BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

161
türk dili olmalıdır. 1921-ci ildə Azərbaycan Sovet Sosialist 
Respublikasının  ilk  konstitusiyası  qəbul  olunub.  Orada 
dövlət  dili  haqqında  maddə  yoxdur.  1924-cü  ildə  konsti-
tusiya qəbul olunmayıb. Dünən mən televizora baxırdım, 
hansısa professor dedi ki, 1924-cü ildə konstitusiya qəbul 
edilib. Mən istərdim o professorun çıxışına da aydınlıq gə-
tirəm ki, 1924-cü ildə konstitusiya qəbul olunmayıb.
Burada Arxiv İdarəsinin rəisi dedi ki, Mərkəzi İcraiyyə 
Komitəsinin  qərarı  olubdur  ki,  Azərbaycanda  dövlət  dili 
türk  dili  olsun.  Amma  eyni  zamanda,  o,  məlumat  verdi 
ki, ondan sonra, - o vaxt Sovetlər qurultayı deyirdilər, indi 
bizim bu parlament əvəzidir, 1937-ci ildən Ali Sovet idi, o 
vaxta qədər var idi Mərkəzi İcraiyyə Komitəsi və Xalq De-
putatları Sovetləri, – ondan sonra qurultaylar olubdur. Qu-
rultaylarda dövlət dili haqqında qərar qəbul olunmayıbdır. 
Yəni 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi 
bu qərar sonra o qurultaylarda öz əksini tapmayıbdır. 1936-
cı  ildə  Azərbaycanın  konstitusiya  layihəsi  hazırlanarkən 
orada  Azərbaycanın  dövlət  dili  türk  dili  yazılıb.  Ancaq 
konstitusiya 1937-ci ilin aprel ayında qəbul olunubdur və o 
konstitusiyada dövlət dili haqqında heç bir maddə yoxdur. 
Və o vaxtdan, 1936-cı ildən bütün sənədlərdə Azərbaycan 
dili gedib. Ancaq konstitusiyada bu olmayıbdır. 1956-cı ildə 
Azərbaycanın 1937-ci ildə qəbul olunmuş konstitusiyasına 
maddə əlavə edilibdir ki, “Azərbaycanın dövlət dili Azər-
baycan dilidir”. O barədə də mən o gün məlumat verdim, 
bunun  nəticələri  haqqında.  Nəhayət,  1978-ci  ildə  qəbul 
olunmuş  konstitusiyada  yazılıb  ki,  “Azərbaycanın  dövlət 
dili Azərbaycan dilidir”. Tarix budur. Xahiş edirəm hamı 
bilsin.


162
İkinci bir şeyi də mən istəyirəm müzakirə üçün nəzəri-
nizə çatdırım. Dil ilə bərabər milliyyət haqqında da yazılar 
var. Bu gün həmin o tarixi sənədləri mənə gətirib göstər-
dilər. Bütün o sənədlərdə, anketlərdə milliyyət yazılır: türk. 
1936-cı ildə Sovetlər qurultayının nümayəndələrinin anket-
lərini mənə bu gün göstərdilər. Orada Mircəfər Bağırovun 
da, Qəzənfər Musabəyovun da, Ayna Sultanovanın da, Hə-
mid Sultanovun da, başqalarının da anketləri var. Anket-
lərdə onların milliyyəti yazılıb: türk. Rusca yazılıb: tyurok. 
Azərbaycanca yazılmayıbdır, amma rusca yazılıb: tyurok. 
Oxumuşam mən. Demək, bu məsələni də, əgər dil haqqın-
da müzakirə aparırıqsa, aydınlaşdırmalıyıq. Biz türkük, ya 
azərbaycanlıyıq, ya tatarıq, kimik – bunu da aydınlaşdırma-
lıyıq. Demək, o vaxta qədər milliyyət də yazılıbdır: tyurok. 
Dil də konstitusiyada olmayıbsa, cürbəcür qərarlarda “türk 
dili”  yazılıbdır.  Demək,  1918-ci  ildən  1936-cı  ilə  qədər  18 
il müddətində Azərbaycanda dövlət dili türk dili kimi qə-
bul  olunub.  Konstitusiyada  yazılmasa  da,  türk  dili  kimi 
qəbul olunub. 1936-cı ildən sonra Azərbaycan dili yazılıb. 
Bu müddətdə də azərbaycanlılar öz milliyyətini “türk” ya-
zıblar və özlərini türk hesab ediblər. Anketlərində, sənəd-
lərində, yəqin ki, onların pasportları varsa, pasportlarında 
da milliyyətini “türk” yazıblar. Yenə də deyirəm: tyurok. 
Ondan sonra azərbaycanlı yazıblar. Vəziyyət belədir. Ona 
görə indi kimin nə sözü var, buyursun. Ancaq bu çıxışlar-
dan əvvəl mən istəyirəm Şahin Əliyevə söz verim ki, o, yeni 
konstitusiya layihəsini hazırlayan komissiyaya dil barəsin-
də gələn 18 təklif haqqında da məlumat versin. Buyurun.
Ş.əliyev – prezidentin İcra Aparatının qanunvericilik 
və  hüquq  ekspertizası  məsələləri  şöbəsinin  müdiri,  yeni 


163
konstitusiya  layihəsini  hazırlayan  komissiyasının  üzvü: 
Hörmətli cənab prezident, hörmətli müşavirə iştirakçıları. 
Bu gün səhərə olan vəziyyətə görə Azərbaycan Respubli-
kasının yeni konstitusiya layihəsini hazırlayan komissiyaya 
1900 təklif gəlib və bu 1900 təklifin içində bu gün 18 təklifin 
üstünə yalnız bir təklif də əlavə olunub. Yəni türk dili və 
ya azəri türk dili haqqında təkliflərin ümumi sayı bu gün 
səhərə 19 olub və icazə versəniz, bu təkliflərin müəlliflərini 
və təkliflərin mahiyyətini sizin nəzərinizə çatdırım.
Deməli,  Zərdab  rayon  baş  barama  qurutmaxanasının 
əmək kollektivi: “Azərbaycan Respublikasının dövlət dili Azər-
baycan  dilidir”  sözləri,  “türk  dili”  sözləri  ilə  əvəz  edilsin. 
Qasımov Qənimət Qasım oğlu – Naxçıvan Muxtar Respub-
likasının Sədərək kəndi: “Dövlət dili türk dili yazılmalıdır”
Məlikov Fuad Mahmud oğlu, Bakı şəhəri, Hüseyn Cavid, 
33  a,  iş  yeri:  metrotikinti  şirkətinin  inşaatçı  mühəndisi: 
Azərbaycan dilinin saxlanılmasını təklif edir.
Mən bu təklifləri oxumayacağam. Yalnız türk dilinə aid 
təklifləri oxuyacağam. Hümbətov Tahir Məhəmməd oğlu, 
“Günəşli” massivi, 18, mənzil 4: “Azərbaycan dilinin son-
radan qoyulma ad olduğunu nəzərə alaraq “Azəri türkcə-
si” yazılmasını təklif edirəm”. Konstitusiya komissiyasının 
üzvü Anar, Bakı şəhəri: “Azərbaycan Respublikasının döv-
lət dili Azərbaycan – türk dilidir”. Neft və Qaz Sənayesi İş-
çiləri Həmkarlar İttifaqı, Bakı şəhəri: “Azərbaycan Respub-
likasının dövlət dili azəri türkcəsidir”. Texniki Universitet, 
Bakı şəhəri: “Azərbaycan Respublikasının dövlət dili Azər-
baycan – türk dilidir”. “Günerli” reklam səhmdar şirkəti, 
Bakı şəhəri: “Azərbaycan Respublikasının dövlət dili türk 
dilidir”. Zığ şosesinin sakinləri, Bakı şəhəri: “Azərbaycan 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə