BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

168
deyil. Ümumiyyətlə, mənə elə gəlir ki, biz dil problemini 
tarixi ekskurs baxımından nəzərdən keçirdikdə bu proble-
mi  ümumi  siyasi  proseslərdən,  ümumi  ictimai  proseslər-
dən ayırmaq düzgün deyil. Heç təsadüfi deyil ki, məhz bu-
rada dəfələrlə deyilir, həm burada, həm də bundan qabaqkı 
müşavirələrdə - bizim milliyyətimiz də yazılırdı: “tyurok”, 
“türk” yox. Yəni uzun illər Azərbaycanı bir məmləkət kimi, 
bir dövlət kimi inkar meyli hökm sürmüşdür. Və indi də o 
meyl hökm sürür. Yəni guya Azərbaycan adlı məmləkət ol-
mamışdır, Azərbaycan dili yoxdur, var türk dili, bir də var 
“tyurkskiy  yazık”.  Yəni  türk  də  deyil,  amma  “tyurkdur-
lar”. Çox təəssüf ki, mən Azərbaycan dilində hələ bunun 
müqabilini tapa bilməmişəm. Bu da bir daha onu sübut elə-
yir ki, uzun illər boyu, yenə təkrar eləyirəm, Azərbaycanı 
məmləkət  kimi,  dövlət  kimi  inkar  meyli  böyük  dövlətlər 
tərəfindən həyata keçirilir və bu gün də bunu həyata keçir-
mək istəyirlər.
Ümumiyyətlə, biz çox tələsirik, həddən ziyadə tələsirik. 
Burada deyildiyi kimi, 1992-ci ildə 26 adamın səs verməsi 
ilə bir xalqın şirin dilini, ləhcəsini, onun böyük poeziyasını, 
dil nöqteyi – nəzərdən mənsubiyyətini dəyişdirmək, – bu, 
doğrudan da cinayətdir. Mən o zaman Milli Məclisin de-
mokrat sektorunda oturdum, Xalq Cəbhəsinin üzvü idim 
və onda da bunun əleyhinə çıxmışdım. Çünki Azərbaycan 
kimi bir milləti yaşadığı ərazinin adından ayırıb onun dili-
ni başqalaşdırmağa heç bir ehtiyac yoxdur. Biz çox tələsirik 
və bu tələskənliyin nəticəsidir ki, bu gün belə hüquqi non-
senslə,  əxlaqi  nonsenslə,  mənəvi  nonsenslə  qarşılaşmalı 
oluruq.
Yenə də təkrar eləyirəm ki, mənim burada deyilən bü-


169
tün  mülahizələrə  böyük  hörmətim  var.  Amma  gəlin  bu 
tarixi  ekskursları  dayandıraq.  Tarix  haqqında  haradasa 
50 – 100 ildən sonra yəqin ki, tam həqiqət deyiləcək. Mən 
bu gün bir Azərbaycan ziyalısı kimi, Azərbaycan yazıçısı 
kimi bu fikirdəyəm ki, Azərbaycanın dilinin, Azərbaycan 
dövlətinin, Azərbaycan  Respublikasının  dövlət  dili Azər-
baycan  dili  olmalıdır.  Bilirsiniz,  əgər,  misal  üçün,  12  no-
yabrda konstitusiyada 23-cü maddə dəyişiləcəksə, mənim 
daxilimdə özümün konstitusiyam var, özümün əsas qanu-
num var. Mən azərbaycanlıyam, Azərbaycanda yaşayıram. 
Mənim danışdığım Azərbaycan dilidir və mənim balalarım 
da, nəvələrim də, bundan sonra nəticələrim də Azərbaycan 
dilində danışacaqlar. Çox sağ olun.
H.ə.əliyev: Cabir Novruz, buyurun.
cabir novruz – şair: Çox möhtərəm prezident, hörmət-
li müşavirə iştirakçıları. Bu gün biz buraya, adı üstündə ola 
– ola Azərbaycan dilinin müstəqil dövlətimizin ilk konsti-
tusiyasına nə adla daxil edilməsi ilə əlaqədar toplanmışıq. 
Mən bu görüşdə çox həyəcanlıyam və elə hesab edirəm ki, 
xalqın fikrini, sözünü özü üçün ali qanun sayan hörmətli 
başçımız yenə də özünəməxsus bir uzaqgörənliklə bu bö-
yük ümumxalq, ümummillət problemini də məhz əfraki – 
ümumiyyənin rəyinin çoxluğu və azlığı ilə həll edəcəkdir. 
Söhbət də, dediyim kimi, adi söhbət deyil, - xalqın tanrısı 
olan ana dilindən, onun adından, soyundan gedir. Söhbət 
ondan gedir ki, 1992-ci il dekabr ayının 12-də o vaxtkı Milli 
Məclisdə 42 millət vəkilindən 26-nın xeyir – duası ilə di-
limizin adı dəyişdirildi. Bu o vaxtkı Milli Məclisin ədalət-
siz  qərarı  idi,  xalqın,  ziyalıların,  yazıçıların  çox  –  çox  dil 
mütəxəssislərinin rəyini soruşmadan atılan bir səhv addım 


170
idi. O  vaxt iqtidarın fərmanı ilə həmin qərar rəsmiləşdiril-
di və bütün məmləkətə elan edildi ki, “sabahdan etibarən 
dövlət dilimiz türk dilidir”. Amma xalq nə o vaxt, nə də 
sonralar bu key qərarı qəbul etmədi. Mən inanıram ki, bun-
dan sonra da qəbul etməyəcək. Siz məni düzgün başa dü-
şün, mən bununla demək istəmirəm ki, türk dilinin əley-
hinəyəm. Əksinə, türk xalqı, türk dili, böyük Atatürk bizə 
çox doğmadır. Bu ağır, məşəqqətli günlərdə bizə ürəkdən 
yanan yenə də türk xalqıdır, dərdimizə ən çox şərik olan, 
bizə kömək əlini uzadan, arxa dayanan yenə də türk qar-
daş-bacılarımızdır. Biz də türk mənşəliyik.
Amma  bununla  bərabər  bizim  də  öz  qədim  torpağı-
mız,  o  taylı-bu    taylı  40  milyondan  çox  millətimiz,  məhz 
özümüzə  mənsub  adət  -  ənənələrimiz,  tariximiz,  ədəbiy-
yatımız, dünyanın ən zəngin dillərinə meydan oxuya bilən 
öz heyrətamiz, əvəzsiz, qədim Azərbaycan dilimiz var. O, 
bizim  ana  laylamızdır,  qılıncımızdır,  xilasımızdır,  ən  bö-
yük mənəvi sərvətimizdir. Zaman – zaman onu bütün ya-
saqlardan, hər cür təhlükələrdən, hücumlardan canımızla, 
qanımızla qoruyub saxlamışıq, bu günə gətirib çıxarmışıq. 
Bizim üçün nə onun özünü, nə də adını heç nə əvəz eləyə 
bilməz.
Amma  sözümün  əvvəlində  dediyim  kimi,  xalqımız 
üçün  taleyüklü  olan  bu  məsələdə  tamam  ayrı  mövqedə 
olan  ziyalılarımız,  yazıçılarımız,  filoloq,  dilçi  alimlərimiz 
də var. Onların bir çoxu birbaşa təklif edir ki, dövlət dilimiz 
türk dili olsun. Mən bu fikirlərin qəti əleyhinəyəm. Bəziləri 
təklif edirlər ki, dövlət dilimiz Azərbaycan türk dili olsun. 
Bu fikirdə, daha doğrusu, “Azərbaycan türk dili” ifadəsin-
də  elə  bir  məna,  aydınlıq  görmürəm.  Bəzilərinin  rəyincə, 


171
“azəri dili” adlandırsaq, daha yaxşı olar. Bu ifadə də uzun 
illərdir ki, xalq tərəfindən işlənilir və “Azərbaycan dili” ifa-
dəsinə  bir  növ  sinonim  kimidir.  Bəziləri  də  hesab  edirlər 
ki, “Azərbaycan türkcəsi” adlandırmaq daha yaxşı olardı. 
Mən burada “Azərbaycan türkcəsi” ifadəsinə də elə bil ki, 
Azərbaycan dilinin böyüklüyünü kiçiltmək kimi baxıram. 
Amma mən belə hesab edirəm ki, yeni konstitusiya layihə-
sinin  23-cü  bəndində  yazılan  “Azərbaycanın  dövlət  dili 
Azərbaycan dilidir” cümləsini saxlamaq daha düzgün və 
ədalətli olardı.
Müxtəlif  qütblərdə  dayanan  bütün  hörmətli  alimləri-
mizə, ədəbiyyatçılarımıza, yazıçılarımıza son sözümdə onu 
da demək istəyirəm ki, bunu yalnız və yalnız xalqın özü 
həll edə bilər. Çünki bu dilin sahibi odur, onu yaradan da 
odur. Onun sözü, rəyi də hamımız üçün danılmazdır. Odur 
ki, noyabrın 12-də konstitusiyamız qəbul olunan gün hər 
iki  fikri  –  “Azərbaycanın  dövlət  dili  Azərbaycan  dilidir” 
və “Azərbaycanın dövlət dili türk dilidir” ifadələrini 23-cü 
maddədə yazmaq lazımdır və qoy xalq hansını istədiyini 
desin və nəyə inanırsa, ona səs versin. İnanıram ki, xalq özü 
öz problemini bizdən də çox – çox gözəl həll edəcəkdir.
* * *
Azərbaycan  Respublikasının  yeni  konstitusiya  layihə-
sini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş icla-
sından
H.ə.əliyev: Ziya Bünyadov, buyurun.
z.bünyadov – respublika Elmlər Akademiyasının vit-
se-prezidenti,  yeni  konstitusiya  layihəsini  hazırlayan  ko-
missiyanın üzvü: Bu 26 rəqəmi nədənsə bizim qara rəqəm-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə