BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

157
b.Vahabzadə - Azərbaycan Respublikasının xalq depu-
tatı,  yeni  konstitusiya  layihəsini  hazırlayan  komissiyanın 
üzvü: Sizə bir sual vermək istəyirəm. 
H.ə.əliyev: Buyurun.
b.Vahabzadə: Mənim üçün çox maraqlıdır. 1918-ci ilə 
qədərki  sənədlər  bizim  dövlət  arxivində  varmı?  Xüsusən 
də 1914-1915-ci illər, ya ondan əvvəlki?
A.Paşayev:  Bəxtiyar  müəllim,  var,  ancaq  orada  dil  
“tatar dili” yazılırdı. Ona görə qeyd elədim birinci dəfə rəs-
mi dövlət dili kimi türk dili Demokratik Cümhuriyyətin bu 
qərarı  ilə  olub.  Bu,  Gəncədə  olan  vaxt,  1918-ci  ildəki  De-
mokratik Cümhuriyyətin ilk qərarlarındandır. 
b.Vahabzadə: Ondan əvvəl nə yazırdılar? 
A.Paşayev: Tatar.
H.ə.əliyev: Daha kimin nə sualı var? Buyurun.
M.Qasımov  –  Terminologiya  Komitəsi  sədrinin  müa-
vini,  professor:  Məni  bir  məsələ  maraqlandırır.  Bizdə  ke-
çirilən müşavirələrin, konfransların, türkologiya qurultayı-
nın sənədləri var, 1920-ci ildən sonra, 30-cu illər, - bunun 
haqqında sizdə sənədlər varmı?
A.Paşayev: Bizdə qurultayın materialları var.
M.Qasımov:  Orada Azərbaycan  dilinin  dəfələrlə  işlə-
nilməsini inkar eləyə bilərsinizmi?
A.Paşayev: Harada?
M.Qasımov: Türkologiya qurultayında, konfranslarda.
A.Paşayev: Mən dəqiq ora baxmamışam, burada söh-
bət  rəsmi  dövlət  sənədlərindən  gedir:  konstitusiyadır, 
dekretdir, qərardır. Yoxsa, elə - beləyə qalanda 1917-ci ildə 
Cəlil  Məmmədquluzadə  öz  felyetonunda  yazmışdı:  “Mə-
nim  milliyyətim  nədir?  –  Azərbaycandı.  Dilim  nədir?  – 


158
Azərbaycan  dili”.  Sonra  da  özü  də  yazır  ki,  “Azərbaycan 
türkcəsi”. Demək istəyirəm ki, bu çox deyilib. Hətta Cəlil 
Məmmədquluzadə  “Molla  Nəsrəddin”  haqqında  verdiyi 
ərizədə yazıb ki, tatar. Mötərizədə “Аzerbaydjanskoe nare-
çie” – bunu da əlavə eləyir. Mən yenə də deyirəm, burada 
rəsmi sənədlərdən söhbət gedir.
H.ə.əliyev: Başqa sualı olan yoxdur? Əyləş. Asya Ma-
nafova, buyurun.
A.Manafova  –  Milli  Məclisin  üzvü,  yeni  konstitusiya 
layihəsini  hazırlayan  komissiyanın  üzvü:  Mən  çox  xahiş 
eləyirəm, 1918-ci ilə qədər deyəndə tatar dili, aydındır, har-
da türk dili qəbul olunmuşdu? O haqda elə bilirdik ki, tatar 
dili olmuşdu. Elədirmi? Hansı dildə sənədlər işlənibdir?
A.Paşayev: Tatar dili yazırdılar.
A.Manafova: Və hansı dildə sənədlər işlənirdi, birinci, 
1915-ci ilə qədər. İkinci sualım: Türk dili qəbul edildikdən 
sonra Azərbaycan dilində sənədlər işlənib, yoxsa türk di-
lində?
A.Paşayev:  Nə  vaxt?  Bu Azərbaycan  dili  ilə  türk  dili 
eyni dil deyil? Mən başa düşmədim sizi.
A.Manafova: Təkcə Azərbaycan dilinə yox, onda niyə 
tatar dilinə qayıtmırsınız, türk dilinə qayıdırsınız?
A.Paşayev:  Bilirsiniz,  Asya  xanım,  tatar  dili  haradan 
gəlibdir? Tatar dili ruslar bura gələndən sonra, görünür, dil 
tatar dilinə oxşadığına görə elə “tatarın, tatarin” deyiblər, 
onda da elə belə gedib axıra qədər.
A.Manafova: Azərbaycan dili indi meydana çıxmayıb, 
Azərbaycan dili əsrlər boyu bundan qabaq meydana çıxıb. 
Əvvəl “Azərbaycan dili” məfhumu da olub, işlənib Azər-
baycan dili üzrə. Azərbaycana ruslar gələndən sonra tatar 


159
dili  olub.  Sonra  keçiblər  türk  dilinə.  İndi  ondan  qabaqkı 
sənədlər...
A.Paşayev:  Asya  xanım,  əgər  elə  baxsaq,  sənədlərin 
hamısında  yazılanlar  əgər  azərbaycanlıdırsa,  tutaq,  tatar-
dırsa, bunlar yazırdı: musulmanin. Əksəriyyət sənədlərdə 
milliyyət məsələsi belə yazılırdı. Bunlar təsadüfi deyildi – 
“Kəşkül”də, filanda bu məsələlərin qaldırılması, milliyyə-
ti  nədir:  müsəlman.  Deyir,  axı  müsəlman  milliyyət  deyil, 
dindir. Sənin milliyyətini soruşuram. Axırda bunu deyən-
də ki, bəs sizə biz nə deyək, deməli, siz bizi azərbaycanlı 
hesab eləyirsiniz. Demək istəyirəm ki, bəla burasındadır ki, 
bunların hamısı hər yerdə bu məfhum müsəlman məfhu-
mu kimi yazılıb. Ona görə də bütün sənədlər rus dilində 
getdiyinə görə (demək, sənədlərin 90 faizi rus dilindədir) 
orada, bu sənədlərdə yazanda milliyyəti yazırdı ya tatar, ya 
müsəlman.
H.ə.əliyev: Şahin Əliyevə mən sonra söz verəcəyəm. 
Başqa sualı olan yoxdur? Buyurun. Ancaq, bilirsiniz, mən 
Baş Arxiv İdarəsinin rəisini bura dəvət etmişəm bütün bu 
tarix haqqında məlumat vermək üçün yox. Ola bilər, hamı 
bilmir. Mən onu dəvət etmişəm, sadəcə o qərarlar haqqında 
məlumat versin. Ona görə siz onu çox divara qısnamayın 
ki, bu nə təhər olub, o nə təhər olub. Əgər bunu tarixçilər 
bilmirsə, arxiv idarəsinin müdiri hamısını necə bilə bilər ki?
Vaqif bayatılı – şair: Demək istəyirəm ki, Ataxan müəl-
lim  cavab  verəndə  yalnız  öz  arxivlərimizdə,  yəni  bizim 
arxivlərdə olan materiallara əsaslanır. Ancaq bizim dilimiz 
haqqında  Səfəvilər,  Atabəylər  dövründən  onlarca  ölkələ-
rin muzeylərində faktlar var. Yəni burada deyilən faktlar 
da var. Burada “tatar”, “musulmanin”, nə bilim nə yazılıb. 


160
Yəni bu, ancaq bir arxivdə olan sənədlərdir. Qalanların ha-
mısı ruscadır.
A.Paşayev:  Mən  üzr  istəyirəm,  Asya  xanım  da  mənə 
dedi. Mən sənədlərdən danışıram, əgər tarixdən olsa, tarix-
dən mən də söz tapa bilərəm. Söhbət bilavasitə bizdə olan 
sənədlərdən gedir. Ona görə də mən bu sənədlərlə cavab 
verirəm.
M.əliyev – ASDP-nin büro üzvü: 1891-ci ildə “Kaspi” 
qəzeti çıxıb. Sizin arxivdən bu qəzeti almaq olarmı?
H.ə.əliyev:  Yaxşı,  əyləşin.  Kim  sual  vermək  istəyir? 
Vaxt yoxdur, kimin sualı var, mikrafona gəlsin. Mən xahiş 
eləyirəm  məsələdən  kənara  çıxıb  vaxtımızı  almayasınız. 
Əyləşin. Əgər siz “Kaspi” qəzetini almaq istəyirsinizsə, ge-
din müraciət eləyin, alın. Gəlib burada vaxtımızı alıb sual 
vermək – bu, yaramaz axı. Sizi bura dəvət eləyiblər, hör-
mət eləyiblər. Bilin ki, hansı məsələdən söhbət gedir. Arxiv 
arxivdir, siz də hansı materialı haradan istəyirsinizsə, gedin 
alın. İndi gəlib mənim qabağımda siz ona sual verəcəksiniz 
ki, həmin qəzeti biz sizdən ala bilərikmi, ya ala bilmərik? 
– bu sizin səviyyəsizliyinizi göstərir. Mən bunu başqa cür 
qiymətləndirə  bilmərəm.  Bizim  o  qədər  vaxtımız  yoxdur 
ki, hər bir adama, şəxsən ona nə lazımdırsa ona burada ca-
vab verilsin.
Demək,  arxivin  verdiyi  məlumatlardan  bunu  biz  bu 
gün  özümüz  üçün  aydınlaşdırırıq.  1918-ci  ildə  Azərbay-
can Demokratik Cümhuriyyəti yaranan kimi qərar verilib 
və yaxud əmr verilib, – indi o sənədin adı o qədər də əhə-
miyyətli  deyil,  –  “Azərbaycanda  kargüzarlıq  türk  dilində 
getməlidir”. Sonra 1921-ci ildə Nəriman Nərimanov Dadaş 
Bünyadzadə ilə dekret veriblər ki, Azərbaycanın dövlət dili 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə