202
H.ə.əliyev: 14 nəfər də burada çıxış elədi. Komissiya-
nın üzvlərindən də bir neçəsi çıxış etdi. Amma bu komis-
siyanın digər üzvləri, məsələn, Hüseynağa Qəniyev mənə
yazı veribdir. O həm yeni konstitusiya layihəsini hazırlayan
komissiyanın üzvüdür. Həm də Milli Məclisin üzvüdür.
Buyursun. Ondan sonra Həsən Həsənov xahiş eləyibdir, o
da komissiyanın üzvüdür, eyni zamanda xarici işlər naziri-
dir. Buyurun.
H.Qəniyev – Milli Məclisin üzvü, yeni konstitusiya la-
yihəsini hazırlayan komissiyanın üzvü: Möhtərəm prezi-
dent. Hörmətli yoldaşlar. Bu gün həqiqətən çox ciddi bir
məsələ müzakirə olunur və mən iki ildir ki, bu məsələnin
müzakirəsində iştirak edirəm. Müxtəlif istiqamətlərdə fi-
kirlər eşitmişəm və hər bir azərbaycanlı bu saat bu məsələ
haqqında çox dərindən və ciddi düşünür. Əlbəttə, mən
onunla razıyam ki, tarixilik baxımından müasir Azərbay-
can dili türk dilidir. Lakin tarixin inkişafı baxımından bu-
günkü müasir Azərbaycan dili elə Azərbaycan dilidir ki,
var. Bütün dillər belədir. Tarixi inkişaf prosesində dillər
ailələrdən qruplara, qruplardan isə dillərə şaxələnir.
Xalqlar da belədir, elm də belə olub və eyni zamanda
dil də belədir. İndi, məsələn, Avropa dilləri ayrılıb qrup-
lara: slavyan dili, slavyan qrupu, german qrupu, roman
qrupu və s. Slavyan qrupunda rus, ukrain, belarus dilləri.
Altay dil ailəsindən qruplar ayrılıb, onun da dili türk dili-
dir və türk qrupu da Azərbaycan, tatar, qazax, və sair sər-
bəst dillərə bölünüb. Altay dil ailəsi elə bil ki, babadır, türk
dil qrupu atadır. Azərbaycan dili isə oğuldur. İndi oğulun
özünü ata elan etməsi, mən hesab eləyirəm ki, heç də düz-
gün deyil. Çünki tarixi proses gedib, tarix öz sözünü de-
203
yib və Azərbaycan deyilən bir dil, Azərbaycan deyilən bir
dövlət, Azərbaycan deyilən bir xalq formalaşıb. Bu, təkcə
dillərə aid deyil, bu, eyni zamanda elmə də aiddir. Qədim
Yunanıstanda bir elm var idi – Fəlsəfə. Astronomiya ilə də
məşğul olurdular, fizika ilə də, təbabətlə də. Ondan sonra
elm inkişaf etdikcə parçalandı, bunların hərəsi sərbəst bir
sahəyə çevrildi. Sənətdə də belədir: ozan olub, aşıq olub –
həm musiqisini yazıb, həm çalıb, həm ifa eləyib. Cəmiyyət
inkişaf etdikcə musiqini yazan bəstəkar yaranıb, sözlərini
yazan şairlər yaranıb və beləliklə sənətin sinkretizmi par-
çalanıb. Bu, cəmiyyətin inkişafıdır. Və mən hesab eləyirəm
ki, Azərbaycan dilini qəbul etməklə türk dil qrupunun tarix
səhnəsində oynadığı böyük rolu, onun nəhəngliyini, onun
inkişafını göstəririk. Yalnız böyük xalqlar, yalnız böyük dil-
lər şaxələnib qruplara və ayrı – ayrı dillərə çevrilir. Mən
hesab eləyirəm ki, bugünkü dilimiz Azərbaycan dilidir və
Azərbaycan əhalisinin müəyyən hissəsi, mən deyərdim,
böyük əksəriyyəti, - şəxsən mən Lənkərandan gəlirəm, se-
çicilərlə görüşmüşəm, təqribən 20 kənddə olmuşam, - hamı
bu məsələni çox böyük ruh yüksəkliyi ilə qarşılayır. Çünki
bu “Azərbaycan” kəlməsində, Azərbaycan dilində həm ta-
rixilik var, həm tarixi inkişaf var, həm birlik var, həm də dil-
çilik var. Mən hesab eləyirəm ki, bizim dilimiz Azərbaycan
dilidir və konstitusiyada da biz yalnız “Azərbaycan dili”
yazsaq, daha faydalı olar.
Eyni zamanda bir şeyi də nəzərə almaq lazımdır ki,
“Azərbaycan türkcəsi” deyəndə, belə bir dil yoxdur, ana-
loqu yoxdur. Kim deyirsə, mən belə analoq bilmirəm. İkin-
cisi, Azərbaycan dili təkcə özünü türk hesab eləyən xalqın
dili deyil. Azərbaycan dili Azərbaycanda yaşayan bütün
204
xalqların dilidir. Onda bütün xalqların ruhu var, orada bü-
tün xalqların dillərindən sözlər var və bu, artıq Azərbaycan
dilinə daxil olub və o, bir dil kimi formalaşıb. Ona görə də
təzədən əti dırnaqdan ayırmaq, bu ruhu bir – birindən ayır-
maq, üç nəsil tərəfindən qəbul olunmuş ənənəni pozmaq
mən hesab edirəm ki, nə dilimizin xeyrinədir, nə də döv-
lətçiliyimizin xeyrinədir.
Onu da deyim ki, parlamentdə bu məsələdə türk dilinin
əleyhinə səs vermişəm. Heydər müəllim, bu məsələ müza-
kirə olunub, bir dəfə yox, bir neçə dəfə. İki dəfə bu, səsə
qoyulub, keçməyib, üçüncü dəfə nə təhər oldusa bu, 26 səs-
lə keçdi. Ona görə də mən hesab edirəm ki, ümumiyyətlə
o qanun qanun deyildir, çünki konstitusiyasının əleyhinə
olan hər hansı bir qanun elə qəbul edildiyi andan qüvvəsini
itirir. Mən hesab eləmirəm ki, biz belə bir qanun qəbul elə-
mişik və o, heç düzgün də deyil. Mən hesab eləyirəm ki, bu
proses ki, gedir, bunun arxasında nəsə başqa istiqamətlər
də var. Elə Lənkəranda da, bizim camaatın içərisində də,
talışların içərisində də bir 2-3 faiz var ki, buna tərəfdardır.
Deyir ki, qoy elə belə olsun. Çünki bunun arxasında duran
fikirlər yəqin ki, hamıya məlumdur.
Mən demirəm, bunun xatirinə eləyək, mən hesab elə-
yirəm ki, bu, çox təbiidir, tarixidir, reallıq kimi Azərbaycan
dilinin həqiqi adıdır. Bu baxımdan da götürəndə mən bu
məsələyə tərəfdaram. Təkcə dildən söhbət getmirdi, parla-
mentdə bir neçə dəfə məsələ müzakirə olundu ki, “x” hər-
fi ilə “ə” hərfini biz çıxartmalıyıq. Bu, çox uzaqlara gedən
böyük siyasət idi və mən hesab edirəm ki, biz vaxtında bu
məsələ ilə məşğul oluruq və konstitusiyada Azərbaycanın
dövlət dili kimi yalnız Azərbaycan dili yazılmalıdır. On-
205
dan sonra da xalq öz sözünü deyər. Burada fikirlər var ki,
əlavə bir bülleten düzəltmək lazımdır, mən onun da əley-
hinəyəm, çünki artıq layihəni camaat görüb, xalq öz sözü-
nü referendumda deyəcək. Axırıncı söz xalqın sözü olar.
Bu qədər, sağ olun.
H.ə.əliyev: Həsən Həsənov.
H.Həsənov – xarici işlər naziri, yeni konstitusiya layihə-
sini hazırlayan komissiyanın üzvü: Hörmətli cənab pre-
zident, sizin Elmlər Akademiyasında dolğun və hərtərəfli
çıxışınız və bugünkü müşavirədə qeydləriniz məsələyə tam
aydınlıq verir. Amma bir halda ki, imkan verirsiniz, mən də
sözümü demək istəyirəm. Sizin icazənizlə, tarixə və dünya
praktikasına istinad edərək fikirlərimi söyləyərdim.
Hamıya məlumdur ki, dillər iki statusa malikdir. Birinci
statusu ləhcə, ikinci statusu tam formalaşmış milli dil. Mil-
li dillər yenə də iki statusda birləşirlər: birinci status dillər
qrupuna, ikinci status dillər ailəsinə birləşirlər. Deməli, ləh-
cə başqa bir məfhumdur, milli dil isə tamam başqa bir məf-
humdur. Dil qrupu isə tamamilə başqa bir məfhumdur. Biz
dilimizi hansı statusda qiymətləndiririk, türk dilinin azəri
ləhcəsi kimi, yoxsa türk dillər qrupunun amorf və forma-
laşmamış bir üzvü kimi, yoxsa müstəqil, milli düşüncəmizə
məxsus, millətimizin müstəqil, özünəməxsus milli dili
kimi? Bütün türk dilləri sözsüz ki, bir anadan əmələ gəlib-
lər. Amma X və XI əsrlərdə ilk ciddi bölgü prosesi getdi və
vahid türk dili oğuz, qıpçaq, bulqar, karluq, oyrot dillərinə
bölündü. XIV – XV əsrlərdə bunlardan biri olan oğuz qo-
lundan Azərbaycan dili müstəqil dil kimi ayrılıb – Nəsimi-
nin dili, Füzulinin dili. XIX əsrin əvvəllərində ziyalılarımız
dilimizin müstəqilliyini elmi nöqteyi – nəzərindən dərk
Dostları ilə paylaş: |