172
lərimizin içərisinə daxil olmalıdır. Orada 26 oldu, onlar
da lax çıxdı, indiki 26 da lax çıxdı. Mən bilmirəm, o cəbhə
hərəkatları vaxtında 26 nəfər xalqımızın dilini necə istədilər
o cür də rənglədilər. Məsələ ondadır ki, türk desəniz Bor-
çalı tərəfdə, Qazax tərəfdə yaşayan qarapapaqlar deyəcək
“mən türk deyiləm, axı, mən qarapapağam”. Yaxud, İraqda
vaxtilə ki, buradan gediblər, bunlar da azərbaycanlıdır. On-
lar azərbaycanlı deyil, onlar tərəkəmədir, türkmən. Profes-
sor, elmlər doktoru Səkinə Hacıyeva Dağıstanda, Mahaçqa-
lada özü bir kitab buraxıb – “Daqestanskiye terekeme”. İndi
ikinci cildini buraxıb – “Daqestanskiye azerbaydjantsı”.
Bu “Azərbaycan” sözü ki, var, bu bizim müstəqillik
dövrümüzdə, yəni bütün dünya ölkələri qabağında ölkə-
mizin adı Azərbaycan və xalqımızın dili Azərbaycan dili-
dir. 300 mindən çox azərbaycanlı ölüb müharibədə. İndi
yenə deyəcəksiniz, onlar getdi, imperiyaya xidmət eləmi-
siniz. Elə deyil də, Sovet ölkəsi bizim Vətənimiz idi. Hər
yerdə yazılıb ki, azərbaycanlılar hünər göstərdilər və sair
və ilaxir. Onlar da elə şeydir ki, bununla oynamaq olmaz.
Xalqımız XXI əsrə qədəm qoyur və burada dərəbəylik, hay
– küy, fısqırıqla məşğul olmağa heç ehtiyac da yoxdur. Kim
əgər Zəngəzurdan köçübsə, indi özünü erməni mahalın-
dan ayırıb Kişin altında yaşayırsa, o, özünü nə istəyir yaz-
sın. Amma mən xahiş eləyirəm, bizim camaatımızı, bizim
xalqımızı, bizim bu yetişən gənclərimizi yoldan eləməyin.
Biz daha qurtaraq bununla, Heydər Əliyeviç. Azərbaycan
Respublikası ya Cümhuriyyəti və Azərbaycan dili, - bunun
başqa adı ola bilməz və bundan sonra bu haqda danışmaq
da olmaz. Kim istəyirsə özünə türk desin, evində divarlara
belə şüar yapışdırsın ki, mən türkəm və güzgüyə baxıb özü
173
– özü ilə danışsın ki, sən də, mən də, ikimiz də türkük.
Akademiyada danışanların daha burada danışmasına
ehtiyac yoxdur, çünki vaxt da azdır və bir reqlament təyin
etmək lazımdır.
H.ə.əliyev: Reqlament belədir, güman edirəm ki, hər
çıxış eləyən bilməlidir ki, vaxtımız dardır, qısa danışmaq
lazımdır, geniş danışmağın əhəmiyyəti yoxdur. Bir də, o 27
nəfər ki, oktyabrın 31-də danışıb, onların burada ikinci dəfə
danışmağına ehtiyac yoxdur. Onlar öz sözlərini deyiblər,
televiziya ilə də bir qismi verilib, qalanı da veriləcəkdir.
Bəxtiyar müəllim, buyurun.
b.Vahabzadə: Hörmətli prezident, mən də elə o fikir-
dəyəm. Əgər biz burada, bu gün geniş müzakirə açsaq,
bunu bir belə müzakirə ilə qurtarmaq mümkün deyil. Çün-
ki burada fikirlər haçalanıb, bir qismi deyir türk dili, bir
qismi də deyir Azərbaycan dili. Amma Ramiz müəllimin
oxuduğu siyahıda deyilir ki, bir qismi deyir xalis türk, bir
qismi deyir Azərbaycan türkcəsi. Demək olar ki, bunlar elə
eyni şeydir. Yəni Azərbaycan türkcəsi deyəndə, istəyirlər
bir orta yol götürsünlər. Yəni hər iki tərəf eyni olsun. Yəni
burada orta bir hədd götürmək lazımdır. Burada fikirlər ha-
çalanıb. İndi biz dəfələrlə oturub müzakirə eləsək bir qismi
belə deyəcək, bir qismi belə. Mən sizdən xahiş edirəm, bu
gün buna son qoymaq lazımdır. Yəni bir orta yol tutmalı-
yıq. Burada o Azərbaycan dilini, xalis onu müdafiə eləyən-
lər ki, var, yəqin, onlar bir 30 ildən, 20 ildən sonra deyəcək-
lər ki, familiyamızın sonunda olan “ov” da bizimkidir. A
qardaş, kor – kor, gör-gördür. Axı, bunu bilənlər də bu cür
danışanda adama təəccüblü gəlir. Mən hesab eləyirəm, - o
dəfə də çıxışımda dedim. Anarla bizim fikrimiz eynidir, –
174
Azərbaycan türkcəsi, milliyyətimiz də Azərbaycan türkü,
ən doğrusu budur.
İndi burada nədir? Mən hiss eləyirəm, çox qəribədir
ki, savadsızlar deyəndə mən bunu başa düşürəm. Amma
bəzən yazıçı, alim də bu iddianı eləyir ki, aman günüdür,
biz əgər türkcə yazsaq onda biz Anadolu türklərinin dilin-
də danışmalı olacağıq. Atatürkdən sitat gətirməyə gəlincə,
Atatürk böyükdür, türk dilinə, türk xalqına hörmətimiz
var. Bunu heç kim inkar etmir. Söhbət ondan getmir. Əgər
biz bu gün konstitusiyada yazırıqsa ki, Azərbaycan türkcə-
si, bu o deyən sözdür ki, biz Anadolu türkcəsi ilə danışa-
cağıq? Qətiyyən yox. Bax, qəribə burasındadır ki, savadsız
adamlar bunu məndən soruşurlar. Amma bunu alim, yazıçı
deyəndə mənə təəccüblü gəlir. Onun öz yeri var, bunun öz
yeri var. Yusif Səmədoğlu deyəndə ki, mən türkləri 40 faiz
başa düşürəm... Yusif, onda mənim sənə heç sözüm yox-
dur. Sənin rəhmətlik atan, Allah rəhmət eləsin, hamımızın
ustadı demişdi mən türkəm, sən də deyirsən mən azərbay-
canlıyam. Heç başa düşmək olmur.
O ki qaldı Mirzə Kazım bəydən burada sitat gətirdilər,
- o, boynuna xaç salandır, o, bizim üçün Zərdabilərin,
Mirzə Cəlillərin, Sabirlərin və Füzulilərin qabağında heç
nədir. O öz dinindən, dilindən imtina eləyib. İndi mənim
üçün meyar oldu Kazım bəy? Uzun danışmaq lazım de-
yil, mən qısaca deyirəm fikrimi. Burada Elçin müəllimin,
Elçin Əfəndiyevin təklifi də olub, mənə elə gəlir o təklif də
yaxşı təklifdir. Dövlət dilimiz Azərbaycan dili mötərizədə
türk, - heç olmasa o yazılsın. Amma Füzuli rəhmətlik 400 il
bundan əvvəl, 500 il bundan əvvəl deyib ki, deyirlər, türk
dilində yazmaq çətindir, mən bu düşvarı asan eylərəm.
175
Mənim babam əgər belə deyirsə və Sabir əgər belə deyir-
sə, o zaman Sabirin dövründə biri türk dilindən, yəni Os-
manlı türkcəsindən şeir tərcümə eləyib, altından yazıb ki,
tərcümə eləyən filankəs. Sabir də ona cavab verir ki, qah
– qah qəribə gülməlisən. Türkcədən türk dilinə tərcümə
olar? Bunlar bizim gözümüzün qabağında olan şeylərdir.
Bu boyda həqiqəti biz necə inkar eləyirik? Mən başa düş-
mürəm. Əgər bizim dədə - babamız belə deyibsə, bizim nə
haqqımız var bundan çıxaq?
Mənim kitablarımı Türkiyədə nəşr eləyirlər. Heydər
müəllim, sizi inandırıram, necə mən yazmışam, eynilə o
cür çap eləyirlər. Amma bəzi sözlərin üstündə “1” yazılır
və altda yazırlar, məsələn, mən yazıram “axtarmaq”, o, üs-
tündə “1” yazır, aşağıda yazır “aramaq”. Bu cür fərqlərlə
kitablar çap olunur. Heç onun tərcüməyə ehtiyacı yoxdur
və mənim kitablarımı, orada 10-a qədər kitabım çap olu-
nub və çox beynəlmiləl türk oxucusu bunu oxuyur. Mənim
təklifim budur. Xahiş eləyirəm, bir – birimizə gəlin atmaca
atmayaq, mən Kişin altındanamsa, sən də ayrı yerdənsən,
tatsan.
H.ə.əliyev: Bəxtiyar müəllim, bir dəqiqə. Mən bir
neçə dəfə demişəm, yenə də deyirəm və siz də bizim çox
böyük şairimiz, çox böyük simamız olduğunuza görə bir
neçə məsələni araşdırmaq istəyirəm. Mən özüm də axtarış-
dayam. Mən bunu oktyabrın 31-də də demişəm, bu gün də
deyirəm və heç bir kəsin fikrinə də təsir etmək istəmirəm.
Ancaq yazaq ki, Azərbaycan türkcəsi, gəlin bir az dərindən
fikirləşək. Biz, demək, türkcənin bir ləhcəsiyik, bu nədir?
Dilin adı olar. Hörmətli Anar bir misal gətirir ki, dünyada
bunun nümunəsi var, Krım tatar dili.
Dostları ilə paylaş: |