BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə60/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

222
Biz yazdıq. Onda, əlbətttə ki, mənim sizə ehtiyacım var 
idi, mən istəyirdim ki, bir tək mənim səsim olmasın, xalqın 
səsi  olsun,  ziyalıların  səsi  olsun.  Çünki  mən  çox  böyük 
müqavimətlərə rast gəlirdim. Mən dedim ki, 1956-cı ildə, o 
qərarı qəbul eləyəndən sonra bizim respublikamızın başı-
na nə işlər gəldi. İndi ədalət naminə demək lazımdır, bəzi 
ağılsız hərəkətlərə görə. Bu hərəkətləri də  o vaxtlar insan-
lar başladılar  bir – birinə olan münasibətlərə çevirməyə. 
Hakimiyyət mübarizəsi gedirdi. İndi də gedir bu mübarizə. 
O vaxtlar – 1956-cı ildə belə bir qərar qəbul olundu. İndi 
gəlin bunu açıq danışaq. Əlavə olundu konstitusiyaya. O 
vaxtlar didişirdilər bir – biri ilə. Birinci katib Mustafayev, 
Nazirlər  Sovetinin  sədri  Sadıq  Rəhimov,  Ali  Sovetin  Rə-
yasət heyətinin sədri də Mirzə İbrahimov idi. O tərəf də var 
idi – İsgəndərov və başqaları Sadıq Rəhimovun dəstəsində. 
İmam Mustafayevin dəstəsində başqaları var idi. Didişir-
dilər, bir-birini didirdilər, istəyirdilər birini yıxsınlar, o biri-
si onun yerinə keçsin. Ona görə götürdülər istifadə elədilər, 
məlumatlar yazdılar Moskvaya ki, burada millətçilik, filan 
var, peşməkan var. 1959-cu ildə Siyasi Büronun böyük qə-
rarı çıxdı. Ondan bir il qabaq Sadıq Rəhimovu işdən götür-
dülər. Sonra o biri qrup hiddətləndi. 1959-cu ildə Siyasi Bü-
ronun böyük bir qərarı çıxdı ki, Azərbaycanda millətçilik 
var. Vəli Axundov oldu başçı. Nə o tərəf uddu, nə bu tərəf 
uddu. Vəli Axundov oldu respublikanın rəhbəri.
Ondan sonra nə etdilər? Gəldilər ki, - xatirinizə salmaq 
istəyirəm,  -  niyə  siz  Nərimanovu  bir  belə  şişirtmisiniz? 
Niyə bunu belə eləmisiniz? Yəqin ki, bizim tarixçilərin xati-
rindədir bunlar. Böyük bir bəlaya düşdük biz. Ondan son-
ra – həmin o 1959-cu ildən 1969-cu ilə qədər, bizim dövrü-


223
müzə qədər yenə də didişmələr dövrü oldu. Ona görə, mən 
bunların şahidi olduğuma görə, 1969-cu ildən Azərbaycan-
da camaatı birləşdirməyə, xalqı birləşdirməyə, rəhbərlikdə 
birlik yaratmağa, sabitlik yaratmağa çalışdım və buna da 
nail oldum.
Amma buna baxmayaraq 1977-ci ildə, 1978-ci ildə kons-
titusiya  müzakirə  olunarkən  böyük  maneələrə  rast  gəl-
dik. O vaxtlar artıq Moskvada şovinistlik əhval–ruhiyyəsi 
çox  yüksəlmişdi.  İndi  bu  incəlikləri  bilmirsiniz,  məsələn,  
1973-cü ildə partiya biletləri dəyişiləndə götürdülər partiya 
biletlərindən respublikalara aid olan bəzi sözləri çıxardılar. 
Bu proses gedirdi ki, lazım deyil Azərbaycan Kommunist 
Partiyası olsun, ya Ukrayna Kommunist Partiyası olsun. Elə 
bir dənə Sovet İttifaqı Kommunist Partiyası var, bəsdir. Son-
ra orada bu proseslər gedirdi, yəni respublikaların hüquq-
larını  məhdudlaşdırmaq,  ümumiyyətlə  bir  dövlət  etmək, 
xalqları birləşdirmək, guya ki, bir vahid sovet xalqı var, - bu 
proses gedirdi. Ona görə 1977-78-ci illərdə çox gərgin mü-
barizə gedirdi ki, hərə öz konstitusiyasını nə cür edəcəkdir. 
Və bunlardan da biri bizim milliliyimizi, müstəqilliyimizi 
müəyyən hədd daxilində də olsa təmin etmək üçün dövlət 
dilinin olması idi. O vaxt buna nail olduq və siz də çox sağ 
olun ki, kömək elədiniz.
Mən  əgər  işarə  eləmişəmsə,  işarəni  bundan  ötrü  elə-
mişəm. Amma indi yoxdur, heç kəsdən də qorxunuz yox-
dur,  müstəqilik.  Heç  kəsin  də  işarəsinə  ehtiyac  yoxdur. 
Kimdir o? Siz təqdim eləyin özünüzü.
V.əliyev  –  N.Tusi  adına  universitetin  professoru:  Bu 
zalda mən ikinci dəfə çıxış eləyirəm. Bu gün çıxış eləmək fik-
rində deyildim. Lakin xətrini istədiyim Sabir Rüstəmxanlı-


224
nın burada oturan ziyalıların ünvanına, o cümlədən şəxsən 
mənim ünvanımla bağlı olaraq dediyi söz mənə təsir elə-
yib, ona görə də mən burada çıxış eləyirəm.
Sabir müəllim, bilin ki, Heydər Əliyev kimi şəxsiyyət 
Azərbaycan xalqının tarixində bəlkə də birinci dəfədir ye-
tişib. Heydər Əliyev dünən elə gözəl, qısa formada təhlil 
verdi ki, görünür, çoxları bunun mahiyyətini başa düşmə-
yibdir. Burada oturanların  hər biri bu məqsəd üçün yığışıb, 
onu çox gözəl dərk edir. Kimin prezident olmağından asılı 
olmayaraq şəxsən mənim fikrim budur ki, bizim dil Azər-
baycan dilidir. Niyə görə? Əvvəla, Azərbaycan xalqı xalq 
kimi  formalaşarkən,  düzdür,  oğuz  kökü  üzərində  forma-
laşsa da, digər amillər burada rol oynayıbdır. Biz formalaş-
mışıq, müəyyən ərazidə uzun əsrlər boyu yaşayırıq. Əra-
zimiz var, dövlətimiz var, xalqımız var və xalqın dili var. 
Mən demək istəyirəm ki, belə mötəbər məclisdə, - bu, yəqin 
ki, veriləcək, xalqımız da tamaşa eləyəcək, - belə çıxmasın 
ki, biz kiminsə xahişi ilə, kiminsə göstərişi ilə söz deyirik. 
Burada oturanların heç birisi belə çıxış eləməyib. Hər kəs 
sərbəst surətdə. Bəxtiyar müəllim də öz sözünü deyib, o bi-
rilər də sözünü deyib, digər yoldaşlar da. Amma mən xahiş 
edərdim bu gün,-şəxsən mənim özüm üçün çox maraqlı-
dır, eləcə də əyləşən yoldaşlar üçün, - yazıçı, vətəndaş baş 
nazirin müavini Elçin bəy bu gün münasibətini bildirsin. 
Bircə dəqiqə. Niyə görə mən bunu soruşuram, niyə görə bu 
xahişi edirəm? Mən bilmək istəyirəm. Bayaq Bəkir müəl-
limə  sual  verərkən  Südabə  xanım  elə  -  belə  demədi.  Hər 
halda çox ciddi bir söhbət gedir. O çıxış edən, iclası aparan 
yoldaşın münasibəti də bizim üçün vacibdir. Bəkir müəl-
lim çıxış elədi, bildik ki, mövqeyi nədir və bir ziyalı kimi. 


225
Azərbaycan Elmlər Akademiyasının üzvü, akademik kimi 
bunun fikri nədən ibarətdir. Mən istərdim Elçin müəllimin 
də fikrini bilək.
H.ə.əliyev: Yaxşı qurtardınız? Elçin öz sözünü, öz fik-
rini deyibdir. Mən bunu keçən dəfə də dedim. O deyib ki, 
“Azərbaycan  türkcəsi”  olsun.  Elə  demisən  də?  Yox,  daha 
məlumat – zad üçün heç kəsə söz verməyəcəm.
e.əfəndiyev – Baş nazirin müavini, yeni konstitusiya 
layihəsini hazırlayan komissiyanın üzvü: Hörmətli komis-
siya üzvləri və hörmətli toplantı iştirakçıları. Mənim çıxış 
eləməyimin  səbəbi  ondan  ibarətdir  ki,  komissiyanın  icla-
sında öz fikrimi söyləmişəm və bizim hörmətli prezident 
iki dəfə - həm keçən dəfəki çıxışında, həm indiki çıxışında 
mənim fikrimi bildirdiyinə görə ehtiyac bilmədim ki, bir də 
durub hamınızın, o cümlədən də hörmətli professorun  vax-
tını alım. Bir halda ki, mənim çıxışım, fikrim lazımdır – bir 
daha öz fikrimi təsdiq eləməyi özümə borc bilirəm. Məsələ 
burasındadır ki, hörmətli prezident, hörmətli toplantı işti-
rakçıları,  buradakı  çıxışlarda,  çıxışların  böyük  əksəriyyə-
tində bir adi həqiqət səhv salınıb. O da bundan ibarətdir 
ki, dilin adından söhbət gedir, dilin dəyişməyindən söhbət 
getmir. Bu barədə burada danışdılar, dedilər bəzi alimlər. 
Yəni burada dilin adından söhbət gedirsə, xalqları, o cüm-
lədən  qardaş,  doğma  Türkiyə  türkləri  ilə  azərbaycanlıla-
rı  qarşı-qarşıya  qoymaq  qəti  surətdə  düzgün  deyil.  Mən 
qələm dostum Yusif Səmədoğlunun çıxışından o nöqteyi – 
nəzərdən çox narazı qaldım. Məndə elə bir təəssürat yaran-
dı ki, əgər bizim türk qardaşlarımızla danışdıqda mənim 
əziz dostum Yusif onların dediyinin 40 faizini anlamayıb-
sa, onlar “türk dövrü” sözünü “türkan” adlandıran başqa 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə