BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

195
nada yazılmayıb. Biz səndən xahiş eləyirik, sən o konstitu-
siyanı  göndər.  Həmin  məktub  mənim  arxivimdədir.  Mən 
tapdım göndərdim onlara.
H.ə.əliyev: O məlumdur.
H.Abbaszadə: O vaxtlar bizim dövlət dili Azərbaycan 
dili idi, o vaxt “türk dili” heç kim deyə bilməzdi, indi deyə 
bilirik,  biz.  Mənim  şəxsən  təklifim  budur.  Mənim  nəvəm 
4-cü sinifdə oxuyur, mən deyirəm “Azərbaycan dili”, o de-
yir “türk dili”. Dərslikləri də var, uşaqların beyninə yeridi-
lib “türk dili”. Ona görə təzədən kitablar cırılsın, kitablar 
təzədən  yazılsın,  -  mən  elə  bilirəm  ki,  bu,  çox  çətin  olar. 
Yenə də müəyyən nəslin uşaqlarına zərbə vurmuş olarıq. 
Mənim  təklifim  budur:  Konstitusiyada  yazılsın  ki,  “Azər-
baycanın dövlət dili Azərbaycan türkcəsidir”. Çünki yerin 
adına görə deyərlər: Krım tatarları, Kazan tatarları. Siz onu 
bilin ki, Krımda tatar olmayıb, Krımda türk olub. Ona görə 
ruslar,  Rusiya  imperiyası  “türk”  deməyib,  bizə  deyiblər 
“müsulmane”, deyiblər “tatar”. Bizə istəmirlər “türk” de-
sinlər.
H.ə.əliyev: Aydındır, Hüseyn müəllim, aydındır. Gə-
lin belə danışaq: kim papiros çəkmək istəyir – çıxsın, etiraz 
eləmirəm, kim su içmək istəyir – çıxsın, amma iclasda fa-
silə elan eləməyək. Bəxtiyar müəllim, buyur, bilirəm ki, sən 
papiros  çəkmək  istəyirsən.  Yəni  burada  da  biz  sərbəstlik 
veririk, o keçmiş rejim yoxdur indi. İqrar Əliyev buyursun.
i.əliyev – EA-nın Tarix İnstitutunun direktoru, EA-nın 
müxbir üzvü: Hörmətli prezident, hörmətli toplantı iştirak-
çıları. Mən şair deyiləm, emosiya ilə danışa bilmirəm. Mən 
ancaq  faktlarla  danışmaq  istəyirəm.  Mənim  çox  xoşuma 
gəldi Səmədoğlunun çıxışı, həddən ziyadə çox xoşuma gəl-


196
di. Amma onun bir sözünə etiraz eləmək istəyirəm. Dedi 
ki, tarixi araşdırmaq lazım deyil. Lazımdır. Qətiyyətlə de-
yirəm ki, mən “türk dili Azərbaycan Respublikasının döv-
lət dilidir” fikrinə etiraz edirəm. Əgər bizim konstitusiya-
mızda dövlət dili “türk dili” yazılsa və məni türk saysalar, 
qəti deyirəm sizə, mən həmişə “azərbaycanlı” yazacağam, 
“Azərbaycan  dili”  yazacağam.  Niyə  görə?  Bu  saat  deyim 
sizə.  Bax,  mən  buraya  gələndə  Qumilyovun  kitabını  gə-
tirdim – “Derevnie tyurki”. O, nəinki sabiq SSRİ-də, hətta 
dünya  miqyasında  çox  görkəmli  türkoloqdur.  Mən  onun 
bir neçə fikrini sizə çatdırmaq istəyirəm. Əsər rus dilində 
yazıldığından rus dilində oxuyuram.
H.ə.əliyev: Buyur, buyur.
i.əliyev: Xahiş eləyirəm buna fikir verin. Burada türk-
lər haqqında, onların tarixi haqqında yazır: “Bütün deyilən-
lərə  baxmayaraq  qədim  türk  cəmiyyətinin  qədəm  qoyduğu  yol 
faciəli idi. Belə ki, çöldə və onun sərhədlərində yaranmış ziddiy-
yətlər aradan qaldırıla bilmədi. Çətin anlarda çöldə məskunlaşan 
əhalinin böyük əksəriyyəti xanları müdafiə etmədi, bu da Xaqan-
lığın qərb və şərq xaqanlığına parçalanmasına, 630 və 659-cu il-
lərdə müstəqilliyin döndərilməsinə, 745-ci ildə isə xalqın məhvinə 
gətirib çıxardı. Əlbəttə, xalqın məhv olması hələ onu təşkil edən 
bütün adamların məhvi demək deyildi. Onların bir hissəsi çöldə 
hakimiyyəti ələ almış uyğurlara tabe oldu, çox hissəsi Çinin sər-
həd qoşunlarında gizləndi. 756-cı ildə həmin qoşunlar Tan sülalə-
si imperatorunun əleyhinə üsyan qaldırdılar, türklərin qalıqları 
həmin üsyanda fəal iştirak etdilər və digər üsyançılarla birlikdə 
tikə-tikə doğrandılar. Bu, artıq həm xalqın, həm də dövrün sonu 
idi”.
H.ə.əliyev: İqrar müəllim, bu, tarixdir, aydındır, sən 


197
bu məsələyə dair fikrini de.
i.əliyev:  İndi  bir  şeyi  də  yoldaşlara  çatdırmaq  istə-
yirəm.  Çünki  bilirsiniz,  hərdən  məsuliyyətsiz  danışıqlar 
olur,  deyirlər  ki,  bizim  adımız  olsun  türk,  Azərbaycan 
türkcəsi, Azərbaycan  türkü.  Nəyə görə  mən bu  “türk”ün 
əleyhinəyəm? Çünki Heydər müəllim, bu mənbələrə görə 
o türklər, 500 ailədən ibarət olan türklər–Atillanın rəhbər-
liyi  altında  olan  türklər  türk  dilində  danışmırdılar,  onlar 
monqol dilində danışırdılar. Niyə biz həmin, necə deyərlər, 
türkün qondarma dili olan dili qəbul etməliyik? Yalnız VI-
VII əsrlərdə türklərin qalan hissəsi türk adını qəbul eləyib-
dir. Türk bir xalq kimi məhv oldu getdi. Düzdür, türk adını 
daşımayan,  xahiş  edirəm  buna  fikir  verin,  digər  türkdilli 
xalqlar bir sıra hallarda ərəblərin təsiri altında qəbul elə-
dilər türk adını. Türk adını bu saat qəbul eləmək osmanlı 
türkləri  üçün  qəbahətdir.  Çünki  türk  böyük  bir  ailənin– 
23-24  dilin  nümayəndəsi  olan  böyük  bir  ailənin  adıdır. 
İndi  rus  dilində  bu,  yenə  var,  birinə  “tyurok”  deyirlər,  o 
birisinə  “tyurk”  deyirlər.  Bizim  dildə bu  ayrılma  yoxdur. 
Biz “türk” deyəndə türk xalqlarını düşünürük, ya müasir 
osmanlı türkcəsini düşünürük. Orasını da demək lazımdır 
ki, bəziləri deyirlər: “Biz niyə müəyyən dövrdə qəbul elədiyi-
miz “türk” adını ataq üstümüzdən?” Məgər osmanlılar 5-6 əsr 
işlətdikləri osmanlı məfhumunu atmadılarmı üstlərindən? 
Müəyyən siyasi məqsədləri güdüb inqilabdan sonra türk-
lər özlərini “türk” adlandırmadılarmı?  Türklər, türk rəh-
bərləri dedilər ki, bizə 100 milyonluq türk milləti lazımdır. 
Buna görə Türkiyənin adını türk elədilər. Bizə bu saat 100 
milyonluq türk lazım deyil, bizim özümüzə azərbaycanlı-
lar bəsdir. 35, 40 milyonluq azərbaycanlıyıq. Bizim bu saat 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə