168
deyil. Ümumiyyətlə, mənə elə gəlir ki, biz dil problemini
tarixi ekskurs baxımından nəzərdən keçirdikdə bu proble-
mi ümumi siyasi proseslərdən, ümumi ictimai proseslər-
dən ayırmaq düzgün deyil. Heç təsadüfi deyil ki, məhz bu-
rada dəfələrlə deyilir, həm burada, həm də bundan qabaqkı
müşavirələrdə - bizim milliyyətimiz də yazılırdı: “tyurok”,
“türk” yox. Yəni uzun illər Azərbaycanı bir məmləkət kimi,
bir dövlət kimi inkar meyli hökm sürmüşdür. Və indi də o
meyl hökm sürür. Yəni guya Azərbaycan adlı məmləkət ol-
mamışdır, Azərbaycan dili yoxdur, var türk dili, bir də var
“tyurkskiy yazık”. Yəni türk də deyil, amma “tyurkdur-
lar”. Çox təəssüf ki, mən Azərbaycan dilində hələ bunun
müqabilini tapa bilməmişəm. Bu da bir daha onu sübut elə-
yir ki, uzun illər boyu, yenə təkrar eləyirəm, Azərbaycanı
məmləkət kimi, dövlət kimi inkar meyli böyük dövlətlər
tərəfindən həyata keçirilir və bu gün də bunu həyata keçir-
mək istəyirlər.
Ümumiyyətlə, biz çox tələsirik, həddən ziyadə tələsirik.
Burada deyildiyi kimi, 1992-ci ildə 26 adamın səs verməsi
ilə bir xalqın şirin dilini, ləhcəsini, onun böyük poeziyasını,
dil nöqteyi – nəzərdən mənsubiyyətini dəyişdirmək, – bu,
doğrudan da cinayətdir. Mən o zaman Milli Məclisin de-
mokrat sektorunda oturdum, Xalq Cəbhəsinin üzvü idim
və onda da bunun əleyhinə çıxmışdım. Çünki Azərbaycan
kimi bir milləti yaşadığı ərazinin adından ayırıb onun dili-
ni başqalaşdırmağa heç bir ehtiyac yoxdur. Biz çox tələsirik
və bu tələskənliyin nəticəsidir ki, bu gün belə hüquqi non-
senslə, əxlaqi nonsenslə, mənəvi nonsenslə qarşılaşmalı
oluruq.
Yenə də təkrar eləyirəm ki, mənim burada deyilən bü-
169
tün mülahizələrə böyük hörmətim var. Amma gəlin bu
tarixi ekskursları dayandıraq. Tarix haqqında haradasa
50 – 100 ildən sonra yəqin ki, tam həqiqət deyiləcək. Mən
bu gün bir Azərbaycan ziyalısı kimi, Azərbaycan yazıçısı
kimi bu fikirdəyəm ki, Azərbaycanın dilinin, Azərbaycan
dövlətinin, Azərbaycan Respublikasının dövlət dili Azər-
baycan dili olmalıdır. Bilirsiniz, əgər, misal üçün, 12 no-
yabrda konstitusiyada 23-cü maddə dəyişiləcəksə, mənim
daxilimdə özümün konstitusiyam var, özümün əsas qanu-
num var. Mən azərbaycanlıyam, Azərbaycanda yaşayıram.
Mənim danışdığım Azərbaycan dilidir və mənim balalarım
da, nəvələrim də, bundan sonra nəticələrim də Azərbaycan
dilində danışacaqlar. Çox sağ olun.
H.ə.əliyev: Cabir Novruz, buyurun.
cabir novruz – şair: Çox möhtərəm prezident, hörmət-
li müşavirə iştirakçıları. Bu gün biz buraya, adı üstündə ola
– ola Azərbaycan dilinin müstəqil dövlətimizin ilk konsti-
tusiyasına nə adla daxil edilməsi ilə əlaqədar toplanmışıq.
Mən bu görüşdə çox həyəcanlıyam və elə hesab edirəm ki,
xalqın fikrini, sözünü özü üçün ali qanun sayan hörmətli
başçımız yenə də özünəməxsus bir uzaqgörənliklə bu bö-
yük ümumxalq, ümummillət problemini də məhz əfraki –
ümumiyyənin rəyinin çoxluğu və azlığı ilə həll edəcəkdir.
Söhbət də, dediyim kimi, adi söhbət deyil, - xalqın tanrısı
olan ana dilindən, onun adından, soyundan gedir. Söhbət
ondan gedir ki, 1992-ci il dekabr ayının 12-də o vaxtkı Milli
Məclisdə 42 millət vəkilindən 26-nın xeyir – duası ilə di-
limizin adı dəyişdirildi. Bu o vaxtkı Milli Məclisin ədalət-
siz qərarı idi, xalqın, ziyalıların, yazıçıların çox – çox dil
mütəxəssislərinin rəyini soruşmadan atılan bir səhv addım
170
idi. O vaxt iqtidarın fərmanı ilə həmin qərar rəsmiləşdiril-
di və bütün məmləkətə elan edildi ki, “sabahdan etibarən
dövlət dilimiz türk dilidir”. Amma xalq nə o vaxt, nə də
sonralar bu key qərarı qəbul etmədi. Mən inanıram ki, bun-
dan sonra da qəbul etməyəcək. Siz məni düzgün başa dü-
şün, mən bununla demək istəmirəm ki, türk dilinin əley-
hinəyəm. Əksinə, türk xalqı, türk dili, böyük Atatürk bizə
çox doğmadır. Bu ağır, məşəqqətli günlərdə bizə ürəkdən
yanan yenə də türk xalqıdır, dərdimizə ən çox şərik olan,
bizə kömək əlini uzadan, arxa dayanan yenə də türk qar-
daş-bacılarımızdır. Biz də türk mənşəliyik.
Amma bununla bərabər bizim də öz qədim torpağı-
mız, o taylı-bu taylı 40 milyondan çox millətimiz, məhz
özümüzə mənsub adət - ənənələrimiz, tariximiz, ədəbiy-
yatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən
öz heyrətamiz, əvəzsiz, qədim Azərbaycan dilimiz var. O,
bizim ana laylamızdır, qılıncımızdır, xilasımızdır, ən bö-
yük mənəvi sərvətimizdir. Zaman – zaman onu bütün ya-
saqlardan, hər cür təhlükələrdən, hücumlardan canımızla,
qanımızla qoruyub saxlamışıq, bu günə gətirib çıxarmışıq.
Bizim üçün nə onun özünü, nə də adını heç nə əvəz eləyə
bilməz.
Amma sözümün əvvəlində dediyim kimi, xalqımız
üçün taleyüklü olan bu məsələdə tamam ayrı mövqedə
olan ziyalılarımız, yazıçılarımız, filoloq, dilçi alimlərimiz
də var. Onların bir çoxu birbaşa təklif edir ki, dövlət dilimiz
türk dili olsun. Mən bu fikirlərin qəti əleyhinəyəm. Bəziləri
təklif edirlər ki, dövlət dilimiz Azərbaycan türk dili olsun.
Bu fikirdə, daha doğrusu, “Azərbaycan türk dili” ifadəsin-
də elə bir məna, aydınlıq görmürəm. Bəzilərinin rəyincə,
171
“azəri dili” adlandırsaq, daha yaxşı olar. Bu ifadə də uzun
illərdir ki, xalq tərəfindən işlənilir və “Azərbaycan dili” ifa-
dəsinə bir növ sinonim kimidir. Bəziləri də hesab edirlər
ki, “Azərbaycan türkcəsi” adlandırmaq daha yaxşı olardı.
Mən burada “Azərbaycan türkcəsi” ifadəsinə də elə bil ki,
Azərbaycan dilinin böyüklüyünü kiçiltmək kimi baxıram.
Amma mən belə hesab edirəm ki, yeni konstitusiya layihə-
sinin 23-cü bəndində yazılan “Azərbaycanın dövlət dili
Azərbaycan dilidir” cümləsini saxlamaq daha düzgün və
ədalətli olardı.
Müxtəlif qütblərdə dayanan bütün hörmətli alimləri-
mizə, ədəbiyyatçılarımıza, yazıçılarımıza son sözümdə onu
da demək istəyirəm ki, bunu yalnız və yalnız xalqın özü
həll edə bilər. Çünki bu dilin sahibi odur, onu yaradan da
odur. Onun sözü, rəyi də hamımız üçün danılmazdır. Odur
ki, noyabrın 12-də konstitusiyamız qəbul olunan gün hər
iki fikri – “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”
və “Azərbaycanın dövlət dili türk dilidir” ifadələrini 23-cü
maddədə yazmaq lazımdır və qoy xalq hansını istədiyini
desin və nəyə inanırsa, ona səs versin. İnanıram ki, xalq özü
öz problemini bizdən də çox – çox gözəl həll edəcəkdir.
* * *
Azərbaycan Respublikasının yeni konstitusiya layihə-
sini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş icla-
sından
H.ə.əliyev: Ziya Bünyadov, buyurun.
z.bünyadov – respublika Elmlər Akademiyasının vit-
se-prezidenti, yeni konstitusiya layihəsini hazırlayan ko-
missiyanın üzvü: Bu 26 rəqəmi nədənsə bizim qara rəqəm-
Dostları ilə paylaş: |