BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə37/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

132
də. Mən bu fikri sizin sərəncamınıza verəcəyəm.
Buna görə də mən dedim ki, sizi dəvət etsinlər. Əvvəlcə 
fikirləşdim ki, müzakirəni özünüz aparasınız. Sonra qəra-
ra  gəldim  ki,  yaxşı  olar,  buraya  özüm  də  gəlim  və  bu  fi-
kirləri izah edim. Çünki özüm izah etməyəndə bəzən yenə 
də məsələni qarışdıracaqlar və fikirləri düzgün çatdırma-
yacaqlar.  Mən  sizə  fikrimi  özüm  çatdırıram.  Buraya  tele-
viziyanı da dəvət etmişəm. Burada nə deyilirsə, hamısını 
qoy yazsınlar və xalqa çatdırsınlar, hər şeyi aydınlaşdıraq. 
Məsələ  bundan  ibarətdir.  Ona  görə  mən  istəyirəm  ki,  siz 
məsuliyyəti  dərindən  dərk  edərək  müzakirə  edəsiniz,  bu 
məsələyə səthi yanaşmayasınız. Bu, çox mühüm məsələdir. 
Məsələn, bizim bəzi ziyalılar deyirlər ki, əgər indi biz Azər-
baycan  dili  yazsaq,  onda  bəs  Füzuli  nə  dilində  yazıbdır, 
Cəlil  Məmmədquluzadə  nə  dilində  yazıbdır?  Belə  sözlər 
deyirlər.
Eyni zamanda deyirlər ki, guya 1935-36-cı illərdə bizim 
dilimiz türk dili adlanıbdır və dilimizin adı o vaxt dəyişi-
libdir. Amma şəxsən məndə bu barədə tarixi bir sənəd yox-
dur.  Bu,  hansı  fərmanla,  hansı  qərarla,  hansı  sənədlə  də-
yişdirilibdir – bu, məndə yoxdur. Bilmirəm, bəlkə kimdəsə 
var.
Ancaq tariximiz elə olubdur ki, vaxtilə bizə “azərbay-
canlı” da deməyiblər. İndi əgər biz Cəlil Məmmədquluza-
dəyə,  Mirzə  Ələkbər  Sabirə,  Nəriman  Nərimanova  və  ya 
başqalarına istinad ediriksə, elə onların əsərlərində deyir-
lər ki, biz müsəlmanıq. Bəli, o vaxt deyirdilər ki, biz müsəl-
manıq.  Yazıların  əksəriyyətində  belədir.  Bizə  “azərbay-
canlılar” da demirdilər, bəlkə “türklər” deyirdilər. Amma 
çox vaxt deyirdilər ki, biz müsəlmanıq. Nəhayət, XX əsrin 


133
axırında  biz  bu  məsələləri  tam  aydınlaşdırmalıyıq  və  bu 
məsələyə nöqtə qoymalıyıq ki, bütün söz – söhbətə son qo-
yulsun.
Siz hansı qərarı qəbul etsəniz, həmin qərarı biz konsti-
tusiyaya yazarıq.
Mən bununla öz sözümü qurtarıram. Ancaq iki kəlmə 
onu demək istəyirəm ki, mən bu danışdığımız dili – buna 
hansı dil deyirsiniz – deyin – çox gözəl dil hesab edirəm. 
Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehti-
yatı çox böyükdür. Qrammatika sahəsində həddindən artıq 
böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili sevirəm.
Bilirsiniz ki, keçmişə qara yaxmaq istəyənlər bunu bir 
müddət etdilər. Ancaq bu, əhəmiyyətsizdir. Tarixi dəyişdir-
mək olmaz. Bizim dilçilərin, alimlərin xatirində olmalıdır 
ki, - deyəsən, 70-ci illərin axırı idi – dövlət mükafatları ve-
rilirdi. Biz xüsusən Azərbaycan dili haqqında kitab yazmış 
böyük bir kollektivə dövlət mükafatı verdik. Bu mükafatı 
onun müəllifinə görə yox, əsərin özünə və bu kitabın di-
limizin təhlilinə həsr olunmasına görə verdik. Adətən biz 
mükafatları bir romana, bir şeirə, bir poemaya, bir teatr ta-
maşasına, bir rəsm əsərinə görə veririk. Amma bu mükafa-
tı mən xüsusi mükafat hesab edirəm. Burada mənim şəxsi 
təşəbbüsüm, şəxsi məqsədim o olubdur ki, ictimaiyyət bir 
daha bilsin ki, biz dilimizin inkişafına nə qədər fikir veririk.
Bu müddətdə dilimizin böyük qrammatikası yaranıb-
dır. Böyük dərsliklər, əsərlər var. Respublikamızda böyük 
dilçilik  institutu  mövcuddur.  Bizim  böyük  dilçilərimiz 
var, - yadımdadır akademik Şirəliyev, Dəmirçizadə, - mən 
o  vaxtkı  adamları  deyirəm,  indi  yaşayan  alimlər  adlarını 
demədiyimə görə məndən inciməsinlər. Bəli, bizim böyük 


134
alimlərimiz vardır.
Azərbaycanda türkologiya da çox inkişaf edibdir. Keç-
miş  Sovetlər  İttifaqının  ərazisində  türkologiyaya  demək 
olar ki, Azərbaycan qədər fikir verən olmayıbdır. Təsadü-
fi  deyildir  ki,  Sovetlər  İttifaqında  buraxılan  yeganə  “Tür-
kologiya” jurnalı Azərbaycanda nəşr edilirdi. İndi də nəşr 
olunur. Yəni bu sahədə bizim böyük nailiyyətlərimiz var. 
Alimlərimiz, bilikli adamlarımız və belə zəngin dilimiz var.
Dilimizin 30-cu illərdəki vəziyyətini təsəvvür edin. Gö-
türün,  oxuyun  20-ci  ildə  yazılan  kitabları.  İndiki  dilimizi 
götürün.  Dilimiz  nə  qədər  zənginləşib,  nə  qədər  gözəllə-
şibdir, nə qədər cazibədar olubdur, nə qədər də şirindir. Bu 
bizim dilimizdir. Amma adını nə qoyacaqsınız – o, sizin işi-
nizdir.
Mən dediyim bir – iki tənqidi sizin daha düz qəbul et-
məyiniz üçün Şahin Əliyevə söz verirəm. O, Milli Məclisin 
qəbul etdiyi həmin qərarı sizə oxusun.
Prezident Aparatının  şöbə müdiri Şahin Əliyev Azər-
baycan  Milli  Məclisinin  1992-ci  il  dekabrın  22-də  qəbul 
etdiyi  “Azərbaycan  Respublikasının  dövlət  dili  haqqın-
da”  qanunu  yığıncaq  iştirakçılarına  oxudu.  O  qeyd  etdi 
ki,  bu  qanun  Azərbaycan  Respublikasının  qüvvədə  olan 
konstitusiyasının  və  “Azərbaycan  Respublikasının  Dövlət 
müstəqilliyi  haqqında  Konstitusiya  Aktı”nın  müddəaları 
ilə ziddiyyət təşkil etdiyinə görə heç bir hüquqi qüvvəyə 
malik deyildir.
Prezident Heydər Əliyev əlavə edərək dedi: Azərbay-
can Respublikasının 1978-ci ildə qəbul olunmuş konstitusi-
yasının dövlət dili haqqında 73-cü maddəsi Milli Məclisin 
məlum qərarı ilə ləğv olunmur, o qüvvədədir. Milli Məcli-


135
sin qəbul etdiyi bu qərar da qüvvədədir. Bax, respublika-
mızda belə qarışıqlıq yaranıbdır. O vaxt dövlət və hökumət 
başçıları,  bu  böyük  məsuliyyəti  üzərinə  götürən  adamlar 
belə qərarı, qanunu qəbul edərkən sizinlə məsləhətləşiblər-
mi? Onlar Elmlər Akademiyası, Yazıçılar Birliyi ilə, bizim 
bu  alimlərimizlə,  dilçilərimizlə  məsləhətləşiblərmi?  Əgər 
məsləhətləşməyiblərsə, əgər İsa Qəmbərov, İbrahim İbrahi-
mov, İsgəndər Həmidov Azərbaycan xalqının dili haqqında 
da qərar qəbul edirlərsə, onlar çox böyük səhv edirlər.
Mən sizdən xahiş edirəm ki, bugünkü məsələni sərbəst 
müzakirə  edəsiniz.  Dözümlü  olun,  hərə  öz  fikrini  desin. 
Heç kəs kənarda qalmasın, heç nədən çəkinməsin və heç 
kəs də narahat olmasın ki, onun dediyinə görə ya mənfi, ya 
da müsbət münasibət bəslənəcəkdir.
Mən sizi tərk edirəm. İstəmirəm ki, burada iştirakımla 
məsələnin müzakirəsi zamanı ya o tərəfə, ya bu tərəfə təsir 
edəm. Mən gəlmişdim ki, sizə sadəcə olaraq məlumat ve-
rim və məqsədimizi sizə çatdırım.
Güman edirəm ki, siz bu məsələni ətraflı müzakirə edib 
öz qərarınızı bizə çatdıracaqsınız. Mən sizin qərarınızı göz-
ləyəcəyəm. Sağ olun.
(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqət-
lə dinlənildi və alqışlarla qarşılandı).
* * *
Akademik  Bəkir  Nəbiyev  respublika  prezidenti  
Heydər  Əliyevə  dərin  məzmunlu  çıxışına  görə  ziyalılar 
adından təşəkkür etdi.
Sonra müzakirələr başlandı. Müzakirələrdə respublika 
Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə