BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə59/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

218
başqalarından, bir sıra alimlərimizdən fərqli olaraq, bunun 
nə  qədər  ciddi  məsələ  olduğunu  hiss  eləyirsiniz  və  sizin 
çıxışınızda da mən bunu hiss elədim. Hamımız hiss elədik. 
Ona görə də burada bir həqiqət var. Bir adam ki, - mən üzr 
istəyirəm,  sizin  boynunuza  minnət  qoymaq  istəmirəm,  - 
amma bir adam ki, Azərbaycanın mənəvi yaddaşının qa-
yıtmasında bu boyda rol oynayıb, Azərbaycanın, deyək ki, 
milli  şüurunun  oyanmasında,  Azərbaycanın  dünyaya  ta-
nınmasında, öz kökünə qayıtmasında bu qədər böyük rol 
oynayıb, onun bu məsələyə bu cür həssaslıqla yanaşması 
çox təbiidir və bu işin real, təbii, düzgün, tarixi həqiqətlərə 
uyğun həll olunması məhz onun boynuna düşür. Siz bu işi 
görməlisiniz və mənə elə gəlir ki, siz bu məsələnin tarixini 
burada oturanların müzakirəsinə verməklə, - bu ikitirəlik 
ki, bizim içimizdə həmişə davam eləyir, - onu aradan qal-
dırmaq istəyirsiniz. Tarix boyu bizim içərimizdə məhz bu 
ikitirəlikdən, məhz üçtirəlikdən biz eyni fikrə gələ bilmə-
mişik. Buna görə çox böyük mübarizələrdə məğlub olmu-
şuq. Burada yenə söz, mənə elə gəlir ki, son söz ölkə başçı-
sındadır, ağsaqqalındır və ona görə ki, onun çıxışından biz 
hiss elədik ki, o, bu məsələnin bütün ciddiyyətini çox yaxşı 
başa düşür.
* * * 
Azərbaycan  Respublikasının  yeni  konstitusiya  layihə-
sini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş icla-
sından
r.rüstəmxanlı:  Burada  Ramiz  müəllim  öz  hesabatın-
da, yəni məlumatında, keçən müşavirə haqqında dedi ki, 
15 nəfər Azərbaycan dilinin tərəfdarıdır, qalan 12 nəfər də, 


219
bütövlükdə  götürsək,  türk  dilinin  tərəfdarıdır.  Hər  halda 
bu,  böyük  rəqəmdir  və  mən  sizi  inandırıram,  -  siz  mənə 
inanın, mən bunu səmimi deyirəm, bunu heç kimin üstünə 
kölgə salmadan deyirəm, - birdən o çıxışlarda Azərbaycan 
prezidenti Heydər Əliyev cənabları balaca bir işarə ilə, xır-
da bir işarə ilə hiss etdirsəydi ki, ümumiyyətlə türk dilinin 
tərəfdarıdır, burada türk dilinin əleyhinə çıxış eləyənlərin 
90  faizi  o  qədər  güclü  arqumentlərlə  onu  müdafiə  eləyə-
cəkdilər ki... Bu, bizim xasiyyətimizdir, qardaş, bu, bizim 
psixologiyamızdır.
Ona görə mən sizdən çox xahiş eləyirəm, bu tarixi yükü 
siz çəkmisiniz boynunuza, Azərbaycanın bu ağır günlərin-
də bəlkə də dil məsələsini ortaya atıb müzakirə eləmək heç 
də  düzgün  deyil,  çünki  ağırdır. Amma  ürəyimdə  bir  şey 
tutub, dilimdə ayrı şey danışa bilmərəm. Tarix bunu bizə 
bağışlamaz. Bu, çox çətin bir işdir. 1937-ci ilə kimi deyilir 
ki, bizim dilimiz olub türk dili. Türk dili dədələrimiz kimi, 
babalarımız kimi repressiyaya qurban getmiş, repressiya-
nın  qurbanı  olmuş  bir  anlayışdır.  Biz  özgə  millətin  dilini 
qəbul eləmirik. Türk dilləri çox olub, düz deyirsiniz. Kökü 
türk dili olub. O biri xalqlar bu dili vaxtilə itirib. Özbək-
lər X əsrdən cığatay dilində danışıb, o birilər XI əsrdən, XII  
əsrdən. Bu dilin adını 1930-cu illərə kimi yaşadan yeganə 
bizim millət olub, bizim adımız olub. İndi 1930-cu illərdə  
bu dil bizim əlimizdən alınıbsa, bu gün biz ancaq repres-
siya  qurbanlarının  haqqını  qaytarırıqsa,  Hüseyn  Cavidin 
haqqını siz necə qaytarmısınızsa, mən xahiş eləyirəm, bu 
dilin haqqını da o cür qaytarasınız.
H.ə.əliyev: Mən bəyəm işarə verdim ki, kiməsə? Sən 
deyirsən  ki,  işarə  versəydim  ki,  “türk  dili”  olsun...  Mən 


220
yəni “Azərbaycan dili”nə işarə verdim? Mən sadəcə o qə-
bul olunmuş qanunu deyirəm. Neçə dəfə dedim ki, hansı 
qanun  qəbul  olunub,  mən  onu  qoyuram  kənara.  O  pro-
sedura  qanunçuluq  nöqteyi  –  nəzərindən  düz  olmayıb. 
Elə bilməyin ki, mənim başqa işim yoxdur. Sabah buraya 
Amerikadan böyük bir nümayəndə heyəti gəlir. Mən on-
larla iki gün məşğul olmalıyam. Konstitusiyanın layihəsini 
bu gün dərc eləməliydik, biz bunu dərc eləyə bilməmişik. 
Baxmaq lazımdır – hansı əlavələr olmalıdır, başqa şeylər ol-
malıdır. Cürbəcür başqa işlərimiz var: iqtisadiyyatla əlaqə-
dar,  başqa  şeylərlə  əlaqədar. Amma  görün  nə  qədər  vaxt 
sərf eləyirəm. Əgər işarə vermək olsaydı, eləməzdim, heç 
kəsi də dinləməzdim. Deyərdim elə mən bunu belə qəbul 
eləyirəm,  belə  də  olsun.  Özü  də  mən  dedim  axı,  bu  xalq 
müzakirəsi gedibdir, layihə mətbuatda veriləndən sonra 18 
adam təklif eləyibdir ki, “türk dili” olsun. Qalan heç bir kəs 
təklif eləməyibdir. Yəni səsvermə hüququna malik olan 4 
milyon əhalimiz var, 4 milyondan 18 adam təklif eləyibdir. 
Demək,  əgər  mən  bu  işə  formal,  mexaniki  yanaşsaydım, 
mən deyərdim  18 adam nədir ki, əksəriyyət Azərbaycan 
dilinin  tərəfdarıdır.  Amma  görürsünüz  ki,  nə  qədər  dö-
zümlə, nə qədər səbrlə bunu müzakirə eləyirik. Ona görə 
də xahiş eləyirəm işarə məsələsi geriyə götürülsün.
S.rüstəmxanlı: Mən geri götürürəm. Amma bircə söz 
deyim ki, burada döşünə döyən bizlərin çoxu, o cümlədən 
Yazıçılar  İttifaqı,  konstitusiyanın  1978-ci  ildəki  müzakirə-
sində sizin işarəniz olmadan heç birimizin cəsarəti çatmadı 
ki, məktublar yazaq ki, ora “Azərbaycan dili” sözləri əlavə 
olunsun. Məhz sizin işarənizdən sonra Azərbaycanın bü-
tün rayonlarından Moskvaya teleqramlar getdi, Yazıçılar İt-


221
tifaqı bunu müzakirə elədi. İşarə həmişə pis mənada deyil 
ki, işarə çox gözəl şeydir.
H.ə.əliyev: İşarə belədir ki, şübhəsiz, o vaxt mən istə-
yirdim  ki,  bizim  dil  yazılsın  konstitusiyada.  Onda  dilin 
hansı  dil  olması  haqqında  söhbət  getmirdi.  Sadəcə,  mən 
istəyirdim bizim konstitusiyada dövlət dilinin Azərbaycan 
dili  olmasını yazam. Ona da mane olurdular, istəmirdilər. 
Mən bunu keçən dəfə dedim – ayın 31-də. Nəticədə də 15 
müttəfiq respublikadan ancaq 3 respublikanın – Azərbay-
can,  Gürcüstan,  Ermənistanın  konstitusiyalarında  dövlət 
dili yazılıbdır. Ukrayna kimi böyük və Sovetlər İttifaqında 
Rusiyadan sonra həqiqətən də bütün sahələrdə ikinci yer 
tutan respublika dövlət dili yaza bilmədi, yazmadı. Belo-
rusiya  yazmadı,  Qazaxıstan  yazmadı,  Özbəkistan  yazma-
dı, baxmayaraq ki, onların həm ərazisi, həm əhalisi, həm 
iqtisadi  potensialı  bizdən  böyük  idi  və  onların  başında 
duran adamlar da o vaxtlar Heydər Əliyevdən az hüquqa 
malik deyildilər. Əksinə, bəlkə indi deyirlər Heydər Əliyev 
o vaxtlar... Bəli, o vaxtlar, məsələn, rəhbərliyin qarşısında 
Şerbitskinin bir sözü iki olmurdu. Amma bunu yazmadı. 
Özü yazmaq istəmədi, ya yaza bilmədi. Yaxud da ki, Kuna-
yevin bir sözü iki olmurdu. Birinci, Qazaxıstan böyük res-
publika idi, ikincisi, o çoxdan işləyən bir adam idi, hörməti 
var idi, üçüncüsü də Brejnev ilə onun şəxsi dostluğu var 
idi, Qazaxıstanda bir yerdə işləmişdilər. Ona görə də Siyasi 
Büroda onun bir sözü iki olmurdu. Rəşidov da həmçinin. 
Amma  bunların  heç  birisi  cürət  eləmədi  götürsün  yazsın 
ki, Qazaxıstanın dövlət dili qazax dilidir, yaxud Ukrayna-
nın dövlət dili Ukrayna dilidir, yaxud da ki, Özbəkistanınkı 
özbək dilidir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə