145
olmasaydı, buna heç böyük təcrübə də lazım deyildi. Dün-
ya təcrübəsi, adi bir təcrübə var ki, hər şeyi müzakirə etmək
olar.
Yenə də deyirəm, bu müzakirə prosesinə baxsanız, bi-
zim müzakirəmiz belə olmayıb. Komissiyada 3 nəfər adam
başqa təklif verib. Amma qalanları isə deyirlər ki, Azərbay-
can dili yazılsın. Nə üçün onda bəs 3 nəfər başqa təklif ver-
diyi halda biz layihədə bunu Azərbaycan dili olaraq mü-
zakirəyə vermişik, mətbuatda dərc etdirmişik? Bunu izah
etmək istəyirəm.
Birincisi, ona görə ki, bizim mövcud konstitusiyamı-
zın 73-cü maddəsində Azərbaycan dili yazılıb. İkincisi, ona
görə ki, uzun müddət – indi bu gün məlum oldu, yəqin
onun tarixi haqqında arayışlar da veriləcəkdir – 1936-cı il-
dən sonra bizim dilimiz Azərbaycan dili yazılıb. Üçüncüsü
də, ona görə ki, 1992-ci ilin dekabrında qəbul olunmuş qa-
nun qeyri – qanunidir. Ancaq buna baxmayaraq, bizim bu
üç ziyalı, komissiya üzvü tərəfindən verilən təklifi nəzərə
alaraq mən məsləhət gördüm ki, bu məsələ qoy ümumxalq
müzakirəsinə verilsin. Layihəni vermişik ki, xalq müza-
kirə etsin, öz fikrini desin, ancaq bu məsələ ilə məşğul olan
mütəxəssislərimiz, alimlərimiz, yazıçılarımız, dilçilərimiz,
tarixçilərimiz və bu dairədə maraqlı olan təşkilatlar qoy
bunu xüsusi müzakirə etsinlər. Mən bu barədə komissiya-
nın işçi qrupunun sədri Ramiz Mehdiyevə göstəriş verdim
və ondan sonra bilirsiniz ki, mənim başım qarışdı, ABŞ-a
səfərə getdim, gəldim.
O vaxt biz belə danışdıq ki, Yazıçılar Birliyi ayrıca, Jur-
nalistlər Birliyi ayrıca, dilçilik institutları, ədəbiyyat insti-
tutları ayrıca müzakirə etsinlər. Universitet ümumən yox,
146
çünki universitetdə fizika, kimya, biologiya, riyaziyyat
mütəxəssisləri də var, - bəlkə, deyək ki, onlar dilə o qədər
də maraq göstərmirlər, - ancaq universitetdə dilçiliklə məş-
ğul olan mütəxəssislər müzakirə etsinlər və bu müzakirələ-
rin nəticəsini konstitusiya komissiyasına versinlər.
Mən oktyabrın 30-da işçi qrupunun iclasını çağırdım
və öyrəndim ki, mənim göstərişim həyata keçirilməyib,
bu müzakirələr aparılmayıb. Ona görə də oktyabrın 31-də
Elmlər Akademiyasının böyük salonunda belə bir yığınca-
ğın çağırılmasını lazım bildim və bunu etdik.
Ancaq onu da bildirmək istəyirəm ki, bu ümumxalq
müzakirəsindən sonra konstitusiya layihəsinə 1400 təklif –
müəyyən düzəlişlər, əlavələr gəlib. Həmin 1400 təklifdən
18 – i dövlət dili ilə əlaqədardır. Bu 18 təklifdə dövlət dilinin
cürbəcür formalarda – ya türk dili, yaxud da ki, Azərbaycan
türkcəsi yazmaq təklif edilir. Əgər bu işə yenə də mexaniki
münasibət göstərilsə, – ümumxalq müzakirəsi olubdur, 18
təklif elə bir böyük rəqəm deyildir, – mən bunu qoyardım
komissiyanın iclasına, 18 təklifə baxardıq, layihədə olan
maddəni də qəbul edərdik. Amma hesab etdim ki, bu yol-
la getmək lazım deyil. Oktyabrın 31-də ziyalılarla xüsusi
görüş keçirdim, ondan sonra orada olan çıxışlar haqqında
mənə məlumat verdilər. Həmin məlumatları alandan sonra
mən belə bir qərar qəbul etdim ki, bu gün bu məsələ komis-
siyanın iclasında xüsusi müzakirə olunsun.
Bugünkü iclasa komissiyanın və işçi qrupunun üzv-
lərindən əlavə, oktyabrın 31-də Elmlər Akademiyasında
keçirilən o yığıncaqda çıxış edən 27 nəfərin hamısı dəvət
olunubdur. Ona görə yox ki, onlar bir də, təkrar çıxış et-
sinlər. Amma bir halda ki, onlar çıxış ediblər, ona görə də
147
buraya dəvət olunublar. Eyni zamanda mən xahiş etdim
ki, bu işlə məşğul olan bizim mütəxəssislər, dilçilər, ədə-
biyyatçılar, Yazıçılar Birliyinin tək rəhbərliyi yox, müəyyən
bir qrup adam dəvət olunsunlar. Burada onlar da iştirak
edirlər. Mən istəyirəm ki, bu məsələni bax, belə bir şəraitdə
müzakirə edək.
Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Bu çox
taleyüklü, tarixi, ciddi bir məsələdir. Bu məsələni hissiyyata
qapılmaqla, emosiyalarla həll etmək olmaz. Kimin ürəyi nə
istəyirsə, onunla həll etmək olmaz. Ümumiyyətlə, xalqın ta-
leyi həll edilən halda, xalqın taleyi ilə olan məsələlərin həl-
linə gərək hər kəs çox böyük məsuliyyət hissi ilə yanaşsın.
Meydanda qışqırmaq, orada çıxış etmək, hay – küy salmaq,
yaxud birinə demək ki, bu vicdanlıdır, bu vicdansızdır, -
bilirsiniz, bu ifadələr lazım deyil. Bu məsələləri həll etmək
üçün alqışlar da, qışqırıqlar da lazım deyil. Təmkinlə, sa-
kit, sərbəst, gələcəyi düşünərək, keçmişə düzgün qiymət
verərək bu məsələləri müzakirə etmək lazımdır.
Təəssüf ki, son illərdə respublikamızda bəzi emosio-
nal, hissiyyata qapılan çıxışlar və sairə müvəqqəti olaraq
müəyyən bir auditoriyanı ələ alıb, ona təsir göstərib. Bunlar
hamısı müvəqqəti şeylərdir. Amma bizim mənəvi dəyərlə-
rimiz daimi xarakter daşıyır, onlar bəşəridir. Ona görə də
bu işlərə cılız yanaşmaq olmaz. Məsələn, mənə dedilər və
dünən axşam televiziya ilə çıxışların bir hissəsini verdilər,
baxdım: bəzisi çıxış edir, yerdən qışqırırlar, əl çalırlar, kimi
isə qəhrəman hesab edirlər ki, o qəhrəmanlıq edib, bizim
dilimizi türk dili edib və sairə.
Bilirsiniz, bunlar yararsız şeylərdir. Birincisi, bunlar
həmin o qışqırıqların, hay-küy salanların səviyyəsizliyi-
148
ni göstərir. Mən bunu tam məsuliyyətlə demək istəyirəm.
Eyni zamanda bunlar bizim işimizin layiqli həll olunma-
sına kömək etmir. Ola bilər, kiminsə qəlbində hansısa his-
siyyat çox coşğundur. Hər kəs bir fərddir, hər fərdin də
özünəməxsus xasiyyəti, fikri var. Bizdə hər şey azaddır.
Hər kəs öz sözünü azad deyə bilər, buna etiraz yoxdur. An-
caq belə məsələnin həll olunmasına çox məsuliyyətli, çox
düşüncəli yanaşmaq lazımdır. Yenə də deyirəm, emosiya-
lara, hissiyyata qapılmaq lazım deyil, subyektivliyə, kon-
yunkturluğa yol vermək olmaz. Bizim keçmişdə konyunk-
turluğa, bəzən subyektivliyə, volyuntarizmə görə başımıza
çox iş gəlib. Gəlin bundan sonra bu səhvləri buraxmayaq.
1992-ci ildə qəbul olunmuş o qeyri – qanuni qanun da elə
subyektivliyin, volyuntarizmin bir nümunəsidir.
Bax, bunları nəzərə alaraq, - baxmayaraq ki, işlərimiz
həddindən artıq çoxdur, tutduğumuz o qrafik bir qədər
gecikir, mən hesab edirəm ki, bunun eybi yoxdur, - bu
məsələni bu gün sərbəst müzakirə etmək üçün mən sizi bu-
raya dəvət etmişəm və məsələni müzakirəyə çıxarmışam.
Güman edirəm, dediklərim hər bir şəxs üçün, burada sər-
bəst fikir söyləmək üçün şərait yaradır.
Müzakirəni başlamaq üçün mən istəyirəm ki, Ramiz
Mehdiyevə söz verəm və o, Elmlər Akademiyasında ke-
çirilən yığıncağın nəticəsi barədə məlumat versin. Çünki
mən orada çıxış etdim, yəni məsələnin qoyuluşu haqqında
fikirlərimi söylədim, ondan sonra getdim ki, orada iştira-
kımla heç bir fikrə təsir etməyim. Amma indi komissiyanın
üzvləri, o cümlədən mən də bilməliyəm ki, orada gedən
müzakirələr nə cür olub və onun məzmunu nədən ibarət-
dir, nə nəticə verib.
Dostları ilə paylaş: |