108
daha bildirim. Bildirim ki, bizim xalq müstəqilliyə nə qədər
can atmışdısa, ayrı – ayrı qruplar müstəqil dövlət olmağı-
mızı heç də istəməmişlər. Bəziləri indi də köhnə əhval-ru-
hiyyə ilə yaşayır, müstəqilliyi yenə də müvəqqəti hesab
edirlər. Ona görə də bu proseslərin tarixini sizin xatirinizə
salıram.
Bütün bunlara baxmayaraq, 1991-ci il oktyabrın 18-də
qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusi-
ya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın
müstəqilliyi və müstəqil dövlət quruculuğu haqqında çox
dəyərli müddəalar öz əksini tapıbdır.
Beləliklə, mən Azərbaycanın konstitusiya yaradıcılığı
tarixi haqqında müəyyən qədər, kiçik məlumat verərək,
indi qarşıda duran işlərimiz haqqında danışmaq istəyirəm.
Çünki 1919-cu ildə qəbul olunmuş müstəqillik haqqında
Akt, – əgər biz onu konstitusiya xarakterli bir sənəd kimi
qəbul ediriksə, - o, konstitusiyada olmayıbdır. Ondan son-
ra – 1921-ci ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunan
konstitusiyalar da şübhəsiz ki, sovet hakimiyyəti dövrün-
də qəbul edilən konstitusiyalardır. O vaxtlar Azərbaycan
Respublikası müstəqil dövlət olmamışdır və şübhəsiz, bu
konstitusiyalarda kommunist ideologiyası, sovet hakimiy-
yətinin prinsipləri öz əksini tapmışdı.
İndi biz müstəqil Azərbaycan Respublikasının, Azər-
baycan dövlətinin ilk konstitusiyasını qəbul edirik. Bu, çox
məsuliyyətli və eyni zamanda çox şərəfli vəzifədir. Bu, bizə
nəsib olubdur və güman edirəm ki, biz, yəni indiki nəsil
həmin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə qadirik və
yerinə yetirə biləcəyik. İndiyə qədər görülən işlər və hazır-
lanmış materiallar əsas verir ki, biz qısa müddətdə konsti-
109
tusiyanın layihəsini komissiyanın bir neçə müzakirəsindən
keçirdikdən sonra xalqımıza, ictimaiyyətə təqdim edək.
Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növ-
bədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini,
bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini
qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks
etdirməlidir. Yəni konstitusiyamız demokratik prinsipləri
özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə
etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inki-
şaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə
etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi,
milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdir-
məlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan
edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiya-
lı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasi-
yalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək
üçün bütün şərtləri, müddəaları konstitusiya özündə əks
etdirməlidir.
Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir
tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edil-
məsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurul-
masını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf
etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın,
həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına tə-
minat verə bilən dövlətin qurulub yaranmasını təmin edən
prinsiplər olmalıdır.
Demokratiyanın bir tərəfi insan hüquqları, vətəndaşla-
rın hüquqları, ikinci tərəfi isə dövlət quruculuğu və həm
müstəqil dövləti yaşadıb, qoruyub saxlamaq üçün, həm də
insanların hüquqlarını qoruyub saxlamaq üçün dövlət ha-
110
kimiyyətinin təmin olunmasıdır.
Güman edirəm ki, indiyə qədər gördüyümüz işlər və
əldə etdiyimiz təcrübə artıq imkan verir ki, bu məsələlərin
hamısı hüquqi nöqteyi – nəzərdən formalaşdırılsın və bi-
zim konstitusiyada öz əksini tapsın.
Mən bu konstitusiyanın başqa müddəaları haqqında
danışmaq fikrində deyiləm, çünki buna ehtiyac duymu-
ram. Sadəcə olaraq bu əsas prinsipləri qeyd edirəm. Gü-
man edirəm ki, bu prinsiplər əsasında bizim konstitusiya-
nın layihəsi qısa müddətdə hazır olub təqdim edilə bilər.
Konstitusiyamızda dövlətin, Azərbaycanın bu ağır ke-
çid dövründə, çətin dövründə, bir də qeyd edirəm, vətən-
daşların hüquqlarını qorumaq, dövlətçiliyi qorumaq üçün
təminatlar olmalıdır. Bu iki il müddətində biz sizinlə birlik-
də, Azərbaycanın dövlətçiliyini dağıtmaq, pozmaq cəhdlə-
rinin dəfələrlə şahidi olmuşuq.
Dünən Milli Təhlükəsizlik Nazirliyinin verdiyi məlu-
mat, güman edirəm, ictimaiyyətə bir daha bildirir ki, xalqı
parçalamaq, dövləti dağıtmaq cəhdlərindən hələ də əl çək-
məyən qüvvələr var. Bu məlumatı yəqin ki, eşitmisiniz,
bilirsiniz. Biz iki ildir dövlətçiliyimizə zidd olan qüvvələri
başa salmaq, anlatmaq istəyirik ki, onlar cinayətkar əməl-
lərindən əl çəksinlər. Ancaq, təəssüflər olsun, bəziləri hələ
də elə hesab edirlər ki, cinayətkarlıq yolu ilə nəsə əldə edə
bilərlər.
Oktyabrın 1-2-də Milli Təhlükəsizlik Nazirliyi və onun-
la birlikdə Daxili İşlər Nazirliyi tərəfindən aparılan əmə-
liyyatlar nəticəsində cinayət halları və yeni silah cəbhəxa-
nalarının, xüsusən terrorçuluq üçün istifadə edilə biləcək
silahların gizlədilib saxlanması, özü də kimin tərəfindən,
111
- bir var ki, adicə cinayətkar tərəfindən, bir də var, vaxtilə
Azərbaycan Respublikasının deputatı seçilmiş adam tərə-
findən. Ancaq təkcə şəxsən o deyil, onun havadarları, ona
istiqamət verənlər tərəfindən (güman edirəm istintaq on-
ları qısa müddətdə aşkar edib və aşkar edəcəkdir), Azər-
baycanda yenə də qarışıqlıq yaratmaq, terrorçuluq etmək,
dövlətə qarşı cinayət etmək cəhdi göstərən adamlar tərəfin-
dən – cinayətlər törədilməsinin hazırlanması prosesi artıq
meydana çıxıbdır.
Bax, buna görə də bizim bu gün və gələcəkdə qəbul
edəcəyimiz qanunlar və xüsusən əsas qanunumuz – kons-
titusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən in-
sanların hüquqlarını qorusun, insan azadlıqlarını, demok-
ratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat,
söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə döv-
ləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranması-
nı təmin etsin ki, bu cür hallara yol verilməsin. Ona görə
də, güman edirəm, biz elə bir konstitusiya yaradacağıq ki,
bu konstitusiya Azərbaycan Respublikasının nəinki qısa
müddətdə, həm də uzun müddətdə müstəqillik yolu ilə
getməsini təmin edəcəkdir, Azərbaycan Respublikasında
demokratik hüquqi dövlətin qurulmasını təmin edəcəkdir
və ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıq-
larını təmin edəcəkdir.
Komissiyanın göstərişi ilə işçi qrupu konstitusiyanın
layihəsini hazırlamaq üçün bir çox təkliflər irəli sürmüş-
dür. Bu təkliflər əsasında, onları ümumiləşdirərək, onların
üzərində işləyərək Prezident Aparatında və Ali Sovetin
Aparatında müəyyən materiallar hazırlanıbdır. Mən buna
hələ layihə yox, materiallar deyirəm, çünki layihəni, gü-
Dostları ilə paylaş: |