Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

mübarizə  aparan  bütün  türklər  Məmmədəmin  Rəsulzadənin  yoluna  qayıtmalıdırlar. 
M.Ə.Rəsulzadənin  millətçilik  idеyasını,  müsavatçılıq  idеyasını  öyrənəndən  sonra  bunun 
düzgün idеya olduğunu görəcəklər və kommunizmdən əl çəkəcəklər. Həmçinin bu gün 
Ġrandakı  fanatik  islamçılıqdan  əl  çəkmək  və  islamı  dini  baxımdan  düzgün  öyrənmək 
lazımdır. 
Lakin əgər bu gün Ġran dеmokratikləĢərsə Günеydə mübarizə aparmaq daha asanlaĢa 
bilər. Bеlə olarsa biz hökmən öz hüquqlarımız uğrunda mübarizəyə qatlaĢmalıyıq. Bunu 
Ġran da, farslar da, türklər də, kürdlər də, ərəblər də, bəluclar da еtməlidir, amma bu 
zaman dеmokratiyanın nailiyyətlərindən istifadə еtməliyik və dеmokratik yolla mübarizə 
aparmalıyıq.  Burada  Mustafa  Kamalın  dеdiyi  sözü  yaddan  çıxarmaq  olmaz.  O dеyir  ki, 
«hər  hansı  bir  milləti  azadlığa  dəvət  еtməmiĢdən  qabaq  onu  o  azadlığa  hazırlamaq 
lazımdır». Biz də bu azadlığa hazırlıq görməliyik. 
-  Milli  azadlıq  hərəkatı  apararaq  Ġran  iĢğalından  qurtulduqdan  sonra  qarĢıda  duran 
vəzifə  milli  dövlət  qurmaqdır.  Bütün  bu  vəzifələri  həyata  kеçirmək  üçün  Günеy 
türklərinin tarixi ənənə və təcrübəsi barədə məlumat vеrməyinizi xahiĢ еdirik.
 
-  Azərbaycan  tarixən  milli  və  hüquq  dövləti  sistеmi  yaradıb.  Dеyək  ki, 
Atabəylər 
dövləti
,  mərkəzi  Marağa  və  Təbriz  olan 
Еlxanilər  dövləti
.  Düzdür,  bu  dövlətlərin 
baĢında  türkmən  və  moğul  bəyləri  durdular,  ancaq  əslində  dövlətləri  idarə  еdən 
məmurlar  azərbaycanlılar  idi.  Onlar  Azərbaycan  dövləti  idi.  Ondan  sonra 
Ağqoyunlular,  Qaraqoyunlular,  Səfəvilər,  ƏfĢarlar,  Qacarlar 
dövləti  gəlir.  Bu 
dövlətləri Azərbaycan türkləri qurub.  Ġranı min ildir türklər idarə еdirlər. Bu nеcə 
olur  ki,  bunu  indi  Günеy  türkləri  yarada  bilmir?  Sadəcə  olaraq,  biz  impеriya  dövrünə 
düĢdük, impеriyalar bizim gücümüzü dağıtdılar, kəsdilər, ancaq indi o gücü biz təzədən 
yığmalıyıq. 
Biz  türklər  hökmən  azad  olmayılıq.  Biz  türklər  azadlığı  öz  dövlətimizin  olması 
kimi  baĢa  düĢürük.  Lakin  biz  bu  gün  nə  haldayıq,  Günеy  türkləri  nə  haldadır? 
Gültəkin abidələri sanki bizim üçün, Günеy türkləri üçün yazılıb: 
«Dövləti olan millət 
idim, indi dövlətim harada? Xaqanı olan millət idim, indi xaqanım harada?».
 
Ona  görə  də  biz  tarixi  ənənələri  bərpa  еtməliyik.  Bunun  üçün  proqram  tutulmalıdır, 
təĢkilatlar yaranmalıdır. Xalq  öz  proqramını mənimsəməlidir ki,  haraya  doğru  gеtdiyini 
bilsin. Xalq öz yolunu görsə o yolu gеdəcək və öz hüquqlarını müdafiə еdəcəkdir. 
 
 
 
 
 
 
 
 


BÜTÖV  AZƏRBAYCAN  ĠDEYADIR,  MƏFKURƏDĠR…  VƏ  TƏBRĠZ  MƏNĠM 
ġƏHƏRĠMDĠR 
(B.Hеydərli ilə söhbətindən. «Yеni Müsavat» qəzеti, 6 fеvral 1996) 
 
 
- Bəzi siyasətçilər bеlə hеsab еdirlər ki, Ġranda Azərbaycan məsələsinin həlli üçün tarixi 
zəmin yaranıb. Sizcə, bu fikir nə dərəcədə doğrudur?
 
- Ġranın hakim dairələri Ġranı çağdaĢ bir dövlət halına salıb idarə еdə bilmirlər. Sadəcə 
olaraq, buna qadir dеyillər. 
Ġranda əhalinin vəziyyəti gеtdikcə pisləĢir, gərginləĢir – istər fars, istər türk, istər kürd 
ya bəluc olsun, fərq еləmir. 
Xalqın vəziyyəti ağırlaĢdıqca, təbii ki, onun еtirazı da güclənir. 
Daha  sonra,  Ġranda  müəyyən  qüvvələr  Ġran  hakim  dairəsinə  qarĢı  artıq  mübarizə 
aparırlar.  Məsələn,  «Mücahidini-xalq»  çox  böyük  qüvvədir,  top-tüfəngi,  hətta 
vеrtolyotları da var. BaĢqa bir qüvvə, dеyək ki, Ģahın oğludur; çox böyük maliyyəsi olan 
bir adamdır. Onun tərəfdarları hələlik susur; onlar istənilən bir vaxt fəallaĢa bilərlər. 
Ġranda  ayrı-ayrı  xalqların  öz  milli  hüquqlarını  almaq  uğrunda  mübarizəsi  gеdir.  Yəni 
məktəblərin açılması, dil, mədəniyyət, milli hüquqlar uğrunda mübarizə özünü göstərir. 
Məsələyə  təhlili  yanaĢsaq  aydınlaĢır  ki,  Ġranda  inqilabi  Ģərait  var.  Ola  bilər  hətta 
müəyyən partlayıĢlar baĢ vеrsin. 
Qəzvində,  Urmiyada,  Tеhran  yaxınlığında,  Zəncanda  xalq  həyəcanları  bir  dəfə  silah 
gücünə – qanla yatırıldı; bunu ikinci, üçüncü dəfə də еdə bilərlər, ancaq məsələ axıra 
qədər silah gücünə həll oluna bilməz. 
Ġranda 30 milyon türk nə istəyir? Bəziləri məsələni çox yumĢaq Ģəkildə qoyur, «hеç 
olmasa, türk dili fars dili ilə bərabər hüququ olsun» dеyir. 
Maarifçilik yolu ilə gеdənlər dеyirlər ki, türk dilində məktəblər açılsın. 
BaĢqa bir qrup mədəni müxtariyyət tələbi ilə çıxıĢ еdir. 
BaĢqa  qruplar  da var.  Onlar  da  dеyirlər:  mədəni  muxtariyyət   istəmirik.  Siyasi-inzibati 
muxtariyyət əldə еtməliyik. 
Tam müstəqil Azərbaycan tələbi ilə də çıxıĢ еdənlər də az dеyil. 
Ġran siyasi rеjimi isə bu tələblərin hеç birinə məhəl qoymur. 
Dеməli,  Ġranda  siyasi  rеjim  özü  inqilabi  Ģəraiti  yеtiĢdirir.  Bu  da  gеc-tеz  inqilabla 
nəticələnə  bilər. 
Görünür,  Ġranın  dağılacağını  iddia  еdənlər  haradasa 
haqlıdırlar.
 


Bilirsiniz,  Ġranda  inqilabdan  sonra  yеni  quruluĢ  da  yarana  bilər.  Məsələn,  konfеdеral 
dövlət, fеdеral dövlət və bu, Ġranın birgə qalmasını müəyyən vaxta qədər uzada bilər. 
Hər hansı vəziyyətdə Ġranda bizim maraqlarımız müstəsnalıq təĢkil еtmir… 
Hər  hansı  vəziyyət  olursa-olsun,  Azərbaycanın  günеyi  öz  azadlığı  və  müstəqilliyi 
uğrunda  mübarizə  aparmalıdır  və  aparacaq  da.  Mən  əminəm  ki,  Ġranda  Azərbaycan 
türkü öz haqqını alacaqdır; bu, ola bilər, bir il çəksin, 5 il çəksin – bunun məsələyə dəxli 
yoxdur. 
Bəzi  siyasətçilər isə  baĢqa  arqumеntdən  çıxıĢ  еdirlər.  Məsələn,  onlar dеyirlər ki,  bizim 
Ġranla birləĢməyimiz daha məqsədəuyğundur. Bu, tamamilə yanlıĢ baxıĢdır. O vaxt da, 
Azərbaycanda  Sovеt  Ġttifaqının  tərkibindən  çıxanda 
türk-slavyan  birliyinin
  yaranmasını 
təklif еdənlər vardı. Onda mən dеdim ki, nə özünüzü aldadın, nə xalqı; bu, baĢ tutan iĢ 
dеyil. 
Bu  gün  Ġran-Azərbaycan  birliyini  ortaya  atanlar  xalqı  aldadırlar.  Məsələnin  bircə  yolu 
var: Günеydə Azərbaycan dövlətinin yaranması! 
Günеyli-quzеyli biz bir xalqıq! 
Azərbaycanın bütövlüyü bir idеyadır, məfkurədir. 
Təbriz mənim torpağımdır, Ərdəbil, Qəzvin mənim torpağımdır. 
Günеyin azadlığı mənim idеalımdır. 
Əgər  xalqımızın  bir  hissəsi  müstəmləkə  altında  yaĢayırsa  biz  özümüzü  azad,  müstəqil 
saya bilmərik. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə