120
verməsi, referendum yolu ilə konstitusiya layihəsinə öz
münasibətlərini bildirsinlər. Referendumun nəticəsinə görə
də konstitusiyanın qəbul edilməsi məsələsi həll olunacaq-
dır.
Vətəndaşlardan daxil olan təkliflərdən başqa, layihə ay-
rı-ayrı təşkilatlarda, birliklərdə, müəssisələrdə, idarələrdə,
elm ocaqlarında, yaradıcılıq təşkilatlarında, mədəniyyət
birliklərində müzakirə edilibdir. Burada deyildi ki, layihəni
Elmlər Akademiyası da müzakirə edib və öz fikrini bildi-
ribdir. Ancaq mən konstitusiyanın bir maddəsinin xüsusi
müzakirə olunmasını lazım hesab edirəm. Bu, Azərbayca-
nın dövlət dili haqqında olan 23-cü maddədir.
Konstitusiya komissiyasında layihə müzakirə olu-
narkən komissiyanın üzvlərindən üç nəfər – şair Bəxtiyar
Vahabzadə, yazıçılar Anar və Elçin Əfəndiyev belə fikir
söylədilər ki, “dövlət dili Azərbaycan türk dilidir” yazılsın.
Biz bu məsələni müzakirə etdik. Son layihəni dərc olunma-
ğa göndərərkən belə qərara gəldik ki, bu layihədə indiyə-
dək konstitusiyada olduğu kimi yazaq. Bu barədə sizə qısa
tarixi arayış vermək istəyirəm.
1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan konstitusi-
yasında dövlət dili haqqında heç bir maddə yoxdur.
1937-ci ildə qəbul edilmiş Azərbaycan konstitusiyasın-
da da dövlət dili haqqında heç bir maddə olmayıbdır.
1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti
1937-ci ildə qəbul olunmuş konstitusiyaya əlavə edibdir.
Konstitusiyaya Azərbaycan Respublikasında dövlət di-
linin Azərbaycan dili olması barədə maddə əlavə edilib-
dir. O vaxt işləyən adamlarımız bunu xatırlayırlar. Həmin
dövrdə bu maddənin qəbul edilməsi respublikada müəy-
121
yən mübahisələr doğurdu. Mən də onun şahidiyəm. Bu
maddənin qəbul olunmasından sonra həyata keçirilən
bəzi tədbirlər daha çox mübahisələr və narazılıqlar do-
ğurdu. Bu, deyə bilərəm ki, o vaxt respublikamızı çətin
vəziyyətə saldı. Çünki belə bir maddə qəbul edilən kimi o
vaxt– bəzən belə də olur, bəzi adamlar özlərini həddindən
çox vətənpərvər, millətə həddindən artıq yaxın göstərmək
istəyirdilər – dərhal göstərişlər verildi ki, bütün idarələrdə,
təşkilatlarda yazışmaların hamısı ancaq Azərbaycan dilin-
də getsin. Makinalar dəyişdirilməyə başlandı. Şübhəsiz ki,
o vaxt bizim kargüzarlıq işlərində, katiblikdə, yazışmalar-
da rus dili üstünlük təşkil edib. Çünki əsas işlər rus dilində
gedirdi. Ona görə işçilərin çoxu da rusdilli idi – ya rus, ya
da erməni millətindən, yaxud rusdilli azərbaycanlılardan
ibarət idi. Onların bəzilərini işdən çıxarmağa başladılar.
Bu, Azərbaycanda böyük narazılıq doğurdu. Bundan da o
vaxt Azərbaycana pis münasibət, bəlkə də düşmən müna-
sibəti göstərən qüvvələr istifadə etdilər. Xatirinizdədir ki,
1959-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkə-
zi Komitəsi Azərbaycanda millətçilik olması barədə qərar
qəbul etdi. O vaxt Azərbaycan rəhbərliyi dəyişildi, bəzi
vəzifəli şəxslər bundan istifadə edib öz şəxsi məqsədlərinə
nail oldular. Hər halda, bu tarix məlumdur. Ondan sonra
bu məsələ müəyyən qədər sakitləşdi.
1977-78-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən
bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni
konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan
dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi,
mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri
idim və bu işlərə rəhbərlik edirdim.
122
Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb
oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yox-
dur, buna ehtiyac yoxdur. Mən indi sizin vaxtınızı alıb bun-
ların hamısını geniş danışmağa ehtiyac duymuram. Ancaq
o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist
Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım.
Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili
olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq.
Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fi-
kirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət
idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-
ci ildə, səhv etmirəmsə, aprel ayında biz konstitusiyanı qə-
bul etdik. Həmin konstitusiyada yazıldı ki, Azərbaycanın
dövlət dili Azərbaycan dilidir. Xatirimdədir, o vaxt başqa
respublikanın rəhbərləri ilə kəskin danışıqlarımız oldu.
Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqla-
rım xatirimdədir. O buna çox etiraz edirdi, belə əsaslandı-
rırdı ki, siz belə yazdığınız halda gərək onda biz də yazaq
ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim
ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respub-
likasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizim-
kindən qat – qat artıqdır. Siz istəsəniz bunu yaza bilərsiniz.
Ancaq siz nə üçün bizə mane olursunuz? Mübahisəmiz çox
gərgin oldu.
Hər halda biz bunu etdik. Deyə bilərəm ki, o vaxt on
beş müttəfiq respublikadan yalnız üç respublikanın – Azər-
baycan, Gürcüstan və Ermənistanın konstitusiyalarında
dövlət dili haqqında maddə var idi. Qalan respublikaların
heç birinin konstitusiyasında dövlət dili haqqında maddə
yox idi.
123
Mən 1978-ci ildə qəbul edilmiş konstitusiyanı nəzərdə
tuturam. Qeyd etmək istəyirəm ki, o cümlədən Baltikyanı
respublikalar da – onlar öz milli ənənələrini başqalarına
nisbətən daha çox qoruyub saxlamağa çalışırdılar. O vaxt
onları ümumiyyətlə, millətçi respublikalar hesab edirdilər,
- buna baxmayaraq onlar öz konstitusiyalarında dövlət di-
lini yazmamışdılar.
Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o
dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiy-
yətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu. İndiyə
qədər konstitusiyamızın 73-cü maddəsi – “Azərbaycanın
dövlət dili Azərbaycan dilidir” maddəsi qüvvədədir. Bunu,
yəni Azərbaycan konstitusiyasının 73-cü maddəsi qüvvə-
dədir fikrini nəzərə alaraq yeni konstitusiyanın son layihə-
sini dərc edərkən yazdıq ki, Azərbaycanın dövlət dili Azər-
baycan dilidir.
Ancaq sizə məlumdur ki, 1992-ci ildə başqa proseslər
olmuşdur. 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məc-
lisində dövlət dili haqqında məsələ müzakirə edilmişdir.
Bu müzakirə nəticəsində qərar qəbul olunub ki, Azərbay-
canın dövlət dili türk dilidir. O vaxt mən Bakıda yaşamır-
dım, Naxçıvanda idim. Eşitdiklərimdən, bildiklərimdən
belə hiss etdim ki, bu qərar respublikada birmənalı qarşı-
lanmayıbdır. Bu qərardan çox narazı olanlar var idi, onu
çox bəyənənlər də var idi.
Sonra, konstitusiya layihəsini hazırlayarkən mən bunu
araşdırdım. Bu barədə mənə əvvəl də demişdilər. Ancaq bir
var ki, bir şeyi ordan – burdan eşidəsən, bir də var ki, özün
araşdırasan. Mən bunu şəxsən özüm üçün araşdırdım və
məlum oldu ki, bildiyiniz kimi, burada özbaşınalığa, vol-
Dostları ilə paylaş: |