BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

49
zırlayan  komissiya  dövlət  dili  məsələsinin 
müzakirəsinə  bütün  humanitar  institutları-
nın  əməkdaşlarını,  respublika  universitet-
lərinin  dil,  ədəbiyyat,  hüquq,  fəlsəfə,  tarix, 
politologiya  kafedralarının  əməkdaşlarını, 
yazıçılar,  jurnalistlər,  başqa  yaradıcılıq  təş-
kilatlarının  nümayəndələrini,  tanınmış  dil 
və ədəbiyyat müəllimlərini, ziyalıları dəvət 
etmişdi.  Həmin  dəvət  olunanların  51  nəfə-
ri  müzakirədə  çıxış  etməyə  yazılmış,  ancaq 
onların  27-si  çıxış  etmişdir.  Çıxış  edənlərin 
böyük  əksəriyyəti  yeni  konstitusiya  layihə-
sində  Azərbaycan  Respublikasının  dövlət 
dilinin  Azərbaycan  dili  olmasını  dəstəklə-
mişlər. Yeri gəlmişkən qeyd edək ki, Heydər 
Əliyevin xarakter bütövlüyündən irəli gələn 
bir  məsələ  də  o  idi  ki,  istəyirdi  ki,  müza-
kirə  olunan  məsələlər  barədə  hər  bir  kəsin 
mövqeyi  bilinsin.  Ona  görə  də  o,  Azərbay-
can  Respublikasının  dövlət  dilinin  adına 
münasibətdə  də  kimin  mövqeyinin  necə 
olmasını  cəmiyyətə  açıq  şəkildə  çatdırırdı: 
“Mən  istərdim  ki,  konkret  olaraq  orada  (mü-
zakirə  nəzərdə  tutulur  –  B.X.)  hansı  mövqe-
dən  çıxış  edənlərin  siyahısını  bugünkü  iclasın 
iştirakçılarına  çatdırasınız”.  Bu  baxımdan 
müzakirədə çıxış edənlərin hər birinin döv-
lət  dilinin  adının  necə  olmasına  münasibə-
ti    bir  –  bir  nəzərə  çatdırılırdı.  Bununla  da 
Heydər  Əliyev  ziyalıları,  mütəxəssisləri  və 


50
onların  düşüncəsini,  mövqeyini  cəmiyyətə 
təqdim  edirdi,  həm  də  mövqelərin  aydın, 
aşkar  olmasına  şərait  yaradırdı.  Beləliklə, 
“Azərbaycan  Respublikasının  dövlət  dili  Azər-
baycan  dilidir”  təklifinin  tərəfdarı  15  nəfər 
olmuşdur:  Ağamusa  Axundov  (EA-nın  Dil-
çilik İnstitutunun direktoru), Vaqif Aslanov 
(EA-nın  Dilçilik  İnstitutunun  professoru), 
Nəbi  Xəzri  (xalq  şairi),  Çingiz  Abdullayev 
(yazıçı),  Fərəməz  Maqsudov  (akademik), 
Xeyrulla  Əliyev  (Milli  Məclisin  üzvü),  Mü-
bariz  Əliyev  (Sosial  Demokrat  Partiyasının 
büro  üzvü),  Musa  Adilov  (M.Ə.Rəsulzadə 
adına  BDU-nun  Ümumi  dilçilik  kafedrası-
nın  müdiri,  professor),  Qabil  (xalq  şairi), 
Şamil  Qurbanov  (M.Rəsulzadə  adına  BDU-
nun professoru), Fuad Qasımzadə (M.Rəsul-
zadə adına BDU-nun professoru, Fəlsəfə ka-
fedrasının  müdiri),  Qənbər  İsmayılov  (Neft 
Kimya  Texnikumunun  müəllimi),  Qəzənfər 
Kazımov ( N.Tusi adına Azərbaycan Dövlət 
Pedaqoji  Universitetinin  professoru),  Mə-
sumə  Məlikova  (M.Rəsulzadə  adına  BDU-
nun  hüquq  fakültəsinin  professoru),  Həsən 
Mirzəyev  (N.Tusi  adına Azərbaycan  Dövlət 
Pedaqoji  Universitetinin  Müasir  Azərbay-
can  dili  kafedrasının  müdiri,  professor), 
“Azərbaycan  Respublikasının  dövlət  dili  türk 
dilidir”  təklifinin  tərəfdarı  isə  3  nəfər  ol-
muşdur:  Kamil  Vəliyev  (M.Rəsulzadə  adı-


51
na  BDU-nun  Azərbaycan  dilçiliyi  kafedra-
sının  müdiri,  professor),  Ruqiyyə  Qəmbər 
qızı  (Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
baş  elmi  işçisi),  Əlisa  Şükürov  (N.Tusi  adı-
na  Azərbaycan  Dövlət  Pedaqoji  Universite-
tin  professoru),  “Azərbaycan  Respublikasının 
dövlət  dili  Azərbaycan  türkcəsidir”  təklifinin 
tərəfdarı 3 nəfər: Kamil Vəliyev (M.Rəsulza-
də  adına  BDU-nun Azərbaycan  dilçiliyi  ka-
fedrasının  müdiri,  professor),  İsa  İsmayıl-
zadə  (şair),  Nizami  Xudiyev  (N.Tusi  adına 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
rektoru), “Azərbaycan Respublikasının döv-
lət  dili  Azərbaycan  türk  dilidir ”  təklifinin 
tərəfdarı  6  nəfər:  Tofiq  Hacıyev  (M.Rəsul-
zadə  adına  BDU-nun  Türkologiya  kafedra-
sının müdiri, professor), Əkrəm Əylisli (ya-
zıçı),  Zöhrab  Həsənoğlu  (EA-nın  baş  elmi 
işçisi),  Nizami  Cəfərov  (M.Rəsulzadə  adına 
BDU-nun  filologiya  fakültəsinin  dekanı, 
professor), Anar (Yazıçılar Birliyinin sədri), 
Yusif Seyidov (M.Rəsulzadə adına BDU-nun 
Azərbaycan dili və onun tədrisi metodikası 
kafedrasının  müdiri,  professor),  “Azərbay-
can Respublikasının dövlət dili türk dili yaxud 
Azərbaycan  türkcəsidir”  təklifinin  tərəfdarı 
1  nəfər:  Kamil  Vəliyev  (M.Rəsulzadə  adına 
BDU-nun  Azərbaycan  dilçiliyi  kafedrasının 
müdiri, professor), “Azərbaycan Respublikası-
nın dövlət dili türk dili, azəri türkcəsi və yaxud 


52
Azərbaycan  türk  dilidir”  təklifinin  tərəfdarı 
1  nəfər:  Tofiq  Hacıyev  (M.Rəsulzadə  adına 
BDU-nun  Türkologiya  kafedrasının  müdiri, 
professor),  “Azərbaycan  Respublikasının  döv-
lət dili Azərbaycan türk dili, Azərbaycan türk-
cəsi,  Azərbaycan  türk  dili  və  “Azərbaycanın 
dövlət dili türk dilləri ailəsinə daxil olan Azər-
baycan  dilidir”  təklifinin  tərəfdarı  1  nəfər: 
Nizami  Xudiyev  (N.Tusi  adına  Azərbaycan 
Dövlət Pedaqoji Universitetinin rektoru) ol-
muşdur.
Göründüyü  kimi,  müzakirə  olunan  məsələ  ilə  bağlı 
müxtəlif fikirlər olmuşdur. Ancaq fikir söyləyən 27 nəfər-
dən  15  nəfəri  “Azərbaycanın  dövlət  dili  Azərbaycan  dilidir” 
təklifinin tərəfdarı kimi çıxış etmişdir. Bununla belə, Azər-
baycan Respublikasının dövlət dilinin adı barədə bir neçə 
variantda fikir irəli sürənlər də olmuşdur. Hər halda bunla-
rın hamısı obyektivliyin üzə çıxmasında, hansı fikrin daha 
düzgün olduğunu müəyyənləşdirməkdə heç də az rol oy-
namamışdır.
Heydər  Əliyev  dillə  bağlı  tarixi  məqamları,  mövcud 
sənədləri, arxiv materiallarını müzakirə zamanı nəzərə al-
mağı olduqca vacib sayırdı. O deyirdi: “... Çıxış edən alim-
lərimizin bəziləri tarixi məqamları düzgün bilmirlər, ona görə də 
düz fikirlər söyləmirlər. Yəni fikir deyəndə ki, tarixləri düzgün 
qeyd  eləmirlər”.  Ona  görə  də  Heydər  Əliyev  Azərbaycan 
Respublikasının dövlət dilinin adının necə olması ilə bağlı 
müzakirədə Baş Arxiv İdarəsindəki sənədlərə də üstünlük 
verirdi. Və deyirdi: “Ona görə mən Baş Arxiv İdarəsindən xa-
hiş etdim ki, bu mövzuda nə vaxt hansı qərarlar qəbul olunubdur, 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə