157
b.Vahabzadə - Azərbaycan Respublikasının xalq depu-
tatı, yeni konstitusiya layihəsini hazırlayan komissiyanın
üzvü: Sizə bir sual vermək istəyirəm.
H.ə.əliyev: Buyurun.
b.Vahabzadə: Mənim üçün çox maraqlıdır. 1918-ci ilə
qədərki sənədlər bizim dövlət arxivində varmı? Xüsusən
də 1914-1915-ci illər, ya ondan əvvəlki?
A.Paşayev: Bəxtiyar müəllim, var, ancaq orada dil
“tatar dili” yazılırdı. Ona görə qeyd elədim birinci dəfə rəs-
mi dövlət dili kimi türk dili Demokratik Cümhuriyyətin bu
qərarı ilə olub. Bu, Gəncədə olan vaxt, 1918-ci ildəki De-
mokratik Cümhuriyyətin ilk qərarlarındandır.
b.Vahabzadə: Ondan əvvəl nə yazırdılar?
A.Paşayev: Tatar.
H.ə.əliyev: Daha kimin nə sualı var? Buyurun.
M.Qasımov – Terminologiya Komitəsi sədrinin müa-
vini, professor: Məni bir məsələ maraqlandırır. Bizdə ke-
çirilən müşavirələrin, konfransların, türkologiya qurultayı-
nın sənədləri var, 1920-ci ildən sonra, 30-cu illər, - bunun
haqqında sizdə sənədlər varmı?
A.Paşayev: Bizdə qurultayın materialları var.
M.Qasımov: Orada Azərbaycan dilinin dəfələrlə işlə-
nilməsini inkar eləyə bilərsinizmi?
A.Paşayev: Harada?
M.Qasımov: Türkologiya qurultayında, konfranslarda.
A.Paşayev: Mən dəqiq ora baxmamışam, burada söh-
bət rəsmi dövlət sənədlərindən gedir: konstitusiyadır,
dekretdir, qərardır. Yoxsa, elə - beləyə qalanda 1917-ci ildə
Cəlil Məmmədquluzadə öz felyetonunda yazmışdı: “Mə-
nim milliyyətim nədir? – Azərbaycandı. Dilim nədir? –
158
Azərbaycan dili”. Sonra da özü də yazır ki, “Azərbaycan
türkcəsi”. Demək istəyirəm ki, bu çox deyilib. Hətta Cəlil
Məmmədquluzadə “Molla Nəsrəddin” haqqında verdiyi
ərizədə yazıb ki, tatar. Mötərizədə “Аzerbaydjanskoe nare-
çie” – bunu da əlavə eləyir. Mən yenə də deyirəm, burada
rəsmi sənədlərdən söhbət gedir.
H.ə.əliyev: Başqa sualı olan yoxdur? Əyləş. Asya Ma-
nafova, buyurun.
A.Manafova – Milli Məclisin üzvü, yeni konstitusiya
layihəsini hazırlayan komissiyanın üzvü: Mən çox xahiş
eləyirəm, 1918-ci ilə qədər deyəndə tatar dili, aydındır, har-
da türk dili qəbul olunmuşdu? O haqda elə bilirdik ki, tatar
dili olmuşdu. Elədirmi? Hansı dildə sənədlər işlənibdir?
A.Paşayev: Tatar dili yazırdılar.
A.Manafova: Və hansı dildə sənədlər işlənirdi, birinci,
1915-ci ilə qədər. İkinci sualım: Türk dili qəbul edildikdən
sonra Azərbaycan dilində sənədlər işlənib, yoxsa türk di-
lində?
A.Paşayev: Nə vaxt? Bu Azərbaycan dili ilə türk dili
eyni dil deyil? Mən başa düşmədim sizi.
A.Manafova: Təkcə Azərbaycan dilinə yox, onda niyə
tatar dilinə qayıtmırsınız, türk dilinə qayıdırsınız?
A.Paşayev: Bilirsiniz, Asya xanım, tatar dili haradan
gəlibdir? Tatar dili ruslar bura gələndən sonra, görünür, dil
tatar dilinə oxşadığına görə elə “tatarın, tatarin” deyiblər,
onda da elə belə gedib axıra qədər.
A.Manafova: Azərbaycan dili indi meydana çıxmayıb,
Azərbaycan dili əsrlər boyu bundan qabaq meydana çıxıb.
Əvvəl “Azərbaycan dili” məfhumu da olub, işlənib Azər-
baycan dili üzrə. Azərbaycana ruslar gələndən sonra tatar
159
dili olub. Sonra keçiblər türk dilinə. İndi ondan qabaqkı
sənədlər...
A.Paşayev: Asya xanım, əgər elə baxsaq, sənədlərin
hamısında yazılanlar əgər azərbaycanlıdırsa, tutaq, tatar-
dırsa, bunlar yazırdı: musulmanin. Əksəriyyət sənədlərdə
milliyyət məsələsi belə yazılırdı. Bunlar təsadüfi deyildi –
“Kəşkül”də, filanda bu məsələlərin qaldırılması, milliyyə-
ti nədir: müsəlman. Deyir, axı müsəlman milliyyət deyil,
dindir. Sənin milliyyətini soruşuram. Axırda bunu deyən-
də ki, bəs sizə biz nə deyək, deməli, siz bizi azərbaycanlı
hesab eləyirsiniz. Demək istəyirəm ki, bəla burasındadır ki,
bunların hamısı hər yerdə bu məfhum müsəlman məfhu-
mu kimi yazılıb. Ona görə də bütün sənədlər rus dilində
getdiyinə görə (demək, sənədlərin 90 faizi rus dilindədir)
orada, bu sənədlərdə yazanda milliyyəti yazırdı ya tatar, ya
müsəlman.
H.ə.əliyev: Şahin Əliyevə mən sonra söz verəcəyəm.
Başqa sualı olan yoxdur? Buyurun. Ancaq, bilirsiniz, mən
Baş Arxiv İdarəsinin rəisini bura dəvət etmişəm bütün bu
tarix haqqında məlumat vermək üçün yox. Ola bilər, hamı
bilmir. Mən onu dəvət etmişəm, sadəcə o qərarlar haqqında
məlumat versin. Ona görə siz onu çox divara qısnamayın
ki, bu nə təhər olub, o nə təhər olub. Əgər bunu tarixçilər
bilmirsə, arxiv idarəsinin müdiri hamısını necə bilə bilər ki?
Vaqif bayatılı – şair: Demək istəyirəm ki, Ataxan müəl-
lim cavab verəndə yalnız öz arxivlərimizdə, yəni bizim
arxivlərdə olan materiallara əsaslanır. Ancaq bizim dilimiz
haqqında Səfəvilər, Atabəylər dövründən onlarca ölkələ-
rin muzeylərində faktlar var. Yəni burada deyilən faktlar
da var. Burada “tatar”, “musulmanin”, nə bilim nə yazılıb.
160
Yəni bu, ancaq bir arxivdə olan sənədlərdir. Qalanların ha-
mısı ruscadır.
A.Paşayev: Mən üzr istəyirəm, Asya xanım da mənə
dedi. Mən sənədlərdən danışıram, əgər tarixdən olsa, tarix-
dən mən də söz tapa bilərəm. Söhbət bilavasitə bizdə olan
sənədlərdən gedir. Ona görə də mən bu sənədlərlə cavab
verirəm.
M.əliyev – ASDP-nin büro üzvü: 1891-ci ildə “Kaspi”
qəzeti çıxıb. Sizin arxivdən bu qəzeti almaq olarmı?
H.ə.əliyev: Yaxşı, əyləşin. Kim sual vermək istəyir?
Vaxt yoxdur, kimin sualı var, mikrafona gəlsin. Mən xahiş
eləyirəm məsələdən kənara çıxıb vaxtımızı almayasınız.
Əyləşin. Əgər siz “Kaspi” qəzetini almaq istəyirsinizsə, ge-
din müraciət eləyin, alın. Gəlib burada vaxtımızı alıb sual
vermək – bu, yaramaz axı. Sizi bura dəvət eləyiblər, hör-
mət eləyiblər. Bilin ki, hansı məsələdən söhbət gedir. Arxiv
arxivdir, siz də hansı materialı haradan istəyirsinizsə, gedin
alın. İndi gəlib mənim qabağımda siz ona sual verəcəksiniz
ki, həmin qəzeti biz sizdən ala bilərikmi, ya ala bilmərik?
– bu sizin səviyyəsizliyinizi göstərir. Mən bunu başqa cür
qiymətləndirə bilmərəm. Bizim o qədər vaxtımız yoxdur
ki, hər bir adama, şəxsən ona nə lazımdırsa ona burada ca-
vab verilsin.
Demək, arxivin verdiyi məlumatlardan bunu biz bu
gün özümüz üçün aydınlaşdırırıq. 1918-ci ildə Azərbay-
can Demokratik Cümhuriyyəti yaranan kimi qərar verilib
və yaxud əmr verilib, – indi o sənədin adı o qədər də əhə-
miyyətli deyil, – “Azərbaycanda kargüzarlıq türk dilində
getməlidir”. Sonra 1921-ci ildə Nəriman Nərimanov Dadaş
Bünyadzadə ilə dekret veriblər ki, Azərbaycanın dövlət dili
Dostları ilə paylaş: |