BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə25/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

85
barədə hər bir kəsin düşüncəsini ortalığa qoymaqla yana-
şı, həqiqətin üzə çıxmasına nail olurdu. Heydər Əliyevin 
məntiqi qarşısında məsələnin həqiqətə uyğun həll olunma-
sını  təbii,  düzgün  hesab  edənlər  bilirdilər  ki,  o  məsələyə 
çox  ciddi,  məsuliyyətlə  və  həssas  yanaşır.  Odur  ki,  Sabir 
Rüstəmxanlı deyirdi: “Mən bugünkü müzakirəni sizin gördü-
yünüz işlərin davamı hesab eləyirəm. Elə hesab edirəm ki, bu gün 
siz bu məsələyə məhz ona görə bu cür ciddi vaxt ayırırsınız ki, 
siz başqalarından, bir sıra alimlərimizdən fərqli olaraq, bunun nə 
qədər ciddi məsələ olduğunu hiss eləyirsiniz və sizin çıxışınızda 
da mən bunu hiss elədim, hamımız hiss elədik... Burada yenə söz, 
mənə elə gəlir ki, son söz ölkə başçısınındır, ağsaqqalındır və ona 
görə ki, onun çıxışından biz hiss elədik ki, o, bu məsələnin bütün 
ciddiyyətini çox yaxşı başa düşür”.
Heydər Əliyev həll olunan məsələlərin təkcə elmi- mən-
tiqi cəhətlərini deyil, həm də siyasi, ideoloji məqamlarını 
diqqət mərkəzində saxlayırdı. Azərbaycan dilinin konstitu-
siyada dövlət dili kimi olmasında da o hərtərəfli təhlil apar-
maqla bütün fikir və mülahizələrin fövqündə dayanırdı.  
   


86
Bunlar tarixi həqiqətdir
A
zərbaycan  Respublikasının  yeni 
konstitusiya  layihəsi  (1995-ci  ildə) 
mətbuatda  çap  olunmuş  və  xalqın  müza-
kirəsinə  verilmişdir.  Layihə  mətbuatda  çap 
olunandan sonra dövlət dilinin adının necə 
adlanması  barədə  təkliflər  olmuşdur.  18 
adam dövlət dilinin “türk dili” olmasını tək-
lif etmişdir. 
Səsvermə hüququna malik olan 4 milyon əhalidən 18 
nəfərin dövlət dilini “türk dili” kimi təklif etməsi onu göstə-
rir  ki,  heç  bununla  müqayisəyə  uyğun  gəlməyən  böyük 
əksəriyyət “Azərbaycan dili” ifadəsinin tərəfdarı olmuşdur. 
Ancaq  buna  baxmayaraq,  yenə  də  Heydər  Əliyev  səbrlə 
bu məsələnin müzakirəsini aparırdı. O, müzakirə zamanı 
deyirdi: “... Layihə mətbuatda veriləndən sonra 18 adam təklif 


87
eləyibdir ki, “türk dili” olsun. Qalan heç bir kəs təklif eləməyib-
dir. Yəni səsvermə hüququna malik olan 4 milyon əhalimiz var. 
4  milyondan  18  adam  təklif  eləyibdir.  Demək,  əgər  mən  bu  işə 
formal, mexaniki yanaşsaydım, mən deyərdim 18 adam nədir ki, 
əksəriyyət  Azərbaycan  dilinin  tərəfdarıdır.  Amma  görürsünüz 
ki, nə qədər dözümlə, nə qədər səbrlə bunu müzakirə eləyirik”. 
Heydər Əliyev 1950-ci illərdə, konkret olaraq 1956-cı ildə 
dövlət dilinin “Azərbaycan dili” olması barədə qərar qəbul 
edildikdən  sonra  respublikamızın  başına  gələn  oyunları 
da  xatırladırdı.  Belə  ki,  bu  oyunda  iştirak  edən  tərəflərin 
şəxsi mənafeyi ona gətirib çıxardı ki, guya Azərbaycanda 
millətçilik var. Yəni konstitusiyaya “Azərbaycan dili” ifadə-
sinin yazılmasını o vaxt millətçilik kimi Moskvaya çatdır-
dılar. Heydər Əliyev tarixi həqiqətlər barədə belə deyirdi:  
“... Məlumatlar yazdılar Moskvaya ki, burada millətçilik, filan 
var, peşməkan var. 1959-cu ildə Siyasi Büronun böyük qərarı çıx-
dı. Ondan bir il qabaq Sadıq Rəhimovu (Nazirlər Sovetinin sədri- 
B.X.) işdən götürdülər. ...1959-cu ildə Siyasi Büronun böyük bir 
qərarı çıxdı ki, Azərbaycanda millətçilik var. Vəli Axundov oldu 
başçı. ...Vəli Axundov oldu respublikanın rəhbəri”. Heydər Əli-
yev həmin dövrün didişmələr, çəkişmələr dövrü olduğunu 
çoxlarının xatirinə salır, o dövrü yaşamayanlara isə tarixi 
həqiqətləri anladırdı. Məhz bununla  belə, Heydər Əliyev 
fikrini  davam  etdirərək  deyirdi:  “Ondan  sonra  nə  etdilər? 
(Vəli  Axundov  respublikanın  rəhbəri  olduqdan  sonra  –  B.X.) 
Gəldilər ki, - xatirinizə salmaq istəyirəm, - niyə siz Nərimano-
vu  bir  belə  şişirtmisiniz?  Niyə  bunu  belə  etmisiniz?  Yəqin  ki, 
bizim tarixçilərin xatirindədir bunlar. Böyük bir bəlaya düşdük 


88
biz. Ondan sonra – həmin o 1959-cu ildən 1969-cu ilə qədər, bi-
zim dövrümüzə qədər yenə də didişmələr dövrü oldu. Ona görə, 
mən bunların şahidi olduğuma görə, 1969-cu ildən Azərbaycan-
da camaatı birləşdirməyə, xalqı birləşdirməyə, rəhbərlikdə birlik 
yaratmağa, sabitlik yaratmağa çalışdım və buna da nail oldum”. 
Heydər  Əliyev  1978-ci  il  konstitusiyasında  “Azərbay-
can dili” ifadəsinin yazılmasının asan olmayan bir məsələ 
olduğunu, o dövrdə çox böyük çətinliklərlə üzləşildiyini, 
respublikaların  hüquqlarını  məhdudlaşdırmaq  istiqamə-
tində proseslərin getdiyini Moskvada şovinistlik əhval ru-
hiyyəsinin yüksəlməsi ilə bağlayır və yaranmış maneələrin 
gizli məqamlarını da açıqlayırdı. Məhz tarixi həqiqətin bu 
məqamlarını Heydər Əliyev qədər dərindən bilən və təh-
lil edən ola bilməzdi. Görün o, nə qədər mənalı, məzmun-
lu və tarixin çoxlarımıza qaranlıq olan məqamları barədə 
izah, təhlil verirdi: “... 1977-ci ildə, 1978-ci ildə konstitusiya 
müzakirə olunarkən böyük maneələrə rast gəldik. O vaxtlar artıq 
Moskvada  şovinistlik  əhval-ruhiyyəsi  çox  yüksəlmişdi.  İndi  bu 
incəlikləri bilmirsiniz, məsələn, 1973-cü ildə partiya biletləri də-
yişiləndə götürdülər partiya biletlərindən respublikalara aid olan 
bəzi sözləri çıxardılar. Bu proses gedirdi ki, lazım deyil Azərbay-
can Kommunist Partiyası olsun, ya Ukrayna Kommunist Parti-
yası olsun. Elə bir dənə Sovet İttifaqı Kommunist Partiyası var, 
bəsdir.  Sonra  orada  bu  proseslər  gedirdi,  yəni  respublikaların 
hüquqlarını  məhdudlaşdırmaq,  ümumiyyətlə  bir  dövlət  etmək, 
xalqları birləşdirmək, guya ki, bir vahid Sovet xalqı var, - bu pro-
ses gedirdi. Ona görə 1977-78-ci illərdə çox gərgin mübarizə ge-
dirdi ki, hərə öz konstitusiyasını nə cür edəcəkdir. Və bunlardan 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə