128
Amma eyni zamanda mən hansı fikri qəbul edəcəyimiz
barədə sizə öz mövqeyimi demirəm. Sadəcə olaraq anlat-
maq istəyirəm ki, bu qanunun gücü yoxdur. Bildirmək istə-
yirəm ki, Azərbaycanın müstəqillik dövründə bu taleyüklü
tarixi məsələlərə bu qədər məsuliyyətsiz yanaşan insanlar
hesab edirəm ki, xalq qarşısında xəyanət edirlər. Doğrudan
da, əgər belə bir qanun lazım idisə, o xalqın iradəsi ilə qəbul
edilməli idi. Bunun üçün referendum keçirmək lazımdır.
Həmin referendum sayəsində əgər bu nəticə əldə olunarsa,
deməli, xalqın əksəriyyəti bunu istəyir. Yaxud da əgər refe-
rendum keçirmək istəmirlərsə, heç olmasa parlament çərçi-
vəsində qanunu pozmayaydılar. Zorakılıq, volyuntarizm,
vəzifəsindən sui – istifadə etmək – bax, dəhşətlisi budur.
Təəssüf ki, bu, bizim həyatımızda çox vaxtlar olub. Ayrı –
ayrı vəzifəli şəxslər vəzifə tutandan sonra hesab edirdilər
ki, xalqın taleyi də onların əlindədir, tarix də onların əlin-
dədir–nə istəsələr onu edə bilərlər. Bax, dərd burasında-
dır. Bunları nəzərə alıb mən konstitusiya komissiyasında
bu məsələ qalxan kimi belə bir təklif verdim: bu məsələyə
səthi yanaşmaq olmaz. Bu məsələ xüsusi müzakirə olun-
malıdır. Bu, birinci növbədə o dairələrdə xüsusi müzakirə
olunmalıdır ki, həmin dairələr bu məsələdə səriştəlidir –
yəni bu məsələdə onların biliyi, təcrübəsi var və onlar bu
işin mütəxəssisləridir.
Mən sizə dedim ki, indi ümumxalq müzakirəsinə 1400
təklif verilibdir. Bunlar konstitusiyanın ayrı – ayrı maddələ-
ri haqqındadır. Onların 18-də təklif olunur ki, bizim dövlət
dilimiz Azərbaycan dili yox, türk dili yazılsın. 1400 təklifin
içərisində 18 təklif bir şey deyildir. Ancaq mən təkcə 18 tək-
lifə görə yox, sadəcə belə bir halın yarandığına görə, belə
129
bir hadisənin mövcud olduğuna görə və bəzi ziyalılarımı-
zın bu fikirdə olduğuna görə bu məsələnin dərindən araş-
dırılmasını lüzumlu hesab edirəm.
Ona görə də komissiyanın son iclasında layihəni
ümumxalq müzakirəsinə verərkən mən Ramiz Mehdiyevə
tapşırdım ki, bu məsələ xüsusi müzakirə olunsun. Şübhə-
siz ki, fabrikdə, zavodda, yaxud da kolxoz və ya sovxoz-
da bunu xüsusi müzakirə etməyə ehtiyac yoxdur. Əlbəttə,
oralardan da müəyyən fikir almaq olar. Bu məsələ xüsusi
marağı olan dairələrdə xüsusi müzakirə edilməlidir. Yəni
bizim elmi müəssisələrdə, Elmlər Akademiyasında – bu-
rada dilçilik, ədəbiyyat, tarix, fəlsəfə, hüquq, şərqşünaslıq
institutları var, görürsünüz ki, nə qədər elmi institutları-
mız var, böyük təcrübəli, bilikli adamlarımız var, - sonra,
universitetlərimizdə, məsələn, Bakı Dövlət Universitetin-
də Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan
ədəbiyyatı tarixi və sair kafedralar var, keçmiş pedaqoji
institutumuzda – indi N.Tusi adına Pedaqoji Universiteti-
dir – orada da dilçiliklə məşğul olan çoxlu kafedralarımız
var. Yəni bizim elm və tədris ocaqlarımızda xüsusi olaraq
dilçiliklə məşğul olurlar. Yaradıcılıq ittifaqlarında, ilk növ-
bədə Yazıçılar Birliyində - bu məsələni, yəni dili yazıçılar
daha yaxşı bilirlər, həm tarix nöqteyi – nəzərindən həm də
onun tətbiqi nöqteyi – nəzərindən, - digər yaradıcılıq bir-
liklərində bu məsələ müzakirə olunsun. Mən xahiş etdim
ki, hər bir birlikdə, hər bir elmi idarədə olan müzakirələrin
nəticələrini gətirin, biz onlara konstitusiya komissiyasında
baxaq. Çox təəssüf edirəm ki, mənim bu göstərişim yerinə
yetirilməyibdir. Mən bu göstərişi verəndən sonra şübhəsiz
ki, başqa işlərlə məşğul idim. Bilirsiniz ki, oktyabrın 20-də
130
mən Amerikaya getdim və 25-də axşam oradan qayıtdım,
ondan sonra ayın 28-də metroda faciə baş verdi. Yəni mə-
nim bu 15 gündəki fəaliyyətim, iş cədvəlim sizə məlumdur.
Mən dünən bu işlə məşğul olmağa başladım və işçi qrupu
ilə görüşərkən soruşdum ki, bu məsələni necə müzakirə et-
misiniz, nə nəticəyə gəlmisiniz. Çünki layihədə Azərbay-
can dilinin yazılması o demək deyildir ki, bu, mütləq Azər-
baycan dili olmalıdır.
Mən bir daha qeyd edirəm, biz layihədə Azərbaycan di-
lini ona görə yazmışıq ki, bu bizim konstitusiyada yazılıb-
dır. Ondan sonra Milli Məclisdə qəbul olunmuş qərar qeyri
konstitusion qərardır. Bir halda ki, biz indi yeni konstitusi-
ya qəbul edirik, cəmiyyətimizdə cürbəcür fikirlər var – bu
fikirləri araşdırmaq, təhlil etmək lazımdır. Onlardan tarixi-
lik nöqteyi – nəzərindən, bu günümüz və gələcəyimiz nöq-
teyi – nəzərindən doğru olanını qəbul etmək lazımdır. Yəni
bu işdə xalqın iradəsini nəzərə almaq lazımdır. Bu sahədə
xalqın iradəsini ən yüksək səviyyədə bizim alimlərimiz,
ziyalılarımız, xüsusən də ictimai elmlər sahəsində çalışan
mütəxəssislərimiz, yazıçılarımız, şairlərimiz deyə bilərlər.
Ona görə də mən yenə çox narahat oldum. Göstərişlə-
rimi yerinə yetirmədiklərinə görə əməkdaşlarımızı tənqid
etdim. Onlar mənə belə izahat verdilər ki, guya sonra mə-
nim göstərişimi müzakirə edərkən belə fikirləşiblər ki, bu
cür müzakirə etmək lazım deyil, çünki bu, ajiotaj yarada-
caqdır. Ona görə də belə hesab ediblər ki, gəlin bunu elə
ümumi müzakirədən keçirək və xüsusi müzakirə etməyək.
Mən bundan narazı oldum və ona görə də dünən göstə-
riş verdim ki, bütün dediyim sahələrin nümayəndələri və
ümumiyyətlə kim istəyirsə bura dəvət olunsunlar. Mən de-
131
dim ki, Yazıçılar Birliyi üzvlərinin hamısını çağırın. Dünən
axşam dedilər ki, orada 500 nəfər adam var. Mən dedim ki,
onların 500-nü də çağırın. Biri dedi ki, orada bəzi adamlar
belə də deyə bilər, elə də deyə bilər. Mən dedim ki, onları
da çağırın. Qoy onlar nə deyirlərsə, gəlib burada desinlər.
Hər deyilən sözdən bir məna çıxır. Biz bundan niyə qaçma-
lıyıq ki?! Mən dedim ki, siyasi partiyaların nümayəndələri-
ni də çağırın. Eşitdim ki, müxalifət qəzetlərində bu maddə-
ni tənqid edirlər və onlar Milli Məclisin qəbul etdiyi qərarın
tərəfdarıdırlar. Dedim ki, qoy onlar da gəlsin. Bura hamı
gəlməlidir. Çünki bu bizim elə bir işimizdir ki, bunu gərək
aşkar, açıq, heç kəsdən qorxmadan, heç kəsdən çəkinmə-
dən müzakirə edək. Ona görə ki, ən düzgün, ən optimal
fikrə gəlməliyik.
Son vaxtlar, deyəsən bu layihə dərc olunandan sonra
hansısa bir müxalifət qəzetində oxudum ki, “bizim dilimi-
zi vaxtilə Stalin və Mikoyan dəyişiblər, dilimizi Azərbay-
can dili onlar adlandırıblar, indi də onların yolu ilə getmək
istəyirik”. Mən dünən onlara dedim ki, bilirsiniz, bax bunu
yazan adamlar - əgər siz bu müzakirədən qaçmısınızsa və
hesab edibsinizsə ki, bu ajiotaj yaradacaq hesab edirsinizsə
elə bu yazılan qəbul olunmalıdır – üç ildən sonra, beş il-
dən sonra xüsusən də Heydər Əliyev dünyadan gedəndən
sonra götürüb yazacaqlar ki, “Heydər Əliyev Stalin və Mi-
koyanla birlikdə bizi bu yola gətirdi, yoxsa biz başqa yolla
gedəcəydik”. Mən bu tarixi məsuliyyətdən qorxmuram.
Ancaq mən də araşdırıram. İstəyirəm ki, həqiqəti aydın-
laşdıraq. Ona görə də xahiş edirəm ki, mənim bu çıxışımı
vəziyyəti aydınlaşdırmaq niyyəti kimi qəbul edəsiniz. Mən
bu barədə heç bir fikir söyləmirəm və heç söyləməyəcəm
Dostları ilə paylaş: |