BuludHeyderEliyev indd


yerdən: Yerin adıdır. H.ə.əliyev



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə48/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   44   45   46   47   48   49   50   51   ...   69

176
yerdən: Yerin adıdır.
H.ə.əliyev:  Mane  olmayın.  Xahiş  eləyirəm  mane  ol-
mayın, mən bilirəm haranındır. Krım tatar dili var. Ancaq 
ondan sonra harada? Fransa – fransız dili, İspaniya – ispan 
dilidir, Yunanıstan...
yerdən: Ukrayna...
H.ə.əliyev: Xahiş eləyirəm, mane olmayın, mən özüm 
bilirəm nə deyirəm. Mən heç vaxt, məktəbdə oxuyanda da 
suflyordan istifadə etməmişəm sizin kimi. Mən həmişə öz 
biliyimlə  danışmışam.  Yunanıstan  –  yunan  dilidir,  Çin  – 
Çin dilidir, Rusiya – rus dilidir, Belarusiya – belarus dilidir, 
Ukrayna  –  Ukrayna  dilidir,  Çexoslovakiya  –  indi  ayrılıb-
lar, əvvəl də belə idi, bir yerdə olanda da: Çex dili ayrı idi, 
slovak dili ayrı idi. Amma bunların fərqi bizimlə Anadolu 
Türkiyəsinin fərqindən xeyli az idi. Mən bunlarla danışmı-
şam  axı.  Çexlə  də  danışmışam,  slovakla  da  danışmışam. 
Deyirəm bir – birinizlə nə dildə danışırsınız? Deyir bizim 
dilimiz birdir. Bilirsiniz. Dünya belədir.
Gəlin  türkdilli  xalqlara  baxaq.  Bəli,  biz  türkdilli  xalq-
lardan biriyik və türk mənşəli bir xalqıq. Kökümüz birdir. 
Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, 
başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, 
bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türk-
dilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onla-
rın da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı 
var. Amma “biz gəlin dilimizi türkdilli eləyək”, - yenə də 
deyirəm, mən bunu etiraz nöqteyi – nəzərindən demirəm, 
istəyirəm özümə aydınlıq gətirim. Siz bu işin mütəxəssisi-
siniz, siz dil işlədirsiniz, dilçisiniz və şeirlər yazırsınız, ro-
manlar yazırsınız, camaata dil öyrədirsiniz. Axı, nə təhər 


177
Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. 
Nə təhər bu millətin iki adı olsun? Bəs  niyə özbək özünə 
demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, mən Tata-
rıstan türküyəm?
Bilirsiniz, bunu gəlin araşdıraq, siz deyirsiniz ki, haça-
lanma gedir və belə mübahisə olsa, çox vaxt gedər. Əlbət-
tə, indi görürsünüz, mən buna nə qədər vaxt sərf eləyirəm 
və hesab etmirəm ki, mən burada çox böyük iş görürəm. 
Bu mənim borcumdur, çünki mən bunu araşdırmamış, bu 
yekəlikdə məsuliyyəti öz üzərimə götürə bilmərəm. Amma 
araşdırmaq üçün də bu suallar çıxır. Demək, belə çıxır ki, 
bu  60  il  müddətində  yaşadığımıza  baxmayaraq,  biz  həm 
dilimizin  adını  yenidən  qoymalıyıq,  həm  də  millətimizin 
adını yenidən qoymalıyıq. Onda ölkəmizin də adını dəyiş-
dirək? Bunu düşünmək lazımdır.
Yenə də deyirəm, mən sizin sözlərinizə etiraz eləmək 
məqsədi ilə yox, ona görə bu sualları verirəm ki, bir az mü-
bahisə aparaq: görək hara çıxırıq biz. Doğrudur, taleyimiz 
belə gəlib ki, məsələn, bizə tatar deyiblər. Amma biz tatar 
deyilik  axı.  Neçə  illər  bizə  tatar  deyiblər?  Elə  Həsən  bəy 
Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar 
deyiblər.  Bu  Bakıda,  Azərbaycanda  bir  belə  azərbaycanlı 
ziyalı  olduğu  halda  məktəblər  açılmışdı  –  “russko-tatar-
skaya şkola”. Bəs niyə o vaxtlar Cəlil Məmmədquluzadə, 
Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Məmmədəmin Rə-
sulzadə, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, başqaları 
durub demədilər ki, necə yəni “russko-tatarskaya şkola”? 
Niyə buna etiraz eləmədilər? Hamı da bunu qəbul elədi – 
“russko-tatarskaya şkola””. İndi mən deyə bilmərəm  niyə 
belə olub. Mən heç bunu təhlil də etmək istəmirəm. Amma 


178
mən bununla sadəcə demək istəyirəm ki, bizim aqibətimiz 
belə olubdur, bizim taleyimiz belə olubdur. Rusiyada bizə 
tatar  deyiblər.  Rusiyanın  burda  qubernatorları  bizə  tatar 
deyiblər. Yazılarda bizə tatar deyiblər. Ondan sonra 1918-
ci ildən gəliblər türk deyiblər. Allaha şükür olsun. 1918-ci 
ildən 1936-cı ilə qədər 18 il müddətində türk dili, türk deyi-
lib. 60 ildir biz Azərbaycan dili, azərbaycanlı deyirik. İndi 
bəs nə edək? Bax, bunlara cavab var, yoxsa yox? Axı, bunla-
ra cavab olmasa, biz qərar qəbul eləyə bilmərik.
b.Vahabzadə:  Mən  məsələyə  münasibətimi  bildirim. 
Məsələn,  hamıya  məlumdur,  Misir  də  ərəbdir,  İraq  da 
ərəbdir. Əlcəzair də ərəbdir və s. Amma hamısında dil bir 
dildir.  O  dillərin  müəyyən  ləhcələri  var. Amma  demirlər 
“Misir dili”. Axı, yerlə adlandırmaq olmaz, “azərbaycanlı” 
sözü yeri bildirir. Mən bakılıyam, gəncəliyəm, qubalıyam. 
“Lı” şəkilçisi milləti bildirmir. Ərəb hamısı ərəbdir. Amma 
demirlər ki, Əlcəzair ərəbidir, demirlər ki, məsələn, “İraq 
dili”, ya “Əlcəzair dili”, ya “Misir dili” hamısına “ərəb dili” 
deyirlər. Mən gedə bilərəm?
H.ə.əliyev:  Bəxtiyar  müəllim,  bu  suala  yenə  cavab 
verəcəyəm.  Slavyan  millətləri  var  və  slavyan  dilləri  var. 
Bir-birinə  də  çox  yaxın,  elə  bizim  üçün  də  tarixən  çox 
yaxın–  Rusiya, Belarusiya, Ukrayna. Bunların dili eynidir. 
Xüsusilə,  Belarusiya  ilə  Rusiyanın  dili  eynidir.  Ona  deyir 
“rus dili”, o birisinə deyir “belarus dili”. Bəs niyə deyir? 
Mən  sizin  sadəcə  olaraq  “ərəb  dili”  sözünüzə  cavab  ver-
mək  istəyirəm.  Yəni  belə  şeylər  var  tarixdə.  Biz  burada 
istisna etmirik. Onu götürsən, ona da cavab tapmaq olar, 
bunu götürsən, buna da cavab tapmaq olar. Hər bir şeyi o 
cür də əsaslandırmaq olar. Ona görə də bu əsaslandırmala-


179
rın heç birinə demək olmaz ki, bu ondan üstündür, o bun-
dan üstündür. Amma bizim tarixi aqibətimiz belədir. İndi 
biz  tarixi  bir  mərhələdəyik.  Biz  gərək  elə  bir  qərar  qəbul 
eləyək ki, o, həm bu günümüzü, həm keçmişimizi əks et-
dirsin, həm də gələcəyimiz üçün və bu gün dövlətçiliyimiz 
üçün yararlı olsun. Bax, məsələ burasındadır.
b.Vahabzadə: Mənim bir son sözüm də var.
H.ə.əliyev: Bəli, buyur.
b.Vahabzadə: Hörmətli prezident, əvvəla, siz bizim bu 
alimlərə,  buradakı  ziyalılara  bu  qədər  sərbəstlik  verdiyi-
nizə görə, yəni hamı öz fikrini sərbəst, heç kimdən çəkin-
mədən deyir – buna görə mən sizə çox minnətdaram. Mənə 
elə gəlir ki, bax, burada əyləşən bütün ziyalılar da sizə öz 
minnətdarlığını bildirir. Qoy hamı öz fikrini sərbəst desin. 
Amma mənə elə gəlir ki, bunu yubatmaq lazım deyil, bunu 
qurtarmaq lazımdır. Ümumi orta yol tutmalıyıq.
H.ə.əliyev: Sağ ol. Zəlimxan Yaqub.
zəlimxan yaqub – şair: Möhtərəm prezident, hörmətli 
müşavirə iştirakçıları. Dəfələrlə burada qeyd olundu, bu-
günkü məclis təkcə dilin söhbəti deyil, birbaşa Azərbaycan 
xalqının taleyi ilə bağlı çox ciddi mətləblər var. Ona görə 
də haqlı olaraq müzakirələr bu qədər rəngarəng olur, uza-
nır,  razılıqlara,  narazılıqlara  səbəb  olur.  Çünki  bu,  xalqın 
taleyidir  və  bu  vaxta  qədər,  Bəxtiyar  müəllim  qeyd  elədi 
ki, tutaq ki, 1918-ci ildən götürək. Əvvəlcə türk dili, əvvəl-
cə demokratik hökumət dövründə türk dili, 30-cu illərdə 
yenə türk dili, 1930-cu ildən sonra Azərbaycan dili, 1992-ci 
ildə yenidən türk dili, yəni bütün bu hadisələrlə bağlı elə 
bilin ki, biz millətimizin faciələrini yaşayırıq bu gün, həmin 
faciələrin məntiqi nəticəsini biz bu gün də yaşayırıq. Ona 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə