BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə50/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

184
yasında olan sənədlərin hamısında “Azərbaycan türk dili”
çox yerdə də “Azərbaycan türkcəsi” yazılır. Bu adın bu şə-
kildə olması, şübhəsiz ki, xalqımızın, millətimizin xeyrinə 
deyil və biz bunu tezliklə aradan qaldırmalıyıq.
Burada  çıxış  eləyənlər  dedi,  ümumiyyətlə,  bütün 
sənədlərdə mənim rast gəldiyim “Azərbaycan dili” nə “türk 
dili”  demək  məsələsi.  Mən  onu  demək  istərdim  ki,  biz 
bir  məsələni  unutmamalıyıq.  Hamımız  danışırıq  və  mən 
diqqətlə qulaq asırdım, axı “türk” sözünü biz tarixdən isti-
fadə edib işlətmişik. Biz “türk” sözünü işlədəndə qonşumuz 
osmanlılar  “osmanlı  dili”  işlədiblər.  Bu  söz  qoşalaşmayıb. 
İndi bu saat Azərbaycanda “türk dili”, Türkiyədə də “türk 
dili” deyilmiş olsa, bu türk dillərini hansı cəhətdən fərqlən-
dirəcəyik? Mən üzr istəyirəm, şairlərimiz burada oxudular 
ki, türk dili ilə Azərbaycan dili tamamilə eyni şeydir, bunun 
şeirini də oxusanız bir – birinizi başa düşəcəksiniz, nəsrini 
də oxusanız. Mən hamımıza müraciət edirəm. Televiziyaya 
biz hamımız baxırıq, məgər siz və ya mən türk dilində olan 
verilişlərin hamısını, heç olmasa əlli faizini başa düşürük-
mü? Qəti şəkildə yox.
b.Vahabzadə: Mən başa düşürəm.
A.Qurbanov: Ona görə də məsələni qarışdırmaq lazım 
deyil. Siz başa düşə bilərsiniz, amma mən dilçi kimi o söz-
lərin mənalarını dəqiq başa düşmürəm. Mən demək istər-
dim  ki,  əgər  biz  “türk  dili”  terminindən  istifadə  ediriksə, 
onda gərək biz qonşumuzdan xahiş eləyək ki, siz 1299-cu 
ildə yaradılmış Osmanlı imperiyasının Osman Qazinin ya-
ratdığı imperiyanın dilini o adla olan, o adla yaradılan dili 
qəbul eləyin, biz isə öz türkümüzə qayıdaq. Bunu fikirləş-
mək lazımdır. Biz bu saat bunları qoşa işlətmiş olsaq, mən 


185
onu bilirəm ki, dilimizi itirəcəyik. Burada hörmətli prezi-
dent çox dəqiq dedi ki, dillə bərabər millət məsələsinə də 
baxırıq. Bunun ardınca aydın şəkildə millət məsələsi gəlir. 
Əgər dilimiz türk dili, millətimiz türk olsa, onda bizim nə-
yimiz qaldı ki? Bəs tarixən bizim babalarımız, bizi yaradıb 
yaşadanlarımız bu dili hazırlayıb, yaradıb gətirmişdilər ki, 
biz indi bunu tamamilə ləğv eləyib sıradan çıxaraq?
Burada bir təklif də olunur ki, “Azərbaycan türk dili” iş-
lədilsin.  Hörmətli  müşavirə  iştirakçıları,  “Azərbaycan  türk 
dili” termini dolaşıq termindir. Axı, ad yaratmağın özünün 
dildə, dilçilikdə xalq arasında qayda – qanunları var. Ona 
görə də “Azərbaycan türk dili” dedikdə Azərbaycan məkan-
dır, türk dili də, bildiyiniz kimi, addır. Belə çıxır ki, “Azər-
baycanda  türk  dili”  –  mənası  budur.  Onda  mən  deyirəm 
“Azərbaycanda ləzgi dili”, “Azərbaycanda tat dili”, “Azərbay-
canda fars dili”. Belə də ad olar? Mənə elə gəlir ki, Azərbay-
can dilinə bu şəkildə ad qoymaq tamamilə səhvdir.
Mən indi burada qeyd eləmişəm. Bax, fikir verin. Ha-
zırda türk dünyasında işlənilən 23 dil var, müasir türk dil-
ləri. Bunların adlarından Azərbaycan dili, qaqauz dili, türk 
dili, türkmən dili, altay dili, qaraqalpaq dili, qazax dili. Mən 
bunların  hamısını  sadalamıram.  23  dilin  23-də  də  xalqın, 
millətin, ölkənin adı ilə bağlı ad vardır. Əgər biz bu ənənə-
ni  pozacağıqsa,  bundan  nə  qazanmalıyıq?  Ona  görə  də 
mən nəzərdə tuturam, təklifim ondan ibarətdir ki, biz bu 
terminlə də getməməliyik. Həmçinin burada “Azərbaycan 
türk ləhcəsi” deyilir. Axı, burada mütəxəssislər var, dilçilər 
var, terminlər var. Bütün o ümumi dildən törəyən dillərin 
hamısı dialektdən, ləhcədən inkişaf edib dilə çevrilib. İndi 
biz tarixin təkərini geri fırlatmalıyıq ki, müstəqil Azərbay-


186
can dilini Azərbaycan ləhcəsinə, bir azdan da Azərbaycan 
dialektinə, bir azdan ümumtürk dilinin tərkibinə çevirək? 
Bunu eləyə bilərikmi? Mənə elə gəlir ki, biz burada böyük 
səhvə yol verərik və odur ki, diqqətli olmalıyıq.
Yeri  gəlmişkən,  bir  məsələni  də  deyim.  Özbəklərdə 
1930-cu ilə qədər “özbək” anlayışı olmayıb. Özlərinə “türk”, 
dillərinə “türk dili” deyiblər. 1930-cu ildən bu yana özbəklər 
özlərinə “özbək”, dillərinə də “özbək dili” deyiblər. Bəs necə 
olur ki, bu da türkdür kök etibarilə, amma bu məsələni  qal-
dırmır, biz elə həftəbaşı bu məsələni qaldırırıq ki, biz filan 
məsələ... Mənə belə gəlir ki, biz bu dolaşıqlığı aradan qal-
dırmalıyıq.  Bir  ixtisasçı  kimi,  bir  mütəxəssis  kimi  mənim 
fikrim belədir ki, Azərbaycan dövlətidir, Azərbaycan xalqı-
dır, Azərbaycan dilidir. Mən bu dilə, bu xalqa bu istiqamət-
də müvəffəqiyyət arzulayıram.
H.ə.əliyev:  Göyüşov  Rəşid,  tarixçi,  arxeoloq  və  keç-
mişdən tanıdığıma görə deyirəm, çox fədakar bir tədqiqat-
çıdır. Bizim tariximizi araşdıranlardan biridir.
r.Göyüşov – tarix elmləri doktoru, arxeoloq: Hörmət-
li  prezident,  hörmətli  müşavirə  iştirakçıları.  Mən  prezi-
dentimizin Azərbaycan dilinin adına bu qədər həssaslıqla 
yanaşmasını  düzgün  başa  düşürəm  və  hiss  eləyirəm  ki, 
o haqlı yanaşır. Çünki heç bir vaxt xalqın bu qədər güclü 
elmi potensialı və bunu istiqamətləndirən güclü prezidenti 
olmamışdır. Siz bilirsiniz, birinci əsrdən romalılar, dalınca 
sasanilər, sonra ərəblər, dalınca səlcuqlar, sonra da ruslar – 
heç bir vaxt bu xalq müstəqil olmayıb. Əgər indi müstəqil-
liyimizi əldə edib, vahid bir dövlət kimi, vahid bir xalq kimi 
özümüzü bütün dünyaya elan eləyiriksə, gəlin onun dili-
ni də vahid dövlətin dili kimi bütün dünyaya elan eləyək. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə