BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

38
dil azadlığı təmin edilməlidir. Eyni zamanda bu konstitusi-
ya Azərbaycan Respublikasının uzun müddətdə müstəqil-
lik yolu ilə getməsini təmin etməlidir. O deyirdi: “... Əsas 
qanunumuz  –  konstitusiya  gərək  elə  bir  konstitusiya  olsun  ki,  
bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, 
demokratiyanı  təmin  etsin,  siyasi  plüalizmi  təmin  etsin,  ikinci 
tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların ya-
ranmasını təmin etsin ki, bu cür hallara yol verilməsin (qarışıqlıq 
yaratmaq, terrorçuluq etmək, dövlətə qarşı cinayət etmək cəhdi 
və s. nəzərdə tutulur. – B.X.). Ona görə də, güman edirəm ki, 
biz elə bir konstitusiya yaradacağıq ki, bu konstitusiya Azərbay-
can Respublikasının nəinki qısa müddətdə, həm də uzun müd-
dətdə müstəqillik yolu ilə getməsini təmin edəcəkdir, Azərbaycan 
Respublikasında demokratik hüquqi dövlətin qurulmasını təmin 
edəcəkdir və ölkəmizdə olan bütün vətəndaşların hüquq və azad-
lıqlarını təmin edəcəkdir”.
Heydər Əliyev 1995-ci ildə qəbul olunmuş konstitusi-
yanın layihəsinin müzakirə olunmasını olduqca vacib sa-
yırdı. O istəyirdi ki, layihə barəsində respublikanın dövlət 
və hökumət orqanlarının, elm, mədəniyyət, təhsil, yaradı-
cılıq,  ictimai  təşkilatların,  ayrı  –  ayrı  partiyaların,  kütləvi 
informasiya vasitələrinin nümayəndələrinin fikirləri olsun. 
Ona görə də yeni konstitusiya layihəsinin geniş müzakirə-
sində alimlərimiz də fəal iştirak edir, bir sıra təkliflər irəli 
sürürdülər. Yeni konstitusiya layihəsinin bir maddəsinin – 
Azərbaycan Respublikasının dövlət dili haqqında maddə-
nin geniş müzakirəsi Heydər Əliyevin təşəbbüsü ilə keçiri-
lirdi. Əslində, Heydər Əliyevin bu məsələdə alimlərlə birgə 
müzakirədə iştirak etməsi elmimizə, mədəniyyətimizə, ən 
başlıcası dilimizə olan böyük qayğıdan irəli gəlirdi.


39
1995-ci il oktyabrın 31-də respublika Elmlər Akademi-
yası  Rəyasət  Heyəti  binasının  iclas  salonunda  yeni  kons-
titusiya  layihəsinin  bir  maddəsinin  –  Azərbaycan  Res-
publikasının  dövlət  dili  haqqında  maddənin  müzakirəsi 
olmuşdur. Müzakirədə Azərbaycan Respublikasının prezi-
denti Heydər Əliyev də iştirak etmişdir. Yığıncağa – müza-
kirəyə respublika Elmlər Akademiyası ədəbiyyat, dil və in-
cəsənət bölməsinin akademik katibi Bəkir Nəbiyev sədrlik 
etmişdir. Heydər Əliyev bu yığıncaqda geniş nitq söyləmiş-
dir. Onun nitqi  respublikanın  tanınmış alimləri, ziyalıları 
tərəfindən böyük diqqətlə dinlənilmişdir. Heydər Əliyevin 
konstitusiyamızın  bir  maddəsinin  – Azərbaycanın  dövlət 
dili  haqqında  olan  23-cü  maddənin  Elmlər  Akademiyası 
rəyasət heyətinin binasında geniş müzakirə obyektinə çev-
rilməsi təsadüfi olmamışdır. 
Hər  şeydən  əvvəl,  Heydər  Əliyev  bu  işin  çox  məsu-
liyyətli bir iş olduğunu yaxşı bilirdi. İkincisi, Azərbaycan 
xalqının tarixini (o cümlədən dilinin, konstitusiyasının və 
s.) dərindən bilirdi və  bununla yanaşı, onların hər birini 
təhlil etmək istedadına malik idi.


40
Heydər Əliyev və Azərbaycan dilinin  
 
nəzəri məsələləri
H
eydər Əliyev dilimizin adı ilə bağlı 1992-
ci ildə Milli Məclisdə qeyri – qanuni qə-
bul  olunmuş  fərmanı  və  bunun  qeyri  –  qanuni 
icra olunmasını qanunçuluq baxımından düzgün 
olmayan  məsələ  kimi  ictimaiyyətin  diqqətinə 
çatdırdı.  O,  hər  dəfə  bütün  məsələlərdə  olduğu 
kimi, bu məsələdə də reallığı obyektiv və inandı-
rıcı şəkildə təhlil edirdi, ancaq öz mövqeyinin nə-
dən ibarət olduğunu demirdi. İstəyi ondan ibarət 
idi ki, cəmiyyətin özü əsl həqiqəti aşkarlayıb üzə 
çıxarsın.  Cəmiyyətin  marağında  olan  taleyüklü 
məsələlərə cəmiyyətin özü düzgün mövqe bildir-
sin. Həm də cəmiyyət başa düşsün ki, taleyüklü 
məsələlərin həlli cəmiyyətin öz əlindədir, xalqın 
taleyi  xalqın  əlindədir,  tarixi  şans  da  xalqın  öz 


41
əlindədir.  Ona  görə  də  xalq  nəyi  istəyirsə,  onu 
da etməlidir. Bununla belə, Heydər Əliyev bütün 
məsələlərin  həllində,  o  cümlədən  bu  məsələnin 
həllində  xalqa  kifayət  qədər  məlumat,  bilgi  ve-
rir,  həqiqəti  çatdırırdı.  Belə  olan  təqdirdə,  xalq  
həmin  məlumat,  bilgi  əsasında  nə  edəcəyini  bi-
lirdi.  Aparılan  müzakirələr,  deyilən  fikirlər  işin 
xeyrinə  olurdu.  Bu  da  nəticə  etibarilə  xalqı  da, 
onun içərisindən çıxan ziyalıları da  (mütəxəssis-
ləri)  məsələlərə  məsuliyyətlə  yanaşmağa  vadar 
edirdi. Deməli, onda müzakirə olunan məsələlər 
müzakirə  xatirinə  aparılmır,  fikir  söyləyənlər, 
mütəxəssislər  fikir  xatirinə  fikir  demir,  səlahiy-
yət  sahibləri  isə  qanunun  tələblərindən  kənara 
çıxa bilmirdi. Məhz belə bir dəst – xətlə hərəkət 
etməyi Heydər Əliyevin təcrübəsi, dünyagörüşü, 
qeyri – adi şəxsiyyəti, nüfuzu, siyasi biliyi təmin 
edirdi. 
Heydər Əliyev əsaslandırırdı ki, 1992-ci ilin 
dekabr ayında Milli Məclisin Azərbaycanın döv-
lət  dilinin  türk  dili  olması  barədə  qəbul  etdiyi 
qərar  qeyri  –  qanuni  şəkildə  icra  olunur.  Hətta 
o  dövrdə  çap  olunmuş  ana  dili  dərsliklərinin 
adının  türk  dili  kimi  yazılması  qeyri  –  qanuni 
bir  qərarın  nəticəsi  kimi  izah  olunurdu.  Hey-
dər Əliyev belə hesab edirdi ki, hüquqi baxım-
dan  düz  olmayan  bir  qərarın  icrası  da  düzgün 
olmamışdır. Ona görə də o dövrdə (1992-ci ildə) 
çap olunmuş ana dili dərsliklərinin üstündə türk 
dili yazılması qeyri – qanuni qəbul olunmuş bir 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə