222
Biz yazdıq. Onda, əlbətttə ki, mənim sizə ehtiyacım var
idi, mən istəyirdim ki, bir tək mənim səsim olmasın, xalqın
səsi olsun, ziyalıların səsi olsun. Çünki mən çox böyük
müqavimətlərə rast gəlirdim. Mən dedim ki, 1956-cı ildə, o
qərarı qəbul eləyəndən sonra bizim respublikamızın başı-
na nə işlər gəldi. İndi ədalət naminə demək lazımdır, bəzi
ağılsız hərəkətlərə görə. Bu hərəkətləri də o vaxtlar insan-
lar başladılar bir – birinə olan münasibətlərə çevirməyə.
Hakimiyyət mübarizəsi gedirdi. İndi də gedir bu mübarizə.
O vaxtlar – 1956-cı ildə belə bir qərar qəbul olundu. İndi
gəlin bunu açıq danışaq. Əlavə olundu konstitusiyaya. O
vaxtlar didişirdilər bir – biri ilə. Birinci katib Mustafayev,
Nazirlər Sovetinin sədri Sadıq Rəhimov, Ali Sovetin Rə-
yasət heyətinin sədri də Mirzə İbrahimov idi. O tərəf də var
idi – İsgəndərov və başqaları Sadıq Rəhimovun dəstəsində.
İmam Mustafayevin dəstəsində başqaları var idi. Didişir-
dilər, bir-birini didirdilər, istəyirdilər birini yıxsınlar, o biri-
si onun yerinə keçsin. Ona görə götürdülər istifadə elədilər,
məlumatlar yazdılar Moskvaya ki, burada millətçilik, filan
var, peşməkan var. 1959-cu ildə Siyasi Büronun böyük qə-
rarı çıxdı. Ondan bir il qabaq Sadıq Rəhimovu işdən götür-
dülər. Sonra o biri qrup hiddətləndi. 1959-cu ildə Siyasi Bü-
ronun böyük bir qərarı çıxdı ki, Azərbaycanda millətçilik
var. Vəli Axundov oldu başçı. Nə o tərəf uddu, nə bu tərəf
uddu. Vəli Axundov oldu respublikanın rəhbəri.
Ondan sonra nə etdilər? Gəldilər ki, - xatirinizə salmaq
istəyirəm, - niyə siz Nərimanovu bir belə şişirtmisiniz?
Niyə bunu belə eləmisiniz? Yəqin ki, bizim tarixçilərin xati-
rindədir bunlar. Böyük bir bəlaya düşdük biz. Ondan son-
ra – həmin o 1959-cu ildən 1969-cu ilə qədər, bizim dövrü-
223
müzə qədər yenə də didişmələr dövrü oldu. Ona görə, mən
bunların şahidi olduğuma görə, 1969-cu ildən Azərbaycan-
da camaatı birləşdirməyə, xalqı birləşdirməyə, rəhbərlikdə
birlik yaratmağa, sabitlik yaratmağa çalışdım və buna da
nail oldum.
Amma buna baxmayaraq 1977-ci ildə, 1978-ci ildə kons-
titusiya müzakirə olunarkən böyük maneələrə rast gəl-
dik. O vaxtlar artıq Moskvada şovinistlik əhval–ruhiyyəsi
çox yüksəlmişdi. İndi bu incəlikləri bilmirsiniz, məsələn,
1973-cü ildə partiya biletləri dəyişiləndə götürdülər partiya
biletlərindən respublikalara aid olan bəzi sözləri çıxardılar.
Bu proses gedirdi ki, lazım deyil Azərbaycan Kommunist
Partiyası olsun, ya Ukrayna Kommunist Partiyası olsun. Elə
bir dənə Sovet İttifaqı Kommunist Partiyası var, bəsdir. Son-
ra orada bu proseslər gedirdi, yəni respublikaların hüquq-
larını məhdudlaşdırmaq, ümumiyyətlə bir dövlət etmək,
xalqları birləşdirmək, guya ki, bir vahid sovet xalqı var, - bu
proses gedirdi. Ona görə 1977-78-ci illərdə çox gərgin mü-
barizə gedirdi ki, hərə öz konstitusiyasını nə cür edəcəkdir.
Və bunlardan da biri bizim milliliyimizi, müstəqilliyimizi
müəyyən hədd daxilində də olsa təmin etmək üçün dövlət
dilinin olması idi. O vaxt buna nail olduq və siz də çox sağ
olun ki, kömək elədiniz.
Mən əgər işarə eləmişəmsə, işarəni bundan ötrü elə-
mişəm. Amma indi yoxdur, heç kəsdən də qorxunuz yox-
dur, müstəqilik. Heç kəsin də işarəsinə ehtiyac yoxdur.
Kimdir o? Siz təqdim eləyin özünüzü.
V.əliyev – N.Tusi adına universitetin professoru: Bu
zalda mən ikinci dəfə çıxış eləyirəm. Bu gün çıxış eləmək fik-
rində deyildim. Lakin xətrini istədiyim Sabir Rüstəmxanlı-
224
nın burada oturan ziyalıların ünvanına, o cümlədən şəxsən
mənim ünvanımla bağlı olaraq dediyi söz mənə təsir elə-
yib, ona görə də mən burada çıxış eləyirəm.
Sabir müəllim, bilin ki, Heydər Əliyev kimi şəxsiyyət
Azərbaycan xalqının tarixində bəlkə də birinci dəfədir ye-
tişib. Heydər Əliyev dünən elə gözəl, qısa formada təhlil
verdi ki, görünür, çoxları bunun mahiyyətini başa düşmə-
yibdir. Burada oturanların hər biri bu məqsəd üçün yığışıb,
onu çox gözəl dərk edir. Kimin prezident olmağından asılı
olmayaraq şəxsən mənim fikrim budur ki, bizim dil Azər-
baycan dilidir. Niyə görə? Əvvəla, Azərbaycan xalqı xalq
kimi formalaşarkən, düzdür, oğuz kökü üzərində forma-
laşsa da, digər amillər burada rol oynayıbdır. Biz formalaş-
mışıq, müəyyən ərazidə uzun əsrlər boyu yaşayırıq. Əra-
zimiz var, dövlətimiz var, xalqımız var və xalqın dili var.
Mən demək istəyirəm ki, belə mötəbər məclisdə, - bu, yəqin
ki, veriləcək, xalqımız da tamaşa eləyəcək, - belə çıxmasın
ki, biz kiminsə xahişi ilə, kiminsə göstərişi ilə söz deyirik.
Burada oturanların heç birisi belə çıxış eləməyib. Hər kəs
sərbəst surətdə. Bəxtiyar müəllim də öz sözünü deyib, o bi-
rilər də sözünü deyib, digər yoldaşlar da. Amma mən xahiş
edərdim bu gün,-şəxsən mənim özüm üçün çox maraqlı-
dır, eləcə də əyləşən yoldaşlar üçün, - yazıçı, vətəndaş baş
nazirin müavini Elçin bəy bu gün münasibətini bildirsin.
Bircə dəqiqə. Niyə görə mən bunu soruşuram, niyə görə bu
xahişi edirəm? Mən bilmək istəyirəm. Bayaq Bəkir müəl-
limə sual verərkən Südabə xanım elə - belə demədi. Hər
halda çox ciddi bir söhbət gedir. O çıxış edən, iclası aparan
yoldaşın münasibəti də bizim üçün vacibdir. Bəkir müəl-
lim çıxış elədi, bildik ki, mövqeyi nədir və bir ziyalı kimi.
225
Azərbaycan Elmlər Akademiyasının üzvü, akademik kimi
bunun fikri nədən ibarətdir. Mən istərdim Elçin müəllimin
də fikrini bilək.
H.ə.əliyev: Yaxşı qurtardınız? Elçin öz sözünü, öz fik-
rini deyibdir. Mən bunu keçən dəfə də dedim. O deyib ki,
“Azərbaycan türkcəsi” olsun. Elə demisən də? Yox, daha
məlumat – zad üçün heç kəsə söz verməyəcəm.
e.əfəndiyev – Baş nazirin müavini, yeni konstitusiya
layihəsini hazırlayan komissiyanın üzvü: Hörmətli komis-
siya üzvləri və hörmətli toplantı iştirakçıları. Mənim çıxış
eləməyimin səbəbi ondan ibarətdir ki, komissiyanın icla-
sında öz fikrimi söyləmişəm və bizim hörmətli prezident
iki dəfə - həm keçən dəfəki çıxışında, həm indiki çıxışında
mənim fikrimi bildirdiyinə görə ehtiyac bilmədim ki, bir də
durub hamınızın, o cümlədən də hörmətli professorun vax-
tını alım. Bir halda ki, mənim çıxışım, fikrim lazımdır – bir
daha öz fikrimi təsdiq eləməyi özümə borc bilirəm. Məsələ
burasındadır ki, hörmətli prezident, hörmətli toplantı işti-
rakçıları, buradakı çıxışlarda, çıxışların böyük əksəriyyə-
tində bir adi həqiqət səhv salınıb. O da bundan ibarətdir
ki, dilin adından söhbət gedir, dilin dəyişməyindən söhbət
getmir. Bu barədə burada danışdılar, dedilər bəzi alimlər.
Yəni burada dilin adından söhbət gedirsə, xalqları, o cüm-
lədən qardaş, doğma Türkiyə türkləri ilə azərbaycanlıla-
rı qarşı-qarşıya qoymaq qəti surətdə düzgün deyil. Mən
qələm dostum Yusif Səmədoğlunun çıxışından o nöqteyi –
nəzərdən çox narazı qaldım. Məndə elə bir təəssürat yaran-
dı ki, əgər bizim türk qardaşlarımızla danışdıqda mənim
əziz dostum Yusif onların dediyinin 40 faizini anlamayıb-
sa, onlar “türk dövrü” sözünü “türkan” adlandıran başqa
Dostları ilə paylaş: |