BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə38/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

136
direktoru,  professor  Ağamusa  Axundov,  professor  Vaqif 
Aslanov, xalq şairi Nəbi Xəzri, professor Tofiq Hacıyev, Ya-
zıçılar Birliyinin sədri Anar, N.Tusi adına Azərbaycan Pe-
daqoji Universitetinin rektoru, professor Nizami Xudiyev, 
professor Şamil Qurbanov, xalq şairi Qabil, Yazıçılar Birli-
yinin katibi Çingiz Abdullayev, akademik Fərəməz Maqsu-
dov, Milli Məclisin üzvləri Sabir Rüstəmxanlı, Xeyrulla Əli-
yev, yazıçı Əkrəm Əylisli, professorlar Kamil Vəliyev, Əlisa 
Şükürlü,  şair  İsa  İsmayılzadə,  professor  Nizami  Cəfərov, 
Azərbaycan  Sosial  Demokrat  Partiyasının  üzvü  Mübariz 
Əliyev, EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş 
elmi  işçisi  Ruqiyyə  Qəmbər  qızı,  professor  Musa Adilov, 
EA-nın  müxbir  üzvü,  professor  Məsumə  Məlikova,  pro-
fessorlar Qəzənfər Kazımov, Yusif Seyidov, EA-nın müxbir 
üzvü, professor Fuad Qasımzadə, professorlar Həsən Mir-
zəyev,  Ənvər  İsmayılov,  baş  elmi  işçi  Zöhrab  Həsənoğlu 
çıxış etdilər.
Natiqlər Azərbaycan Respublikasının yeni konstitusiya 
layihəsini bəyəndiklərini bildirdilər, eyni zamanda onu tək-
milləşdirmək üçün konkret təkliflər irəli sürdülər. Yığınca-
ğın mövzusuna müvafiq olaraq, diqqət mərkəzində duran 
əsas məsələ yeni konstitusiya layihəsinin 23-cü maddəsinin 
necə yazılması idi. Tərəfdarlarının sayına görə verilən tək-
lifləri  aşağıdakı  ardıcıllıqla  sadalamaq  olar:  “Azərbaycan 
Respublikasının dövlət dili Azərbaycan dilidir”; “Azərbay-
can Respublikasının dövlət dili Azərbaycan dilidir (Azər-
baycan türkcəsidir)”; “Azərbaycan Respublikasının dövlət 
dili türk dilidir”.
Yığıncağın axırında məlumat verildi ki, buradakı çıxış-
ların hamısının videoyazısı və stenoqramı yeni konstitusi-


137
ya  layihəsini  hazırlayan  komissiyaya  təqdim  ediləcək  və 
müzakirə zamanı nəzərə alınacaqdır.


138
Azərbaycan respublikasının 
yeni konstitusiya layihəsini hazırlayan 
komissiyanın növbəti iclası
Noyabrın  2-də  respublika  prezidenti  Heydər  Əliye-
vin yanında Azərbaycan Respublikasının yeni konstitusiya 
layihəsini hazırlayan komissiyanın növbəti iclası oldu. İc-
lasda Prezident Aparatı, Ali Sovetin, Nazirlər Kabinetinin 
məsul işçiləri, respublikanın görkəmli alimləri, ədəbiyyat, 
incəsənət, mədəniyyət xadimləri iştirak edirdilər.
Azərbaycan Respublikasının yeni konstitusiya layihəsi-
nin 23-cü maddəsinin–Azərbaycanın dövlət dili haqqında 
məsələnin müzakirəsinə həsr olunmuş iclası giriş sözü ilə 
respublika  prezidenti,  konstitusiya  komissiyasının  sədri 
Heydər Əliyev açdı.
Azərbaycan  prezidentinin  təklifi  ilə  iclas  iştirakçıları 
oktyabrın 28-də Bakı metrosunda baş vermiş faciə zamanı 
həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İclasda  oktyabrın  31-də  Elmlər  Akademiyasında  res-
publikanın  yeni  konstitusiya  layihəsinin  müzakirəsinə 
həsr olunmuş yığıncağın yekunları barədə Prezidentin İcra 
Aparatının rəhbəri Ramiz Mehdiyevin məlumatı dinlənil-
di. Sonra respublika Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşa-
yev dövlət dilimiz haqqında məsələnin əks olunduğu tarixi 
sənədlər haqqında məlumat verdi.
İclasda  Prezident  Aparatının  şöbə  müdiri  Şahin  
Əliyev,  Milli  Məclisin  üzvü,  yazıçı  Yusif  Səmədoğlu,  şair 


139
Cabir  Novruz,  akademik  Ziya  Bünyadov,  EA-nın  müxbir 
üzvü,  professor,  xalq  şairi  Bəxtiyar  Vahabzadə,  şair  Zə-
limxan Yaqub, EA-nın müxbir üzvü, professor Afad Qur-
banov, professor Rəşid Göyüşov, akademik Cəmil Quliyev, 
xalq yazıçısı Hüseyn Abbaszadə, EA-nın müxbir üzvü, pro-
fessor İqrar Əliyev, Milli Məclisin üzvü Hüseynağa Quli-
yev, xarici işlər naziri Həsən Həsənov, şair Nəriman Həsən-
zadə, baş nazirin müavini İzzət Rüstəmov, ədliyyə naziri 
vəzifəsini icra edən Südabə Həsənova, akademik Bəkir Nə-
biyev,  Milli  Məclisin  üzvü,  şair  Sabir  Rüstəmxalı,  N.Tusi 
adına Pedaqoji Universitetin professoru Vilayət Əliyev, baş 
nazirin müavini Elçin Əfəndiyev, respublika Ali Sovetinin 
sədri Rəsul Quliyev çıxış etdilər.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 
iclasda yekun sözü söylədi.


140
Azərbaycan respublikasının yeni konstitusiya  
layihəsini hazırlayan komissiyanın iclası
Xəbər verdiyimiz kimi, noyabrın 2-də respublika pre-
zidenti Heydər Əliyevin yanında Azərbaycan Respublika-
sının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 
növbəti iclası olmuşdur.
İclası giriş sözü ilə respublika prezidenti, konstitusiya 
komissiyanın sədri Heydər Əliyev açmışdır.
Azərbaycan prezidenti  
Heydər əliyevin giriş sözü
– Hörmətli komissiya üzvləri!
Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycan Respublikasının növbəti iclası keçi-
rilir. Bildiyiniz kimi, indiyə qədər komissiya tərəfindən çox 
iş görülüb, konstitusiyanın layihəsi hazırlanıb, mətbuatda 
dərc  olunub,  ümumxalq  müzakirəsinə  verilib.  Oktyabrın 
14-də  komissiyanın  iclasında  biz  belə  qərar  qəbul  etdik 
ki,  ümumxalq  müzakirəsi  başa  çatandan  sonra  noyabrın 
2-dək  ümumxalq  müzakirəsinin  yekunları,  verilən  təklif-
lər əsasında konstitusiyanın layihəsi işlənilsin, komissiya-
da baxılsın və noyabrın 2-də son variant, yəni ümumxalq 
müzakirəsindən  sonra  hasil  olmuş  variant  bir  daha  dərc 
edilsin ki, Azərbaycan Respublikasının yeni konstitusiyası 
noyabrın  12-də  ümumxalq  səsverməsi,  referendumu  va-
sitəsilə qəbul olunsun.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə