BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   2   3   4   5   6   7   8   9   10   ...   69

25
lər İttifaqının 1977-ci ildə qəbul olunmuş konstitusiyası burada-
dır, kim istəyir götürüb oxuya bilər, - burada dövlət dili maddəsi 
yoxdur”. O, məsələnin mahiyyətinə daha dərindən vararaq 
çoxlarının  ağıllarına  gətirmədikləri  məqamlara  da    toxu-
nurdu. Bu mənada diqqət yetirək: “1936-cı ildə Sovetlər İtti-
faqının konstitusiyasında da dövlət dili maddəsi yoxdur. 1977-ci 
ildə qəbul olunmuş Sovetlər İttifaqı Konstitusiyasında dövlət dili 
barədə maddə yoxdur. Bunun səbəbi o deyildir ki, Sovetlər İttifaqı 
bir  dövlət  deyildi,  yox.  Yəqin,  dövlət  dilini  yazmayan  adamlar 
istəmirdilər ki, dillər parçalansın. Bir də bilirdilər ki, onsuz da 
rus dili hakim dildir və bunu konstitusiyaya yazmağa da ehtiyac 
yoxdur. Mən belə düşünürəm”.
Heydər  Əliyev  istənilən  məsələ  barədə  çox  məlumat-
lı idi. Təbii ki, dilimizin nə vaxtdan və hansı adda dövlət 
dili olması barədə. Bu barədə o danışarkən kifayət qədər 
məlumatlı və arxiv materialları ilə işləyən adamları da fakt 
qarşısında qoyurdu. Burada da o, fakta təkcə fakt kimi ya-
naşmır, onun nə dərəcədə özündən əvvəlki və sonrakı ha-
disələrlə əlaqəsinə ciddi fikir verir, onun fakt olaraq ardıcıl 
mövcudluğunu, yaşamasını izləyirdi. Çoxları faktı konkret 
şərait və mühitlə bağladığı halda, Heydər Əliyev belə de-
yildi.  O,  fakta  münasibətdə  şəraiti,  mühiti  nəzərə  almaq-
la  yanaşı,  həmin  faktın  hansı  nəticə  verəcəyini  də  diqqət 
mərkəzində saxlayırdı. Məsələn, o deyirdi: “Noyabrın 2-də 
(1995-ci ildə - B.X.) keçirilən müzakirədə Baş Arxiv İdarəsinin 
rəisi arayış verdi və məlum oldu ki, 1936-cı ildə Azərbaycan Res-
publikasının konstitusiyası hazırlanarkən layihədə yazılmışdı ki, 
dövlət dili türk dili olsun. Ancaq bizim nümayəndələr Moskvaya 
gedib qayıdandan sonra 1937-ci ildə konstitusiya qəbul ediləndə 
dövlət dili maddəsi yazılmayıb”. 


26
Heydər Əliyev bir çox tarixi məqamları yada salaraq bir 
növ dilimizin inkişafı, keçdiyi tarixi mərhələlər barədə ge-
niş təsəvvür yaradırdı. Dilimizin dünəni, bu günü ilə bağlı 
tarixi məqamları xatırlamaqla dilimizin gələcəyinin fəlsəfi, 
hüquqi, siyasi tərəflərini də nəzərdən qaçırmırdı. Bu məna-
da onun dediklərinə diqqət yetirək: “Əgər biz o tarixi nöqtələ-
ri  bir  də  yadımıza  salsaq,  1936-cı  ildən  indiyədək  Azərbaycan-
da bizim dilimiz Azərbaycan dili adlanmışdır. Bütün sənədlərdə 
Azərbaycan dili adlanır. Bütün yerlərdə Azərbaycan dili adlanır. 
1978-ci  ildəki  konstitusiyada  “Azərbaycan  dili  dövlət  dilidir” 
yazılmışdır. Bu gün də hamımız deyirik ki, bizim dilimiz Azər-
baycan dilidir”. Bax, budur Heydər Əliyevin ənənə– varislik,  
dünən – bu gün vəhdətində məsələlərin həllinə nail olmaq 
qabiliyyəti,  başqalarından  fərqlənən  düşüncəsi,  əsassız, 
məntiqsiz fikirləri və mövqeləri ram etmək məntiqi. Həm 
də elmi – tarixi həqiqətləri görmək və qiymətləndirmək ba-
carığı bir məsələni müxtəlif üsullarla, yollarla ifadə etmək 
üçün ona imkan verirdi. Məsələn, o deyirdi: “Mən bunu da 
bildirmək istəyirəm ki, biz 1977-1978-ci ildə Azərbaycan konsti-
tusiyasına “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” yazma-
ğa çalışanda bizə Moskvadan deyirdilər ki, axı , SSRİ konstitusi-
yasında bu yoxdur və siz nə üçün yazırsınız? Deyirdilər ki, bizdə 
də yoxdur, sizdə də olmamalıdır”.
Tarixi köklərimizə ehtiramımız, dilimizin özünəməxsus 
adını götürüb dövlət dili səviyyəsinə çatdırmağımız onun 
nöqteyi – nəzərindən mənəvi haqqımız kimi qiymətləndi-
rilirdi. O, tarixi keçmişimizə, dilimizin keçib gəldiyi inkişaf 
mərhələlərinə istinad edərək belə hesab edirdi ki, Azərbay-
can  dilinin  adını  dəyişib  başqa  ad  qoymaq  tarixi,  fəlsəfi, 
dövlətçilik, bu günümüz və gələcəyimiz baxımından düz-


27
gün  deyildir.  Onun  bu  istiqamətdəki  fikirləri  də  olduqca  
ölçülüb - biçilmiş bir şəkildə olmaqla yanaşı, həm də siyasi, 
fəlsəfi,  dövlətçilik  və  onun  gələcəyi  baxımından Azərbay-
can dili adına yiyə, sahib olmaq üçün Azərbaycanın hər bir 
vətəndaşına mənəvi haqq verirdi. Heydər Əliyevin fikirlə-
rinə diqqət yetirək: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük 
hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik 
və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf 
dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib 
dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad 
qoymaq heç bir nöqteyi – nəzərdən düzgün deyil – həm tarixi nöq-
teyi – nəzərdən, həm fəlsəfi nöqteyi – nəzərdən, həm Azərbaycan 
dövlətçiliyi nöqteyi – nəzərindən, ölkəmizin nöqteyi – nəzərdən, 
həm Azərbaycanın dövlətçiliyi nöqteyi – nəzərindən, ölkəmizin bu 
günü və gələcəyi nöqteyi – nəzərindən düzgün deyil”. Heydər 
Əliyev bununla da tarixi keçmişi unutmamağı hər bir kəsin 
nəzərinə çatdırırdı.  Bəzi siyasi məqamları da deyirdi. Bu da 
ondan ibarət idi ki, bütün dünya bizi azərbaycanlılar kimi 
tanıyır  və  dilimizin  adı  da  Azərbaycan  dilidir.  Belə  olan 
halda,  dilimizin  adını  dəyişməklə  biz  dünya  ictimaiyyəti-
ni çaşdıra bilərik və birdən – birə dünyanı bu istiqamətdə 
maarifləndirmək heç cür mümkün ola bilməzdi. Məhz Hey-
dər Əliyev bu məsələni çox sadə bir formada belə deyirdi: 
“Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul 
olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında ya-
şayanlar azərbaycanlılardır”. Eyni zamanda o, kökümüzü də 
unutmur, keçmişimizi inkar etmir, dilimizin mənsub oldu-
ğu dil qrupunu açıq – aşkar bəyan edirdi. O deyirdi: “Bizim 
keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm, 
biz  türk  mənşəli  bir  xalqıq.  Bizim  dilimiz  türk  dilləri  qrupuna 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə