69
var. Amma “biz gəlin dilimizi türkdilli eləyək”, -yenə də deyirəm,
mən bunu etiraz nöqteyi- nəzərindən demirəm, istəyirəm özümə
aydınlıq gətirim...
Axı, nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azər-
baycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək
özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, mən Tata-
rıstan türküyəm?”
Heydər Əliyev millətin də, dilin də tarixi taleyini yax-
şı bilirdi. O bilirdi ki, dilin adını, millətin adını yenidən
qoymaq asan bir iş deyildir. Bu iş olduqca məsuliyyətli və
çətin bir işdir. Ona görə də o, bu məsələyə böyük yanğıyla
yanaşırdı: “... biz həm dilimizin adını yenidən qoymalıyıq, həm
də millətimizin adını yenidən qoymalıyıq. Onda ölkəmizin də
adını dəyişdirək? Bunu düşünmək lazımdır”. Əslində Heydər
Əliyev məsələni bu şəkildə qoymaqla hiss etdirmək istə-
yirdi ki, müzakirə olunan məsələ elə-belə məsələ deyil. Bu,
Azərbaycan xalqının taleyüklü məsələsidir. Ona görə də
müzakirə zamanı ordan- burdan yox, konkret məsələdən
danışmaq, onun elmi-məntiqi cəhətlərini aydınlaşdırmaq
lazım idi. Bu mənada Heydər Əliyev bəzi tarixi həqiqət-
lərin özünü də təhlil edirdi, niyə belə olduğuna aydınlıq
gətirirdi, suallar verirdi, suallara cavablar tapırdı, başqala-
rını da bu sual və cavablarda iştirak etməyə istiqamətləndi-
rirdi. Fikir verək: “ Doğrudur, taleyimiz belə gəlib ki, məsələn,
bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə
tatar deyiblər? Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o
birisilər də özlərinə tatar deyiblər. Bu Bakıda, Azərbaycanda bir
belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı- “russ-
ko- tatarskaya şkola”. Bəs niyə o vaxtlar Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Məmmədəmin Rəsulza-
70
də, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə və başqaları durub
demədilər ki, necə yəni “russko- tatarskaya şkola”? Niyə buna
etiraz eləmədilər? Hamı da bunu qəbul elədi- “russko- tatarskaya
şkola”. Heydər Əliyev buna bizim aqibətimiz və taleyimiz
kimi yanaşırdı. Sonradan 1918-ci ildən 1936-cı ilə qədər bizə
türk deyilib, dilimiz türk dili adlanıbdır. Daha sonra dili-
miz Azərbaycan dili adlanıb, azərbaycanlı kimi tanınmışıq.
Bax bu tarixi həqiqətləri Heydər Əliyev deyirdi və onların
hər birinə cavab axtarırdı. Belə hesab edirdi ki, hər bir şeyi
əsaslandırmaq olar və bu əsaslandırmalar barədə demək
olmaz ki, onların biri digərindən üstündür. Ancaq onun
fikrincə, bunların hamısı bizim tarixi taleyimizdir. “amma
bizim tarixi aqibətimiz belədir. İndi biz tarixi bir mərhələdəyik.
Biz gərək elə bir qərar qəbul eləyək ki, o, həm bu günümüzü, həm
keçmişimizi əks etdirsin, həm də gələcəyimiz üçün və bu gün döv-
lətçiliyimiz üçün yararlı olsun. Bax, məsələ burasındadır”.
Ziyalıların bəziləri, o cümlədən Bəxtiyar Vahabzadə
Azərbaycan sözünün yer adı kimi işləndiyini nəzərə ala-
raq onun dil adı kimi işlənməsini düzgün hesab etmirdi.
Müxtəlif müqayisələr gətirərək öz mövqeyini təsdiq et-
məyə çalışırdı. Bəxtiyar Vahabzadə deyirdi: “Məsələn, hamı-
ya məlumdur, Misir də ərəbdir, İraq da ərəbdir, Əlcəzair də ərəbdir
və s. Amma hamısında dil bir dildir. O dillərin müəyyən ləhcələri
var. Amma demirlər “ Misir dili”. Axı, yerlə adlandırmaq olmaz,
“azərbaycanlı” sözü yeri bildirir. Mən bakılıyam, gəncəliyəm,
qubalıyam. “Lı” şəkilçisi milləti bildirmir. Ərəb hamısı ərəbdir.
Amma demirlər ki, Əlcəzair ərəbidir, demirlər ki, məsələn, “İraq
dili”, ya “Əlcəzair dili”, ya “ Misir dili” hamısına “Ərəb dili”
deyirlər”. Əslində Bəxtiyar Vahabzadənin gətirdiyi dəlil və
sübutda bir məntiq var. Ancaq bu məntiqi türkdilli xalqla-
71
ra və onlara keçdiyi tarixi yola olduğu kimi tətbiq etmək,
məsələni bu şəkildə əsaslandırmaq yeganə analogiya deyil-
dir. Bu analogiya ilə oppozisiya təşkil edən digər analogiya
da vardır. Bu mənada Heydər Əliyev məntiqi Bəxtiyar Va-
habzadənin gətirdiyi müqayisəyə belə cavab verirdi: “Slav-
yan millətləri var və slavyan dilləri var. Bir-birinə də çox yaxın,
elə bizim üçün də tarixən çox yaxın –Rusiya, Belarusiya, Ukray-
na. Bunların dili eynidir. Xüsusilə Belarusiya ilə Rusiyanın dili
eynidir. Ona deyir “ rus dili”, o birisinə deyir “ belarus dili”. Bəs
niyə deyir? Mən sizin sadəcə olaraq “ərəb dili” sözünüzə cavab
vermək istəyirəm. Yəni belə şeylər var tarixdə. Biz burada istisna
etmirik. Onu götürsən ona da cavab tapmaq olar, bunu götür-
sən, buna da cavab tapmaq olar”. Məhz bu məntiq qarşısında
Bəxtiyar Vahabzadə belə söyləməli olur: “ Ümumi orta yol
tutmalıyıq”. Onun bu fikri Heydər Əliyev məntiqinin yarat-
dığı fikir idi. Daha doğrusu, razılaşma qənaətindən başqa
bir şey deyildi.
Heydər Əliyev elə bir məntiqlə fikir söyləyirdi ki, mü-
zakirə iştirakçısı olan hər bir ziyalı anlayırdı ki, dövlət di-
linin adı məsələsi millətin tale məsələsidir. Hüquqi əsas ol-
madan dilimizin adının gah türk, gah tatar, gah azəri və s.
adlanması belə bir müzakirə ilə qarşılaşmaq reallığını gün-
dəmə gətirmişdi. Odur ki, müzakirələr çox rəngarəng ge-
dirdi və fikirlər haçalanırdı. Heydər Əliyev belə bir vəziy-
yətdə müzakirəyə güclü dirijorluq edir, hər kəsi öz dilində
danışdırır, hər kəsi səbrlə dinləyir və hər kəsə söz verirdi.
Heydər Əliyevin müzakirədə söz verdiyi ziyalılardan biri
də şair Zəlimxan Yaqub idi. Zəlimxan Yaqub “Azərbaycan
türk dili” ifadəsinin konstitusiyaya daxil olmasının tərəfin-
də idi. Və bunu belə əsaslandırırdı. XII əsrdən üzü bəri yüz-
Dostları ilə paylaş: |