195
nada yazılmayıb. Biz səndən xahiş eləyirik, sən o konstitu-
siyanı göndər. Həmin məktub mənim arxivimdədir. Mən
tapdım göndərdim onlara.
H.ə.əliyev: O məlumdur.
H.Abbaszadə: O vaxtlar bizim dövlət dili Azərbaycan
dili idi, o vaxt “türk dili” heç kim deyə bilməzdi, indi deyə
bilirik, biz. Mənim şəxsən təklifim budur. Mənim nəvəm
4-cü sinifdə oxuyur, mən deyirəm “Azərbaycan dili”, o de-
yir “türk dili”. Dərslikləri də var, uşaqların beyninə yeridi-
lib “türk dili”. Ona görə təzədən kitablar cırılsın, kitablar
təzədən yazılsın, - mən elə bilirəm ki, bu, çox çətin olar.
Yenə də müəyyən nəslin uşaqlarına zərbə vurmuş olarıq.
Mənim təklifim budur: Konstitusiyada yazılsın ki, “Azər-
baycanın dövlət dili Azərbaycan türkcəsidir”. Çünki yerin
adına görə deyərlər: Krım tatarları, Kazan tatarları. Siz onu
bilin ki, Krımda tatar olmayıb, Krımda türk olub. Ona görə
ruslar, Rusiya imperiyası “türk” deməyib, bizə deyiblər
“müsulmane”, deyiblər “tatar”. Bizə istəmirlər “türk” de-
sinlər.
H.ə.əliyev: Aydındır, Hüseyn müəllim, aydındır. Gə-
lin belə danışaq: kim papiros çəkmək istəyir – çıxsın, etiraz
eləmirəm, kim su içmək istəyir – çıxsın, amma iclasda fa-
silə elan eləməyək. Bəxtiyar müəllim, buyur, bilirəm ki, sən
papiros çəkmək istəyirsən. Yəni burada da biz sərbəstlik
veririk, o keçmiş rejim yoxdur indi. İqrar Əliyev buyursun.
i.əliyev – EA-nın Tarix İnstitutunun direktoru, EA-nın
müxbir üzvü: Hörmətli prezident, hörmətli toplantı iştirak-
çıları. Mən şair deyiləm, emosiya ilə danışa bilmirəm. Mən
ancaq faktlarla danışmaq istəyirəm. Mənim çox xoşuma
gəldi Səmədoğlunun çıxışı, həddən ziyadə çox xoşuma gəl-
196
di. Amma onun bir sözünə etiraz eləmək istəyirəm. Dedi
ki, tarixi araşdırmaq lazım deyil. Lazımdır. Qətiyyətlə de-
yirəm ki, mən “türk dili Azərbaycan Respublikasının döv-
lət dilidir” fikrinə etiraz edirəm. Əgər bizim konstitusiya-
mızda dövlət dili “türk dili” yazılsa və məni türk saysalar,
qəti deyirəm sizə, mən həmişə “azərbaycanlı” yazacağam,
“Azərbaycan dili” yazacağam. Niyə görə? Bu saat deyim
sizə. Bax, mən buraya gələndə Qumilyovun kitabını gə-
tirdim – “Derevnie tyurki”. O, nəinki sabiq SSRİ-də, hətta
dünya miqyasında çox görkəmli türkoloqdur. Mən onun
bir neçə fikrini sizə çatdırmaq istəyirəm. Əsər rus dilində
yazıldığından rus dilində oxuyuram.
H.ə.əliyev: Buyur, buyur.
i.əliyev: Xahiş eləyirəm buna fikir verin. Burada türk-
lər haqqında, onların tarixi haqqında yazır: “Bütün deyilən-
lərə baxmayaraq qədim türk cəmiyyətinin qədəm qoyduğu yol
faciəli idi. Belə ki, çöldə və onun sərhədlərində yaranmış ziddiy-
yətlər aradan qaldırıla bilmədi. Çətin anlarda çöldə məskunlaşan
əhalinin böyük əksəriyyəti xanları müdafiə etmədi, bu da Xaqan-
lığın qərb və şərq xaqanlığına parçalanmasına, 630 və 659-cu il-
lərdə müstəqilliyin döndərilməsinə, 745-ci ildə isə xalqın məhvinə
gətirib çıxardı. Əlbəttə, xalqın məhv olması hələ onu təşkil edən
bütün adamların məhvi demək deyildi. Onların bir hissəsi çöldə
hakimiyyəti ələ almış uyğurlara tabe oldu, çox hissəsi Çinin sər-
həd qoşunlarında gizləndi. 756-cı ildə həmin qoşunlar Tan sülalə-
si imperatorunun əleyhinə üsyan qaldırdılar, türklərin qalıqları
həmin üsyanda fəal iştirak etdilər və digər üsyançılarla birlikdə
tikə-tikə doğrandılar. Bu, artıq həm xalqın, həm də dövrün sonu
idi”.
H.ə.əliyev: İqrar müəllim, bu, tarixdir, aydındır, sən
197
bu məsələyə dair fikrini de.
i.əliyev: İndi bir şeyi də yoldaşlara çatdırmaq istə-
yirəm. Çünki bilirsiniz, hərdən məsuliyyətsiz danışıqlar
olur, deyirlər ki, bizim adımız olsun türk, Azərbaycan
türkcəsi, Azərbaycan türkü. Nəyə görə mən bu “türk”ün
əleyhinəyəm? Çünki Heydər müəllim, bu mənbələrə görə
o türklər, 500 ailədən ibarət olan türklər–Atillanın rəhbər-
liyi altında olan türklər türk dilində danışmırdılar, onlar
monqol dilində danışırdılar. Niyə biz həmin, necə deyərlər,
türkün qondarma dili olan dili qəbul etməliyik? Yalnız VI-
VII əsrlərdə türklərin qalan hissəsi türk adını qəbul eləyib-
dir. Türk bir xalq kimi məhv oldu getdi. Düzdür, türk adını
daşımayan, xahiş edirəm buna fikir verin, digər türkdilli
xalqlar bir sıra hallarda ərəblərin təsiri altında qəbul elə-
dilər türk adını. Türk adını bu saat qəbul eləmək osmanlı
türkləri üçün qəbahətdir. Çünki türk böyük bir ailənin–
23-24 dilin nümayəndəsi olan böyük bir ailənin adıdır.
İndi rus dilində bu, yenə var, birinə “tyurok” deyirlər, o
birisinə “tyurk” deyirlər. Bizim dildə bu ayrılma yoxdur.
Biz “türk” deyəndə türk xalqlarını düşünürük, ya müasir
osmanlı türkcəsini düşünürük. Orasını da demək lazımdır
ki, bəziləri deyirlər: “Biz niyə müəyyən dövrdə qəbul elədiyi-
miz “türk” adını ataq üstümüzdən?” Məgər osmanlılar 5-6 əsr
işlətdikləri osmanlı məfhumunu atmadılarmı üstlərindən?
Müəyyən siyasi məqsədləri güdüb inqilabdan sonra türk-
lər özlərini “türk” adlandırmadılarmı? Türklər, türk rəh-
bərləri dedilər ki, bizə 100 milyonluq türk milləti lazımdır.
Buna görə Türkiyənin adını türk elədilər. Bizə bu saat 100
milyonluq türk lazım deyil, bizim özümüzə azərbaycanlı-
lar bəsdir. 35, 40 milyonluq azərbaycanlıyıq. Bizim bu saat
Dostları ilə paylaş: |