BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

112
man  edirəm  ki,  bu  materiallar  əsasında  sistemləşdirmək 
və işçi qrupunun adından bizə təqdim etmək lazımdır. Bu 
materiallarla ilkin tanış olmuşam və belə hesab edirəm ki, 
bunlar artıq layihənin qısa müddətdə işlənib hazırlanması 
üçün tam əsas yaradıbdır. Ona görə də, - bilmirəm, indi bu 
barədə müzakirəyə ehtiyac var, ya yox, əgər ehtiyac varsa, 
müzakirə edə bilərik, - düşünürəm ki, bizim işçi qrupu top-
laşıb bu materialları qısa müddətdə mənə elə gəlir ki, iki il 
ərzində sistemləşdirib təqdim etsə, biz təqdim olunmuş bu 
layihəni komissiyanın üzvlərinə paylaya və onun əsasında 
müzakirə apara bilərik. Mənim fikrim belədir. Əgər başqa 
bir fikir varsa, gəlin müzakirə edək.
* * *
İclasda  verilən  təklifə  əsasən,  respublika  prezidenti 
İcra Aparatının rəhbəri Ramiz Mehdiyev yeni konstitusiya 
layihəsini hazırlayan komissiyanın işçi qrupunun tərkibini 
bir daha xatırlatdı.
* * *
Heydər əliyev: İşçi qrupu artıq işləyir, bu yeni bir şey 
deyil. Bir də deyirəm, bu işçi qrupu qəbul etdiyimiz qanu-
nun layihəsini hazırlayıb komissiyanın müzakirəsinə ver-
mişdir. Bu işçi qrupu indiyə qədər də işləyir, xeyli təkliflər 
verib və o təkliflər müəyyən qədər sistemləşdirilib, ancaq 
hələ layihə şəkilinə gətirilməyib. Ona görə mən o gün ko-
missiyanı  yığdım  ki,  komissiyanın  adından  işçi  qrupuna 
göstəriş  verək  ki,  onlar  qısa  bir  müddətdə  bunu  layihə  
şəklinə salıb bizə təqdim etsinlər.
Daha kimin sualı, sözü var? Yoxdur. Demək, bu təklifə 
etiraz  yoxdur  ki,  işçi  qrupuna  iki  gün  vaxt  verək.  Çünki 


113
mən baxmışam, materialların çoxu hazırdır. İşçi qrupunun 
üzvləri çox səmərəli işləyiblər, mən hesab edirəm ki, yax-
şı materiallar hazırlayıblar. İşçi qrupu iki gün müddətində 
materialları sistemləşdirsin və layihəni hazırlasın. Demək, 
bu gün ayın 3-dür, ayın 5-də günün axırında layihə komis-
siyanın üzvlərinə təqdim olunsun, paylansın. Ola bilər ki, 
bu ayın 6-da toplaşaq. Bu zaman həmin layihə komissiya 
üzvlərində olacaq. Onlar bu layihə ilə tanış olacaqlar, onun 
üzərində işləyəcəklər, biz də bu layihəni müzakirə edəcə-
yik.
Etiraz yoxdur ki? Onda gəlin bugünkü iclası qurtaraq. 
Yenə də deyirəm ayın 5-də günün axırında layihə mənə təq-
dim olunur və mən isə onu komissiyanın üzvlərinə payla-
yıram. Oktyabrın 6-da komissiyanın növbəti iclası keçirilir. 
Mən komissiya üzvlərindən əvvəldən xahiş edirəm ki, onlar 
layihəni alan kimi onunla çox ətraflı tanış olsunlar, öyrən-
sinlər ayın 6-dakı iclasda biz məruzəyə qulaq asmayacağıq, 
layihəni müzakirə edəcəyik ki, layihəyə kimin sözü, təklifi, 
nə əlavəsi var. Sağ olun.
* * *
Xəbər verdiyimiz kimi, oktyabrın 31-də Elmlər Akade-
miyası rəyasət heyətinin binasında Azərbaycan Respubli-
kasının  yeni konstitusiya layihəsinin geniş müzakirəsi ke-
çirildi.
Yığıncaqda  Azərbaycan  Respublikasının  prezidenti 
Heydər Əliyev iştirak edirdi.
Sədrlik edən – respublika Elmlər Akademiyasının ədə-
biyyat, dil və incəsənət bölməsinin akademik katibi Bəkir 
Nəbiyev  iclası  açaraq  bildirdi  ki,  bugünkü  yığıncaq  yeni 
konstitusiya layihəsinin bir maddəsinin – Azərbaycan Res-


114
publikasının dövlət dili haqqında maddənin müzakirəsinə 
həsr  edilmişdir.  Natiq  bu  maddənin  geniş  müzakirəsinin 
respublika prezidenti Heydər Əliyevin təşəbbüsü ilə keçi-
rildiyini bildirdi.
Azərbaycan prezidenti Heydər Əliyev yığıncaqda ge-
niş nitq söylədi.
Azərbaycan prezidenti Heydər əliyevin nitqi
-  Hörmətli xanımlar və cənablar, hörmətli ziyalılar!
Əvvəlcə bildirmək istəyirəm ki, sizinlə yenidən görüş-
məkdən çox məmnunam. Sizə və sizin simanızda Azərbay-
canın  bütün  ziyalılarına  işlərində  uğurlar,  səadət  və  xoş-
bəxtlik arzu edirəm.
Ölkəmiz öz tarixinin çox mühüm bir mərhələsini yaşa-
yır. Respublikamızda böyük iqtisadi, ictimai – siyasi pro-
seslər gedir və bir çox mühüm məsələlər həll olunur. Döv-
lət quruculuğu sahəsində aparılan işlər sırasında müstəqil 
Azərbaycan  Respublikasının  ilk  parlamentinə  seçkilər  və  
müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul olunması 
çox böyük əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, bir neçə aydır ki, biz və respublikanın 
bütün ictimaiyyəti, dövlət orqanları çox ciddi məşğul olur-
lar.  Nəticədə  demək  olar  ki,  biz  mühüm  tədbirlər  ərəfə-
sindəyik. Təəssüf ki, bu mərhələdə respublikamıza böyük 
faciə üz verdi. Qəza nəticəsində metro stansiyasında insan-
larımız tələf oldu. Biz ağır itkilərə məruz qaldıq, çoxlu soy-
daşımızı itirdik. Respublikamız matəm keçirdi və indi də 
bu ağır yaranın əzab - əziyyətini çəkirik.


115
Ancaq  şübhəsiz  ki,  bu  hadisə  bizim  işlərimizi,  gedən 
proseslərin inkişafını dayandıra bilməz. Qarşımıza qoydu-
ğumuz vəzifələri vaxtında həyata keçirməyə qadirik və hə-
yata keçirəcəyik.
Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiya-
sının qəbul edilməsi tarixi hadisə olacaqdır. Bildiyiniz kimi, 
bizim indi qüvvədə olan konstitusiyamız da var. Konstitu-
siya  tariximiz  böyükdür.  Azərbaycanın  ilk  konstitusiyası 
1921-ci  ildə  qəbul  olunubdur.  1920-ci  ildə  Azərbaycanda 
sosialist respublikası qurulandan sonra o vaxt respublika-
mız özünün ilk konstitusiyasını qəbul etmişdir. Ondan qa-
baq isə - 1919-cu ildə ilk Azərbaycan Demokratik Respubli-
kası yaranandan sonra konstitusiya aktı qəbul olunmuşdu. 
Ancaq o zaman konstitusiya qəbul edilməmişdi. Dediyim 
kimi,  ilk  konstitusiya  1921-ci  ildə  qəbul  olundu.  O  vaxt 
Azərbaycan Sovet Sosialist Respublikası idi. Ancaq biz hələ 
İttifaqa daxil deyildik.
1922-ci  ilin  dekabrında  Sovetlər  İttifaqı  yarandı  və 
Azərbaycan  Respublikası  da  Sovetlər  İttifaqının  tərkibinə 
daxil oldu. Bundan sonra Sovetlər İttifaqının konstitusiyası 
qəbul edildi. Həmin konstitusiyaya uyğun olaraq Azərbay-
canın 1921-ci ildə qəbul olunmuş konstitusiyasında müəy-
yən  dəyişikliklər  aparıldı. Ancaq  yeni  konstitusiya  qəbul 
edilmədi. Azərbaycan Respublikası həmin konstitusiya ilə 
Sovetlər İttifaqının tərkibində yaşadı.
1937-ci ildə respublikamızın yeni konstitusiyası qəbul 
edildi. Bu, 1936-cı ildə qəbul olunmuş Sovetlər İttifaqı kons-
titusiyasına uyğun olan konstitusiya idi. Sonra isə - 1977-ci 
ildə  Sovetlər  İttifaqının  yeni  konstitusiyası  qəbul  olundu. 
Ona uyğun olaraq 1978-ci ildə Azərbaycan Respublikasının 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə