BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə34/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

120
verməsi,  referendum  yolu  ilə  konstitusiya  layihəsinə  öz 
münasibətlərini bildirsinlər. Referendumun nəticəsinə görə 
də konstitusiyanın qəbul edilməsi məsələsi həll olunacaq-
dır.
Vətəndaşlardan daxil olan təkliflərdən başqa, layihə ay-
rı-ayrı təşkilatlarda, birliklərdə, müəssisələrdə, idarələrdə, 
elm  ocaqlarında,  yaradıcılıq  təşkilatlarında,  mədəniyyət 
birliklərində müzakirə edilibdir. Burada deyildi ki, layihəni 
Elmlər Akademiyası da müzakirə edib və öz fikrini bildi-
ribdir. Ancaq mən konstitusiyanın bir maddəsinin xüsusi 
müzakirə olunmasını lazım hesab edirəm. Bu, Azərbayca-
nın dövlət dili haqqında olan 23-cü maddədir.
Konstitusiya  komissiyasında  layihə  müzakirə  olu-
narkən komissiyanın üzvlərindən üç nəfər – şair Bəxtiyar 
Vahabzadə,  yazıçılar  Anar  və  Elçin  Əfəndiyev  belə  fikir  
söylədilər ki, “dövlət dili Azərbaycan türk dilidir” yazılsın. 
Biz bu məsələni müzakirə etdik. Son layihəni dərc olunma-
ğa göndərərkən belə qərara gəldik ki, bu layihədə indiyə-
dək konstitusiyada olduğu kimi yazaq. Bu barədə sizə qısa 
tarixi arayış vermək istəyirəm.
1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan konstitusi-
yasında dövlət dili haqqında heç bir maddə yoxdur.
1937-ci ildə qəbul edilmiş Azərbaycan konstitusiyasın-
da da dövlət dili haqqında heç bir maddə olmayıbdır.
1956-cı  ildə  Azərbaycan  Respublikasının  Ali  Soveti 
1937-ci  ildə  qəbul  olunmuş  konstitusiyaya  əlavə  edibdir. 
Konstitusiyaya  Azərbaycan  Respublikasında  dövlət  di-
linin  Azərbaycan  dili  olması  barədə  maddə  əlavə  edilib-
dir. O vaxt işləyən adamlarımız bunu xatırlayırlar. Həmin  
dövrdə bu maddənin qəbul edilməsi respublikada müəy-


121
yən  mübahisələr  doğurdu.  Mən  də  onun  şahidiyəm.  Bu 
maddənin  qəbul  olunmasından  sonra  həyata  keçirilən 
bəzi  tədbirlər  daha  çox  mübahisələr  və  narazılıqlar  do-
ğurdu.  Bu,  deyə  bilərəm  ki,  o  vaxt  respublikamızı  çətin 
vəziyyətə saldı. Çünki belə bir maddə qəbul edilən kimi o 
vaxt– bəzən belə də olur, bəzi adamlar özlərini həddindən 
çox vətənpərvər, millətə həddindən artıq yaxın göstərmək 
istəyirdilər – dərhal göstərişlər verildi ki, bütün idarələrdə, 
təşkilatlarda yazışmaların hamısı ancaq Azərbaycan dilin-
də getsin. Makinalar dəyişdirilməyə başlandı. Şübhəsiz ki, 
o vaxt bizim kargüzarlıq işlərində, katiblikdə, yazışmalar-
da rus dili üstünlük təşkil edib. Çünki əsas işlər rus dilində 
gedirdi. Ona görə işçilərin çoxu da rusdilli idi – ya rus, ya 
da  erməni  millətindən,  yaxud  rusdilli  azərbaycanlılardan 
ibarət  idi.  Onların  bəzilərini  işdən  çıxarmağa  başladılar. 
Bu, Azərbaycanda böyük narazılıq doğurdu. Bundan da o 
vaxt Azərbaycana pis münasibət, bəlkə də düşmən müna-
sibəti göstərən qüvvələr istifadə etdilər. Xatirinizdədir ki, 
1959-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkə-
zi Komitəsi Azərbaycanda millətçilik olması barədə qərar 
qəbul  etdi.  O  vaxt  Azərbaycan  rəhbərliyi  dəyişildi,  bəzi 
vəzifəli şəxslər bundan istifadə edib öz şəxsi məqsədlərinə 
nail oldular. Hər halda, bu tarix məlumdur. Ondan sonra 
bu məsələ müəyyən qədər sakitləşdi.
1977-78-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən 
bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni 
konstitusiyada  Azərbaycanın  dövlət  dilinin  Azərbaycan 
dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, 
mən  həmin  konstitusiyanı  hazırlayan  komissiyanın  sədri 
idim və bu işlərə rəhbərlik edirdim.


122
Ancaq  bu  maddə  Moskvada  çox  böyük  etiraza  səbəb 
oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yox-
dur, buna ehtiyac yoxdur. Mən indi sizin vaxtınızı alıb bun-
ların hamısını geniş danışmağa ehtiyac duymuram. Ancaq 
o  vaxt  mən  Sovetlər  İttifaqının  rəhbərliyi  ilə,  Kommunist 
Partiyasının  rəhbərliyi  ilə  çox  gərgin  danışıqlar  apardım. 
Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili 
olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq.
Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fi-
kirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət 
idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-
ci ildə, səhv etmirəmsə, aprel ayında biz konstitusiyanı qə-
bul etdik. Həmin konstitusiyada yazıldı ki, Azərbaycanın 
dövlət dili Azərbaycan dilidir. Xatirimdədir, o vaxt başqa 
respublikanın  rəhbərləri  ilə  kəskin  danışıqlarımız  oldu. 
Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqla-
rım xatirimdədir. O buna çox etiraz edirdi, belə əsaslandı-
rırdı ki, siz belə yazdığınız halda gərək onda biz də yazaq 
ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim 
ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respub-
likasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizim-
kindən qat – qat artıqdır. Siz istəsəniz bunu yaza bilərsiniz. 
Ancaq siz nə üçün bizə mane olursunuz? Mübahisəmiz çox 
gərgin oldu.
Hər halda biz bunu etdik. Deyə bilərəm ki, o vaxt on 
beş müttəfiq respublikadan yalnız üç respublikanın – Azər-
baycan,  Gürcüstan  və  Ermənistanın  konstitusiyalarında 
dövlət dili haqqında maddə var idi. Qalan respublikaların 
heç birinin konstitusiyasında dövlət dili haqqında maddə 
yox idi.


123
Mən 1978-ci ildə qəbul edilmiş konstitusiyanı nəzərdə 
tuturam. Qeyd etmək istəyirəm ki, o cümlədən Baltikyanı 
respublikalar  da  –  onlar  öz  milli  ənənələrini  başqalarına 
nisbətən daha çox qoruyub saxlamağa çalışırdılar. O vaxt 
onları ümumiyyətlə, millətçi respublikalar hesab edirdilər, 
- buna baxmayaraq onlar öz konstitusiyalarında dövlət di-
lini yazmamışdılar.
Ancaq  biz  buna  nail  olduq.  Hesab  edirəm  ki,  bu,  o  
dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiy-
yətlə,  ölkəmizin  tarixində  çox  böyük  hadisə  oldu.  İndiyə 
qədər  konstitusiyamızın  73-cü  maddəsi  –  “Azərbaycanın 
dövlət dili Azərbaycan dilidir” maddəsi qüvvədədir. Bunu, 
yəni Azərbaycan  konstitusiyasının  73-cü  maddəsi  qüvvə-
dədir fikrini nəzərə alaraq yeni konstitusiyanın son layihə-
sini dərc edərkən yazdıq ki, Azərbaycanın dövlət dili Azər-
baycan dilidir.
Ancaq sizə məlumdur ki, 1992-ci ildə başqa proseslər 
olmuşdur. 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məc-
lisində  dövlət  dili  haqqında  məsələ  müzakirə  edilmişdir. 
Bu müzakirə nəticəsində qərar qəbul olunub ki, Azərbay-
canın dövlət dili türk dilidir. O vaxt mən Bakıda yaşamır-
dım,  Naxçıvanda  idim.  Eşitdiklərimdən,  bildiklərimdən 
belə hiss etdim ki, bu qərar respublikada birmənalı qarşı-
lanmayıbdır.  Bu  qərardan  çox  narazı  olanlar  var  idi,  onu 
çox bəyənənlər də var idi.
Sonra, konstitusiya layihəsini hazırlayarkən mən bunu 
araşdırdım. Bu barədə mənə əvvəl də demişdilər. Ancaq bir 
var ki, bir şeyi ordan – burdan eşidəsən, bir də var ki, özün 
araşdırasan. Mən bunu şəxsən özüm üçün araşdırdım və 
məlum oldu ki, bildiyiniz kimi, burada özbaşınalığa, vol-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə