167
layihəsini hazırlayan komissiyanın üzvü: Hörmətli pre-
zident, hörmətli müşavirə iştirakçıları. Mənim dediyimdə
elə bir orijinal fikir olmayacaq. Çünki mən bu fikri 1992-ci
il dekabr ayının 22-də demişəm. Milli Məclisdə məsələ mü-
zakirə ediləndə mən o zaman Azərbaycanın dövlət dilinin
türk dili olmasının qəti əleyhinə çıxanlardan biri olmuşam.
Onu da yadınıza salmaq istəyirəm ki, rəhmətlik İsmayıl
Şıxlı da bu fikirdə olub və Milli Məclisdə bunun əleyhinə
səs verən 7 nəfərdən indi burada oturanlar da var. Mən
ümumiyyətlə, bu fikirdəyəm ki, təbii ki, tarixi ekskurslar
lazımdır, tarixi öyrənmək lazımdır, arxiv sənədlərini öy-
rənmək lazımdır. Amma çox zaman mənə elə gəlir ki, ta-
rixi ekskurslar bizi harasa “tupikə” aparır. Çünki bir sıra
sənədlər üzə çıxarılır ki, orada “türk dili” ifadəsi işlənir, bir
sıra sənədlər çıxır ki, “Azərbaycan dili” ifadəsi işlənir. Bü-
tün bunlar yəqin ki, gələcəyin işidir. Amma mən bugünkü
real vəziyyətdən danışmaq istəyirəm.
Mənim fikrim nə qə-
dər paradoksal görünsə də, onu demək istəyirəm ki, totali-
tarizm adlandırdığımız, sovet imperiyası adlandırdığımız
dövrdə, 60-70-ci ildə Azərbaycan dili formalaşdı. Azərbay-
can dili yetkinləşdi və Azərbaycan dili sözün əsl mənasın-
da Azərbaycan dili oldu. Bu gün bizim danışdığımız – təbii
ki, türk dilləri qrupuna daxil olan, yalnız bizim özümüzə
məxsus, bu xalqa məxsus, bu məmləkətə məxsus Azərbay-
can dilidir. Mən Azərbaycan yazıçısı, Azərbaycan ziyalısı
kimi dəfələrlə İstanbulda olmuşam. Ankarada olmuşam,
Bakıda bir sıra türk yazıçıları ilə görüşmüşəm. Sizi inandı-
rıram ki, mən onlarla söhbət eləyəndə onların danışığında
sözlərin 40 faizini anlamıram. Bu, yəqin ki, mənim bisavad-
lığımdır. Amma o da ola bilər ki, bu mənim bisavadlığım