BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

92
Ümumiyyətlə, “Azərbaycan dili” ifadəsinə etiraz edənlər 
bir neçə siyasi məqamı unudurdular. Birincisi, “Azərbaycan 
dili” ifadəsini qəbul etməməklə özləri də bilmədən belə bir 
damğanı vururdular ki, Azərbaycan dili formalaşmayıbdır. 
Halbuki bu dilin formalaşmamasından danışmaq və bunu 
ağıla gətirmək əsası olmayan bir məsələ idi. Bir sözlə, Azər-
baycan dilinin formalaşmaması barədə heç bir dəlil və sü-
but yoxdur. Bu barədə Elçin Əfəndiyevin fikirləri yerində 
olan məntiq idi: “Mən deyərdim ki, başqa türkdilli dövlətlərin 
arasında  dilimiz  bəlkə  də  ən  mükəmməl  ədəbi  dillərdən  biridir. 
Azərbaycan ədəbi dili yaranıb, Azərbaycan ədəbi dilinin norma-
ları yaranıb. Hamısı öz qaydasındadır”.
“Azərbaycan  dili”  ifadəsinə  etiraz  edənlərin  unutduğu 
ikinci siyasi məqam onunla bağlı idi ki, Azərbaycanın gələ-
cək müstəqilliyində, gələcək taleyində “Azərbaycan dili” ifa-
dəsi çox şey vəd edirdi. Bunu unutmaq olmazdı. Üçüncü 
bir tərəfdən, göz görə-görə “Azərbaycan dili” ifadəsinə qarşı 
olmaq şərhi olmayan, olsa da, həmin şərhlərdə elmi-mən-
tiqi əsaslara söykənməyən məqamlar vardı. Bu məqamlarla 
bağlı Heydər Əliyevin mövqeyi, daha doğrusu, fikirləri çox 
tutarlı görünürdü. Diqqət edək: “Hətta bu gün “Millət” qə-
zetində yazıblar ki, Nizami deyibdir ki, mən türkəm, Xaqani belə 
deyibdir,  nə  bilim, Füzuli bunu  deyibdir,  ondan  sonra  gələnlər 
də bunu deyillər. Bunlar hamısı doğrudur. Mən hesab edirəm ki, 
bütün müzakirələrimiz və gedən bu mübahisələr heç vaxt o qərara 
gətirib çıxara bilməz ki, biz mənşəyimizi düzgün bilmirik. Biz bi-
lirik mənşəyimizi. Biz türk mənşəli millətik və türkdilli xalqların 
dilinə mənsub olan dilimiz var. Elədirmi?


93
Yerdən səs: Elədir.
H.Ə.Əliyev: Bunu inkar edən yoxdur ki?
Yerdən səs: Yoxdur”.
Heydər Əliyev bizim əcdadlarımızın və mənşəyimizin 
məlum olduğunu, dilimizin türkdilli olduğunu söyləmək-
lə  yanaşı,  milli  mənsubluğumuzu  da  diqqət  mərkəzində 
saxlayırdı.  Bəlkə  də  bir  çoxları  məsələnin  müzakirəsində 
dövlət dilinin adı və millətin adı dedikdə natamam mövqe 
nümayiş etdirirdilər. Heydər Əliyev isə deyilən hər bir fik-
ri  müzakirə  etməklə  əsl  həqiqəti  təqdim  etmək  istəyirdi. 
Ona görə də o, bu istiqamətdə fikir yürüdənləri də, seyrçi 
mövqedə olanları da düşündürürdü. Həqiqət olmayan nə 
vardısa, onların hər birini məntiqli mühakiməsi ilə təkzib 
edirdi. Onun məntiqi məcbur edirdi ki, hər bir kəs-ziyalılar, 
dilçilər, ictimai xadimlər müzakirəyə qoşulsunlar. Məsələn, 
dövlət dili “Azərbaycan (türk) dili” olsun fikrindəki həqiqə-
ti  üzə  çıxartmaq  üçün  deyirdi:  “Dövlət  dilinin  adını  yazaq: 
“Azərbaycan (türk) dili”, millətimizin adını nə yazaq?
Yerdən səslər: Ona toxunmayaq.
H.Ə. Əliyev: Ona toxunmayaq? Bəs nə təhər ona toxunma-
yaq? Əgər toxunuruqsa, gərək hamısına toxunaq da”. 
Bəli, əgər dövlət dilinin adı qeyd olunan variantda və 
digər variantlarda olarsa, bəs millətimizin adı necə olma-
lıdır? Sadəcə olaraq təkliflərin və fikirlərin bir qismi siyasi 
cəhətdən  tam  görünmürdü.  Belə  ki,  siyasi  terminologiya 
ölçülü-biçili  olmalıdır.  Bu  mənada  Heydər  Əliyev  emo-
siyalara  uyanlara,  populist  şüarlar  irəli  sürənlərə  çox  so-
yuqqanlı yanaşırdı və zaman, vaxt müqabilində onları siya-


94
si cəhətdən maarifləndirirdi. Bu yolda bütün imkanlardan 
və  vasitələrdən  istifadə  edirdi.  Belə  bir  məqamda  Həsən 
Həsənovun  fikri  müzakirənin  son  qərara  yaxınlaşmasını 
göstərirdi. Beləliklə, Heydər Əliyev müzakirə və təhlil əsa-
sında son qərara yaxınlaşmağa şərait yaradırdı. Emosional, 
populist çıxışlar geri çəkilməklə öz yerini son qərara verir-
di. Bu mənada Həsən Həsənovun fikri də maraqlı idi: “...
Azərbaycan dili Azərbaycan adı ilə qəbul olunur. Bu hamının fik-
ridir. Bununla yanaşı, təklif olunur ki, mötərizədə Azərbaycan di-
linin hansı dil qrupuna daxil olduğu konstitusiyada qeyd edilsin. 
Bunu  dünyanın  heç  bir  dövləti  qeyd  eləməyib.  Onda  ingilislər 
yazmalıdırlar: İngiltərənin dövlət dili ingilis dilidir, mötərizədə 
- german. Onda fransızlar yazmalıdırlar: Fransanın dövlət dili 
fransız  dilidir,  mötərizədə  -roman.  Onda  ruslar  yazmalıdırlar: 
Rusiyada dövlət dili rus dilidir, mötərizədə-slavyan. Konstitusiya 
mövzusu deyil, bu, elmi tədqiqatların mövzusudur”. 
Dilimizin adı ilə bağlı xalqın içərisində elə bir fikir ay-
rılığı yox idi. Yuxarıda qeyd olunduğu kimi, konstitusiya 
layihəsinin müzakirəsində 18 nəfər “türk dili” adını təklif 
etmişdi. Səsvermə hüququna malik olan 4 milyon əhalinin 
yerdə qalanı “Azərbaycan dili” ifadəsinin tərəfində olmuş-
du.  Ancaq  bununla  belə,  Heydər  Əliyev  ziyalılar  arasın-
dakı fikir müxtəlifliyini təbii qəbul edirdi. O, bu məsələdə 
iki  məqama  xüsusi  diqqət  yetirirdi.  Birinci  məqam  o  idi 
ki, “Müstəqil Azərbaycan Respublikası deyəndə biz Azərbaycan 
Respublikası deyirik. Buna başqa ad vermək olmaz. Əgər buna 
kimsə başqa ad versə, bu bizim xalqımıza, torpağımıza, milləti-
mizə xəyanət  ola bilər.  Bu,  Azərbaycan  Respublikasıdır və  bizi 


95
Azərbaycan  Respublikası  kimi  tanıyırlar”.  İkinci  bir  məqam 
milli  mənliyimizlə,  milli  kimliyimizlə  bağlı  olan  məqam 
idi. Bununla bağlı olaraq Heydər Əliyev deyirdi: “... Milli 
mənliyimizi gərək itirməyək. Milli mənliyimiz də var, onunla da 
biz fəxr edə bilərik”. 
“Azərbaycan  dili”  ifadəsinin  dövlət  dili  kimi  konstitu-
siyada  yazılmasında  əsas  hədəf  məhz  milli  mənliyimizin 
qorunması idi. Milli mənliyimizin yaşaması idi, milli mən-
liyimizin gələcəyə getməsi idi. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə