BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

202
H.ə.əliyev: 14 nəfər də burada çıxış elədi. Komissiya-
nın üzvlərindən də bir neçəsi çıxış etdi. Amma bu komis-
siyanın digər üzvləri, məsələn, Hüseynağa Qəniyev mənə 
yazı veribdir. O həm yeni konstitusiya layihəsini hazırlayan 
komissiyanın  üzvüdür.  Həm  də  Milli  Məclisin  üzvüdür. 
Buyursun. Ondan sonra Həsən Həsənov xahiş eləyibdir, o 
da komissiyanın üzvüdür, eyni zamanda xarici işlər naziri-
dir. Buyurun.
H.Qəniyev – Milli Məclisin üzvü, yeni konstitusiya la-
yihəsini  hazırlayan  komissiyanın  üzvü:  Möhtərəm  prezi-
dent.  Hörmətli  yoldaşlar.  Bu  gün  həqiqətən  çox  ciddi  bir 
məsələ müzakirə olunur və mən iki ildir ki, bu məsələnin 
müzakirəsində  iştirak  edirəm.  Müxtəlif  istiqamətlərdə  fi-
kirlər eşitmişəm və hər bir azərbaycanlı bu saat bu məsələ 
haqqında  çox  dərindən  və  ciddi  düşünür.  Əlbəttə,  mən 
onunla razıyam ki, tarixilik baxımından müasir Azərbay-
can dili türk dilidir. Lakin tarixin inkişafı baxımından bu-
günkü  müasir Azərbaycan  dili  elə Azərbaycan  dilidir  ki, 
var.  Bütün  dillər  belədir.  Tarixi  inkişaf  prosesində  dillər 
ailələrdən qruplara, qruplardan isə dillərə şaxələnir.
Xalqlar da belədir, elm də belə olub və eyni zamanda 
dil  də  belədir.  İndi,  məsələn, Avropa  dilləri  ayrılıb  qrup-
lara:  slavyan  dili,  slavyan  qrupu,  german  qrupu,  roman 
qrupu və s. Slavyan qrupunda rus, ukrain, belarus dilləri. 
Altay dil ailəsindən qruplar ayrılıb, onun da dili türk dili-
dir və türk qrupu da Azərbaycan, tatar, qazax, və sair sər-
bəst dillərə bölünüb. Altay dil ailəsi elə bil ki, babadır, türk 
dil qrupu atadır. Azərbaycan dili isə oğuldur. İndi oğulun 
özünü ata elan etməsi, mən hesab eləyirəm ki, heç də düz-
gün deyil. Çünki tarixi proses gedib, tarix öz sözünü de-


203
yib və Azərbaycan deyilən bir dil, Azərbaycan deyilən bir 
dövlət, Azərbaycan deyilən bir xalq formalaşıb. Bu, təkcə 
dillərə aid deyil, bu, eyni zamanda elmə də aiddir. Qədim 
Yunanıstanda bir elm var idi – Fəlsəfə. Astronomiya ilə də 
məşğul olurdular, fizika ilə də, təbabətlə də. Ondan sonra 
elm inkişaf etdikcə parçalandı, bunların hərəsi sərbəst bir 
sahəyə çevrildi. Sənətdə də belədir: ozan olub, aşıq olub – 
həm musiqisini yazıb, həm çalıb, həm ifa eləyib. Cəmiyyət 
inkişaf etdikcə musiqini yazan bəstəkar yaranıb, sözlərini 
yazan şairlər yaranıb və beləliklə sənətin sinkretizmi par-
çalanıb. Bu, cəmiyyətin inkişafıdır. Və mən hesab eləyirəm 
ki, Azərbaycan dilini qəbul etməklə türk dil qrupunun tarix 
səhnəsində oynadığı böyük rolu, onun nəhəngliyini, onun 
inkişafını göstəririk. Yalnız böyük xalqlar, yalnız böyük dil-
lər  şaxələnib  qruplara  və  ayrı  –  ayrı  dillərə  çevrilir.  Mən 
hesab eləyirəm ki, bugünkü dilimiz Azərbaycan dilidir və 
Azərbaycan  əhalisinin  müəyyən  hissəsi,  mən  deyərdim, 
böyük əksəriyyəti, - şəxsən mən Lənkərandan gəlirəm, se-
çicilərlə görüşmüşəm, təqribən 20 kənddə olmuşam, - hamı 
bu məsələni çox böyük ruh yüksəkliyi ilə qarşılayır. Çünki 
bu “Azərbaycan” kəlməsində, Azərbaycan dilində həm ta-
rixilik var, həm tarixi inkişaf var, həm birlik var, həm də dil-
çilik var. Mən hesab eləyirəm ki, bizim dilimiz Azərbaycan 
dilidir  və  konstitusiyada  da  biz  yalnız  “Azərbaycan  dili” 
yazsaq, daha faydalı olar.
Eyni  zamanda  bir  şeyi  də  nəzərə  almaq  lazımdır  ki, 
“Azərbaycan türkcəsi” deyəndə, belə bir dil yoxdur, ana-
loqu yoxdur. Kim deyirsə, mən belə analoq bilmirəm. İkin-
cisi, Azərbaycan dili təkcə özünü türk hesab eləyən xalqın 
dili  deyil.  Azərbaycan  dili  Azərbaycanda  yaşayan  bütün 


204
xalqların dilidir. Onda bütün xalqların ruhu var, orada bü-
tün xalqların dillərindən sözlər var və bu, artıq Azərbaycan 
dilinə daxil olub və o, bir dil kimi formalaşıb. Ona görə də 
təzədən əti dırnaqdan ayırmaq, bu ruhu bir – birindən ayır-
maq, üç nəsil tərəfindən qəbul olunmuş ənənəni pozmaq 
mən hesab  edirəm ki, nə dilimizin xeyrinədir, nə də döv-
lətçiliyimizin xeyrinədir.
Onu da deyim ki, parlamentdə bu məsələdə türk dilinin 
əleyhinə səs vermişəm. Heydər müəllim, bu məsələ müza-
kirə olunub, bir dəfə yox, bir neçə dəfə. İki dəfə bu, səsə 
qoyulub, keçməyib, üçüncü dəfə nə təhər oldusa bu, 26 səs-
lə keçdi. Ona görə də mən hesab edirəm ki, ümumiyyətlə 
o qanun qanun deyildir, çünki konstitusiyasının əleyhinə 
olan hər hansı bir qanun elə qəbul edildiyi andan qüvvəsini 
itirir. Mən hesab eləmirəm ki, biz belə bir qanun qəbul elə-
mişik və o, heç düzgün də deyil. Mən hesab eləyirəm ki, bu 
proses ki, gedir, bunun arxasında nəsə başqa istiqamətlər 
də var. Elə Lənkəranda da, bizim camaatın içərisində də, 
talışların içərisində də bir 2-3 faiz var ki, buna tərəfdardır. 
Deyir ki, qoy elə belə olsun. Çünki bunun arxasında duran 
fikirlər yəqin ki, hamıya məlumdur.
Mən demirəm, bunun xatirinə eləyək, mən hesab elə-
yirəm ki, bu, çox təbiidir, tarixidir, reallıq kimi Azərbaycan 
dilinin həqiqi adıdır. Bu baxımdan da götürəndə mən bu 
məsələyə tərəfdaram. Təkcə dildən söhbət getmirdi, parla-
mentdə bir neçə dəfə məsələ müzakirə olundu ki, “x” hər-
fi ilə “ə” hərfini biz çıxartmalıyıq. Bu, çox uzaqlara gedən 
böyük siyasət idi və mən hesab edirəm ki, biz vaxtında bu 
məsələ ilə məşğul oluruq və konstitusiyada Azərbaycanın 
dövlət  dili  kimi  yalnız  Azərbaycan  dili  yazılmalıdır.  On-


205
dan  sonra da xalq öz sözünü deyər. Burada fikirlər var ki, 
əlavə bir bülleten düzəltmək lazımdır, mən onun da əley-
hinəyəm, çünki artıq layihəni camaat görüb, xalq öz sözü-
nü  referendumda  deyəcək. Axırıncı  söz  xalqın  sözü  olar. 
Bu qədər, sağ olun.
H.ə.əliyev: Həsən Həsənov.
H.Həsənov – xarici işlər naziri, yeni konstitusiya layihə-
sini  hazırlayan  komissiyanın  üzvü:  Hörmətli  cənab  pre-
zident, sizin Elmlər Akademiyasında dolğun və hərtərəfli 
çıxışınız və bugünkü müşavirədə qeydləriniz məsələyə tam 
aydınlıq verir. Amma bir halda ki, imkan verirsiniz, mən də 
sözümü demək istəyirəm. Sizin icazənizlə, tarixə və dünya 
praktikasına istinad edərək fikirlərimi söyləyərdim.
Hamıya məlumdur ki, dillər iki statusa malikdir. Birinci 
statusu ləhcə, ikinci statusu tam formalaşmış milli dil. Mil-
li dillər yenə də iki statusda birləşirlər: birinci status dillər 
qrupuna, ikinci status dillər ailəsinə birləşirlər. Deməli, ləh-
cə başqa bir məfhumdur, milli dil isə tamam başqa bir məf-
humdur. Dil qrupu isə tamamilə başqa bir məfhumdur. Biz 
dilimizi hansı statusda qiymətləndiririk, türk dilinin azəri 
ləhcəsi kimi, yoxsa türk dillər qrupunun amorf və forma-
laşmamış bir üzvü kimi, yoxsa müstəqil, milli düşüncəmizə 
məxsus,  millətimizin  müstəqil,  özünəməxsus  milli  dili 
kimi? Bütün türk dilləri sözsüz ki, bir anadan əmələ gəlib-
lər. Amma X və XI əsrlərdə ilk ciddi bölgü prosesi getdi və 
vahid türk dili oğuz, qıpçaq, bulqar, karluq, oyrot dillərinə 
bölündü. XIV – XV əsrlərdə bunlardan biri olan oğuz qo-
lundan Azərbaycan dili müstəqil dil kimi ayrılıb – Nəsimi-
nin dili, Füzulinin dili. XIX əsrin əvvəllərində ziyalılarımız 
dilimizin  müstəqilliyini  elmi  nöqteyi  –  nəzərindən  dərk 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə