BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

104
Mən yenə də deyirəm ki, cənab Bill Klintonla bizim bu 
danışığımızın əhəmiyyəti böyükdür. Bir daha qeyd etmək 
istəyirəm ki, o, respublikada demokratiyanın, iqtisadi isla-
hatların inkişafından məmnun olduğunu bildirdi.
Beləliklə, biz tutduğumuz bu demokratiya yolu ilə ge-
dirik və seçkiləri də tam demokratik əsaslarla aparacağıq, 
buna heç kəsin şübhəsi olmasın.
İndi  konstitusiya  komissiyasının  vəzifəsi  konstitusi-
yanın  layihəsini  tezliklə  hazırlayıb  təqdim  etmək  və  onu 
ictimaiyyətin  müzakirəsinə  verməkdən  ibarətdir.  Biz  ko-
missiyanın  keçən  iclaslarında  bu  sahədə  fikir  mübadiləsi 
aparmışıq. Seçki haqqında qanun layihəsini hazırlayıb Mil-
li Məclisə təqdim edən kimi konstitusiya komissiyasının ic-
lasında komissiyanın işçi qrupuna tapşırıq verdik ki, onlar 
artıq bütün işlərini konstitusiya layihəsinin hazırlanması-
na səfərbər etsinlər. O vaxtdan indiyə qədər xeyli iş görü-
lüb. İşçi qrupu Prezident Aparatının, Ali Sovetin Aparatı-
nın müəyyən strukturları ilə birlikdə, hesab edirəm ki, bu 
sahədə çox səmərəli iş görüb. Konstitusiya komissiyasında 
müzakirə etməyimiz üçün əsaslı materiallar hazırlanıbdır. 
Güman edirəm ki, biz bu gün gələcək günlərdə işimizin nə 
cür, hansı şəkildə qurulması məsələlərini müəyyənləşdir-
məliyik.
Bunu nəzərə almaq lazımdır və biz əvvəldən də belə qə-
rar qəbul etmişik ki, yeni konstitusiya layihəsini ümumxalq 
müzakirəsinə verməliyik. Yeni konstitusiyanı ümumxalq səs-
verməsi, referendum yolu ilə qəbul etməliyik. Buna görə də 
noyabrın 12-də keçiriləcək seçkilər günü, eyni zamanda refe-
rendum günü elan olunmalıdır. Referendum günündə Azər-
baycan Respublikasının Konstitusiyası qəbul edilməlidir.


105
Vaxt az qalıbdır, ona görə də ən uzağı oktyabr ayının 
12-nə qədər – referendum, seçki gününə bir ay qalana qə-
dər biz yeni konstitusiyanın layihəsini ictimaiyyətə təqdim 
etməliyik və onu ümumxalq müzakirəsinə verməliyik. Gü-
man  edirəm  ki,  biz  bunu  edə  bilərik.  Çünki  işçi  qrupun-
da, Prezident Aparatında, Ali Sovetin Aparatında indiyə-
dək aparılan işlər və hazırlanan materiallar – mən onlarla 
müəyyən  qədər  tanış  olmuşam  –  onu  göstərir  ki,  biz  bu 
materiallar əsasında komissiyanın iclaslarında layihəni ha-
zırlayıb sona çatdıra bilərik.
Azərbaycanın  yeni  konstitusiyası  necə  olmalıdır? 
Keçən iclaslarımızda biz bu barədə danışmışıq. Amma bu 
gün, bu məsələyə bilavasitə başladığımız zaman bəzi fikir-
ləri deməyə ehtiyac var. Birinci, onu xatırlatmaq istəyirəm 
ki, Azərbaycan Respublikasının konstitusiya tarixi böyük-
dür. Azərbaycan Respublikasının ilk konstitusiyası, demək 
olar ki, 1919-cu ildə qəbul edilibdir. Ancaq bu konstitusi-
ya olmayıbdır. Müstəqillik haqqında akt qəbul olunubdur. 
1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikası döv-
lət müstəqilliyi haqqında akt qəbul edibdir.
Bu akt konstitusiya xarakteri daşıdığına görə biz onu 
Azərbaycan  dövlətçiliyində  konstitusiyanın  başlanğıcı 
kimi,  konstitusiya  yaratmaq  işinin  başlanğıcı  kimi  qəbul 
edə bilərik.
Sonra,  bildiyiniz  kimi,  1920-ci  ildə Azərbaycanda  So-
vet Sosialist Respublikası yaranıbdır. Bu respublika 1921-ci 
ildə Azərbaycanın ilk konstitusiyasını qəbul edibdir. O vaxt 
hələ Sovetlər İttifaqı yox idi. Yaranmış və şübhəsiz ki, kom-
munist  hakimiyyəti  altında  olan  respublikalar  müstəqil 
idilər. Bu konstitusiya müəyyən dəyişikliklərlə 1937-ci ilə 


106
qədər davam edibdir. Baxmayaraq ki, 1924-cü ildə, Sovetlər 
İttifaqı yaranandan sonra onun konstitusiyası da yaranmış-
dı, amma Azərbaycanda 1921-ci ildə qəbul edilmiş konsti-
tusiya davam edirdi. Ancaq şübhəsiz ki, ona dəyişikliklər, 
əlavələr olunmuşdu.
1936-cı ildə Sovetlər İttifaqının yeni konstitusiyası qə-
bul edildikdən sonra – 1937-ci ildə Azərbaycan Sovet Sosi-
alist Respublikasının yeni konstitusiyası qəbul olunub. Bu 
konstitusiya 1978-ci ilə qədər yaşayıbdır, 1977-ci ildə Sovet-
lər İttifaqının yeni konstitusiyası qəbul olunub və ondan bir 
il sonra, 1978-ci ilin aprelində Azərbaycan Respublikasının 
yeni konstitusiyası yaranıbdır.
İndiyə qədər Azərbaycan Respublikası 1978-ci ildə qə-
bul olunmuş konstitusiya ilə yaşayır, işləyir. Doğrudur, bu 
müddətdə konstitusiyaya bir çox əlavələr, dəyişikliklər edi-
libdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan döv-
lət müstəqilliyini əldə edəndən sonra – 1991-ci il oktyabrın 
18-də Konstitusiya Aktı qəbul edibdir. Doğrudur, o vaxt bu 
sahədə müəyyən anlaşılmayan hallar da olubdur. Xatiriniz-
dədir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti 
müstəqillik haqqında bəyanat qəbul etdi. Ancaq görünür ki, 
Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri müstəqilli-
yi nədənsə istəmirdilər. Çünki bu aktları, şübhəsiz, vaxtın-
da keçirmək olardı.
Belə bir bəyanat qəbul olunandan sonra xeyli vaxt keçdi 
və oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı 
qəbul edildi. Baxmayaraq ki, artıq o vaxt Sovetlər İttifaqı 
dağılırdı və bu, göz qabağında idi, ancaq Azərbaycan xalqı-
nın iradəsinə zidd olaraq o zaman Azərbaycan Respubli-
kasının rəhbərliyi müstəqilliyə getmək istəmirdi. Nədənsə, 


107
görünür,  ümid  bəsləyirdi  ki,  Sovetlər  İttifaqı  qalacaq,  ya-
şayacaqdır.  Əgər  o  vaxtkı  prosesləri  xatırlasanız,  slavyan 
dövlətlərinin – Rusiya, Ukrayna və Belorusiyanın imzala-
dıqları ittifaq sazişindən sonra Sovetlər İttifaqı artıq dağıl-
mış kimi idi. Ancaq Sovetlər İttifaqının o vaxtkı prezidenti 
Qorbaçov  cəhd  göstərirdi  ki,  xalq  deputatları  qurultayını 
toplasın, bu məsələni müzakirə etsin. Bunu edə bilmədi və 
nəhayət, bəyanat verdi ki, Sovetlər İttifaqının dağılmasına 
o da razıdır.
Güman  edirəm,  o  vaxt  Azərbaycan  rəhbərliyində  bə-
ziləri  ümid  bəsləyirdilər  ki,  Sovetlər  İttifaqı  hələ  yaşaya-
caqdır. Çünki 1991-ci ilin martında Azərbaycan rəhbərliyi 
bir referendum keçirib qərar qəbul etdi ki, Sovetlər İttifaqı 
saxlanılmalıdır. Onlar bu siyasətdən, yəni bu istiqamətdən, 
görünür ki, əl çəkə bilmirdilər. Şəxsən mən məhz bununla 
izah edə bilərəm ki, avqustun 30-da müstəqillik haqqında 
bəyanat qəbul ediləndən sonra yalnız oktyabrın 18-də döv-
lət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. 
Bu  Konstitusiya Aktı  da  referendumdan  keçməli  idi.  Bu, 
təbiidir. Çünki 1991-ci ilin martında Sovetlər İttifaqında re-
ferendum təşkil olunmuşdu. Əgər oktyabrın 18-də Konsti-
tusiya Aktı qəbul olunmuşdusa, bir aydan sonra, noyabrın 
18-də referendum keçirilə bilərdi. Çünki bir ay müddətin-
də  elan  edib  referendum  keçirmək  olar.  Ancaq  nədənsə, 
bu referendumu noyabrın 18-nə də yox, dekabrın 18-nə də 
yox, dekabrın 30-na salmışdılar və referendum həmin gün 
keçirildi.
Bunları  sadəcə  olaraq,  ona  görə  xatirinizə  salıram  ki, 
bizim müstəqillik yolunda xalqın iradəsi ilə bu xalqı idarə 
edən adamların iradəsi arasında olan böyük məsafəni bir 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə