161
türk dili olmalıdır. 1921-ci ildə Azərbaycan Sovet Sosialist
Respublikasının ilk konstitusiyası qəbul olunub. Orada
dövlət dili haqqında maddə yoxdur. 1924-cü ildə konsti-
tusiya qəbul olunmayıb. Dünən mən televizora baxırdım,
hansısa professor dedi ki, 1924-cü ildə konstitusiya qəbul
edilib. Mən istərdim o professorun çıxışına da aydınlıq gə-
tirəm ki, 1924-cü ildə konstitusiya qəbul olunmayıb.
Burada Arxiv İdarəsinin rəisi dedi ki, Mərkəzi İcraiyyə
Komitəsinin qərarı olubdur ki, Azərbaycanda dövlət dili
türk dili olsun. Amma eyni zamanda, o, məlumat verdi
ki, ondan sonra, - o vaxt Sovetlər qurultayı deyirdilər, indi
bizim bu parlament əvəzidir, 1937-ci ildən Ali Sovet idi, o
vaxta qədər var idi Mərkəzi İcraiyyə Komitəsi və Xalq De-
putatları Sovetləri, – ondan sonra qurultaylar olubdur. Qu-
rultaylarda dövlət dili haqqında qərar qəbul olunmayıbdır.
Yəni 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi
bu qərar sonra o qurultaylarda öz əksini tapmayıbdır. 1936-
cı ildə Azərbaycanın konstitusiya layihəsi hazırlanarkən
orada Azərbaycanın dövlət dili türk dili yazılıb. Ancaq
konstitusiya 1937-ci ilin aprel ayında qəbul olunubdur və o
konstitusiyada dövlət dili haqqında heç bir maddə yoxdur.
Və o vaxtdan, 1936-cı ildən bütün sənədlərdə Azərbaycan
dili gedib. Ancaq konstitusiyada bu olmayıbdır. 1956-cı ildə
Azərbaycanın 1937-ci ildə qəbul olunmuş konstitusiyasına
maddə əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili Azər-
baycan dilidir”. O barədə də mən o gün məlumat verdim,
bunun nəticələri haqqında. Nəhayət, 1978-ci ildə qəbul
olunmuş konstitusiyada yazılıb ki, “Azərbaycanın dövlət
dili Azərbaycan dilidir”. Tarix budur. Xahiş edirəm hamı
bilsin.
162
İkinci bir şeyi də mən istəyirəm müzakirə üçün nəzəri-
nizə çatdırım. Dil ilə bərabər milliyyət haqqında da yazılar
var. Bu gün həmin o tarixi sənədləri mənə gətirib göstər-
dilər. Bütün o sənədlərdə, anketlərdə milliyyət yazılır: türk.
1936-cı ildə Sovetlər qurultayının nümayəndələrinin anket-
lərini mənə bu gün göstərdilər. Orada Mircəfər Bağırovun
da, Qəzənfər Musabəyovun da, Ayna Sultanovanın da, Hə-
mid Sultanovun da, başqalarının da anketləri var. Anket-
lərdə onların milliyyəti yazılıb: türk. Rusca yazılıb: tyurok.
Azərbaycanca yazılmayıbdır, amma rusca yazılıb: tyurok.
Oxumuşam mən. Demək, bu məsələni də, əgər dil haqqın-
da müzakirə aparırıqsa, aydınlaşdırmalıyıq. Biz türkük, ya
azərbaycanlıyıq, ya tatarıq, kimik – bunu da aydınlaşdırma-
lıyıq. Demək, o vaxta qədər milliyyət də yazılıbdır: tyurok.
Dil də konstitusiyada olmayıbsa, cürbəcür qərarlarda “türk
dili” yazılıbdır. Demək, 1918-ci ildən 1936-cı ilə qədər 18
il müddətində Azərbaycanda dövlət dili türk dili kimi qə-
bul olunub. Konstitusiyada yazılmasa da, türk dili kimi
qəbul olunub. 1936-cı ildən sonra Azərbaycan dili yazılıb.
Bu müddətdə də azərbaycanlılar öz milliyyətini “türk” ya-
zıblar və özlərini türk hesab ediblər. Anketlərində, sənəd-
lərində, yəqin ki, onların pasportları varsa, pasportlarında
da milliyyətini “türk” yazıblar. Yenə də deyirəm: tyurok.
Ondan sonra azərbaycanlı yazıblar. Vəziyyət belədir. Ona
görə indi kimin nə sözü var, buyursun. Ancaq bu çıxışlar-
dan əvvəl mən istəyirəm Şahin Əliyevə söz verim ki, o, yeni
konstitusiya layihəsini hazırlayan komissiyaya dil barəsin-
də gələn 18 təklif haqqında da məlumat versin. Buyurun.
Ş.əliyev – prezidentin İcra Aparatının qanunvericilik
və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, yeni
163
konstitusiya layihəsini hazırlayan komissiyasının üzvü:
Hörmətli cənab prezident, hörmətli müşavirə iştirakçıları.
Bu gün səhərə olan vəziyyətə görə Azərbaycan Respubli-
kasının yeni konstitusiya layihəsini hazırlayan komissiyaya
1900 təklif gəlib və bu 1900 təklifin içində bu gün 18 təklifin
üstünə yalnız bir təklif də əlavə olunub. Yəni türk dili və
ya azəri türk dili haqqında təkliflərin ümumi sayı bu gün
səhərə 19 olub və icazə versəniz, bu təkliflərin müəlliflərini
və təkliflərin mahiyyətini sizin nəzərinizə çatdırım.
Deməli, Zərdab rayon baş barama qurutmaxanasının
əmək kollektivi: “Azərbaycan Respublikasının dövlət dili Azər-
baycan dilidir” sözləri, “türk dili” sözləri ilə əvəz edilsin.
Qasımov Qənimət Qasım oğlu – Naxçıvan Muxtar Respub-
likasının Sədərək kəndi: “Dövlət dili türk dili yazılmalıdır”.
Məlikov Fuad Mahmud oğlu, Bakı şəhəri, Hüseyn Cavid,
33 a, iş yeri: metrotikinti şirkətinin inşaatçı mühəndisi:
Azərbaycan dilinin saxlanılmasını təklif edir.
Mən bu təklifləri oxumayacağam. Yalnız türk dilinə aid
təklifləri oxuyacağam. Hümbətov Tahir Məhəmməd oğlu,
“Günəşli” massivi, 18, mənzil 4: “Azərbaycan dilinin son-
radan qoyulma ad olduğunu nəzərə alaraq “Azəri türkcə-
si” yazılmasını təklif edirəm”. Konstitusiya komissiyasının
üzvü Anar, Bakı şəhəri: “Azərbaycan Respublikasının döv-
lət dili Azərbaycan – türk dilidir”. Neft və Qaz Sənayesi İş-
çiləri Həmkarlar İttifaqı, Bakı şəhəri: “Azərbaycan Respub-
likasının dövlət dili azəri türkcəsidir”. Texniki Universitet,
Bakı şəhəri: “Azərbaycan Respublikasının dövlət dili Azər-
baycan – türk dilidir”. “Günerli” reklam səhmdar şirkəti,
Bakı şəhəri: “Azərbaycan Respublikasının dövlət dili türk
dilidir”. Zığ şosesinin sakinləri, Bakı şəhəri: “Azərbaycan
Dostları ilə paylaş: |