BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

28
məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var”. 
Heydər Əliyev məntiqi məsələ barədə hər bir kəsi dü-
şünməyə vadar edirdi. Düşünməyə vadar edirdi ki, bir ata-
nın, ananın övladlarına eyni adı qoymaq mümkündürmü?! 
Əgər bir atanın, ananın övladlarının hərəsinin öz adı varsa, 
bu, onların kökünü, eyni ata və ananın övladları olmalarını 
inkar edirmi?! Bax, bu məntiqlə biz türk dillərinə daxil olan 
23 dili bir – biri ilə qarışdırmamalıyıq. Onların hər birinin 
müstəqil adının olması tarixi nailiyyətləridir, eyni kökdən 
və mənşədən olmalarını inkar etmir. Heydər Əliyevin söz-
ləri ilə desək: “Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarış-
dırmalıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün 
dilimiz var. Bu dil də bizim dilimizdir. Mən bunu demişəm, yenə 
də deyirəm, - türk dilləri qrupuna məxsus olan digər dillər, ola 
bilər, həsəd apara bilərlər ki, bizim  dilimiz nə qədər zəngindir”. 
Heydər Əliyev dünyanı yaxşı tanıyan bir ictimai – siyasi xa-
dim kimi bilirdi ki, dilimiz dünyada Azərbaycan dili kimi 
tanınır. Eləcə də xalqımızın və respublikamızın adı Azər-
baycan sözü ilə tanınır. Belə olduğu halda Azərbaycan sö-
zünü dil adı kimi kənarda qoya bilərdikmi?!
Məhz Heydər Əliyev bu mənada da çox real fikir söy-
ləyirdi: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. 
Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər bi-
rimiz  fəxr  edə  bilərik.  Çünki  bu,  zəngin  dildir,  artıq  dünyada 
tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı 
da  tanınıb,  dilimizin  adı  da  tanınıb.  Bu  reallıqdır.  Mən  keçən 
dövrü  kənara  qoyuram,  -  il  ərzində  bu,  mövcud  olmuş  reallıq-
dır. Günü – gündən, aybaya inkişaf etmiş reallıqdır”. Heydər 
Əliyev hadisələrə və məsələlərə münasibətdə olduqca real 
ictimai – siyasi xadim idi. O, vaxtilə rus dili vasitəsilə Azər-


29
baycan dilini sıxışdırıb aradan çıxarmağa çalışsalar da, bu 
dili qorumağımızı, saxlamağımızı bütün nailiyyətlərimizin 
hamısından üstün olan nailiyyət hesab edirdi. Əslində, bu 
yolda  mübarizə  aparan  ziyalılarımıza  hörmət  və  ehtiram 
göstərirdi. Doğrudan da, XX əsrin 50-ci illərində Azərbay-
can  dilinin  dövlət  idarələrində  tətbiq  olunması,  bu  dilin 
respublikada hakim olması yolunda mübarizə aparanların 
başına olmazın oyunlar açdılar. Ancaq biz o dövrdə dilimi-
zi qoruduq, saxladıq. Beləliklə, Heydər Əliyev tarixi keç-
mişimizə hörmət bəsləyirdi və deyirdi: “Azərbaycanda rus 
dili nə qədər hakim oldusa da, vaxtilə Azərbaycanda nə qədər ça-
lışdılar ki, Azərbaycan dilini sıxışdırıb çıxarsınlar, rus dilini ge-
niş yaysınlar, amma biz dilimizi qoruduq, saxladıq. Biz dilimizi 
itirmədik. İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb 
fikri öz dilimizdə ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir”.
Heydər Əliyev yeni konstitusiya layihəsinin hazırlan-
masında dövlət dilinin adı ilə bağlı çox qətiyyətli, cəsarətli 
fikirlər söyləməklə yanaşı, tarixi bir addım da atdı. Bu da 
Azərbaycan  Respublikasının  dövlət  dilinin  adının  Azər-
baycan dili olması ilə bağlı oldu. O dedi: “... Tarixi keçmişi-
mizə, əcdadlarımıza böyük hörmət və ehtiram hissini bildirərək, 
bu gün biz tarixi bir addım atmalıyıq: müstəqil Azərbaycan Res-
publikasının dövlət dilini qəbul etməliyik. Müstəqil Azərbaycan 
Respublikasının dövlət dili Azərbaycan dilidir”. 
Yeni konstitusiya layihəsinin 23-cü maddəsi referendu-
ma məhz bu cür təqdim olundu. Xalq referendum yolu ilə 
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili 
olmasını qəbul etdi.


30
Heydər Əliyevin taleyüklü məsələlərin həllində rolu
A
dətən Tanrı yaratdığı istedadların çi-
yinlərinə böyük yük qoyur. Bu yükü 
məhz onun yaratdığı istedadlı adamlar çəkə 
bilir,  bu  yükün  öhdəsindən  gələ  bilir.  Ona 
görə  də  Tanrı  istedadlı  insanlara  istedadın 
dərəcəsini daşıyacaqları yükün çəkisinə uy-
ğun, ya da bu yükün çəkisindən artıq verir. 
Belə  insanları  Tanrı  ən  çətin  məqamlarda, 
mürəkkəb  şəraitlərdə  sınağa  çəkir,  millətin 
taleyi  həll  olunan  anlarda  onlara  liderlik 
imkanını da verir. 
Bəzən milyonların gücü, enerjisi, inamı, əqidəsi, prin-
sipiallığı,  mövqe  qabiliyyəti  belə  insanlarda  cəmlənir.  
Qeyri – adi güc, qeyri – adi məntiq, qeyri – adi yaddaş, qeyri 
– adi digər neçə - neçə keyfiyyətlər istedadlı insanları Tanrı-
nın izni ilə daha da yüksəldir. Xalqın, millətin gözündə ucal-
dır.  Məhz belələrindən biri Heydər Əliyev fenomenidir. Bu 


31
fenomen Tanrıdan Azərbaycan xalqına bir pay kimi düşüb-
dür. Azərbaycan xalqının ən çətin işlərində Heydər Əliyev 
fenomeni köməyə çatıbdır. Xalqa arxa olub, onun əlindən 
tutub, ayaq üstə qaldırıbdır. Tanrının işinə heç kəs qarışa 
bilməz. İş elə gətiribdir ki, nəinki Sovetlər İttifaqı dövrün-
də, həm də Azərbaycan müstəqillik əldə etdikdən sonra bir 
çox  taleyüklü  məsələlərin  həlli  Heydər  Əliyevin  missiya-
sı olub, onun rəhbərliyi ilə həyata keçirilibdir. Bunlardan 
biri də Heydər Əliyevin yeni konstitusiya layihəsini hazır-
layan komissiyaya sədrlik etməsi olubdur. Müstəqil Azər-
baycan  dövlətinin  ən  mühüm  atributlarından  olan  Əsas  
Qanunun  –  Konstitusiyanın  hazırlanması  kimi  şərəfli  və-
zifə Heydər Əliyevin sədrlik etdiyi Konstitusiya Komissi-
yasının üzərinə düşübdür.
Yeni  konstitusiya  layihəsini  hazırlayan  komissiyanın 
işçi qrupunun iclasındakı müzakirələr çox yüksək, peşəkar 
səviyyədə  keçmişdir.  Heydər  Əliyev  bu  iclaslardakı  de-
mokratik müzakirəni Azərbaycan dövlətçiliyi naminə apar-
mışdır. O, işçi qrupun üzvlərinin hər birinin fikrini səbrlə, 
təmkinlə dinləmiş, fikir müxtəlifliyinə  hörmətlə yanaşmış-
dır. Ona görə ki, onun aydın məqsədi, məramı, strategiyası 
olmuşdur. Bu da qanunvericilik hakimiyyətini formalaşdır-
maq, Azərbaycan  dövlətçiliyini  daha  da  möhkəmləndirib 
inkişaf etdirməkdən ibarət olmuşdur. O, Azərbaycan döv-
ləti naminə fikir yürüdən, söz deyən insanların məntiqinə 
geniş imkan yaratmışdır. Heydər Əliyev təcrübəli, peşəkar, 
ensiklopedik biliyə malik olan bir şəxsiyyət kimi çox gözəl 
bilirdi ki, həqiqət yalnız fikirlərin, mövqelərin toqquşma-
sında üzə çıxır. Ona görə də Heydər Əliyev yeni konstitusi-
ya layihəsini referenduma qədər ictimaiyyətə təqdim etmə-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə