BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

172
lərimizin  içərisinə  daxil  olmalıdır.  Orada  26  oldu,  onlar 
da lax çıxdı, indiki 26 da lax çıxdı. Mən bilmirəm, o cəbhə 
hərəkatları vaxtında 26 nəfər xalqımızın dilini necə istədilər 
o cür də rənglədilər. Məsələ ondadır ki, türk desəniz Bor-
çalı tərəfdə, Qazax tərəfdə yaşayan  qarapapaqlar deyəcək 
“mən türk deyiləm, axı, mən qarapapağam”. Yaxud, İraqda 
vaxtilə ki, buradan gediblər, bunlar da azərbaycanlıdır. On-
lar azərbaycanlı deyil, onlar tərəkəmədir, türkmən. Profes-
sor, elmlər doktoru Səkinə Hacıyeva Dağıstanda, Mahaçqa-
lada özü bir kitab buraxıb – “Daqestanskiye terekeme”. İndi 
ikinci cildini buraxıb – “Daqestanskiye azerbaydjantsı”.
Bu  “Azərbaycan”  sözü  ki,  var,  bu  bizim  müstəqillik 
dövrümüzdə, yəni  bütün  dünya  ölkələri qabağında ölkə-
mizin adı Azərbaycan və xalqımızın dili Azərbaycan dili-
dir.  300  mindən  çox  azərbaycanlı  ölüb  müharibədə.  İndi 
yenə deyəcəksiniz, onlar getdi, imperiyaya xidmət eləmi-
siniz. Elə deyil də, Sovet ölkəsi bizim Vətənimiz idi. Hər 
yerdə yazılıb ki, azərbaycanlılar hünər göstərdilər və sair 
və ilaxir. Onlar da elə şeydir ki, bununla oynamaq olmaz. 
Xalqımız XXI əsrə qədəm qoyur və burada dərəbəylik, hay 
– küy, fısqırıqla məşğul olmağa heç ehtiyac da yoxdur. Kim 
əgər  Zəngəzurdan  köçübsə,  indi  özünü  erməni  mahalın-
dan ayırıb Kişin altında yaşayırsa, o, özünü nə istəyir yaz-
sın. Amma mən xahiş eləyirəm, bizim camaatımızı, bizim 
xalqımızı, bizim bu yetişən gənclərimizi yoldan eləməyin. 
Biz daha qurtaraq bununla, Heydər Əliyeviç. Azərbaycan 
Respublikası ya Cümhuriyyəti və Azərbaycan dili, - bunun 
başqa adı ola bilməz və bundan sonra bu haqda danışmaq 
da olmaz. Kim istəyirsə özünə türk desin, evində divarlara 
belə şüar yapışdırsın ki, mən türkəm və güzgüyə baxıb özü 


173
– özü ilə danışsın ki, sən də, mən də, ikimiz də türkük.
Akademiyada  danışanların  daha  burada  danışmasına 
ehtiyac yoxdur, çünki vaxt da azdır və bir reqlament təyin 
etmək lazımdır. 
H.ə.əliyev: Reqlament belədir, güman edirəm ki, hər 
çıxış eləyən bilməlidir ki, vaxtımız dardır, qısa danışmaq 
lazımdır, geniş danışmağın əhəmiyyəti yoxdur. Bir də, o 27 
nəfər ki, oktyabrın 31-də danışıb, onların burada ikinci dəfə 
danışmağına  ehtiyac  yoxdur.  Onlar  öz  sözlərini  deyiblər, 
televiziya ilə də bir qismi verilib, qalanı da veriləcəkdir.
Bəxtiyar müəllim, buyurun.
b.Vahabzadə: Hörmətli prezident, mən də elə o fikir-
dəyəm.  Əgər  biz  burada,  bu  gün  geniş  müzakirə  açsaq, 
bunu bir belə müzakirə ilə qurtarmaq mümkün deyil. Çün-
ki  burada  fikirlər  haçalanıb,  bir  qismi  deyir  türk  dili,  bir 
qismi də deyir Azərbaycan dili. Amma Ramiz müəllimin 
oxuduğu siyahıda deyilir ki, bir qismi deyir xalis türk, bir 
qismi deyir Azərbaycan türkcəsi. Demək olar ki, bunlar elə 
eyni şeydir. Yəni Azərbaycan türkcəsi deyəndə, istəyirlər 
bir orta yol götürsünlər. Yəni hər iki tərəf eyni olsun. Yəni 
burada orta bir hədd götürmək lazımdır. Burada fikirlər ha-
çalanıb. İndi biz dəfələrlə oturub müzakirə eləsək bir qismi 
belə deyəcək, bir qismi belə. Mən sizdən xahiş edirəm, bu 
gün buna son qoymaq lazımdır. Yəni bir orta yol tutmalı-
yıq. Burada o Azərbaycan dilini, xalis onu müdafiə eləyən-
lər ki, var, yəqin, onlar bir 30 ildən, 20 ildən sonra deyəcək-
lər ki, familiyamızın sonunda olan “ov” da bizimkidir.  A 
qardaş, kor – kor, gör-gördür. Axı, bunu bilənlər də bu cür 
danışanda adama təəccüblü gəlir. Mən hesab eləyirəm, - o 
dəfə də çıxışımda dedim. Anarla bizim fikrimiz eynidir, – 


174
Azərbaycan türkcəsi, milliyyətimiz də Azərbaycan türkü, 
ən doğrusu budur.
İndi  burada  nədir?  Mən  hiss  eləyirəm,  çox  qəribədir 
ki, savadsızlar deyəndə mən bunu başa düşürəm. Amma 
bəzən yazıçı, alim də bu iddianı eləyir ki, aman günüdür, 
biz əgər türkcə yazsaq onda biz Anadolu türklərinin dilin-
də danışmalı olacağıq. Atatürkdən sitat gətirməyə gəlincə, 
Atatürk  böyükdür,  türk  dilinə,  türk  xalqına  hörmətimiz 
var. Bunu heç kim inkar etmir. Söhbət ondan getmir. Əgər 
biz bu gün konstitusiyada yazırıqsa ki, Azərbaycan türkcə-
si, bu o deyən sözdür ki, biz Anadolu türkcəsi ilə danışa-
cağıq? Qətiyyən yox. Bax, qəribə burasındadır ki, savadsız 
adamlar bunu məndən soruşurlar. Amma bunu alim, yazıçı 
deyəndə mənə təəccüblü gəlir. Onun öz yeri var, bunun öz 
yeri var. Yusif Səmədoğlu deyəndə ki, mən türkləri 40 faiz 
başa düşürəm... Yusif, onda mənim sənə heç sözüm yox-
dur. Sənin rəhmətlik atan, Allah rəhmət eləsin, hamımızın 
ustadı demişdi mən türkəm, sən də deyirsən mən azərbay-
canlıyam. Heç başa düşmək olmur.
O ki qaldı Mirzə Kazım bəydən burada sitat gətirdilər, 
-  o,  boynuna  xaç  salandır,  o,  bizim  üçün  Zərdabilərin, 
Mirzə  Cəlillərin,  Sabirlərin  və  Füzulilərin  qabağında  heç 
nədir. O öz dinindən, dilindən imtina eləyib. İndi mənim 
üçün  meyar oldu Kazım bəy? Uzun danışmaq lazım de-
yil, mən qısaca deyirəm fikrimi. Burada Elçin müəllimin, 
Elçin Əfəndiyevin təklifi də olub, mənə elə gəlir o təklif də 
yaxşı təklifdir. Dövlət dilimiz Azərbaycan dili mötərizədə 
türk, - heç olmasa o yazılsın. Amma Füzuli rəhmətlik 400 il 
bundan əvvəl, 500 il bundan əvvəl deyib ki, deyirlər, türk 
dilində  yazmaq  çətindir,  mən  bu  düşvarı  asan  eylərəm. 


175
Mənim babam əgər belə deyirsə və Sabir əgər belə deyir-
sə, o zaman Sabirin dövründə biri türk dilindən, yəni Os-
manlı türkcəsindən şeir tərcümə eləyib, altından yazıb ki, 
tərcümə eləyən filankəs. Sabir də ona cavab verir ki, qah 
–  qah  qəribə  gülməlisən.  Türkcədən  türk  dilinə  tərcümə 
olar? Bunlar bizim gözümüzün qabağında olan şeylərdir. 
Bu boyda həqiqəti biz necə inkar eləyirik? Mən başa düş-
mürəm. Əgər bizim dədə - babamız belə deyibsə, bizim nə 
haqqımız var bundan çıxaq?
Mənim  kitablarımı  Türkiyədə  nəşr  eləyirlər.  Heydər 
müəllim,  sizi  inandırıram,  necə  mən  yazmışam,  eynilə  o 
cür çap eləyirlər. Amma bəzi sözlərin üstündə “1” yazılır 
və altda yazırlar, məsələn, mən yazıram “axtarmaq”, o, üs-
tündə “1” yazır, aşağıda yazır “aramaq”. Bu cür fərqlərlə 
kitablar çap olunur. Heç onun tərcüməyə ehtiyacı yoxdur 
və mənim kitablarımı, orada 10-a qədər kitabım çap olu-
nub və çox beynəlmiləl türk oxucusu bunu oxuyur. Mənim 
təklifim budur. Xahiş eləyirəm, bir – birimizə gəlin atmaca 
atmayaq, mən Kişin altındanamsa, sən də ayrı yerdənsən, 
tatsan.
H.ə.əliyev:  Bəxtiyar  müəllim,  bir  dəqiqə.  Mən  bir 
neçə dəfə demişəm, yenə də deyirəm və siz də bizim çox 
böyük şairimiz, çox böyük simamız olduğunuza görə bir 
neçə məsələni araşdırmaq istəyirəm. Mən özüm də axtarış-
dayam. Mən bunu oktyabrın 31-də də demişəm, bu gün də 
deyirəm və heç bir kəsin fikrinə də təsir etmək istəmirəm. 
Ancaq yazaq ki, Azərbaycan türkcəsi, gəlin bir az dərindən 
fikirləşək. Biz, demək, türkcənin bir ləhcəsiyik, bu nədir? 
Dilin adı olar. Hörmətli Anar bir misal gətirir ki, dünyada 
bunun nümunəsi var, Krım tatar dili.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə