BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

191
taleyüklü məsələlərinə, - bu özü də o tarixlərdən biridir, - 
biz bu cür münasibət yaradıb sadalamazdıq ki, vaxtilə filan 
olubdur,  türk  dili  olubdur,  burada  hamısı  türkdür.  Onda 
Azərbaycanda nə var ki? Gəlin bu gün buna Azərbaycanın 
millətlər ailəsində tutduğu mövqedən, onun gələcəyi nöq-
teyi-nəzərindən yanaşaq.
Hörmətli prezident, mən hesab edirəm ki, sizin qoydu-
ğunuz məsələ Azərbaycan xalqının gələcəyi nöqteyi – nəzə-
rindən əsas məsələlərdən biridir. Bu, bizim Azərbaycan di-
linin  ideologiya  məsələsidir.  Bəlkə  primitiv  çıxır,  mən  də 
sizin kimi, bir vətəndaş kimi həyəcanlıyam. Məsələn, gəlin 
yazaq “Azərbaycan türkcəsi”. Nə verir bizə? Gəlin bu suala 
cavab tapaq. Bu “Azərbaycan türkcəsi” bugünkü Azərbay-
can dövlətçiliyinə, Azərbaycan millətinə onun gələcəyi nöq-
teyi – nəzərindən nə verir? Amma mənə elə gəlir ki, indiki 
o  siyasi  qurum  nöqteyi  –  nəzərindən  qarşımızda  məsələ 
durur ki, Azərbaycan ideologiyası var, amma o Azərbay-
can  ideologiyası  hansı  səviyyədədir?  Məndən  soruşsalar, 
çox aşağı səviyyədədir. Ona görə də mən hesab eləyirəm 
ki,  əgər  tutalım,  mən  yazıram  “Azərbaycan  türkcəsi”,  sa-
bah  yazmalıyam  “Azərbaycan  türkcəsinin  ideologiyası”. 
Bu, dərin məsələdir. Milli ideologiya Azərbaycan ideologi-
yasıdır. Mən həmişə fəxr eləyirəm ki, 60 milyonluq bir türk 
xalqı  var,  60  milyonluq  bir  xalqı  mən  başa  düşə  bilərəm, 
çətin deyil onu başa düşmək. Mən indi Azərbaycan dilində 
türk kitablarını oxuyuram. Ancaq onu oxuya – oxuya bir 
idrak  yaranıb. Azərbaycan  dili  türkdilli  xalqlara  məxsus-
dur və mən də çox fəxr eləyirəm ki, 60 milyonluq bir dili 
yaşadan belə bir xalq var. Ona görə də mən hesab eləyirəm 
ki, tamamilə düzgün məsələdir, bizim konstitusiyada Azər-


192
baycan dili olmalıdır. Bu məsələni bir də, üzr istəyirəm, bu 
cür  müzakirə  etməyə  ehtiyac  görmürəm.  Çünki  millətin 
adı ilə onun əldə etdiyi sərvətilə heç kimə ixtiyar verilmir 
ki, oynasın.
* * *
Azərbaycan  Respublikasının  yeni  konstitusiya  layihə-
sini hazırlayan komissiyanın noyabrın 2-də keçirilmiş icla-
sından
H.ə.əliyev: Hüseyn Abbaszadə.
H.Abbaszadə - xalq yazıçısı: Hörmətli prezident, əziz 
dostlar. Mən minnətdaram prezidentimizə ki, burada bizə 
sərbəst  danışmağa  icazə  verir.  Srağagün  də  bizə  dedi  və 
məndən  qabaq  çıxış  eləyən  natiqlərin  sözlərinə  qulaq  as-
dım. Mən onun tərəfdarıyam ki, Azərbaycan Respublika-
sının  dövlət  dili  “Azərbaycan  dili”  yazılmasın,  yazılsın  ki, 
“Azərbaycan  türkcəsi”.  Niyə  görə?  Hələ  1906-cı  ildə Azər-
baycan  xalqının  böyük  oğlu  Həsənbəy  Zərdabi  “Həyat” 
qəzetində yazırdı  ki, Rusiyanın tabeliyində olan biz müsəl-
manların  hamısı  türklərdir,  bizim  əsl  dilimiz  türk  dilidir. 
Bunu yazıb Həsənbəy Zərdabi. Böyük rus şairi Lermontov 
1837-ci ildə Qafqaza sürgün olunanda Şamaxıda, Şamaxı-
nın Kərgənc kəndində olub, orda bir aşıqdan “Aşıq Qərib” 
dastanını eşidib, həmin dastanı yazıb və çap etdirib. Özü 
də  Lermontov  türk  dilini  bilirdi.  Yazırdı  ki,  “Тuretskaya 
skazka”, yazmır ki,  “Azerbaydjanskaya skazka”. Deməli, biz 
tarixən  türklər  olmuşuq.  “Azərbaycan”  sözü  qondarma 
sözdür, sonradan əmələ gəlib. “Azərbaycan” sözü torpağın 
adıdır, yerin adı deyil. İspan – İspaniya, gürcü – Gürcüs-
tan, rus – Rusiya, özbək – Özbəkistan, amma Azərbaycan– 
Azərbaycan. Özbək özbəkistanlı deyil ki? (Yerdən səslər). 


193
Xahiş edirəm, siz də danışarsınız, mən sizə mane olmaram. 
Xahiş edirəm, qulaq asın. Mən fikrimi deyirəm.
z.əlizadə -  professor: Nə olsun! Düz danışmırsan!
H.ə.əliyev: Mane olmayın. Hər kəs gərək sərbəst da-
nışa bilsin.
H.Abbaszadə:  Biz  orta  məktəbdə  oxuyanda,  yaşım 
buna  çatır,  icazə  verin,  Bəxtiyarla  bir  yerdə  oxuyurduq. 
Bizim kitablarımız “türk dili” idi. İndi Heydər Əliyeviç bi-
lir, o kitablar oradadır. Türk dili... Azərbaycan dili deyildi, 
türk dili idi. Mənim anamın pasportunda 1948-ci ilə qədər 
yazmışdılar: “turçanka”, türk. Sonra 1948-ci ildə dəyişdik, 
hamımızı elədilər azərbaycanlı. Bu, sonradan əmələ gəlib. 
Yuxarıdan belə göstəriş gəlib.
Mənim yadımdadır, 1978-ci ildə yeni konstitusiyanı qə-
bul  eləyəndə  Azərbaycan  Yazıçılar  İttifaqında  iclas  oldu. 
Həmin iclasın sədri mən idim. İclasda bir məsələdən söh-
bət getdi. Azərbaycan yazıçıları, Sabir Rüstəmxanlı durub 
orada  təklif  elədi  ki,  konstitusiyada Azərbaycanın  dövlət 
dili Azərbaycan  dili  yazılsın.  O  vaxt  belə  bir  şeyi  demək 
özü çox hünər tələb eləyirdi. Biz, başqa yazıçılar da bunu 
dəstəklədik, həmin protokolu göndərdik sonra yuxarılara. 
Səs çıxmadı. Sonra İmran Qasımovu çağırdılar yuxarılar-
dan kimin yanına, deyə bilmərəm. Sonra bizdən xahiş elə-
dilər, mənə dedilər ki, Hüseyn Abbaszadə, sən iclasın sədri 
kimi  iclasın  qərarını  yaz  göndər.  Mən  də  iclasın  qərarını 
yazıb  göndərdim,  qol  çəkdim  altında.  Yəni  indi  Mərkəzi 
Komitənin arxivində həmin qərar qalır. Azərbaycan yazıçı-
ları həmişə Azərbaycanın dövlət dilinin türk dili olmasını 
dəstəkləyiblər. Amma Azərbaycan dili.... Mənim əzizlərim, 
belə olmaz. Mənim nəvəm 4-cü sinifdə oxuyur.


194
H.ə.əliyev:  Hüseyn  müəllim,  o  vaxt  sən  yazdın  ki, 
türk dili olsun?
H.Abbaszadə: Yox, Azərbaycan dili.
H.ə.əliyev: Bəs niyə yazmadın?
H.Abbaszadə: O vaxt “türk dili” deyənin dilini boğa-
zından çıxarardılar. (Gülüş).
H.ə.əliyev: Çıxaraydılar da, nə olar, yazaydın da.
H.Abbaszadə: Xalqımızın böyük sənətkarı Hüseyn Ca-
vidi türk dilinə görə məhv elədilər. Bizim çox böyük oğul-
larımızı, böyük sənət adamlarımızı türkdilli olduğuna görə 
pantürkist  deyib  tutub  basırdılar  dama.  Necə  deyə  bilər-
sən? Elə o vaxtın özündə Azərbaycan dilinin dövlət dili ya-
zılması böyük hadisə idi, böyük hünər idi. Mənim yadım-
dadır...
H.əliyev: Amma bilirsən nə var? O vaxtlar biz əmək-
daşlıq eləyirdik və keçən dəfə də mən dedim, “Azərbaycan 
dili” yazmaq üçün mən nə qədər orada mübarizə apardım. 
Amma mən açıq üzünüzə deyirəm, hamınıza, sənə də de-
yirəm, Bəxtiyar müəllimə də deyirəm, bilirsiniz də o vaxt 
mənə gəlib deməmişdiniz ki, “türk dili” yazmaq lazımdır.
H.Abbaszadə: Düzdür.
H.ə.əliyev: Heç biriniz deməmişdiniz.
H.Abbaszadə: O vaxt qorxduq deməyə.
r.b.Quliyev: “Azərbaycan dili” demişdilər?
H.ə.əliyev:  “Azərbaycan  dili”  demişdilər,  onu  demiş-
dilər, amma “türk dili” deməmişdilər.
H.Abbaszadə: Bir gün Moskvada Yazıçılar İttifaqında 
söz düşdü. Ukrayna, Belorusiya yazıçıları mənə dedilər ki, 
ay  Hüseyn,  sizdə  konstitusiyada  yazılıbmı  “Azərbaycanın 
dövlət  dili  Azərbaycan  dilidir?”.  Dedim,  bəli.  Dedi,  Ukray-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə