198
o siyasi oyunlara baş qoşmağa nə həvəsimiz, nə imkanımız
var. Ona görə də mən hesab eləyirəm ki, Azərbaycan Res-
publikasının dövlət dili Azərbaycan dili olmalıdır, nə Azər-
baycan türkcəsi, nə də Azərbaycan – türk dili olmalıdır.
H.ə.əliyev: Filologiya elmləri doktoru Həsən Quliyev,
Dilçilik İnstitutundan.
H.Quliyev – Dilçilik İnstitutunun türk dilləri şöbəsinin
müdiri: Hörmətli prezident, hörmətli müşavirə iştirakçıla-
rı, biz həmişə prezidentimizin çıxışından öz işimizdə dö-
nüş yaratmaq üçün istifadə eləmişik. Yenə də çox şükür ki,
Heydər müəllim bu əvvəlki cavanlıq duyğusu ilə çıxış elə-
yir, bizi yenə qidalandırır. Bir dəfə Şirəliyev iclasdan sonra
gəlib dedi ki, Heydər müəllim çox gözəl çıxış elədi və biz
də ümumiyyətlə, Heydər müəllimin çıxışından bir nəticə
çıxarıb öz işimizdə nitq mədəniyyəti məsələlərinə çox geniş
fikir verməliyik və biz həmişə Heydər müəllimin çıxışların-
dan öyrənməliyik.
Heydər müəllim, Dilçilik İnstitutunun türk dilləri şö-
bəsinin müdiri kimi mən də sizə təşəkkür edirəm ki, gözəl
təşəbbüs göstərmisiniz və dilimizin adının konstitusiyada
dəqiqləşdirilməsi məsələsini bugünkü iclasa çıxarmısınız.
Hamıya da sərbəst söz verilir, istənilən qədər danışır və öz
elmi dəlillərini müşavirə iştirakçılarına çatdırır.
Heydər müəllim, ümumiyyətlə Orxon – Yenisey abi-
dələrində, V – VIII əsr abidələrimizdə, - bunlar ümumi türk
abidələridir – bu abidələrdə “azbudun”, “az əri” kimi ter-
minlər işlənib. Ola bilsin ki, bizim qəbilənin adı da həmin
bu “az” xalqından əmələ gəlib. Ümumiyyətlə, türklər XIV
əsrə qədər bir – birinə yaxın, bir–birini başa düşən dildə da-
nışmışlar, lakin XIV əsrdən sonra bu dillər arasında diffe-
199
rensasiya, yəni fərqlənmə, müstəqilləşmə prosesi başlayıb.
Millətin əmələ gəlməsindən sonra müstəqil dillər yaranıb.
Keçmiş SSRİ ərazisində 23 türk xalqı var, hər bir türk xalqı-
nın özünün müstəqil dili var və heç kim indi öz ana dilinin
adının dəyişdirilməsi haqqında fikirləşmir və bu işi də or-
talığa atmır. Bizə nə olub ki, indi – bilmirəm. Uzun müddət
biz bütün dünyaya Azərbaycan xalqı, Azərbaycan Respub-
likası, Azərbaycan dövləti kimi tanınmışıq. İndi bizə nə dü-
şüb ki, birdən – birə ana dilimizin adını dəyişək, bu haqda
geniş mübahisələrə səbəb olan fikirlər yayaq? Mənə elə gə-
lir, bu da xaricdən gələn hər hansı bir təxribatın nəticəsidir
ki, bizim respublikaya da gəlib çıxıb.
Türkiyədə bir jurnal buraxırlar – “Türkologiya” jur-
nalı. Bu jurnalda keçmiş SSRİ ərazisindəki türk dillərinin
hamısını “ləhcə” adlandırırlar. Mən dəfələrlə həmin yol-
daşlara məktub da yazmışam, bura gələndə o yoldaşlarla
söhbət eləmişəm ki, bizim dilimizi təhqir eləməyin. Dili-
miz müstəqil türk dillərindən biridir və heç kimin də haqqı
yoxdur bu dilin adını kiçildib “ləhcə” deyə. Bizim dil, ana
dilimiz, Azərbaycan dili müstəqil bir dil kimi türk dilindən
istər fonetikasına görə, istər orfoqrafiyasına görə, istərsə də
qrammatik quruluşuna görə fərqlənir. Biz nə qədər çalışsaq
ki, türk dilində danışan bir vətəndaşı 100 faiz başa düşək,
bu, qeyri – mümkün şeydir.
Ümumiyyətlə, mən türk dillərinin müqayisəli lüğəti ilə
uzun illər məşğul olmuşam və belə bir nəticəyə gəlmişəm
ki, bizim sözlərin 50 – 60 faizindən azı mənaca uyğun gə-
lir, qalanları isə semantik cəhətdən fərqlənir və bu gün biz
desək ki, ana dilimiz türk dilidir, bu, həm elmi dolaşıqlı-
ğa, həm də ümumiyyətlə səhv bir nəticəyə gətirib çıxarır.
200
“Türk dedikdə, ümumiyyətlə bu, osmanlı türklərinin, Tür-
kiyə dövlətinin adıdır və ikinci mənada isə “türk” dedikdə
bütün türk xalqlarının ümumi adı nəzərdə tutulur. Biz əgər
bu sistemi əsas tutsaq, həm elmi səhvə yol verə bilərik, həm
də öz xalqımızın dilinin adını təhrif eləmiş olarıq. Ona görə
də mən təklif edirəm ki, bu işdə, bu müzakirədə mütəxəs-
sislərin fikri əsas götürülsün və konstitusiyada yazılsın ki,
dilimizin adı, Azərbaycan xalqının dövlət dili Azərbaycan
dilidir, dövlətimizin adı Azərbaycan Respublikasıdır, xalqı-
mızın adı Azərbaycan xalqıdır. Diqqətinizə görə təşəkkür
edirəm.
T.Hacıyev – M.Ə.Rəsulzadə adına BDU-nun Türkologi-
ya kafedrasının müdiri, professor: Heydər müəllim, icazə
verin bir – iki kəlmə söz deyim.
H.ə.əliyev: Kimsiniz siz?
T.Hacıyev: Mən Hacıyev Tofiq, mən çıxış eləmişəm,
indi çıxış eləməyəcəyəm. Amma indi mən İqrar müəllimin
danışığına diqqət yetirəndə, onun dediyindən belə çıxdı ki,
orda türklərin hamısını qırıb qurtarıblar və indi türk qal-
mayıb. O türkün dövlətindən söhbət gedir. Atilla dövlətin-
dən, Çinin şimalında, Qobu ətrafından söhbət gedir. Bax,
biz buna görə deyirik ki, tarixçilərimiz Azərbaycan dilini
gətirməklə bizi türklükdən məhrum eləyiblər və əcdadları-
mızın adından bizi məhrum ediblər. Üzr istəyirəm.
i.əliyev: Onu İqrar müəllim demir, mən yazılanı
göstərdim sizə.
H.ə.əliyev: Əyləşin. Bilirsiniz ki, mən 1969-cu ildən
Azərbaycana rəhbərlik eləmişəm, ondan əvvəlki dövrdə
də əgər bilavasitə Azərbaycana rəhbərlik eləməmişəmsə,
tutduğum vəzifələrə görə Azərbaycanda gedən bu proses-
201
ləri həmişə izləmişəm, xüsusən tarix sahəsində, ədəbiyyat
sahəsində, elm sahəsində, o cümlədən dil sahəsində. Ona
görə də, keçən dəfə də dedim, mən çox şeylərin şahidiyəm.
İndi burada oturanların əksəriyyəti gəncdir, onlar bu şey-
ləri kitablardan deyirlər, amma mən bunların çoxunun
şahidiyəm. Mənim özüm də orta məktəbdə oxuyanda,
həmin 1937-ci ilə qədər, - mən orta məktəbi 1939-cu ildə
bitirmişəm, - əlbəttə ki, orada “türk dili” yazılırdı. Bunun
hamısı məlumdur mənə. Ancaq eyni zamanda bu işlədi-
yim zaman bir şeyi də müşahidə eləmişəm ki, bəzən bizim
alimlərimiz və o cümlədən ictimai elmlər sahəsində fəa-
liyyət göstərən yazıçılarımız bu elmi mübahisələri gətirib
şəxsi münasibətlərə bağlayırlar, bəzən bir – birinə kəskin
münasibət göstərirlər, hətta keçmişdə, yadımdadır, bəzən
bir – birini təhqir eləyirdilər. Belə şeylərə yol vermək lazım
deyil. Hərə öz fikrini desin, amma bizim də məqsədimiz
ondan ibarət olmalıdır ki, həqiqəti axtaraq. Heç kəs hesab
eləməsin ki, onun bildiyi elə, ruslar demişkən, “absolyutna-
ya istina”, yəni mütləq həqiqətdir. Elə deyil. Kim nə qədər
çox bilirsə, bir o qədər də bilmir. Bunu yəqin ki, dərk etmək
lazımdır. Ona görə mən istəmirəm ki, kəskinləşdirəsiniz və
o cür kəskin çıxışların da mən tərəfdarı deyiləm, yəni ifrat
çıxışlar, ifrat qiymətlər yaramaz. Biz həqiqəti axtarmalıyıq.
Ona görə, ola bilər, İqrar Əliyevin öz fikri olsun, sizin öz fik-
riniz olsun. Burada inanmıram ki, kimsə kimi məhv eləmək
istəyir, biz sadəcə tarixi araşdırmalıyıq. Güman edirəm ki,
biz alimləri də dinlədik, yazıçıları da, şairləri də dinlədik,
27 nəfər oktyabrın 31-də çıxış edibdir, bu gün saymadım,
bilmirəm nə qədər çıxış eləyib. Neçə?
yerdən: 14 nəfər.
Dostları ilə paylaş: |