116
konstitusiyası qəbul edildi. Həmin konstitusiya indiyədək
qüvvədədir.
Şübhəsiz ki, ondan sonrakı dövrdə respublikamızda
baş vermiş böyük dəyişikliklərlə, Azərbaycanın müstəqil
dövlət olması ilə əlaqədar həmin konstitusiyaya müəyyən
dəyişikliklər edilibdir. Lakin bizim üçün əsas sənəd 1991-ci
il oktyabrın 18-də qəbul olunmuş Konstitusiya Aktıdır.
Beləliklə, biz bu konstitusiya ilə yaşamışıq. Ancaq indi
müstəqil Azərbaycan Respublikasının yeni konstitusiyasını
qəbul edirik. Bir də qeyd edirəm, bu, çox böyük tarixi ha-
disədir və bizim, indiki nəsillərin üzərinə çox böyük məsu-
liyyət qoyur.
Konstitusiya elə bir sənəddir ki, o gərək uzun müd-
dət yaşasın. Onun ömrü uzun olmalıdır. Konstitusiya tez-
tez dəyişilə bilməz. Əgər konstitusiya doğrudan da həm
bu günü, həm də gələcəyi tamamilə əks etdirə bilirsə, o,
uzunömürlü ola bilər, gələcəkdə ona dəyişikliklər etməyə
ehtiyac olmaz və ya çox cüzi dəyişikliklər aparıla bilər.
Ona görə də bu işə həddindən artıq məsuliyyətlə ya-
naşmaq lazımdır. Biz belə də yanaşırıq. Yəni öz məsuliyyə-
timizi dərk edirik və bu mühüm sənədin qəbul olunması
üçün gələcək nəsillərin qarşısında nə qədər cavabdeh ola-
cağımızı da dərk edirik.
Mən konstitusiya komissiyasının sədri kimi konstitu-
siya layihəsinin hazırlanması dövründən bu günə qədər
çalışmışam ki, layihənin hazırlanmasında bu sahədə biliyi,
elmi təcrübəsi olan bütün alimlər, mütəxəssislər, hüquqşü-
naslar, dövlət xadimləri, ictimai – siyasi xadimlər, mədə-
niyyət xadimləri iştirak etsinlər.
Konstitusiya komissiyasının tərkibi bu dediyim fikirlə-
117
ri əks etdirir. Eyni zamanda mən hesab edirəm ki, bu bö-
yük məsuliyyəti yalnız konstitusiya komissiyası üzvlərinin
öhdəsinə qoymaq olmaz. Bu məsuliyyəti hamımız, bütün
xalqımız daşımalıdır. Hər bir vətəndaş həm bu gün üçün,
həm də gələcək nəsillər üçün konstitusiyanın hazırlanma-
sında iştirak etməyə çalışmalıdır, öz səylərini və xidmətlə-
rini göstərməlidir. Şübhəsiz ki, kim nəyə qadirdirsə, kim
nəyi bacarırsa, kim nə edə bilərsə, etməlidir.
Azərbaycanda bu sahədə bilikli, təcrübəli, bacarıqlı
adamlar çoxdur. Lazımdır ki, bu işdə heç kəs biganə qal-
masın. Lazımdır ki, hər bir kəs, hər bir vətəndaş konstitusi-
yanın hazırlanmasını və qəbul olunmasını öz şəxsi işi kimi,
taleyi kimi qəbul etsin. Belə olan halda biz Azərbaycanın
müstəqilliyini təmin edən, vətəndaşlarımızın hüquqlarını
qoruya bilən, ölkəmizin dövlətçiliyini möhkəmləndirən və
respublikamızın müstəqil bir dövlət kimi yaşaması üçün
əsas olan qanun, konstitusiya qəbul edə bilərik.
Hesab edirəm ki, bu sahədə çox iş görülübdür. Kons-
titusiya layihəsinin hazırlanmasına biz çox vaxt sərf etdik.
Bu iş çoxdan başlanıbdır – bizim mütəxəssislər bu işə bir il
bundan öncə başlayıbdır. Ancaq biz bu işə mütəşəkkil ola-
raq iyun ayından başladıq və çox intensiv iş getdi.
Konstitusiya komissiyası yaranarkən yeni konstitusiya
layihəsinin bir çox müddəaları demək olar ki, işlənib hazır-
lanmışdı. Konstitusiya komissiyası yarandı, onun işçi qru-
pu təşkil edildi. Həmin qrup gərgin işlədi və layihə kons-
titusiya komissiyasında bir neçə dəfə müzakirə ediləndən
sonra ümumxalq müzakirəsinə verildi.
İndi müzakirələr sona çatır. Biz gərək ümumxalq mü-
zakirəsi zamanı verilmiş təklifləri, düzəlişləri iki – üç gün
118
içərisində təhlil edək, konstitusiya komissiyasında baxaq
və onların dəyərlilərindən, xeyirlilərindən istifadə edək,
beləliklə də layihəni təkmilləşdirək. Şəxsən mənim məqsə-
dim bundan ibarətdir.
Mən bu işə çox məsuliyyətlə yanaşıram. Çünki həm
Azərbaycanın konstitusiya tarixini bilirəm və onu böyük
diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda
dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iş-
tirakçısıyam.
1977-ci ildə Sovetlər İttifaqında yeni konstitusiya qəbul
olundu. O konstitusiyanın hazırlanması dövrü çox böyük
idi. Konstitusiya komissiyası təşkil olunmuşdu. O vaxtlar
Sovetlər İttifaqında, hər bir müttəfiq respublikada geniş
işlər aparılırdı. Mən həmin konstitusiya komissiyasının
üzvü idim və 1977-ci ildə qəbul olunmuş konstitusiyanın
hazırlanmasında iştirak etmişəm. Hətta həmin konstitusiya
qəbul olunarkən Sovetlər İttifaqı Ali Sovetinin sessiyasın-
da çıxış etmişəm. Sonra isə bir il biz öz respublikamızın –
Azərbaycan Respublikasının konstitusiyasını hazırlamaqla
məşğul olduq. Biz də komissiya yaratdıq. Mən respublika-
nın rəhbəri kimi konstitusiya komissiyasının sədri idim.
Xatirimdədir, biz o vaxt nə qədər çox iş gördük.
Doğrudur, qeyd etdiyim kimi, bizim qəbul etdiyimiz
konstitusiya Sovetlər İttifaqı konstitusiyasının müddəaları-
na uyğun olmalı idi, ona münasib yazılmalı idi və eyni za-
manda respublikamızın bəzi xarakterik cəhətlərini özündə
əks etdirməli idi. Hesab edirəm ki, o vaxt biz buna nail ola
bildik. O dövrün, o zamanın şərtləri daxilində biz Azərbay-
canın konstitusiyasını qəbul etdik.
Beləliklə, mən bu məsələlərin çoxunu həm tarixi öy-
119
rəndiyimə görə, həm də bir çox hissəsində bilavasitə işti-
rak etdiyimə görə indi müstəqil Azərbaycan Respublikası-
nın konstitusiyasını tam müstəqil, heç bir dövlətdən, heç
bir mərkəzdən, heç bir kəsdən asılı olmayaraq özümüzün
sərbəst qəbul etməyimizin nə qədər məsuliyyətli və şərəfli
olduğunu dərk edirəm.
Ona görə də indiyədək çalışmışam ki, bu, konstitusi-
yanın hazırlanmasında hamı çox yaxından, ürəkdən iştirak
etsin. Çalışsın, maksimum səy göstərsin ki, bizim konstitu-
siyamız mükəmməl olsun. Buna nə qədər nail olduğumu-
zu şübhəsiz ki, xalq qiymətləndirməlidir. Çünki layihə dərc
olunubdur, müzakirədən keçibdir. Aparılan müzakirələr və
konstitusiya komissiyasına daxil olan təkliflər onu göstərir
ki, xalq, ictimaiyyət, vətəndaşlar bu layihəni ümumən qə-
bul edirlər. Layihənin əleyhinə birbaşa çıxan yoxdur. Ancaq
onu təkmilləşdirmək üçün təkliflər, əlavələr, dəyişikliklər
irəli sürülür. Mən dünən işçi qrupu ilə görüşmüşəm. On-
ların mənə verdiyi məlumatdan aydın olur ki, konstitusiya
komissiyasına 1400 təklif, dəyişiklik daxil olubdur. Bu tək-
liflər cürbəcürdür və konstitusiyanın müxtəlif maddələrinə
aiddir. Onlar təhlil olunur. İşçi qrupu onların təhlili və qiy-
mətləndirilməsi ilə məşğuldur və o təkliflərdən hansının
qəbul olunub – olunmaması barədə konstitusiya komissi-
yasına öz fikrini söyləyəcəkdir. Nəhayət, bunlar konstitusi-
ya komissiyasında həll olunacaqdır.
Güman edirəm ki, müzakirə nəticəsində alınan təkliflər
konstitusiya layihəsini daha da təkmilləşdirəcək və biz bu
günlərdə konstitusiyanın son layihəsini bir daha mətbuat-
da dərc edəcəyik ki, vətəndaşlarımız noyabr ayının 12-də
parlament seçkiləri zamanı eyni zamanda ümumxalq səs-
Dostları ilə paylaş: |