olan Elçibəy də bu qa-
nunu imzalayıbdır. Mən yenə deyirəm, bu qanunun məna 
və nəticəsini kənara qoyaraq sadəcə qanunvericilik nöqte-
yi–  nəzərindən,  dövlət  məsuliyyəti  nöqteyi  –  nəzərindən 


127
bu mühüm məsələyə nə qədər məsuliyyətsiz yanaşdıqları-
nı qeyd etmək istəyirəm.
Bilirsiniz  ki,  1993-cü  ilin  iyun  ayının  ortalarından Ali 
Sovetə,  Milli  Məclisə  mən  sədrlik  etməyə  başladım.  Mən 
dörd  ay  Milli  Məclisə  sədrlik  etdim.  O  vaxt  Milli  Məcli-
sin bəzi üzvləri bir neçə dəfə məsələ qaldırdılar ki, həmin 
qanun  düzgün  qəbul  edilməmişdir.  Yəni  o,  konstitusiya 
qanunu kimi qəbul olunmayıbdır, imzalanmasına baxma-
yaraq bu qanun saxta qanundur. Dedilər ki, gəlin buna ye-
nidən baxaq. Mən buna imkan vermədim. Çünki əgər bir 
səhv buraxılıbsa, o vaxt buna cürbəcür münasibət olubdur 
və müəyyən gərginlik yaranıbdır. İndi bu səhvi biz tələsik 
düzəltməyə başlasaq və ya hesab etsək ki, bunu düzəltmək 
lazımdır – bu, yeni çətinlik yaradacaqdır. Mən buna imkan 
vermədim.
Ali Sovetin sədri Rəsul Quliyev məlumat verir ki, bu il 
də məclisin üzvlərindən bir neçəsi bu məsələni yenidən qal-
dırıb. Yenə də buna imkan verilməyibdir. Ancaq indi, yeni 
konstitusiya qəbul etdiyimiz zaman bu məsələdə mövqelə-
rimiz müəyyənləşdirilməlidir. Aydınlaşdırmalıyıq ki, han-
sı formanı qəbul edək. Biz ya bu layihədə olan ifadəni, ya 
komissiya  üzvlərindən  bir  neçəsinin  təklif  etdiyi  “dövlət 
dilimiz  Azərbaycan  türk  dilidir”  fikrini,  yaxud  da  Mil-
li Məclisin bir qrup üzvü tərəfindən qeyri – qanuni qəbul 
olunmuş formanı qəbul etməliyik. Həmin o qeyri – qanuni 
qanun icra olunur. İndi mənə deyirlər ki, bizim dərsliklərdə 
ana dilini türk dili kimi yazırlar. Mən soruşdum ki, bəs niyə 
belə yazırlar? Dedilər ki, bu cür qanun qəbul olunubdur. 
Ancaq qanun özü də qeyri – qanuni yolla qəbul edilmişdir. 
Yəni o qanunun gücü yoxdur. Mən sizə bunu açıq deyirəm. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə