BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə40/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

145
olmasaydı, buna heç böyük təcrübə də lazım deyildi. Dün-
ya təcrübəsi, adi bir təcrübə var ki, hər şeyi müzakirə etmək 
olar. 
Yenə də deyirəm, bu müzakirə prosesinə baxsanız, bi-
zim müzakirəmiz belə olmayıb. Komissiyada 3 nəfər adam 
başqa təklif verib. Amma qalanları isə deyirlər ki, Azərbay-
can dili yazılsın. Nə üçün onda bəs 3 nəfər başqa təklif ver-
diyi halda biz layihədə bunu Azərbaycan dili olaraq mü-
zakirəyə vermişik, mətbuatda dərc etdirmişik? Bunu izah 
etmək istəyirəm. 
Birincisi,  ona  görə  ki,  bizim  mövcud  konstitusiyamı-
zın 73-cü maddəsində Azərbaycan dili yazılıb. İkincisi, ona 
görə  ki,  uzun  müddət  –  indi  bu  gün  məlum  oldu,  yəqin 
onun tarixi haqqında arayışlar da veriləcəkdir – 1936-cı il-
dən sonra bizim dilimiz Azərbaycan dili yazılıb. Üçüncüsü 
də, ona görə ki, 1992-ci ilin dekabrında qəbul olunmuş qa-
nun qeyri – qanunidir. Ancaq buna baxmayaraq, bizim bu 
üç ziyalı, komissiya üzvü tərəfindən verilən təklifi nəzərə 
alaraq mən məsləhət gördüm ki, bu məsələ qoy ümumxalq 
müzakirəsinə  verilsin.  Layihəni  vermişik  ki,  xalq  müza-
kirə etsin, öz fikrini desin, ancaq bu məsələ ilə məşğul olan 
mütəxəssislərimiz, alimlərimiz, yazıçılarımız, dilçilərimiz, 
tarixçilərimiz  və  bu  dairədə  maraqlı  olan  təşkilatlar  qoy 
bunu xüsusi müzakirə etsinlər. Mən bu barədə komissiya-
nın işçi qrupunun sədri Ramiz Mehdiyevə göstəriş verdim 
və ondan sonra bilirsiniz ki, mənim başım qarışdı, ABŞ-a 
səfərə getdim, gəldim. 
O vaxt biz belə danışdıq ki, Yazıçılar Birliyi ayrıca, Jur-
nalistlər Birliyi ayrıca, dilçilik institutları, ədəbiyyat insti-
tutları ayrıca müzakirə etsinlər. Universitet ümumən yox, 


146
çünki  universitetdə  fizika,  kimya,  biologiya,  riyaziyyat 
mütəxəssisləri də var, - bəlkə, deyək ki, onlar dilə o qədər 
də maraq göstərmirlər, - ancaq universitetdə dilçiliklə məş-
ğul olan mütəxəssislər müzakirə etsinlər və bu müzakirələ-
rin nəticəsini konstitusiya komissiyasına versinlər. 
Mən  oktyabrın  30-da  işçi  qrupunun  iclasını  çağırdım 
və  öyrəndim  ki,  mənim  göstərişim  həyata  keçirilməyib, 
bu müzakirələr aparılmayıb. Ona görə də oktyabrın 31-də 
Elmlər Akademiyasının böyük salonunda belə bir yığınca-
ğın çağırılmasını lazım bildim və bunu etdik. 
Ancaq  onu  da  bildirmək  istəyirəm  ki,  bu  ümumxalq 
müzakirəsindən sonra konstitusiya layihəsinə 1400 təklif – 
müəyyən düzəlişlər, əlavələr gəlib. Həmin 1400 təklifdən 
18 – i dövlət dili ilə əlaqədardır. Bu 18 təklifdə dövlət dilinin 
cürbəcür formalarda – ya türk dili, yaxud da ki, Azərbaycan 
türkcəsi yazmaq təklif edilir. Əgər bu işə yenə də mexaniki 
münasibət göstərilsə, – ümumxalq müzakirəsi olubdur, 18 
təklif elə bir böyük rəqəm deyildir, – mən bunu qoyardım 
komissiyanın  iclasına,  18  təklifə  baxardıq,  layihədə  olan 
maddəni də qəbul edərdik. Amma hesab etdim ki, bu yol-
la  getmək  lazım  deyil.  Oktyabrın  31-də  ziyalılarla  xüsusi 
görüş keçirdim, ondan sonra orada olan çıxışlar haqqında 
mənə məlumat verdilər. Həmin məlumatları alandan sonra 
mən belə bir qərar qəbul etdim ki, bu gün bu məsələ komis-
siyanın iclasında xüsusi müzakirə olunsun. 
Bugünkü  iclasa  komissiyanın  və  işçi  qrupunun  üzv-
lərindən  əlavə,  oktyabrın  31-də  Elmlər  Akademiyasında 
keçirilən o yığıncaqda çıxış edən 27 nəfərin hamısı dəvət 
olunubdur. Ona görə yox ki, onlar bir də, təkrar çıxış et-
sinlər. Amma bir halda ki, onlar çıxış ediblər, ona görə də 


147
buraya  dəvət  olunublar.  Eyni  zamanda  mən  xahiş  etdim 
ki, bu işlə məşğul olan bizim mütəxəssislər, dilçilər, ədə-
biyyatçılar, Yazıçılar Birliyinin tək rəhbərliyi yox, müəyyən 
bir  qrup  adam  dəvət  olunsunlar.  Burada  onlar  da  iştirak 
edirlər. Mən istəyirəm ki, bu məsələni bax, belə bir şəraitdə 
müzakirə edək.
Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Bu çox 
taleyüklü, tarixi, ciddi bir məsələdir. Bu məsələni hissiyyata 
qapılmaqla, emosiyalarla həll etmək olmaz. Kimin ürəyi nə 
istəyirsə, onunla həll etmək olmaz. Ümumiyyətlə, xalqın ta-
leyi həll edilən halda, xalqın taleyi ilə olan məsələlərin həl-
linə gərək hər kəs çox böyük məsuliyyət hissi ilə yanaşsın. 
Meydanda qışqırmaq, orada çıxış etmək, hay – küy salmaq, 
yaxud birinə demək ki, bu vicdanlıdır, bu vicdansızdır, - 
bilirsiniz, bu ifadələr lazım deyil. Bu məsələləri həll etmək 
üçün alqışlar da, qışqırıqlar da lazım deyil. Təmkinlə, sa-
kit,  sərbəst,  gələcəyi  düşünərək,  keçmişə  düzgün  qiymət 
verərək bu məsələləri müzakirə etmək lazımdır.
Təəssüf  ki,  son  illərdə  respublikamızda  bəzi  emosio-
nal,  hissiyyata  qapılan  çıxışlar  və  sairə  müvəqqəti  olaraq 
müəyyən bir auditoriyanı ələ alıb, ona təsir göstərib. Bunlar 
hamısı müvəqqəti şeylərdir. Amma bizim mənəvi dəyərlə-
rimiz daimi xarakter daşıyır, onlar bəşəridir. Ona görə də 
bu işlərə cılız  yanaşmaq olmaz. Məsələn, mənə dedilər və 
dünən axşam televiziya ilə çıxışların bir hissəsini verdilər, 
baxdım: bəzisi çıxış edir, yerdən qışqırırlar, əl çalırlar, kimi 
isə qəhrəman hesab edirlər ki, o qəhrəmanlıq edib, bizim 
dilimizi türk dili edib və sairə.
Bilirsiniz,  bunlar  yararsız  şeylərdir.  Birincisi,  bunlar 
həmin  o  qışqırıqların,  hay-küy  salanların  səviyyəsizliyi-


148
ni göstərir. Mən bunu tam məsuliyyətlə demək istəyirəm. 
Eyni zamanda bunlar bizim işimizin  layiqli həll olunma-
sına kömək etmir. Ola bilər, kiminsə qəlbində hansısa his-
siyyat  çox  coşğundur.  Hər  kəs  bir  fərddir,  hər  fərdin  də 
özünəməxsus  xasiyyəti,  fikri  var.  Bizdə  hər  şey  azaddır. 
Hər kəs öz sözünü azad deyə bilər, buna etiraz yoxdur. An-
caq belə məsələnin həll olunmasına çox məsuliyyətli, çox 
düşüncəli yanaşmaq lazımdır. Yenə də deyirəm, emosiya-
lara, hissiyyata qapılmaq lazım deyil, subyektivliyə, kon-
yunkturluğa yol vermək olmaz. Bizim keçmişdə konyunk-
turluğa, bəzən subyektivliyə, volyuntarizmə görə başımıza 
çox iş gəlib. Gəlin bundan sonra bu səhvləri buraxmayaq. 
1992-ci ildə qəbul olunmuş o qeyri – qanuni qanun da elə 
subyektivliyin, volyuntarizmin bir nümunəsidir.
Bax, bunları nəzərə alaraq, - baxmayaraq ki, işlərimiz 
həddindən  artıq  çoxdur,  tutduğumuz  o  qrafik  bir  qədər 
gecikir,  mən  hesab  edirəm  ki,  bunun  eybi  yoxdur,  -  bu 
məsələni bu gün sərbəst müzakirə etmək üçün mən sizi bu-
raya dəvət etmişəm və məsələni müzakirəyə çıxarmışam. 
Güman edirəm, dediklərim hər bir şəxs üçün, burada sər-
bəst fikir söyləmək üçün şərait yaradır.
Müzakirəni  başlamaq  üçün  mən  istəyirəm  ki,  Ramiz 
Mehdiyevə  söz  verəm  və  o,  Elmlər  Akademiyasında  ke-
çirilən  yığıncağın  nəticəsi  barədə  məlumat  versin.  Çünki 
mən orada çıxış etdim, yəni məsələnin qoyuluşu haqqında 
fikirlərimi söylədim, ondan sonra getdim ki, orada iştira-
kımla heç bir fikrə təsir etməyim. Amma indi komissiyanın 
üzvləri,  o  cümlədən  mən  də  bilməliyəm  ki,  orada  gedən 
müzakirələr nə cür olub və onun məzmunu nədən ibarət-
dir, nə nəticə verib.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə