BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   2   3   4   5   6   7   8   9   ...   69

11
ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmaya-
caq, onda milli vətənpərvər duyğuları, hissiyyatı olmayacaqdır”. 
Bununla da Heydər Əliyev milli – mədəni ənənələrimizin, 
milli vətənpərvər duyğularımızın, hissiyyatımızın doğma 
ana dilimizdən, məhz dilimizdən qaynaqlandığını, demək 
olarsa, asılı olduğunu nəzərə çatdırırdı.
Heydər Əliyevin doğma ana dilimizə qayğısı Azərbay-
can  müəllimlərinin,  dilçi  alimlərin  qarşısına  mühüm  və-
zifələr  qoyur,  onların  məsuliyyətini  artırırdı.  Ümummilli 
liderimiz  nitqlərinin  birində  deyirdi:  “Biz  Sovetlər  İttifaqı-
nın tərkibində idik və rus dili hakim dil idi. O vaxt gənclərin,  
valideynlərin çoxu öz övladlarını rusdilli məktəblərə qoyurdu.
Bu da təbii idi, çünki geniş təhsil almaq, Azərbaycandan kə-
nara çıxmaq üçün o dildə təhsil almaq lazım idi. Bunlar hamı-
sı doğma dilimizin tam inkişaf etməsinə müəyyən qədər maneə 
törədirdi”. Göründüyü kimi, Heydər Əliyev doğma ana di-
limizdə təhsilin inkişaf etməsinə xüsusi önəm verirdi. Bu 
da istər – istəməz Azərbaycan dili müəllimlərinin məsuliy-
yətini artırırdı. Orta məktəb üçün Azərbaycan dili dərsliyi 
yazan və ali məktəblərdə bu fənni tədris edənlərin rolunu 
artırırdı. Məsuliyyətimizin ən əsası odur ki, biz orta mək-
təb şagirdlərinə və ali məktəb tələbələrinə doğma ana di-
lində nitq vərdişlərinə yiyələnməyi, savadlı yazmağı, fikir-
lərini sərbəst və səlis şəkildə ifadə etməyi öyrətmək işini 
bacarmalıyıq.  Eyni  zamanda  doğma  ana  dilini  öyrətmək 
metodikasında  dəyişiklik  yaratmalıyıq. Azərbaycan  dilini 
əcnəbi vətəndaşlara öyrətmək metodikasını tapmalı və bu 
istiqamətdə dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına 


12
xüsusi  fikir  verməliyik.  Təsadüfi  deyildir  ki,  Heydər  Əli-
yev bu istiqamətdə müraciətlə deyirdi: “... Azərbaycan dilini 
yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları 
yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn 
nəsillər,  sizin  övladlarınız,  bizim  övladlarımız  azərbaycançılığı 
daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli – mənəvi 
dəyərlərimizi daim yaşatsınlar”.
Heydər Əliyevin dil quruculuğu sahəsindəki xidmətlə-
rini Mustafa Kamal Atatürklə müqayisə etmək olar:
a)  Hər  ikisi  dilin  inkişafını  təmin  etmək  üçün  xüsusi 
qurum yaratdı. Mustafa Kamal Atatürk Türk Dil Qurumu-
nu, Heydər Əliyev isə Dövlət Dil Komissiyasını.
b)  Hər ikisi dilə dövlət dili statusu verdi. Mustafa Ka-
mal  Atatürk  türk  dilini  Türkiyə  Cümhuriyyətinin  dövlət 
dili, Heydər Əliyev isə Azərbaycan dilini Azərbaycan Res-
publikasının dövlət dili kimi statuslu etdi.
c) 
Hər ikisi əlifbada islahat apardı. Mustafa Kamal Ata-
türk əski əlifbanın latın qrafikalı əlifba ilə əvəz olunmasını 
təmin etdi. Heydər Əliyev isə kiril əlifbasından latın qrafi-
kalı əlifbaya keçmək işini 18 iyun 2001-ci il tarixli fərmanı 
ilə qətiləşdirdi.
ç)    Mustafa  Kamal  Atatürk  bosniyalıları,  çərkəzləri, 
meqrelləri, gürcüləri, svanları, kürdləri və digər millətləri 
türkçülük  məfkurəsi  ətrafında  birləşdirdi.  Heydər  Əliyev 
isə  talışları,  ləzgiləri,  tatları,  kürdləri  və  digərlərini  azər-
baycançılıq  ideologiyası  ilə  birləşdirdi  və Azərbaycan  cə-
miyyətinin normal harmoniyasını yaratdı.
d) hər ikisi öz ölkəsini türkologiyanın mərkəzinə çevirdi. 


13
Mustafa  Kamal  Atatürk  də,  Heydər  Əliyev  də  türkoloji 
konfransların, qurultayların, tədbirlərin keçirilməsini döv-
lət səviyyəsində ənənə şəklinə saldılar.
Heydər  Əliyevin  dilimizə  qayğısı  Azərbaycan  dilinin 
inkişafında mühüm bir mərhələdir. Milli dil siyasətimizin 
həyata keçməsində, Azərbaycan dilinin hərtərəfli inkişafın-
da bu mərhələ hələ çox təhlil olunmalı və öyrənilməlidir.


14
Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik
H
eydər  Əliyev  müzakirə  olunan  hər  bir 
məsələnin  geniş  təhlilinə  şərait  ya-
ratmaqla  yanaşı,  aparılan  təhlilləri  yekunlaş-
dırmaq,  ümumiləşdirmək  baxımından  da  qey-
ri– adi məntiqə və istedada malik idi. O, səbrlə, 
təmkinlə  insanları  dinləməyi  bacarır,  söylənilən 
hər  bir  fikri  yaddaşında  saxlayırdı.  Bu  məna-
da  Heydər  Əliyevin  güclü  yaddaşı  vardı.  O,  
kimin nə vaxt nə dediyini yaddaşının gücü ilə çox 
dəqiq şəkildə başqalarına çatdırır və bununla da 
hamını  heyrətə  gətirirdi.  Bunu  onun  1995-ci  ilin  
oktyabr  ayının  31-də  Elmlər  Akademiyasında  
ziyalıların nümayəndələri ilə görüşü və noyabrın 
2-də olan müzakirələr də təsdiq edir.


15
Heydər Əliyev qəbul olunan qərarlarda hər kəsi inan-
dırmağa çalışırdı. O, çalışırdı ki, qəbul olunan qərarlar hər 
bir kəsi razı salsın, qane etsin. Ona görə də müzakirə olunan 
məsələlərdə,  o  cümlədən  dövlət  dilinin  adı  məsələsində 
dəfələrlə müzakirənin aparılmasına geniş imkan yaradırdı. 
Heydər Əliyev dövlət dilinin adı ilə bağlı olan müzakirələr 
barədə  ümumiləşdirmə  apararaq  deyirdi:  “Oktyabrın  
31-də Elmlər Akademiyasında bütün ziyalıların nümayəndələri 
bu məsələni müzakirə etdilər. 25-dən çox adam çıxış etdi. Mən 
bununla qane olmadım. Noyabrın 2-də konstitusiya komissiya-
sının iclasını tamamilə buna həsr etdim. Biz beş saata qədər mü-
zakirə apardıq. O müzakirədən sonra bəlkə də qərar qəbul etmək 
olardı. Görürsünüz ki, mən bu gün konstitusiya komissiyasının 
və işçi qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə 
də davam etdirirəm”.
Heydər  Əliyev  dil,  millət  anlayışına  izah  verir,  onun 
hər birinin dialektik mahiyyətini açırdı. Bu anlayışları dilçi, 
tarixçi, filosof kimi şərh edirdi. Məsələn, “Dil, millət fəlsəfi 
məfhumdur,  tarixi  anlayışdır.  İnsanlar  dünyada  mövcud  olan-
dan onlar hansısa dillərdə danışıblar. Bir halda ki, insanlar olub, 
demək, onların bir – biri ilə əlaqəsi üçün dil də olubdur”. Başqa 
bir  fikrə  diqqət  edək:  “İnsanlar  dünyada  mövcud  olandan 
müəyyən tayfalar, qruplar yaranıbdır, bundan sonra onlar güc-
lənib, millət şəklinə gəlib çıxıblar. Ona görə həm millət anlayışı, 
həm dil anlayışı, yenə deyirəm, fəlsəfi məfhumdur, fəlsəfi, tarixi 
anlayışdır. Dialektikanın qanununa görə bu iki anlayış daim inki-
şafda, dəyişiklikdə olubdur”. Bax budur Heydər Əliyevin dilə, 
millətə baxışının fəlsəfəsi, dialektikası, elmi və məntiqi ya-
naşması.
Heydər Əliyev elmi nöqteyi – nəzərdən hazırlıqlı oldu-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə