BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

100
kirə  olunmuşdur.  Düzdür,  bəzi  müxalifət  dairələri,  mən-
bələri, mətbuat orqanları bu qanunun guya qeyri – demok-
ratik olduğu haqqında ayrı – ayrı fikirlər söyləməyə cəhd 
etdilər. Bu da təbiidir. Çünki müxalifət, yaxud hər şeydən 
narazı qalan qüvvələr nəsə deməlidirlər. Ancaq bunlar hə-
min  qanunun  mahiyyətinə,  mənasına  və  onun  cəmiyyə-
timizdə  tutduğu  yerə  heç  bir  təsir  edə  bilməz.  Çünki  cə-
miyyətimiz bu qanunu demokratik bir qanun kimi qəbul 
edibdir. Bunu ictimaiyyət belə qəbul edibdir və bir də qeyd 
edirəm ki, beynəlxalq təşkilatlar, xüsusən beynəlxalq aləm-
də demokratiya problemləri ilə məşğul olan təşkilatlar, ins-
titutlar  –  bunlar  hamısı  bu  qanunumuzun  tam  demokra-
tik olduğu haqqında fikirlər söyləyiblər. Hər halda biz bu 
mötəbər mənbələrdən həmin qanunun əksinə heç bir fikir, 
rəy almamışıq. Ona görə də hesab edirəm ki, bu qanunun 
qəbul edilməsi nəinki konstitusiya komissiyasının uğurlu 
addımıdır, belə bir qanunun qəbul olunması, əməli surət-
də həyata keçirilməsi və yeni parlament seçkilərinə hazırlıq 
işinin  qızğın  surətdə  getməsi  müstəqil  Azərbaycan  Res-
publikasında demokratik proseslərin bərqərar olmasını və 
inkişaf etməsini əyani surətdə nümayiş etdirir.
Artıq seçkilər prosesi gedir və Mərkəzi seçki Komissi-
yasının verdiyi məlumata görə bu seçkilərdə iştirak etməyə 
çox böyük həvəs göstərilir. 18 siyasi partiya seçkilərdə iş-
tirak  etmək  üçün  Mərkəzi  seçki  Komissiyasına  müraciət 
edib. Müraciət edən partiyaların hamısı seçkilərdə iştirak 
etmək  üçün  lazımi  sənədləri  alıblar  və  öz  fəaliyyətlərinə 
başlayıblar. Yəni heç bir siyasi partiyanın, şübhəsiz ki, qey-
diyyatda olan, hüququ olan partiyaların seçkilərdə iştirak 
etməsinə heç bir maneə törədilmir. Qeyd etdiyim kimi, 18 


101
siyasi partiya Mərkəzi seçki Komissiyası tərəfindən lazımi 
sənədlər alıb və seçkilərdə iştirak etməyə başlayıb.
Bildiyiniz kimi, yeni parlamentimizdə 125 deputat yeri 
var. Bundan 25-i proporsional prinsiplər əsasında, yəni si-
yasi partiyaların iştirakı ilə paylanan yerlərdir. Yüz yer bir-
mandatlı seçki dairələrindən ibarətdir. Burada isə deputat-
lar majoritar seçki prinsipləri əsasında seçiləcəklər. Mərkəzi 
seçki  Komissiyasının  verdiyi  məlumata  görə,  həmin  yüz 
yerə  artıq  1024  ərizə,  müraciət  verilibdir.  Mərkəzi  seçki 
Komissiyası sədrinin verdiyi məlumata görə, bütün müra-
ciət edənlər, ərizə verənlər komissiyadan lazımi sənədləri 
alıblar, seçkilərdə iştirak etmək üçün onların hamısına şə-
rait yaradılıbdır. İndi proses gedir. Onlar seçki qanununa 
əsasən  lazımi  işlər  görməlidirlər,  imzalar  toplamalıdırlar, 
sənədlərini təqdim etməlidirlər. Bu proseslər normal, vaxt-
lı-vaxtında gedir və hesab edirəm ki, Mərkəzi seçki Komis-
siyası bu sahədə bütün tədbirləri görür, vətəndaşların hər 
birinin seçkilərdə iştirak etməsi üçün şərait yaradır.
Seçkilərin keçirilməsinə 39 gün qalır. Demək vaxtın bir 
hissəsi keçib, işin bir hissəsi görülübdür. Güman edirəm ki, 
qarşıdakı günlər daha səmərəli olacaq, həm seçkilərdə iş-
tirak etmək istəyən vətəndaşlar, həm seçicilər, həm də seç-
kilərdə iştirak edən partiyalar fəal olacaqlar və biz seçkiləri 
mütəşəkkil, demokratik şəraitdə apara biləcəyik.
Bu gün bir də demək istəyirəm, - çünki oradan – bura-
dan cürbəcür yalançı, yanlış və bəzən də əsassız, tamamilə 
böhtan  xarakteri  daşıyan  yazılar  meydana  çıxır,  fikirlər 
yaymaq  istəyirlər,  -  dəfələrlə  demişik  və  mən  bu  gün  də 
demək istəyirəm ki, Azərbaycanda parlament seçkilərinin 
tam demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlar 


102
yaradılacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Hər halda 
hakimiyyət orqanları tərəfindən bütün şərait yaradılacaq-
dır.
Mərkəzi  seçki  Komissiyası  sərbəst  fəaliyyət  göstərir. 
Yerlərdə  təşkil  olunmuş  seçki  dairələri  sərbəst  fəaliyyət 
göstərirlər və hər bir vətəndaşın seçilmək hüququndan is-
tifadə etməsi təmin olunacaqdır. Güman edirəm ki, vətən-
daşlarımız da seçkilərdə fəal iştirak edəcəklər və seçkilər 
keçiriləcəkdir.
Hələ  seçkilərə  hazırlıq  işlərinə  başlamışdan,  qanun 
qəbul  etməmişdən  də  əvvəl  biz  dünyaya  bəyan  etmişdik 
ki,  beynəlxalq  təşkilatların,  demokratiya  institutlarının, 
ayrı-ayrı  ölkələrin  müşahidəçilərini  qəbul  etməyə  hazırıq 
və mən bu gün bunu bir daha bildirirəm. Bizim seçkilərə 
böyük  maraq  göstərilir  və  bəzi  nümayəndələr  artıq  gəlib 
burada seçki prosesini müşahidə edirlər. Bunlar BMT-nin, 
ATƏT-in  nümayəndələridir.  ABŞ-ın  Demokratiya  İnstitu-
tunun respublikamızda daimi nümayəndəliyi açılıb. Onlar 
artıq burada yerləşiblər, özlərinin iqamətgahlarını yaradıb-
lar, fəaliyyətdədirlər, Mərkəzi seçki Komissiyası ilə, ümu-
miyyətlə  respublikamızın  əhalisi  ilə  əlaqədədirlər.  Onlar 
prosesi müşahidə edirlər. Seçkilərin keçirilməsi ilə əlaqədar 
qanun pozuntusu barədə onlar tərəfindən heç bir narazılıq 
meydana çıxmayıb.
Aldığımız  məlumatlar  və  informasiya  orqanlarının 
verdiyi  məlumatlar  onu  göstərir  ki,  dünya  ictimaiyyə-
ti,  xüsusən  demokratiya  prinsiplərini  qorumağa  çalışan 
ölkələrin ictimaiyyəti və onların informasiya orqanları da 
Azərbaycandakı seçki prosesi haqqında müsbət rəylər bil-
dirirlər.


103
ABŞ-ın prezidenti cənab Bill Klinton dünən mənə tele-
fonla zəng etmişdi. Mənim cənab Bill Klintonla çox geniş, 
ətraflı telefon danışığım oldu. Bu telefon danışığında biz bi-
rinci növbədə ABŞ ilə Azərbaycan arasında olan əlaqələrin 
vəziyyəti,  perspektivi  və  bu  əlaqələrin  inkişaf  etdirilməsi 
haqqında  səmərəli  fikir  mübadiləsi  apardıq.  Azərbaycan 
Respublikasının  Xəzər  dənizində  olan  sektorundakı  ya-
taqlardan neft istehsalı və bu yataqlardan istifadə edilməsi 
haqqında da ətraflı fikir mübadiləmiz oldu. Bu mövzu da-
nışıqlarımızda çox geniş yer tutdu. Ermənistan – Azərbay-
can münaqişəsi, yəni Dağlıq Qarabağ məsələsi ilə əlaqədar 
olan münaqişə və onun indiki vəziyyəti, bu münaqişənin 
sülh yolu ilə həll olunması məsələləri barəsində də müza-
kirə, fikir mübadiləsi apardıq, hansı imkanlardan istifadə 
etmək məsələlərini araşdırdıq. Eyni zamanda Azərbaycan 
Respublikasında demokratiyanın inkişafı, iqtisadi islahat-
ların keçirilməsi və bütün sahələrdə demokratiya prinsiplə-
rinin bərqərar olması, bazar iqtisadiyyatına keçid məsələlə-
ri barədə də geniş fikir mübadiləsi apardıq.
Mən hesab edirəm ki, bizim bu telefon danışığımız çox 
əhəmiyyətli, maraqlı, məzmunlu oldu. Bütün əhəmiyyətli 
cəhətlərindən biri də ondan ibarətdir ki, ABŞ prezidenti Bill 
Klinton Azərbaycanda  demokratiyanın  inkişafından,  iqti-
sadi  islahatların  keçirilməsi  ilə  əlaqədar  gördüyümüz  iş-
lərdən və aparılan siyasətdən məmnun olduğunu söylədi. 
Bildirdi ki, onlar arzu edirlər ki, Azərbaycan bu istiqamət-
də gələcəkdə də inkişaf etsin və respublikamızın bu sahədə 
əldə  etdiyi  nailiyyətlər,  ümumiyyətlə  dünya  ictimaiyyəti 
üçün, o cümlədən bir çox başqa ölkələr üçün də gərəkli ola 
bilər.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə