141
Bu gün noyabrın 2-dir. Biz bu işlərin hamısını bu günə
qədər tamamlaya bilməmişik. Səbəb ondan ibarətdir ki, bir
tərəfdən işlər doğrudan da çoxdur, ikinci tərəfdən də bəzi
hadisələr vaxtımızı çox almışdır. Ona görə də komissiya-
nın iclasında həm bu gün üçün nəzərdə tutulan məsələlər
barəsində müzakirə gedəcəkdir, həm də bundan sonra
hansı işlər görəcəyimizi birlikdə məsləhətləşib qərar qəbul
etməliyik.
İndi komissiyanın iclasının bugünkü gündəliyi haqqın-
da. Mən qeyd etdim ki, biz verilən təkliflər əsasında bu
günədək layihəni tamamilə işləyib qurtarıb mətbuata ver-
məliydik. Bu, mümkün olmadı və bunun da səbəbləri ay-
dındır. Bu gün isə yenə də komissiyanın iclasında əhali,
ictimaiyyət tərəfindən verilmiş təkliflərin hamısının müza-
kirə olunması gündəliyə salınmayıbdır. Mən gündəliyə bir
məsələni təklif etmişəm və bu gün bu məsələnin müzakirə
olunmasını lazımlı hesab edirəm. O da konstitusiya layihə-
sinin 23-cü maddəsi – Azərbaycanın dövlət dili haqqında
olan maddədir. Nə üçün mən bu maddəni, xüsusi müza-
kirə etməyi lazım bilirəm, nə üçün bu maddəyə bu qədər
diqqət verilir və nə üçün şəxsən mən diqqət verirəm? Ona
görə ki, bu maddə konstitusiyamızın çox əsas maddələrin-
dən biridir. Bir də ona görə ki, dövlət dili haqqında respub-
likamızın tarixində və xüsusən XX əsr tariximizdə cürbəcür
mənbələrdə cürbəcür ifadələr olubdur. Bunların hamısını
müzakirə edib, son bir qərara gəlmək lazımdır. Ona görə
də mən bu məsələnin xüsusi müzakirə olunmasını lazım
bilmişəm.
1992-ci ilin dekabrında Milli Məclis Azərbaycanın
dövlət dili haqqında bir qanun qəbul edibdir. Dünən yox,
142
srağagün, yəni oktyabrın 31-də bu məsələ ilə əlaqədar
Elmlər Akademiyasının binasında Azərbaycan ziyalıları-
nın– akademiyanın elmi idarələrinin, universitetlərin, ya-
radıcılıq birliklərinin nümayəndələrinin və alimlərimizin,
şairlərimizin, yazıçılarımızın, dil, ədəbiyyat, elm sahəsin-
də mütəxəssislərin böyük bir yığıncağını keçirməyi lazım
bildim. Həmin yığıncağın birinci hissəsində mən özüm də
iştirak etdim. Orada çox geniş müzakirə zamanı mən hə-
min məsələnin nə üçün bu cür müzakirə olunması haqqın-
da fikirlərimi demişəm və bu, televiziyada verilibdir. Mən
təkrar etmək istəmirəm. Yəqin ki, siz televiziya ilə bunu
görmüsünüz, eşitmisiniz. Kim eşitməyibsə, mənim çıxışım
qəzetdə dərc olunub, oxuya bilər.
Sadəcə onu qeyd etmək istəyirəm ki, bu məsələyə ko-
missiyanın sədri, Azərbaycanın prezidenti kimi şəxsən
mən xüsusi fikir verirəm. Bir də qeyd edirəm ki, tarixi əhə-
miyyət kəsb etdiyinə, vacibliyinə, həm də onun barəsində
cürbəcür fikirlər olduğuna görə, hətta müəyyən qanunsuz
qərar qəbul edildiyinə görə mən bu məsələyə xüsusi əhə-
miyyət verirəm.
1992-ci ilin dekabrında Milli Məclis tərəfindən qəbul
olunmuş qanun, - mənasını, məzmununu kənara qoyaraq,
- qanunvericilik nöqteyi – nəzərindən qeyri – qanuni bir
sənəddir. Çünki konstitusiyada Azərbaycanın dövlət dili
haqqında dəyişiklik etmək üçün gərək konstitusiya qanu-
nu qəbul ediləydi. Konstitusiya qanunu qəbul etmək əvə-
zinə qəbul olunmuş bu adi qanun, şübhəsiz ki, konstitu-
siyada dəyişiklik edə bilməz. Azərbaycan Respublikasının
1978-ci ildə qəbul olunmuş konstitusiyasında “Azərbayca-
nın dövlət dili Azərbaycan dilidir” yazılıbdır. 1992-ci ilin
143
dekabr ayında isə Milli Məclisin 26 üzvünün səs verməsi
ilə qanun qəbul olunubdur ki, “Azərbaycanın dövlət dili
türk dildir”. Şübhəsiz ki, bu qanun onu ləğv edə bilməzdi.
O qanun da qalıbdır, yəni konstitusiya da qalıb, bu qanun
da qəbul olunub. Ona görə də qanunvericilik, qanunçuluq
nöqteyi – nəzərindən burada böyük qüsurlara yol verilib-
dir. Bu, məsələnin bir tərəfi.
Əhalinin bir hissəsi, demək olar ki, əksəriyyəti ümu-
miyyətlə bu qanunun qəbul edilməsindən narazı olub-
dur, ola bilər, bir hissəsi bəyənibdir. Ancaq qanunvericilik,
ümumiyyətlə siyasət sahəsində təcrübəsi olan adamlar bu
qanunun qeyri – qanuni qəbul edildiyinə görə bundan na-
rahat olublar.
Bax, belə bir vəziyyət yaranıb. Şübhəsiz, bunların hamı-
sı da o zaman, o dövrdə, həmin 1992-ci ildə Azərbaycana
rəhbərlik edən adamların bu cür ciddi, belə məsuliyyətli
işə məsuliyyətsiz yanaşmalarını bir daha nümayiş etdirir,
sübut edir. Bax, belə səhvlər buraxmamaq, həmin qeyri –
qanuni yollarla getməmək üçün və bu məsələni xalqın ira-
dəsi ilə həll etmək üçün konstitusiya komissiyasının sədri
kimi mən bu işə çox ciddi fikir verirəm, bu məsələnin ciddi
müzakirə edilməsini lazım bilmişəm. Ona görə də komissi-
yanın bugünkü iclasında yalnız bu maddəni, bu məsələni
müzakirə etməyi təklif edirəm.
Onu da qeyd etmək istəyirəm ki, əgər mən komissiya
sədri, bir prezident olaraq, bəzilərinin hesab etdiyi kimi
məsələn hansısa bir tərəfə meyl etsəydim, onu edə bilər-
dim. Konstitusiyanın layihəsi müzakirə olunub və oktyab-
rın 14-də konstitusiya komissiyasında son dəfə müzakirə
edilib, dərc olunub. Son müzakirə zamanı konstitusiya ko-
144
missiyasının üzvlərindən üç nəfər dil haqqında öz fikirləri-
ni bildirib.
Komissiyanın üzvləri Bəxtiyar Vahabzadə, Anar, Elçin
Əfəndiyev deyirlər ki, dövlət dili yazılsın, Azərbaycan türk
dili, ya Azərbaycan türkcəsi. Komissiyanın başqa üzvləri
bu fikri bəyənməyiblər, yəni bu fikrə qoşulmayıblar. Pro-
sedura, müzakirə nöqteyi – nəzərindən vəziyyət bundan
ibarətdir. Ancaq yenə də deyirəm, bu çox həssas, çox incə
məsələ olduğuna görə əgər bir adam da bu barədə bir söz
deyirsə, ona fikir vermək lazımdır və burada məsələni adi
çoxluq ilə, azlıq ilə həll etmək olmaz. Baxın, 1992-ci ilin de-
kabrında bu məsələni Milli Məclisdə zorla həyata keçiriblər.
Əgər zorla olmasaydı, Milli Məclisin üzvlərinin əksəriyyəti
gərək buna səs verəydi. Ancaq əksəriyyəti səs verməyibdir.
Milli Məclisin iclasda iştirak edən 39 nəfər üzvündən bu
məsələyə 26 nəfər səs verib. Milli Məclisin 50 üzvü var. Belə
bir qanunun qəbul edilməsi üçün Milli Məclisin üzvlərinin
üçdə ikisi səs verməli idi. Əgər üçdə ikisi səs verməyibsə,
demək, təmkinlik göstərmək lazım idi. Bu ideyanı mütləq
həyata keçirmək istəyən adamlar bunu bir daha müzakirə
etməli idilər, bir daha məsləhətləşmələr aparmalı idilər və
o adamları da inandırmaq lazım idi ki, belə bir qərar qəbul
olunmalıdır. Əgər onlar inanmasaydılar, onlarla hesablaş-
maq lazım idi. Bunlar olmayıb.
Mən hesab etmirəm ki, bu, təcrübəsizlikdən olub. Mən
hesab edirəm ki, o insanlar – o vaxt Azərbaycana rəhbərlik
edən adamlar təcrübəsizliyindən də çox, böyük iddialarla
yaşayırdılar. Onların hər biri hesab edirdi ki, bütün bu al-
çaq dağları onlar yaradıblar, başqaları yaratmayıblar. Bax,
belə iddialara görə onlar bu işləri ediblər. Əgər bu iddialar
Dostları ilə paylaş: |