BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə33/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

116
konstitusiyası qəbul edildi. Həmin konstitusiya indiyədək 
qüvvədədir.
Şübhəsiz  ki,  ondan  sonrakı  dövrdə  respublikamızda 
baş  vermiş  böyük  dəyişikliklərlə,  Azərbaycanın  müstəqil 
dövlət olması ilə əlaqədar həmin konstitusiyaya müəyyən 
dəyişikliklər edilibdir. Lakin bizim üçün əsas sənəd 1991-ci 
il oktyabrın 18-də qəbul olunmuş Konstitusiya Aktıdır.
Beləliklə, biz bu konstitusiya ilə yaşamışıq. Ancaq indi 
müstəqil Azərbaycan Respublikasının yeni konstitusiyasını 
qəbul edirik. Bir də qeyd edirəm, bu, çox böyük tarixi ha-
disədir və bizim, indiki nəsillərin üzərinə çox böyük məsu-
liyyət qoyur.
Konstitusiya  elə  bir  sənəddir  ki,  o  gərək  uzun  müd-
dət yaşasın. Onun ömrü uzun olmalıdır. Konstitusiya tez-
tez  dəyişilə  bilməz.  Əgər  konstitusiya  doğrudan  da  həm 
bu  günü,  həm  də  gələcəyi  tamamilə  əks  etdirə  bilirsə,  o,  
uzunömürlü ola bilər, gələcəkdə ona dəyişikliklər etməyə 
ehtiyac olmaz və ya çox cüzi dəyişikliklər aparıla bilər.
Ona görə də bu işə həddindən artıq məsuliyyətlə ya-
naşmaq lazımdır. Biz belə də yanaşırıq. Yəni öz məsuliyyə-
timizi dərk edirik və bu mühüm sənədin qəbul olunması 
üçün gələcək nəsillərin qarşısında nə qədər cavabdeh ola-
cağımızı da dərk edirik.
Mən  konstitusiya  komissiyasının  sədri  kimi  konstitu-
siya  layihəsinin  hazırlanması  dövründən  bu  günə  qədər 
çalışmışam ki, layihənin hazırlanmasında bu sahədə biliyi, 
elmi təcrübəsi olan bütün alimlər, mütəxəssislər, hüquqşü-
naslar,  dövlət  xadimləri,  ictimai  –  siyasi  xadimlər,  mədə-
niyyət xadimləri iştirak etsinlər.
Konstitusiya komissiyasının tərkibi bu dediyim fikirlə-


117
ri əks etdirir. Eyni zamanda mən hesab edirəm ki, bu bö-
yük məsuliyyəti yalnız konstitusiya komissiyası üzvlərinin 
öhdəsinə qoymaq olmaz. Bu məsuliyyəti hamımız, bütün 
xalqımız daşımalıdır. Hər bir vətəndaş həm bu gün üçün, 
həm də gələcək nəsillər üçün konstitusiyanın hazırlanma-
sında iştirak etməyə çalışmalıdır, öz səylərini və xidmətlə-
rini  göstərməlidir.  Şübhəsiz  ki,  kim  nəyə  qadirdirsə,  kim 
nəyi bacarırsa, kim nə edə bilərsə, etməlidir.
Azərbaycanda  bu  sahədə  bilikli,  təcrübəli,  bacarıqlı 
adamlar çoxdur. Lazımdır ki, bu işdə heç kəs biganə qal-
masın. Lazımdır ki, hər bir kəs, hər bir vətəndaş konstitusi-
yanın hazırlanmasını və qəbul olunmasını öz şəxsi işi kimi, 
taleyi kimi qəbul etsin. Belə olan halda biz Azərbaycanın 
müstəqilliyini  təmin  edən,  vətəndaşlarımızın  hüquqlarını 
qoruya bilən, ölkəmizin dövlətçiliyini möhkəmləndirən və 
respublikamızın  müstəqil  bir  dövlət  kimi  yaşaması  üçün 
əsas olan qanun, konstitusiya qəbul edə bilərik.
Hesab edirəm ki, bu sahədə çox iş görülübdür. Kons-
titusiya layihəsinin hazırlanmasına biz çox vaxt sərf etdik. 
Bu iş çoxdan başlanıbdır – bizim mütəxəssislər bu işə bir il 
bundan öncə başlayıbdır. Ancaq biz bu işə mütəşəkkil ola-
raq iyun ayından başladıq və çox intensiv iş getdi.
Konstitusiya komissiyası yaranarkən yeni konstitusiya 
layihəsinin bir çox müddəaları demək olar ki, işlənib hazır-
lanmışdı. Konstitusiya komissiyası yarandı, onun işçi qru-
pu təşkil edildi. Həmin qrup gərgin işlədi və layihə kons-
titusiya komissiyasında bir neçə dəfə müzakirə ediləndən 
sonra ümumxalq müzakirəsinə verildi.
İndi müzakirələr sona çatır. Biz gərək ümumxalq mü-
zakirəsi zamanı verilmiş təklifləri, düzəlişləri iki – üç gün 


118
içərisində  təhlil  edək,  konstitusiya  komissiyasında  baxaq 
və  onların  dəyərlilərindən,  xeyirlilərindən  istifadə  edək, 
beləliklə də layihəni təkmilləşdirək. Şəxsən mənim məqsə-
dim bundan ibarətdir.
Mən  bu  işə  çox  məsuliyyətlə  yanaşıram.  Çünki  həm 
Azərbaycanın  konstitusiya  tarixini  bilirəm  və  onu  böyük 
diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda 
dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iş-
tirakçısıyam.
1977-ci ildə Sovetlər İttifaqında yeni konstitusiya  qəbul 
olundu. O konstitusiyanın hazırlanması dövrü çox böyük 
idi. Konstitusiya komissiyası təşkil olunmuşdu. O vaxtlar 
Sovetlər  İttifaqında,  hər  bir  müttəfiq  respublikada  geniş 
işlər  aparılırdı.  Mən  həmin  konstitusiya  komissiyasının 
üzvü idim və 1977-ci ildə qəbul olunmuş konstitusiyanın 
hazırlanmasında iştirak etmişəm. Hətta həmin konstitusiya 
qəbul olunarkən Sovetlər İttifaqı Ali Sovetinin sessiyasın-
da çıxış etmişəm. Sonra isə bir il biz öz respublikamızın – 
Azərbaycan Respublikasının konstitusiyasını hazırlamaqla 
məşğul olduq. Biz də komissiya yaratdıq. Mən respublika-
nın  rəhbəri  kimi  konstitusiya  komissiyasının  sədri  idim. 
Xatirimdədir, biz o vaxt nə qədər çox iş gördük.
Doğrudur,  qeyd  etdiyim  kimi,  bizim  qəbul  etdiyimiz 
konstitusiya Sovetlər İttifaqı konstitusiyasının müddəaları-
na uyğun olmalı idi, ona münasib yazılmalı idi və eyni za-
manda respublikamızın bəzi xarakterik cəhətlərini özündə 
əks etdirməli idi. Hesab edirəm ki, o vaxt biz buna nail ola 
bildik. O dövrün, o zamanın şərtləri daxilində biz Azərbay-
canın konstitusiyasını qəbul etdik.
Beləliklə,  mən  bu  məsələlərin  çoxunu  həm  tarixi  öy-


119
rəndiyimə görə, həm də bir çox hissəsində bilavasitə işti-
rak etdiyimə görə indi müstəqil Azərbaycan Respublikası-
nın  konstitusiyasını  tam  müstəqil,  heç  bir  dövlətdən,  heç 
bir mərkəzdən, heç bir kəsdən asılı olmayaraq özümüzün 
sərbəst qəbul etməyimizin nə qədər məsuliyyətli və şərəfli 
olduğunu dərk edirəm.
Ona  görə  də  indiyədək  çalışmışam  ki,  bu,  konstitusi-
yanın hazırlanmasında hamı çox yaxından, ürəkdən iştirak 
etsin. Çalışsın, maksimum səy göstərsin ki, bizim konstitu-
siyamız mükəmməl olsun. Buna nə qədər nail olduğumu-
zu şübhəsiz ki, xalq qiymətləndirməlidir. Çünki layihə dərc 
olunubdur, müzakirədən keçibdir. Aparılan müzakirələr və 
konstitusiya komissiyasına daxil olan təkliflər onu göstərir 
ki, xalq, ictimaiyyət, vətəndaşlar bu layihəni ümumən qə-
bul edirlər. Layihənin əleyhinə birbaşa çıxan yoxdur. Ancaq 
onu təkmilləşdirmək üçün təkliflər, əlavələr, dəyişikliklər 
irəli sürülür. Mən dünən işçi qrupu ilə görüşmüşəm. On-
ların mənə verdiyi məlumatdan aydın olur ki, konstitusiya 
komissiyasına 1400 təklif, dəyişiklik daxil olubdur. Bu tək-
liflər cürbəcürdür və konstitusiyanın müxtəlif maddələrinə 
aiddir. Onlar təhlil olunur. İşçi qrupu onların təhlili və qiy-
mətləndirilməsi  ilə  məşğuldur  və  o  təkliflərdən  hansının 
qəbul olunub – olunmaması barədə konstitusiya komissi-
yasına öz fikrini söyləyəcəkdir. Nəhayət, bunlar konstitusi-
ya komissiyasında həll olunacaqdır.
Güman edirəm ki, müzakirə nəticəsində alınan təkliflər 
konstitusiya layihəsini daha da təkmilləşdirəcək və biz bu 
günlərdə konstitusiyanın son layihəsini bir daha mətbuat-
da dərc edəcəyik ki, vətəndaşlarımız noyabr ayının 12-də 
parlament seçkiləri zamanı eyni zamanda ümumxalq səs-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə