BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə36/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

128
Amma  eyni  zamanda  mən  hansı  fikri  qəbul  edəcəyimiz 
barədə sizə öz mövqeyimi demirəm. Sadəcə olaraq anlat-
maq istəyirəm ki, bu qanunun gücü yoxdur. Bildirmək istə-
yirəm ki, Azərbaycanın müstəqillik dövründə bu taleyüklü 
tarixi məsələlərə bu qədər məsuliyyətsiz yanaşan insanlar 
hesab edirəm ki, xalq qarşısında xəyanət edirlər. Doğrudan 
da, əgər belə bir qanun lazım idisə, o xalqın iradəsi ilə qəbul 
edilməli  idi.  Bunun  üçün  referendum  keçirmək  lazımdır. 
Həmin referendum sayəsində əgər bu nəticə əldə olunarsa, 
deməli, xalqın əksəriyyəti bunu istəyir. Yaxud da əgər refe-
rendum keçirmək istəmirlərsə, heç olmasa parlament çərçi-
vəsində  qanunu  pozmayaydılar.  Zorakılıq,  volyuntarizm, 
vəzifəsindən sui – istifadə etmək – bax, dəhşətlisi budur. 
Təəssüf ki, bu, bizim həyatımızda çox vaxtlar olub. Ayrı – 
ayrı vəzifəli şəxslər vəzifə tutandan sonra hesab edirdilər 
ki, xalqın taleyi də onların əlindədir, tarix də onların əlin-
dədir–nə  istəsələr  onu  edə  bilərlər.  Bax,  dərd  burasında-
dır.  Bunları  nəzərə  alıb  mən  konstitusiya  komissiyasında 
bu məsələ qalxan kimi belə bir təklif verdim: bu məsələyə 
səthi  yanaşmaq  olmaz.  Bu  məsələ  xüsusi  müzakirə  olun-
malıdır. Bu, birinci növbədə  o dairələrdə xüsusi müzakirə 
olunmalıdır  ki,  həmin  dairələr  bu  məsələdə  səriştəlidir  – 
yəni bu məsələdə onların biliyi, təcrübəsi var və onlar bu 
işin mütəxəssisləridir.
Mən sizə dedim ki, indi ümumxalq müzakirəsinə 1400 
təklif verilibdir. Bunlar konstitusiyanın ayrı – ayrı maddələ-
ri haqqındadır. Onların 18-də təklif olunur ki, bizim dövlət 
dilimiz Azərbaycan dili yox, türk dili yazılsın. 1400 təklifin 
içərisində 18 təklif bir şey deyildir. Ancaq mən təkcə 18 tək-
lifə görə yox, sadəcə belə bir halın yarandığına görə, belə 


129
bir hadisənin mövcud olduğuna görə və bəzi ziyalılarımı-
zın bu fikirdə olduğuna görə  bu məsələnin dərindən araş-
dırılmasını lüzumlu hesab edirəm.
Ona  görə  də  komissiyanın  son  iclasında  layihəni 
ümumxalq müzakirəsinə verərkən mən Ramiz Mehdiyevə 
tapşırdım ki, bu məsələ xüsusi müzakirə olunsun. Şübhə-
siz ki, fabrikdə, zavodda, yaxud da kolxoz və ya sovxoz-
da bunu xüsusi müzakirə etməyə ehtiyac yoxdur. Əlbəttə, 
oralardan da müəyyən fikir almaq olar. Bu məsələ xüsusi 
marağı olan dairələrdə xüsusi müzakirə edilməlidir. Yəni 
bizim  elmi  müəssisələrdə,  Elmlər Akademiyasında  –  bu-
rada dilçilik, ədəbiyyat, tarix, fəlsəfə, hüquq, şərqşünaslıq 
institutları  var,  görürsünüz  ki,  nə  qədər  elmi  institutları-
mız var, böyük təcrübəli, bilikli adamlarımız var, - sonra, 
universitetlərimizdə,  məsələn,  Bakı  Dövlət  Universitetin-
də  Azərbaycan  dili,  Azərbaycan  ədəbiyyatı,  Azərbaycan 
ədəbiyyatı  tarixi  və  sair  kafedralar  var,  keçmiş  pedaqoji 
institutumuzda – indi N.Tusi adına Pedaqoji Universiteti-
dir – orada da dilçiliklə məşğul olan çoxlu kafedralarımız 
var. Yəni bizim elm və tədris ocaqlarımızda xüsusi olaraq 
dilçiliklə məşğul olurlar. Yaradıcılıq ittifaqlarında, ilk növ-
bədə Yazıçılar Birliyində - bu məsələni, yəni dili yazıçılar 
daha yaxşı bilirlər, həm tarix nöqteyi – nəzərindən həm də 
onun tətbiqi nöqteyi – nəzərindən, - digər yaradıcılıq bir-
liklərində bu məsələ müzakirə olunsun. Mən xahiş etdim 
ki, hər bir birlikdə, hər bir elmi idarədə olan müzakirələrin 
nəticələrini gətirin, biz onlara konstitusiya komissiyasında 
baxaq. Çox təəssüf edirəm ki, mənim bu göstərişim yerinə 
yetirilməyibdir. Mən bu göstərişi verəndən sonra şübhəsiz 
ki, başqa işlərlə məşğul idim. Bilirsiniz ki, oktyabrın 20-də 


130
mən Amerikaya getdim və 25-də axşam oradan qayıtdım, 
ondan sonra ayın 28-də metroda faciə baş verdi. Yəni mə-
nim bu 15 gündəki fəaliyyətim, iş cədvəlim sizə məlumdur. 
Mən dünən bu işlə məşğul olmağa başladım və işçi qrupu 
ilə görüşərkən soruşdum ki, bu məsələni necə müzakirə et-
misiniz, nə nəticəyə gəlmisiniz. Çünki layihədə Azərbay-
can dilinin yazılması o demək deyildir ki, bu, mütləq Azər-
baycan dili olmalıdır.
Mən bir daha qeyd edirəm, biz layihədə Azərbaycan di-
lini ona görə yazmışıq ki, bu bizim konstitusiyada yazılıb-
dır. Ondan sonra Milli Məclisdə qəbul olunmuş qərar qeyri 
konstitusion qərardır. Bir halda ki, biz indi yeni konstitusi-
ya qəbul edirik, cəmiyyətimizdə cürbəcür fikirlər var – bu 
fikirləri araşdırmaq, təhlil etmək lazımdır. Onlardan tarixi-
lik nöqteyi – nəzərindən, bu günümüz və gələcəyimiz nöq-
teyi – nəzərindən doğru olanını qəbul etmək lazımdır. Yəni 
bu işdə xalqın iradəsini nəzərə almaq lazımdır. Bu sahədə 
xalqın  iradəsini  ən  yüksək  səviyyədə  bizim  alimlərimiz, 
ziyalılarımız, xüsusən də ictimai elmlər sahəsində çalışan 
mütəxəssislərimiz, yazıçılarımız, şairlərimiz deyə bilərlər.
Ona görə də mən yenə çox narahat oldum. Göstərişlə-
rimi yerinə yetirmədiklərinə görə əməkdaşlarımızı tənqid 
etdim. Onlar mənə belə izahat verdilər ki, guya sonra mə-
nim göstərişimi müzakirə edərkən belə fikirləşiblər ki, bu 
cür müzakirə etmək lazım deyil, çünki bu, ajiotaj yarada-
caqdır. Ona görə də belə hesab ediblər ki, gəlin bunu elə 
ümumi müzakirədən keçirək və xüsusi müzakirə etməyək. 
Mən  bundan  narazı  oldum  və  ona  görə  də  dünən  göstə-
riş verdim ki, bütün dediyim sahələrin nümayəndələri və 
ümumiyyətlə kim istəyirsə bura dəvət olunsunlar. Mən de-


131
dim ki, Yazıçılar Birliyi üzvlərinin hamısını çağırın. Dünən 
axşam dedilər ki, orada 500 nəfər adam var. Mən dedim ki, 
onların 500-nü də çağırın. Biri dedi ki, orada bəzi adamlar 
belə də deyə bilər, elə də deyə bilər. Mən dedim ki, onları 
da çağırın. Qoy onlar nə deyirlərsə, gəlib burada desinlər. 
Hər deyilən sözdən bir məna çıxır. Biz bundan niyə qaçma-
lıyıq ki?! Mən dedim ki, siyasi partiyaların nümayəndələri-
ni də çağırın. Eşitdim ki, müxalifət qəzetlərində bu maddə-
ni tənqid edirlər və onlar Milli Məclisin qəbul etdiyi qərarın 
tərəfdarıdırlar. Dedim ki, qoy onlar da gəlsin. Bura hamı 
gəlməlidir. Çünki bu bizim elə bir işimizdir ki, bunu gərək 
aşkar, açıq, heç kəsdən qorxmadan, heç kəsdən çəkinmə-
dən  müzakirə  edək.  Ona  görə  ki,  ən  düzgün,  ən  optimal 
fikrə gəlməliyik.
Son  vaxtlar,  deyəsən  bu  layihə  dərc  olunandan  sonra 
hansısa bir müxalifət qəzetində oxudum ki, “bizim dilimi-
zi vaxtilə Stalin və Mikoyan dəyişiblər, dilimizi Azərbay-
can dili onlar adlandırıblar, indi də onların yolu ilə getmək 
istəyirik”. Mən dünən onlara dedim ki, bilirsiniz, bax bunu 
yazan adamlar - əgər siz bu müzakirədən qaçmısınızsa və 
hesab edibsinizsə ki, bu ajiotaj yaradacaq hesab edirsinizsə 
elə bu yazılan qəbul olunmalıdır – üç ildən sonra, beş il-
dən sonra xüsusən də Heydər Əliyev dünyadan gedəndən 
sonra götürüb yazacaqlar ki, “Heydər Əliyev Stalin və Mi-
koyanla birlikdə bizi bu yola gətirdi, yoxsa biz başqa yolla 
gedəcəydik”.  Mən  bu  tarixi  məsuliyyətdən  qorxmuram. 
Ancaq  mən  də  araşdırıram.  İstəyirəm  ki,  həqiqəti  aydın-
laşdıraq. Ona görə də xahiş edirəm ki, mənim bu çıxışımı 
vəziyyəti aydınlaşdırmaq niyyəti kimi qəbul edəsiniz. Mən 
bu barədə heç bir fikir söyləmirəm və heç söyləməyəcəm 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə