BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   2   3   4   5   6   7   8   9   ...   69

22
dər təmiz və cazibədar olmayıbdır. 30-cu ildə də, 40-cı ildə də belə 
olmayıbdır.  Demək,  həyat  inkişaf  etdikcə,  xalqımız  mədəniyyət 
yolu ilə, elm yolu ilə inkişaf etdikcə, irəliyə getdikcə, dünya mə-
dəniyyətindən bəhrələndikcə öz dilini də ilbəil inkişaf etdiribdir. 
Əgər XX əsri götürsək, xüsusən 20-ci ildən indiyədək Azərbay-
canda böyük dilçi alimlər ordusu, böyük ədəbiyyatçılar, şairlər, 
yazıçılar, jurnalistlər ordusu yaranıbdır”.
Heydər Əliyev XX əsri Azərbaycan dilinin, ədəbiyya-
tının və mədəniyyətinin tədqiqində, təbliğində və dünya-
da tanınmasında xüsusi bir mərhələ sayır, əvvəlki əsrlərlə 
müqayisədə bu əsrin (XX əsrin) xalqımıza verdiyi imkan-
ları  dövrümüzün  bəhrəsi  kimi  dəyərləndirir.  Əlbəttə,  bu 
prosesdə Azərbaycan adı hər bir şeyin fövqündə dayanır: 
“Məhz bu dövrdə biz Nizami Gəncəvini qaldırıb dünyaya tanı-
da bilmişik. Məhəmməd Füzulini də, Nəsimini də, Mirzə Fətəli 
Axundovu  da,  Sabiri  də,  Seyid  Əzim  Şirvanini  də,  Abbasqulu 
Ağa  Bakıxanovu  da  tanıtmışıq  və  bütün  bunların  hamısını  o 
dövrdə etmişik. Bu şəxsiyyətlər keçən əsrlərdə, dövrlərdə məgər 
dünyada bu qədər məşhur olublarmı? Yox, heç vaxt. Bu, bizim 
dövrümüzün  bəhrəsidir  və  bunların  hamısı  da  Azərbaycan  adı 
ilə, dili ilə bağlı olubdur”.
Heydər Əliyev dilin yarandığı vaxtdan inkişaf etdiyini, 
lüğət tərkibinin zənginləşdiyini, dilin qrammatik quruluşun-
da gedən unifikasiya prosesini nəzərə alırdı və Azərbaycan 
dilinin  də  belə  inkişaf  mərhələlərindən  keçib  gəldiyini,  bu 
gün zəngin dilimizin olduğunu qeyd edirdi. Onun məntiqi 
belə bir düzgün qənaəti ortalığa qoyurdu ki, hər bir dövrün, 
əsrin, mərhələnin dili öz fonetik, leksik, qrammatik qurulu-
şu  baxımından  özünəməxsusluğu  ilə  fərqlənir.  Əlbəttə,  dil 
nə qədər zəngin olarsa, orijinaldan tərcümə olunan əsərlər 


23
də bir o qədər kamil və dolğun olar. Bu mənada Azərbay-
can dilinin zənginliyi imkan verir ki, orijinaldan dilimizə tər-
cümələr edilsin və bu istiqamətdə də dilimizin ənənəsi var. 
Heydər Əliyev tərcümə, tərcümənin təkmil olması, tər-
cüməçilərin rolu və s. məsələlər barədə Nizami Gəncəvinin 
“Xəmsə”sinin orijinaldan Azərbaycan və rus dillərinə olu-
nan  tərcümələri  əsasında  maraqlı  fikirlər  söyləyirdi:  “Biz 
Nizami Gəncəvinin əsərlərini, bütün poemalarını, “Xəmsə”sini 
ilk dəfə 1948-ci ildən sonra öz dilimizə, yəni indi danışdığımız 
Azərbaycan dilinə tərcümə etdirmişik və xalqımıza çatdırmışıq. 
Siz bunu da bilməlisiniz ki, mən Nizami Gəncəvinin “Xəmsə”-
sinin ilk dəfə rus dilinə tərcümə edilib Moskvada nəşr edilməsinə 
nail olmuşam... Mən bununla bir neçə il məşğul olmuşam. Niza-
mi Gəncəvinin poemaları rus dilində tamamilə nəşr edilməmişdi”. 
Heydər Əliyev məşğul olduğu sahəni şəxsən özü araş-
dırmağa,  problemləri  üzə  çıxarmağa,  onun  həlli  yollarını 
müəyyənləşdirməyə yorulmadan çalışırdı. O, siyasətlə ya-
naşı, məşğul olduğu digər sahələrdə də qətiyyətli və prin-
sipial idi. Bunu onun Nizami Gəncəvinin poemalarının rus 
dilinə  tərcüməsi  ilə  bağlı  dedikləri  də  təsdiq  edir:  “Hətta 
sonra  həyat  mənə  möhlət  vermədi,  o  vaxt  Moskvada  bu  işlərlə 
məşğul olarkən aydınlaşdırdım ki, Nizami Gəncəvinin əsərləri-
nin rus dilinə tərcüməsi tamam təkmil deyil. Mən o zaman belə 
bir fikrə düşdüm və onu həyata keçirməyə çalışdım ki, yenidən 
tərcüməçilər qrupu yaradıb Nizami Gəncəvinin əsərlərini oriji-
naldan rus dilinə tərcümə etdirim – tək Rusiya üçün yox, çünki 
rus dilini Rusiyadan savayı başqa ölkələrdə də çox bilirlər. Bunlar 
hamısı bu dövrün (XX əsr nəzərdə tutulur – B.X.) bəhrəsidir”.
Heydər Əliyev XX əsri Azərbaycan dilinin inkişafında 
məhsuldar bir dövr kimi səciyyələndirirdi: “... bu dövr bi-


24
zim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsul-
dar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir”.
Heydər Əliyev dilimizin dövlət dili statusundan bəhs 
edərkən  məsələləri  hüquqi,  fəlsəfi  baxımdan  izah  edirdi. 
Dövlət dili statusu almaq üçün dövlətin mövcud olmasını 
vacib sayırdı və bu, başqa cür də mümkün deyil. Eyni za-
manda Heydər Əliyevə görə “Əgər bir dil bir dövləti təmsil 
etmirsə, o dilə nə deyirsən de, o, dövlət dili ola bilməz”.
Heydər    Əliyev  çoxlarının  mahiyyətinə  varmadığı, 
bəzən  isə  heç  düşünmək  istəmədikləri  məsələləri  duyur, 
düşünür,  sonra  isə  onun  məğzini  şərh  edirdi.  Məqsədi 
qoyulan,  müzakirə  olunan  məsələlər  barədə  maarifçi-
lik  mövqeyi  tutmaq  idi.  Bundan  başqa,  müzakirə  olunan 
məsələlər barədə söz, fikir söyləyənləri məsuliyyətli olma-
ğa cəlb etmək  idi. Hətta o, Sovetlər İttifaqı dövründə əldə 
etdiyimiz  nailiyyətlər  sırasında  bayrağımızın,  gerbimizin, 
himnimizin  olduğunu  ən  böyük  bəhrə  hesab  edirdi:  “Biz 
Sovetlər İttifaqının tərkibində müstəqil dövlət olmasaq da, onun 
tərkibində respublika idik, dövlət idik, özümüzün himnimiz, ger-
bimiz, bayrağımız var idi. Doğrudur, bunlar hamısı ümumittifaq 
tərkibində idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz 
dilimizi dövlət dili etmək üçün nə qədər çətinliklər çəkdik, nə qə-
dər əzab - əziyyətə düşdük”.
Heydər Əliyev nədən danışırdısa, nədən bəhs edirdisə, 
dəlil  və  sübut  gətirirdi.  Fakta  istinad  etməklə  danışmaq 
onun fikrini və mövqeyini həmişə üstün edirdi. Dediyi hər 
bir fikrin arxasında fakt dayanmaqla yanaşı, o faktı elə izah 
və şərh edirdi ki, bunu məhz ondan başqa heç kəs edə bil-
məzdi. Fikir verək: “... bir şey də sizin üçün yəqin maraqlı olar 
ki, - mən bunu bilirdim, ancaq indi xahiş etdim gətirdilər. Sovet-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə